Cüme, 29.03.2024, 16:30
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Oktyabr » 2 » AZƏRBAYCANDA QİÇS TƏHLÜKƏSİ ARTIR
    22:21
    AZƏRBAYCANDA QİÇS TƏHLÜKƏSİ ARTIR
     
     
     
     
     
    2008-ci ilin 8 ayı ərzində isə Azərbaycanda 193 yeni HİV-ə yoluxma faktı qeydə alınıb
      Bəşəri bəla sayılan QiÇS xəstəliyi dünyanın heç bir ölkəsindən yan keçməyib. Bu gün dünyada 30 milyondan çox insan HİV-lə yaşayır ki, bunun da 95%-i inkişaf etməkdə olan ölkələrin payına düşür.QİÇS Azərbaycanda da mövcuddur. QİÇS xəstəliyi və onun Azərbaycanda yayılması ilə bağlı bir çox maraqlı faktları Lent.az sizlərə təqdim edir.

    Beynəlxalq ekspertlərin fikrincə, digər Cənubi Qafqaz ölkələri kimi Azərbaycan da xəstəliyin ilkin mərhələsində olan ölkələrdən hesab edilir.QİÇS epidemiyası hər il milyonlarla insanın həyatına son qoyaraq, bir çox ölkələrin iqtisadi və demoqrafik əsaslarına sarsıdıcı təsir göstərir. Effektiv dərman axtarışı isə hələ nəticəsizdir. Lakin hərtərəfli və kompleks tədbirlər həyata keçirməklə xəstəliyin qarşısını almaq mümkündür.

    Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, 2007-ci ildə yer kürəsində QİÇS-lə yaşayan insanların sayı 33,2 milyon nəfər təşkil edir ki, onların da 15,4 milyonu qadınlar, 2,5 milyonu isə uşaqlardır.

    Azərbaycanda HİV/QİÇS-in tarixi

    Azərbaycanda ilk dəfə HİV-ə yoluxma faktı 1987-ci ildə Uqanda vətəndaşında aşkar edilib. 1992-ci ilə qədər həmin xəstəliyin daşıyıcıları yalnız xarici vətəndaşlar olub. 1992-ci ildə isə ilk dəfə QİÇS-ə yoluxmuş Azərbaycan vətəndaşı müəyyən edilib. 2008-ci ilin 8 ayı ərzində isə Azərbaycanda 193 yeni HİV-ə yoluxma faktı qeydə alınıb. HİV Azərbaycanın bütün inzibati ərazilərində qeydə alınıb. Cənub bölgəsinin İranla həmsərhəd olan Lənkəran şəhəri epidemiyanın mərkəzi hesab olunur.

    Narkomanlar

    Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanda HİV-ə yoluxma halları daha çox narkotik vasitələrin iynə ilə istifadəsi nəticəsində baş verir. Virusa yoluxma hallarının 60%-i məhz bu üsulun payına düşür.

    Səhiyyə Nazirliyindən aldığımız məlumata görə, ölkədə narkotik istifadəçilərinin sayı son 5 ildə xeyli artıb. Narkomanların sayı ötən illə müqayisədə 3 min nəfərdən çox artaraq 21 min 80 nəfər olub. Azərbaycanda hər 4 aktiv narkomandan biri QİÇS virusunun daşıyıcısıdır.

    Seks-biznes işçiləri

    Seks-biznes fəaliyyəti Azərbaycanda qeyri-qanuni olduğu üçün bunların sayı haqqında dəqiq məlumat demək mümkün deyil. QİÇS-lə Mübarizə Mərkəzinin seks-biznes sahəsində məşğul olan 200 qadın arasında apardığı araşdırmaya görə, onların əksəriyyəti 20-30 yaş arasında və əsasən kənd yerlərindən olan qızlardır. Araşdırma zamanı onların 86%-in cinsi əlaqə zamanı heç vaxt qoruyucudan istifadə etmədikləri müəyyən olunub. Bunun səbəbini soruşarkən əksəriyyət müştərinin bundan imtina etdiyini, qalanları isə buna ehtiyac duymadıqlarını bildiriblər. Onu da qeyd edək ki, həmin qadınlar QİÇS virusunun daşıyıcılarıdır.

    Homoseksuallar

    Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, HİV-ə yoluxmuş insanların 12 nəfəri homoseksual cinsi əlaqədə olanlardır.

    Məhbuslar

    Azərbaycanda 70 nəfər məhbusda HİV virusu aşkar edilib. Amma bu demək deyil ki, onlar virusa məhz həbsxanada yoluxublar. Lakin islah evləri HİV riskini artır, çünki homoseksual cinsi əlaqələr və tatuaj xəstəliyə səbəb ola bilər. Ekspertlərin rəyinə görə, həbsxanalarda şərait yaxşılaşdırılmasa epidemiya sürətlə artacaq.

    Gənclər

    Beynəlxalq Əmək Təşkilatı və Azərbaycan sahibkarlar Milli Konfederasiyasının məlumatına görə, Azərbaycanda gənclər bu xəstəliyə qarşı ən həssas qrup hesab edilir. 20-30 yaşda olan insanlar arasında xəstəlik daha geniş yayılıb. Buna da səbəb insanların daha sərbəst həyat sürmələridir. Əsasən Bakıda gənclər daha tolerant və sərbəst böyüyürlər. Bundan əlavə, şəhərlərdə stress, gərginlik, təsir altına düşmə faktları daha geniş yayılıb. Bu da seksual cəhətdən aktiv olan insanların daha çox intim münasibətdə olmasına, partnyorların tez-tez dəyişməsinə və nəticədə HİV virusuna gətirib çıxarır.

    Miqrantlar

    Azərbaycanda HİV-in yayılması üçün əsas amillərdən biri əmək miqrasiyasıdır. Məşğulluq imkanlarının kifayət qədər olmaması və "ailəni yalnız kişi dolandırmalıdır" kimi ənənəvi baxışlar kişiləri pul qazanmaq üçün digər ölkələrə getməyə məcbur edir. Azərbaycanlılar iş axtarmaq üçün Rusiya, Ukrayna, Türkiyə və son dövrlərdə Qazaxıstana daha çox gedirlər. HİV-ə yoluxmuş insanların 43%-ni miqrantlar təşkil edir. Onlar vətənə qayıdarkən həyat yoldaşlarını və yaxud seksual partnyorunu xəstəliyə yoluxmaq riskinə məruz qoyurlar.

    Qaçqınlar və məcburi köçkünlər

    Qaçqınlar və məcburi köçkünlər Azərbaycanda əhalinin 1 milyon nəfərini təşkil edir. Bu qrup da xəstəliyə həssas olan qruplar sırasında ön yerləri tutur. Onlar sənaye, iqtisadiyyat, təhsil, sosial infrastruktur baxımından aşağı səviyyədə olan yerlərdə yaşadıqlarından xəstəliyə qarşı həssas qruplar sırasına daxil edilirlər.
    LENT.AZ


    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1606 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Oktyabr 2008  »
    B.eÇ.aÇC.aCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Linklər