Şenbe, 20.04.2024, 12:11
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 24 » HİROSİMA FACİƏSİ VƏ BU GÜN
    20:54
    HİROSİMA FACİƏSİ VƏ BU GÜN
     
     
     
     
     
     
     
     
    Hirosima barədə olan yalan elə bu gün də yaşayır və XXI əsrdəki hərbi cinayətlər üçün indulgensiya rolunu oynayır («The Guardian», Böyük Britaniya)

    Bu atom bombardmanı görünməmiz miqyasda olan bir kütləvi qətliyam idi. Bu qətliamın qurbanlarının xatirəsinə Yaxın Şərqdə nüvə faciəsinin təkrarına yol vermək olmaz

    Yon Pilcer (Jon Pilger), 07 avqust 2008-ci il.

        Mənim birinci dəfə Hirosimada olduğum 1967-ci ildə, pilləkəndə olan kölgəni hələ görmək mümkün idi. Bu kölgə dəqiqliklə ayaqlarını uzatmış, belini boş şəkildə saxlamış və bir əlini pilləyə dayaq vermiş, yəni ümumiyytlə sərbəst və təbii pozada əyləşmiş bir qadının cizgilərini təkrarlayırdı. Qadın sadəcə olaraq girişdə olan pillənin üstündə oturmuş və bankın açılmasını gözləyirdi. 1945-ci ilin 6 avqustu, səhər saat doqquza iyirmi dəqiqə qalmış atom bombasının partlayışı tamamilə onun bədənini külə döndərmiş və yalnız siluetini qranitdə saxlamışdı. Mən bu kölgəyə bəlkə də bir saat baxmışdım. Sonra isə mən çay kənarına düşdüm, belə ki, orada mən Yukio adlı bir nəfərlə görüşməliydim. Yukionun sinəsində atom bombası atılan gün əynində olan köynəyin naxışı, sanki bir döymə, tatuiorovka kimi həkk olunmuşdu.

        Yukio və onun ailəsi elə əvvəlki kimi radioaktiv səhraya çevrilmiş Hirosimanın mərkəzindəki daxmada yaşayırdı. O, həmin gün şəhərin üzərində yaranmış nəhəng parıltını belə xatırlayırdı: «Bu – elektrik qısaqapanmasına bənzəyən maviyəçalan bir işıq idi. Sonra isə tufan küləyi gəldi. Onu isə qara yağış əvəz etdi. Məni elə bil götürüb yerə çırpdılar. Yalnız bir onu görə bildim ki, kolda bitən çiçəklərin saplaqları qalmışdır. Ətrafda sakitlik idi. Və mən ayağa qalxanda çılpaq insanları gördüm, onlar da susmuşdular. Bu insanlardan bəzilərinin dərisi, bəzilərinin də saçları yox idi. Mən əmin idim ki, artıq «o dünyaya» düşmüşəm».

        Doqquz ildən sonra mən bir daha Hirosimaya qayıdanda, Yukionu axtarıb tapmağa çalışdım. Lakin bir çoxları kimi o da, artıq leykemiya xəstəliyindən ölmüşdü.

        Bombardmandan dərhal sonra müttəfiqlərin yaratdığı işğalçı hakimiyyət radiasiya zəhərlənməsi barədə hər hansı bir xatırlatmanı qadağan etdi. Bu hökumət insanların ancaq və ancaq partlayışın özündən yaralandıqlarını və həlak olduqlarını bildirməkdə idi. Bu – ilk böyük yalan idi. «Hirosimanın dağıntıları arasında radiasiya müəyyən edilməmişdir», - deyə «New York Times» qəzetinin baş zolağındakı sərlövhə bildirirdi. Bu məqalə, dezinformasiya və jurnalist prinsipsizliynin klassik nümünəsi idi. Və burada yazılanların avstraliyalı reportyor Uilfred Berçet (Wilfred Burchett) tərəfindən ifşa edilməsi isə əsrin sensasiyasına çevrildi.

        Öz həyatını təhlükəli risk altında qoyaraq Hirosimaya gəlib çatmış reportyor «Daily Express» qəzeti üçün olan reportajında: «Bu sətirlər bütün dünyaya bir xəbərdarlıq olmalıdır», - deyə yazırdı. Berçet, belə bir qorxulu səyahətə cəsarət etmiş ilk müxbir oldu. Jurnalist, xarici görünən zədələri olmayan, lakin hansısa xəstəlikdən ölən adamlarla dolu olan hospitalları təsvir edirdi. O, bu xəstəliyi «atom taunu» adlandırmışdı. Həqiqətə görə onu akkreditasiyadan məhrum edirdilər, rüsvay edirdilər və iftira yaxırdılar, sonra isə… sonra isə onun düz dediyini qəbul etdilər.

        Hirosima və Naqasaki şəhərlərinin atom bombardmanı – təsəvvürəgəlməz dərəcədə olan bir cinayətdir. Bu – özünün mahiyyətinə görə cinayətkarcasına bir silahın tətbiq edilməsilə olan bilərəkdən edilmiş kütləvi qırğın idi. Elə bu səbəbdən də bombardman apologetləri «ədalətli müharibə» əfsanəsinə əl atırlar. Bu əfsanə isə, Riçard Deytonun (Richard Drayton) qeyd etdiyi kimi, Qərb dünyası üçün nəsə özünəməxsus bir «mənəvi xaç suyu qabına» çevrilmişdir. Elə bir «qaba» ki, onun vasitəsilə Qərb özünün nəinki qanlı müstəmləkəçi keçmişinin günahlarını yumağa çalışmış, həm də yeni zamanın soyğunçu müharibələrinin altmış illik dövrünə bəraət qazandırmış kimi olmuşdur. Və bütün bu müharibələrin üzərində isə daim «bombaların bombasının» müdhiş kölgəsi qaralır…


        Ən uzun ömrü olan yalan isə məhz atom bombasının Sakit okean hövzəsində müharibəyə son qoyduğu və bir çox həyatları xilas etməyə imkan verdiyi barədə olan iddia olmuşdur. ABŞ Quru Qoşunlarının Hərbi Hava Qüvvələr (HHQ) tərəfindən strateji bombardman edilməsinin nəticələrinin qiymətləndirilməsi üzrə İşçi Qrupun mütəxəssisləri (United States Strategic Bombing Survey) özlərinin 1946-cı ildə açıqladıqları hesabatlarında belə bir nəticəyə gəlmişdilər: «Havada Yaponiya üzərində olan üstünlük, ona lazımi təzyiq göstərərək bu ölkəni danışıqsız kapitulyasiya vadar etmək və Yapon adalarına qoşun çıxarmağın zərurətini aradan qaldırmaq üçün kifayət idi. Bütün faktların və Yaponiyanın sağ qalmış rəhbərlərinin ifadələrinin diqqətli təhlili əsasında İşçi Qrup belə hesab edir ki, …əgər hətta atom bombası atılmasaydı da, Rusiya müharibəyə girməsəydi də və desant salma əməliyyatı planlaşdırılıb hazırlanmasaydı da belə,… Yaponiya kapitulyasiya edəcəkdi».

        Vaşinqton Milli Arxivində 1943-cü ildən başlayaraq yaponların sülh bağlamaqla bağlı zondaj apardıqları barədə rəsmi sənədlər qorunub saxlanılır. Lakin, onların təşəbbüsləri cavabsız qaldı. Tokiodakı Almaniya səfirinin 1945-ci il may ayının 5-də göndərdiyi və Amerika kəşfiyyatı tərəfindən tutularaq deşifrə edilmiş teleqramında, yaponların «o cümlədən və hətta ağır şərtlərlə olsa belə kapitulyasiya etmək yolu ilə» ciddi-cəhdlə müharibəni qurtarmağa çalışdıqları heç bir şübhə yeri qoymur. Elə həmin zaman, ABŞ-ın dövlət katibi Henri Stimson (Henry Stimson) prezident Trumenlə «Amerika HHQ-nin Yaponiyanı o dərəcədə bombalayacağı ki, yeni silahın qüdrətini göstərməyə imkan belə olmayacağı» barədə olan öz «əndişələrini» bölüşürdü. Sonralar, Henri Stimson etiraf edirdi ki, «sadəcə olaraq atom bombasının tətbiqindən qaçınmaq üçün Yaponiyanın kapitulyasiyasına nail olmağın heç cəhdləri də edilmirdi. Və heç kim ciddi şəkildə bu yol barədə heç düşünmürdü də». Belə ki, onun ABŞ-ın xarici siyasət rəhbərliyində olan həmkarları «kəmərdən asılmış tapança koburası kimi nümayişkaranə şəkildə rusları bomba ilə qorxutmağı» arzulayırdılar.

        Atom silahının yaradılması üzrə Manhetten layihəsinin rəhbəri general Lesli Qrovs (Leslie Groves) deyirdi: «Mən heç bir zaman Rusiya ilə münasibətdə xülyalara dalmamışam. Çünki, mən bilirdim ki, o, bizim düşmənimizdir və məhz bu əsasda da layihə həyata keçirilirdi». Hirosimanın Yer üzündən silindiyi günün sabahısı prezident Trumen məmnuniyyətlə qeyd etdi: «eksperiment möhtəşəm müvəffəqiyyətlə sonunclandı».

        Belə hesab edilir ki, 1945-ci ildən sonra Amerika Birləşmiş Ştatları ən azı üç dəfə nüvə silahını tətbiq etmək ərəfəsində olmuşdur. Bu gün, özünün saxta «terrorla müharibəsi» gedişində Vaşinqton və London qeyri-nüvə ölkələrinə «önləyici» atom zərbələri vurmağa hazır olduqlarını bəyan edirlər. Və bizi «nüvə Armageddonunun» baş verəcəyi o gecəyarısına yaxınlaşdıran hər saat zəngi və bunu əsaslandırmaq üçün gətirilən yalançı sübutlar isə getdikcə daha biabırçı olur.

        Bu gün, «təhlükə» qismində İranı göstərirlər. Lakin, İranın nüvə silahı yoxdur. Və bu ölkənin nüvə arsenalına malik olmağı planlaşdırması barədə yalançı məlumat isə özünü tamamilə və mütləq şəkildə ifşa etmiş bir mənbədən – Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən maliyyələşdirilən İranın «MEK» müxalifət təşkilatından gəlməkdədir. Yadımıza salaq ki, vaxtilə Səddam Hüseyndə kütləvi qırğın silahının olması barədə yalan da İraq Milli Konqresi adlı Vaşinqtonun yaratdığı qruplaşmanın daxilində yetişmişdi.

        Belə «xoxanın» yaradılmasında mühüm rolu Qərb jurnalistləri oynayırlar. Və bu xüsusda ABŞ-ın «Kəşfiyyat xidmətinin təhlili qiymətləndirmələri»ndə «çox böyük ehtimalla» İranın hələ 2003-cü ildə özünün hərbi nüvə proqramının həyata keçirilməsinə xitam verməsi barədə olan fakt isə unudulmağa məhkum edilir. Və İran prezidenti Mahmud Əhmədinejatın (Mahmoud Ahmadinejad) əslində heç bir zaman «İsraili dünyanın siyasi xəritəsindən siləcəyi» ilə təhdid etməməsi isə heç kim üçün maraqlı deyil. Bu «faktı» KİV-lər o qədər insanların beyinlərinə yeritmişlər ki, Britaniyanın baş naziri Qordon Braun özünün (Gordon Brown) bu yaxınlarda İsrail parlamentariləri qarşısındakı yaltaqcasına çıxışı zamanı da növbəti dəfə buna işarə etmiş və İranı gözləyəcək cəzalarla hədələmişdir.

        Yalanın bu «müzəffər yürüşü» bizi müharibədən sonra yaranmış ən təhlükəli nüvə böhranlarından birinin astanasına gətirib çıxarmışdır. Çünki, həqiqi təhlükə barədə Qərb isteblişmenti, və demək KİV-lər praktiki olaraq yada salmırlar. Belə ki, Yaxın Şərqdə yalnız bir azğın, özbaşınalıq edən nüvə ölkəsi var, o da – İsraildir.

        1986-cı ildə qəhrəman bir şəxs olan Mordexay Vanunu (Mordechai Vanunu), İsrailin 200 ədəd nüvə başlığı saxlaması barədə sübutları ölkədən gizli şəkildə çıxararaq, bu barədə bütün dünyanı xəbərdarlıq etməyə çalışdı. Bu gün isə Təl-Əviv BMT qətnamələrini saya almayaraq, var qüvvəsi ilə İrana hücum etməyə can atır. O, tələsir. Belə ki, İsrail düşünür ki, hipotetik olsa da, ABŞ-ın yeni administrasiyası İranla real danışıqlara başlaya bilər. Elə bir ölkə ilə ki, 1953-cü ildə Britaniya və Amerika orada demokratik hakimiyyəti devirəndən bəri Qərb ona rahatlıq vermir.

        İyul ayının 18-də «New York Times» qəzetində dərc edilmiş məqalədə nə zamansa liberal kimi tanınan, lakin indi öz ölkəsinin hərbi-siyasi elitasının məsləhətçisinə çevrilmiş İsrail tarixçisi Benni Morris (Benny Morris) – «İran radioaktiv səhraya çevriləcəkdir», - deyə təhdid etdi. Bu – açıq-aşkar şəkildə kütləvi qırğına çağırışdır. Və talenin necə də acı istehzasıdır ki, bu sözlər sionistin dilindən səslənir!

        Və bu yerdə qeyri-ixtiyari şəkildə bir sual doğur: «Bəs onda biz – yerdə qalanlar kimik? Kənar müşahidəçilərmi? O kəslər ki, tərbiyəli və ədəbli almanlar kimi sonradan deyəcəyik ki: «biz heç nə bilmirdik?» Doğrudanmı biz həmişə Riçard Folkun (Richard Falk) dediyi kimi: «sadəlövh Qərbin pozitiv dəyərlərini guya təhdid edən təhlükənin, durmadan şiddətlənən zorakılığa bəraət verən özündən razı, birtərəfli hüquqi-əxlaqi «pərdəsi» arxasında gizlənəcəyik?»».

        Bu gün yenə də hərbi cinayətkarlar ovuna çıxmaq dəbə minmişdir. Radovan Karaciç (Radovan Karadzic) müttəhimlər skamyasına oturmuşdur. Lakin, Şaron və Olmert, Buş və Bler bu skamyada deyillər. Niyə? Hirosimanın xatirəsi cavab tələb edir.  

    Yon Pilcer

    «The Guardian», Böyük Britaniya
    SADİQ DADAŞLI



    Категория: Dünyada | Просмотров: 1206 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər