Şenbe, 20.04.2024, 11:23
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 26 » Dini təhsilə maraq artır
    12:41
    Dini təhsilə maraq artır
     
     
     
     
     
     
     
    Ancaq ölkədə dini təhsil almaq imkanları qənaətbəxş hesab olunmur

    Son illər Azərbaycanda islama qayıdış bir qədər də güclənib. Bu isə özünü ölkədə dini təsil almaq istəyən gənclərin sayının artmasında göstərir. Ancaq bu tələbatı qarşılamaq üçün Azərbaycanda lazımi şərait yoxdur. Bakı İslam Universitetiin islamşünaslıq fakültəsinin dekanı Hacı Fuad Nurullayev Lent.az-a açıqlamasında belə deyib.

    Onun sözlərinə görə, ötən il bu təhsil müəssisəsinə 100 abituriyent sənəd vermişdisə, bu il onların sayı 150-dən çox olub. Lakin universitetdəki darısqallıq üzündən sənəd verənlərin bir qismi kənarda qalır. Hacı Fuad hesab edir ki, dini təhsil almaq üçün lazımi şərait yaradılsa, Bakı İslam Universiteti tələbələrinin sayını artıra bilər.

    Xatırladaq ki, Bakı İslam Universiteti 1992-ci ildən fəaliyyət göstərir. Bu ali dini təhsil müəssisəsində təhsil ödənişli olsa da, illik təhsilhaqqı dünyəvi təhsil müəssisələrindəkindən xeyli azdır. Bu il universitetdə illik təhsailhaqqı cəmi 1000 manatdır. Hazırda universitetin Zaqatalada, Mingəçevirdə, Lənkəranda və Sumqayıt şəhərində filialları da fəaliyyət göstərir. Bundan başqa Bakı Dövlət Universitetinin nəzdində ayrıca olaraq ilahiyyat fakültəsi var.

    Elxan SALAHOV

    LENT.AZ

    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1355 | Добавил: media-islam | Рейтинг: 5.0/1
    Всего комментариев: 2
    26.09.2008
    2. DINDARKA (DINDARKA) [Material]
    BAX BU BASQA MESELE ALLAH RAZI OLSUN biggrin

    26.09.2008
    1. ZehrayiNur (ZehrayiNur) [Material]
    yaxsi xeberdir smile

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər