İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - 28 Сентября 2008 - ....::İslam::....
Şenbe, 03.12.2016, 13:36
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6763
    Sayğac

    Onlayn: 6
    Qonaq: 6
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Sentyabr » 28 » İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
    12:56
    İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
     
     
     
     
     
    Dövlət başçısı ailələrə xoşbəxtlik, süfrələrə xeyir-bərəkət və insanların oruclarının qəbul olunmasını arzulayıb

    Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib: "Hörmətli həmvətənlər! Sizi və dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

    İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda Allah və din qarşısında vicdani borcunu yerinə yetirmək fürsəti əldə edir, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.

    Orucluğun sınaqlarından alnıaçıq çıxan mömin vətəndaşlarımız Ramazan günlərini qürur hissləri ilə yola salır, məmnunluqla bayram sevincini bölüşürlər. Hər yerdə xalqımızın və dövlətimizin firavanlığı, rifahı üçün diləklər edilir, şəhidlərimizin ruhuna dualar oxunur. Bütün bu xeyirxah niyyətlərə qoşularaq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman övladlarımızın xatirəsini böyük ehtiramla yad edir, Allahdan onlara rəhmət, ailələrinə səbir diləyirəm.

    Əziz bacı və qardaşlarım! Hər il Azərbaycanda böyük fərəh və könül xoşluğuyla keçirilən orucluq mərasimləri xalqımızın öz milli-mənəvi dəyərlərinə sadiqliyini nümayiş etdirir, cəmiyyətimizdə birlik və həmrəyliyin, dostluq və qardaşlıq münasibətlərinin təntənəsinə çevrilir. Bu əziz bayram günlərində bir daha hər birinizi səmimi-qəlbdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
    Allah orucunuzu qəbul etsin!". /«Azərtac»/

    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1113 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 1
    28.09.2008 Спам
    1. ZehrayiNur (ZehrayiNur)
    Sukrenlillah. smile

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər