“Yaddan çıxmaz Qarabağ” incəsənət həftəsi keçiriləcək - 30 Сентября 2008 - ....::İslam::....
Cüme axşamı, 08.12.2016, 06:02
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6767
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Sentyabr » 30 » “Yaddan çıxmaz Qarabağ” incəsənət həftəsi keçiriləcək
    13:46
    “Yaddan çıxmaz Qarabağ” incəsənət həftəsi keçiriləcək
     
     
     
     
     
    Tədbirlərə Bakıda start veriləcək
    Qarabağ mövzusuna həsr olunmuş sənət əsərlərinin təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyi 2-8 oktyabr tarixlərində “Yaddan çıxmaz Qarabağ ” adlı ənənəvi ümumrespublika mədəni siyasi aksiya - incəsənət həftəsi keçirəcək. Nazirliyin mətbuat katibi Zöhrə Əliyevanın Lent.az-a verdiyi məlumata görə, aksiya çərçivəsində Azərbaycanın teatr-tamaşa və konsert müəssisələrində “Açıq qapı günü” elan olunacaq. Bu münasibətlə Sumqayıt, Gəncə, Lənkəran, Şəki şəhərlərində və respublikanın digər rayonlarında həmin müddətdə toplantılar, görüşlər, kitab müzakirələri keçiriləcək, sərgilər təşkil olunacaq, dövlət teatrlarında və cəbhə bölgələrində bu mövzuda tamaşalar göstəriləcək.
    “Yaddan çıxmaz Qarabag” həftəsinin keçirilməsi ilə əlaqədar tədbirlər planı da hazırlanıb. Belə ki, Milli Pakda “Qarabağ uşaqların gözü ilə” asfalt üzərində rəsm aksiyası, “Yaddan çıxmaz Qarabağ” foto-sərgisi, Füzuli rayonunun Horadiz şəhərində “Qarabağın avazı” adlı konsert proqramı, Horadiz şəhərinin uşaq musiqi məktəblərində ustad dərsləri, respublikanın tanınmış yazıçı və ziyalıları ilə “Mənim Qarabağım” mövzusunda görüş keçiriləcək.
    Nigar Məmmədli

    LENT.AZ

    Категория: MƏDƏNİYYƏT | Просмотров: 754 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər