Cüme, 26.04.2024, 02:55
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 27 » ƏHMƏDİNEJAD QEYRİ SİONİST YƏHUDİLƏRƏ İFTAR VERİB
    19:15
    ƏHMƏDİNEJAD QEYRİ SİONİST YƏHUDİLƏRƏ İFTAR VERİB
     
     
     
     
     
     
     
    ABŞ-a səfərini başa vuran İran prezidenti Nyu Yorkda müxtəlif dinlərdən olan şəxsiyyətlərə, o cümlədən xristian və yəhudilərə iftar ziyafəti verib. İftar süfrəsində çıxış edən Əhmədinejad İsrail və sionizm məsələsinə toxunaraq onun yəhudilərlə yox, sionist rejimlə müxalif olduğunu vurğulayıb. İran prezidenti yəhudilərə qarşı münasibəti barədə verilən digər sualı belə cavablandırıb: “Məsələ yəhudilər məsələsi deyil. Problem sionizm məsələsidir. Sionizm yəhudilik yox, siyasi bir partiyadır”.
    Prezident jurnalistlərdən birinin İranın iqtisadi problemləri barədə sualından hiddətlənib. Əhmədinejad ABŞ-dakı iqtisadi problemlərə toxunub və bu ölkənin dünyadakı siyasətini pisləməyə başlayıb.
    İftarda iştirak edən xristian qonaqlardan biri üzünü Əhmədinejada tutaraq onun Xolokost haqqındakı bəyanatlarının ciddi narahatlıqlara səbəb olduğunu bildirib və bir daha bu tonda danışmamağı xahiş edib. Digər bir xristian qonaq isə jurnalistlərə açıqlamasında belə deyib: “Kaş Əhmədinejad mücərrəd dini məsələlər barədə danışmaqdansa İranda qadın və uşaq hüququndan danışaydı”.


    “Mediaforum”
    Категория: Dünyada | Просмотров: 1219 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər