Cüme, 19.04.2024, 02:37
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 27 » ALİM QASIMOV LONDONDA KONSERT VERİB
    19:05
    ALİM QASIMOV LONDONDA KONSERT VERİB
     
     
     
     
     
     
    Konsert proqramında görkəmli mədəniyyət xadimləri, Londonda akreditə olunmuş səfirlər və diplomatik korpusun nümayəndələri iştirak ediblər Sentyabrın 26-da Londonun məşhur Barbikan Konsert Mərkəzində dünya şöhrətli muğam ifaçısı Alim Qasımov və rəhbərlik etdiyi ansambl ABŞ-ın məşhur Kronos Kvarteti ilə birgə bədii proqramla çıxış edib.

    Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyindən verilən məlumata görə, Ramazan ayı çərçivəsində təşkil olunan və «Aga Khan Fondu» tərəfindən təşkil olunan konsert proqramında görkəmli mədəniyyət xadimləri, Londonda akreditə olunmuş səfirlər və diplomatik korpusun nümayəndələri, muğam həvəskarları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.


    İki hissədən ibarət bədii proqramda ilk öncə Kronos Kvarteti şərq xalqlarının mahnılarının aranjeman olunmuş nümunələrini səsləndirib, bunun ardınca isə muğam ifaçımız Alim Qasımov və onun rəhbərlik etdiyi ansambl Bayatı-Şiraz muğamının ayrı-ayrı təsniflərini səsləndirib. İkinci hissənin əvvəlində səhnədə quraşdırılmış geniş ekranda Kronos Kvarteti və Alim Qasımovun Bakıda birgə məşq fəaliyyətini əks etdirən video material tamaşaçıların diqqətinə çatdırılıb və bunun ardınca isə Kronos və Alim Qasımov Azərbaycan bəstəkarlarının, o cümlədən Səid Rüstəmov, Cahangir Cahangirov və Şəfiqə Axundovanın bəstələdiyi əsərlərdən ibarət proqramla birgə çıxış ediblər.

    Təxminən 3 saata qədər davam edən bədii proqram tamaşaçıların sürəkli alqışları ilə müşayiət olunub və sonda tamaşaçılar görkəmli muğam ifaçısını və onun ansamblını ayaq üstə alqışlayıblar. Bədii proqramın ardınca ziyafət təşkil olunub. Konsert BBC Radio 3 tərəfindən audio lentə köçürülüb və radionun növbəti proqramlarından birində səsləndiriləcək. /ANS PRESS/

     

    Категория: MƏDƏNİYYƏT | Просмотров: 1292 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər