Cüme, 19.04.2024, 01:28
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 2
    Qonaq: 2
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 25 » Hizbullah'tan şiə-Sünni Ayrı-seçkilikçiliyinə Qarşı Mənalı Xəbərdarlıq
    22:50
    Hizbullah'tan şiə-Sünni Ayrı-seçkilikçiliyinə Qarşı Mənalı Xəbərdarlıq
     
     
     
     
     
     
     
    Livan İslami Müqaviməti Hizbullah ümumi Sekretar Köməkçisi Naim Qasım və Livan İslami Əməl Cəphəsi, Livanda bəzi fokuslayarın təriqəti fitnə cəhdində olmamalarına qarşı xəbərdarlıq etdi.

    Hizbullah və İslami Əməl Cəphəsi tərəfindən ortaq şəkildə təşkil edilən iftar proqramında danışan Qasım, Livana idhal edilən sünni şiə təriqət qarşıdurmasına diqqət çəkdi.

    Qasım "Fitnə küləyi son illərdə çöldən gətirildi. Livandakı sünni-şiə ayrı-seçkilikçiliyi fitnəsi yerli deyil regional və beynəlxalq sahədə planlanmışdır. Fitnədən heç kimse qazanclı çıxmayacaq" dedi.Danışmasının davamında Livanda çıxardılmağa çalışılan sünni-şiə fitnəsində Amerikanın əhəmiyyətli dərəcədə rol oynadığına diqqət çəkən Qasım, sünni və şiələrin bir araya gəlmesi ilə oluşturalan güc qarşısında Amerika daxil heç bir gücün dayana bilməyəcəyini ifadə etdi. Qasıma görə bu gücün praktikdəki əks olunması İsrail qarşısında bir araya gələn Sünni Həmas ilə Şiə Hizbullahın meydana gətirdiyi gücdür.Şeyx Naim Qasım Hizbullah ilə Həmas arasındakı birliyə diqqət çəkərək "İsrailə qarşı mübarizədə sünni Həmas ilə şiə Hizbullahın təmsil etdiyi güc ilə mübarizə edilməsi mümkünmüdir? Həmas ilə bizi birləşdirən nədir? Onlar da Allahdan qorxur bizlər də Allahdan qorxuruq. Onlar Allaha iman edir bizlər də Allaha iman edirik. Kitabımız bir… Dinimiz bir… Nəbimiz bir… Proyektimiz də birdir ki o da İsrailə qarşı mübarizədir. Hətta biz, Livan torpaqlarının qurtarılmasından danışdığımızda dahi, Həmas Livanda əldə edilən qazanımdan istifadə etməkdədir. Biz də Həmasa deyirik ki: Siz Fələstini qurtardığınız zaman biz də sizdən istifadə etmiş olacağıq. Çünki düşmənimiz ortaqdır" dedi.

    Qasım'dan sonra söz alan İslami əməl cəphəsi lideri Fəthi Yeken də şiə və sünnilər arasında çıxardılmağa çalışılan fitnə cəhdlərinə qarşı şüurlu olunması dedi.

     

    WwW.MEDiA-iSLAM.CoM  XƏBƏR XİDMƏTİ

    Materialdan istifadə edərkən istinad vacibdir

    Категория: Dünyada | Просмотров: 1176 | Добавил: media-islam | Рейтинг: 5.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər