Cüme, 29.03.2024, 16:02
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 24 » “MASALLI MAMED” ÖLÜM AYAĞINDA
    19:52
    “MASALLI MAMED” ÖLÜM AYAĞINDA
     
     
     
     
     
     
     
     
    “Kriminal aləmdə xüsusi nüfuza malik ”Masallı Mamed" kimi tanınan qanuni oğru Məmməd İsgəndər oğlu Hüseynov cəza çəkdiyi həbsxanada ölüm ayağındadır". Bu barədə qəzetimizə Penitensiar Xidmətdəki mənbədən xəbər daxil olub. Mənbənin dediyinə görə, “Masallı Mamed” şəkər xəstəliyinin ən ağır formasından əziyyət çəkir və hazırda insulin asılılığındadır. “Onun ayaqları şişib, özü isə kəskin şəkildə arıqlayıb. Demək olar ki, yeriyə bilmir”, deyə mənbə bildirib. Xatırladaq ki, “Masallı Mamed” təxminən ilyarım əvvəl Bakıda saxlanılıb.

    Uzun müddət Moskvada yaşayan Məmməd Hüseynov azərbaycanlı qanuni oğru “Sabirabadlı Hikmət”in qətlə yetirilməsindən sonra onun varisi sayılırdı.
    “Masallı Mamed” Bakıda saxlanılarkən onun üstündə odlu silah da aşkar edilmişdi. Həmin vaxt Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində onunla birgə Füzuli Qulamhüseynov adlı şəxs də yaxalanmışdı. Rəsmi versiyaya görə, M.Hüseynovun üzərindən “Makarov” tipli tapança, F.Qulamhüseynovun üzərindən isə narkotik maddə olan tiryək aşkar edilərək götürülmüşdü.

    Əməliyyatçılar isə onları “Neolit” restoranı yaxınlığında həbs etmişdilər. Hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilmişdi.
    Yeri gəlmişkən, hüquq müdafiəçisi Elçin Behbudov bir müddət öncə hazırda 10 saylı həbsxanada cəza çəkən “Masallı Mamed”lə görüşmüşdü. Həmin görüşdən sonra E.Behbudov da M.Hüseynovun ağır şəkər xəstəliyindən əziyyət çəkdiyini bildirmişdi.

    Xatırladaq ki, 2006-cı ilin sonunda “Masallı Mamed”in məhkəmə prosesi keçirilib və o, iki il altı ay müddətinə azadlıqdan məhrum edilib. Yaxın vaxtlarda ona verilən cəzanın müddəti başa çatacaq. Ancaq belə məlumatlar var ki, onu həbsdən buraxmaq istəmirlər.

    “Masallı Mamed”in məhz Bakıda həbs olunması məsələsinə gəlincə, bununla bağlı bir neçə versiya irəli sürülür. Bunlardan biri ondan ibarətdir ki, M.Hüseynov həbs olunan vaxt Azərbaycan həbsxanalarında oğru qanunları sıradan çıxmaq üzrə olduğundan avtoritetlərin “sxodkası”nda “Masallı Mamed”in Bakıdakı həbsxanalardan birinə girməsi və içəridə qayda-qanun yaratması qərara alınıb.
    Digər bir versiyaya görə, M.Hüseynov kriminal aləmdə nüfuz sahibi olan və neçə illərdi cəza çəkən başqa bir şəxslə haqq-hesab çürütmək üçün Bakıda həbsə girib.

    “Masallı Mamed”in həbsilə bağlı üçüncü versiya isə ondan ibarətdir ki, “Sabirabadlı Hikmət”in qətlindən sonra Rusiyadakı azərbaycanlıların məhz onun ətrafına toplaşacağından ehtiyat edən müəyyən qruplar bu həbsdə maraqlı olublar. Amma bütün hallarda bunların hamısı qeyri-rəsmi versiyalardı və faktiki olaraq bizim rəsmən dəqiqləşdirmək imkanımız xaricindədir.
    Onu da qeyd edək ki, “Masallı Mamed”in səhhətinin pisləşməsi barədə xəbər redaksiyamıza gec daxil olduğundan Penitensiar Xidmətdən bu barədə hər hansı rəsmi məlumat ala bilmədik.

    Başqa bir mənbədən aldığımız məlumatda isə bildirilir ki, “Masallı Mamed”in şəkər xəstəliyinin ən ağır formasından əziyyət çəkməsi və ölüm ayağında olması barədə xəbərlər maraqlı dairələr tərəfindən yayılır. Qaynağın bildirdiyinə görə, ortada M.Hüseynovun aradan götürülməsi planı var. Bu cür xəbərlər də ona görə yayılır və faktiki olaraq “Masallı Mamedin” fiziki məhvinə hazırlıq məqsədi daşıyır.
    Yayılmış xəbərlərlə bağlı təfsilatlara varmaq çətin olsa da, mövzuya qayıdaraq yeni məlumatlar əldə etməyə çalışacağıq.

    ERVİN MİRZƏ/Yeni Musavat
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 10199 | Добавил: media-islam | Рейтинг: 4.1/16
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər