Şenbe, 20.04.2024, 04:54
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 2
    Qonaq: 2
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 30 » Azərbaycanın 4 futbolçusu "Milan"ın heyətinə cəlb oluna bilər
    20:40
    Azərbaycanın 4 futbolçusu "Milan"ın heyətinə cəlb oluna bilər
     
     
     
     
     
    Azərbaycanda böyük futbol potensialı var və biz bu potensialı üzə çıxarmaq niyyətindəyik. Bu sözləri Bakının “İnter” klubunun dəvəti ilə Azərbaycana gəlmiş İtaliyanın “Milan” klubunun baş meneceri xanım Françeska Pietra bu gün keçirilən mətbuat konfransında bildirib. Bakının “İnter” klubu ilə İtaliyanın “Milan” klubu arasında əldə olunmuş razılaşmaya əsasən, “Milan” klubu Bakıda 8-14 yaşlı uşaqlar üçün 1 həftəlik təlimlər keçirəcək. Məşqlərə 300-dən artıq yeniyetmə futbolçu qatılacaq. İtaliyadan gətiriləcək xüsusi məşqçilər yeniyetmələrlə məşqlər keçəcək. Bu treninqlər ancaq futbolçular üçün keçirilməyəcək, əldə olunmuş razılaşmaya əsasən məşqçilər üçün treninqlər də təşkil olunacaq, 50-ə qədər azərbaycanlı uşaq məşqçisi də bu işə cəlb olunacaq və 300 prespektivli yeniyetmə futbolçunun seçilməsi bilavasitə bu uşaq məşqçilərinin nəzarəti altında olacaq. Oktyabrın 24-dən sonra isə bu 300 yeniyetmə arasından 4 futbolçu seçiləcək bu gənclər “Milan”ın aşağı yaş qrupu komandasına cəlb ediləcək.

    Qeyd edək ki, “Milan” klubunun baş meneceri ilə yanaşı bu klubun veteran futbolçuları, Franko Barezi və Daniele Massaronu da ölkəmizə gəlib.

    /ANS TV/
    Категория: İDMAN | Просмотров: 1308 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Qadın və ailə
    Axtar
    Linklər