AXI O MÜSƏLMAN İDİ... - 25 Сентября 2008 - ....::İslam::....
Bazar ertesi, 05.12.2016, 22:42
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6765
    Sayğac

    Onlayn: 4
    Qonaq: 4
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Sentyabr » 25 » AXI O MÜSƏLMAN İDİ...
    21:56
    AXI O MÜSƏLMAN İDİ...
     
     
     
     
     
     
     
    Ey qəlbləri qana susamış canilər, tərk edin müqəddəs torpaqlarımızı
        ...Gözləri dalğalanan dənizə zillənmişdi. Bu mənzərəyə baxa-baxa dərin fikrə dalmışdı. Xəyalında nələrsə canlanır və tez-tez dərindən ah çəkirdi. Sanki bütün dərdlərini coşğun dənizin dalğalarında boğmaq istəyirdi. Dərdləri bir-bir yadına düşdükcə qəlbi sızıldayırdı. Gözlərinə diqqətlə baxanda dərin hüzn və sanki heç vaxt bitməyəcək bir həsrət var idi.

        Həyatdan, insanlardan çox incimişdi. Haqqını çox tapdamışdılar. Bu incikliklər qəlbinə bir yox, bir neçə yara vurmuşdu.

        ...Gecə ikən evlərə hücum edilməsi, körpələrlə, qadınlarla amansızcasına davranılması, hər cür vəhşiliyin həyata keçirilməsi... Bu səhnələr onun yadına düşdükcə onu dəhşət bürüyürdü. Bu vəhşiliyin sayəsində də on minlərlə insan öz yurdundan, yuvasından didərgin düşdü. Bu yurd-yuva onun doğma vətəninin bir parçası – Qarabağ idi. Qarabağla birgə sanki qəlbinin bir parçasını da itirmişdi.

        Elə bu fikir yelkənində üzürdü ki, birdən başqa bir sızlayan yarası – Fələstin, Qüds yadına düşdü. Uşaqların, qadınların naləsi, fəryadı, onların başlarına gətirilən zülmlər bir an gözünün önündə canlandı. Aman Allah! Bu necə də dəhşətli mənzərə idi...

        Bəlkə də fikirləşə bilərik ki, özünün ən böyük dərdi olan “Qarabağ” özünə bəsdir. Amma yox, bu cür fikirləşməyə haqqımız belə yoxdur. Özü haqsızlığa uğrayıb qəlbi sızlayan, vicdanı, haqqı hayqıran insan bütün bunlara biganə qala bilməzdi. Axı o müsəlman idi. Qəlbi ağlayan, dərdlərindən yaralanan müsəlman. Bəli, o müsəlman ki, dini ona zülmə boyun əyməməyi, haqqı bərpa etməyi, haqsızlığa göz yummamağı əmr edir. Fələstin də, Qüds də, Kəşmir də onun qardaşlarının vətəni idi.

        Kərbəla həsrəti də qəlbini yandırıdı. Amma nə etmək olar. Ora da gedə bilmirdi. Kərbəlanı xatırlayarkən elə bil bayaqdan düşdüyü qəflətdən ayıldı. Yadına Həzrət Hüseynin (ə) zülmə qarşı olan qiyamı düşdü. Elə bu an dərdlərindən alovlanmış qəlbinə sanki su çiləndi. Mövlası Hüseyn (ə) də haqq uğrunda mübarizə apardı. Ağası ona son nəfəsə qədər mübarizə aparmağı öyrətdi.

        Şıltaq dalğalara zillənmiş ümidsiz gözlərində indi ümid görünməyə başladı və içindən hansısa səs hayqırdı. İçindən hayqıran səsi bunları deyirdi: “Heç kim bizi, dinimizi aşağılaya bilməz, heç kim haqqımızı əlimizdən ala bilməz, heç kim bizi əzə bilməz. Çünki zillət bizdən uzaqdır. Ey qəlbləri qana susamış canilər, tərk edin müqəddəs torpaqlarımızı. İslam Peyğəmbərinin (s) mübarək qədəmlərini basaraq şərəfləndirdiyi torpağı, müsəlmanların ilk qibləgahı olan torpağı, islam Peyğəmbərinin (s) meracı baş verən torpağı. Tərk edin Qüdsü, Fələstini , Qarabağı, İraqı, Kəşmiri!”
      
     Zemfira Nəsrullayeva
        İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

        «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



    Категория: Dünyada | Просмотров: 703 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər