BEYNƏLXALQ QÜDS GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACIƏT - 26 Сентября 2008 - ....::İslam::....
Şenbe, 10.12.2016, 07:03
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6769
    Sayğac

    Onlayn: 2
    Qonaq: 2
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Sentyabr » 26 » BEYNƏLXALQ QÜDS GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACIƏT
    22:54
    BEYNƏLXALQ QÜDS GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACIƏT
     
     
     
     
     
    Əziz və mehriban Allahın adı ilə

     
    Mübarək Ramazan ayında İlahi ziyafətdə qonaq olan əziz və möhtərəm iman əhli!
    Sizin hər birinizi bu mubarək Ramazan ayında salamlamaqdan şərəf duyub, ümidvarıq ki, Siz bu İlahi ziyafətdəki nemətlərdən bəhrələnmisiniz, mənəvi durumlarınızı daha da  bərəkətləndirmisiniz.

    İzzətli iman əhli!
    Qüds günündəyik!
    Qüds günü - İslam günü deməkdir.
    Belə ki, Qüds günü mahiyyət etibarilə həm üsul-id-dinin iqrarı və həm də füru-id-dinin realizəsi günüdür.
    Qüds günü – hər bir müsəlmanın, islami kimliyə malik olan kəsin günü deməkdir.
    Qüds günü – hər bir İlahi aşiqin sevgi dolu intizarda olması deməkdir.
    Qüds günü – Qarabağ, Kəşmir, İraq, Əfqanıstan və digər islami yaraların dərdinin fərqinə varmaq deməkdir.

    Əziz iman əhli! Ləyaqətli inanclılar!
    Təbii ki, Vətənimizdə Qüds gününün ana xətti olaraq – “Qarabağı və Qüdsü unutma!” - müraciəti durur.
    Bu il – 26 sentyabr 2008-ci il – Mübarək Ramazan ayının sonuncu cüməsi – yeni Qüds günüdür.
    Allah hər birimizə Qüds gününü şərəflə yaşatmaqla mübarək Ramazan ayımızın nurani ovqatını bir qədər də vücudiləşdirməyimiz üçün gözəl fürsət nəsib edib.
    Belə isə vücudumuzla bu günü yaşayaq və yaşadaq!
    Allah amanında.

    Dərin ehtiram və hörmətlə,
    İçərişəhər “Cümə” məscidinin imam-camaatı, ilahiyyatçı-filosof
    Hacı İlqar İbrahimoğlu
    26 sentyabr 2008-ci il.

    Cümə xutbəsi QÜDS GÜNÜ
    26 Sentyabr 2008 wma vəmp3 formatlarında
    dinləyin(wma)  dinləyin(mp3)   yükləyin
    Категория: Dünyada | Просмотров: 753 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər