Cüme axşamı, 25.04.2024, 18:04
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 30 » AMERİKA AVTOBUSLARINDAKI REKLAMLAR İSLAM İLƏ TANIŞ OLMAĞA KÖMƏK EDİR
    20:42
    AMERİKA AVTOBUSLARINDAKI REKLAMLAR İSLAM İLƏ TANIŞ OLMAĞA KÖMƏK EDİR
     
     
     
     
     
    ABŞ- Sietl marşurutu ilə hərəkət edən şəhər avtobuslarının daxilində yerləşdirilən reklamlar  çox sadə və aydındır.
    "Mövzu  İslamdır. Siz onun haqqında öyrənməyə layiqsiniz", vebsaytın telefon nömrəsi və ünvanı göstərilmişdir.Proqramist Bilal Aycazi hesab edir ki, bu reklam insanlara İslam haqqında məlumat toplamağa kömək edəcəkdir.  Müsəlman olan Aycazi tez-tez öz dini haqqında suallar eşidir.

       "Çox vaxt müsəlmanlar özləri haqqında danışmağa fürsət tapmırlar", Aycazi deyir, belə ki, o, bu reklam kompaniyasını hazırlayan 6 nəfərdən biridir və bu kompaniyanın hazırlanmasına 10 yerli müsəlmanın bağışladığı 5 min dollara yaxın xərc çəkilmişdir.

       "Bu, insanlara İslamın  mənbəyi haqqında məlumat vermək üçün bir vasitədir və burada suallara müsəlmanlar cavab verirlər", o, deyir.

       Reklam plakatları amerikalıları,  qeyri-kommersiya təşkilatı olan "Şimali Amerikanın İslam dərnəyi"(ŞAİD) tərəfindən yaradılmış vebsaytın ünvanına yönəldir və bu təşkilat maariflənmə fəaliyyəti ilə məşğul olaraq, ölkə üzrə 22 nümayəndəyə malikdir.

      Buna oxşar reklam kompaniyaların Nyu-York və Çikaqonun ictimai marşrutlarında da həyata keçirilməsi planlaşdırılır.

       İlk əvvəl bu təşkilat,  Nyu-York metrosunda minə yaxın plakat asmaq istəyirdi, ancaq Respublikaçıların konqressmeni Piter Kinq  buna qarşı çıxmışdı. Deputat məlumat vermişdir ki, reklamın içindəkilərə heç bir etirazı yoxdur, ancaq onun xoşuna gəlməyən şey odur ki, bu kompaniyanı Bruklin imamı Sirac Bahhac himayə edir, belə ki, o, 1995-ci ildə Nyu-Yorkda hazırlanan  teror aktında ittiham olunan misir ruhani şəxsiyyətinin məsələsi üzrə ifadə vermişdir.

      Palata nümayəndələri qarşısında dua edən ilk müsəlman   Vahhac reklam kompaniyasını himayə etmək məqsədilə "You Tibe"-də verilən  öz videoşərhini buraxan ilk imam olmuşdur.

      "Bizim məqsədimiz İslam haqqında danışmaq və insanları inandırmaqdır  ki, müsəlmanlar da həmin amerikalılardır",-ŞAİD-nin prezidenti Naim Baiq deyir.

       2007-ci ilin sorğusuna görə, 58% amerikalı məlumat vermişdilər ki, İslam haqqında çox az şey bilirlər. Bundan başqa amerikalıların müsəlmanlara münasibəti axır illər pisləşib, sorğu olunanların 43%-i müsəlmanlara müsbət rəğbət bəslədiklərini bildirmişlər.

    Категория: Dünyada | Просмотров: 1516 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər