Cüme axşamı, 18.04.2024, 14:14
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Oktyabr » 2 » “QAZPROM” AVROPAYA QAZI 500 DOLLARDAN SATMAĞA BAŞLADI
    22:33
    “QAZPROM” AVROPAYA QAZI 500 DOLLARDAN SATMAĞA BAŞLADI
     
     
     
     
     
     
    Rusiyanın “Qazprom” şirkəti Avropa ölkələrinə satdığı qazın qiymətini görünməmiş ölçülərdə artırıb.

    Şirkətin prezidenti Aleksey Miller ötən gün bəyan edib ki, oktyabrın 1-dən etibarən Avropa ölkələrinə satılan qazın min kubmetri orta hesabla 500 dollar olacaq. Bildirilir ki, indiyədək Rusiya qazı Avropaya heç vaxt bu qədər baha satılmayıb.
    “Qazprom” kəskin qiymət artımını dünya birjalarındakı vəziyyət və qazın nəqli üçün xərclərin artması ilə əsaslandırır. Lakin bir çox ekspertlərə görə, əsl səbəb siyasidir. “Qazprom” Avropa qaz bazarlarında aparıcı mövqeyə malikdir və təbii yanacağa olan tələbatın 40 faizdən çoxunu təmin edir. Bu ilin yayında Miller qazın qiymətinin 500 dolları keçəcəyi haqda xəbərdarlıq etmişdi, lakin o demişdi ki, belə qiymət artımı ilin sonunda baş verə bilər. Onun sözlərinə görə, qazın qiyməti neftin dünya birjalarındakı qiymətindən birbaşa asılıdır. Miller xəbərdarlıq edib ki, əgər neftin bareli 250 dollar qalxsa, o zaman “Qazprom” Avropaya qazın min kubmetrini 1000 dollardan satacaq.
    “Qazprom”un Avropaya satdığı qazı bu dərəcədə bahalaşdırması Ukrayna ilə gələn il üçün qazın qiymətinə dair danışıqlar ərəfəsində atılır. Sabah Ukraynanın baş naziri Yuliya Timoşenko bu məsələ ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya səfər edəcək. Gözlənilir ki, “Qazprom” Ukrayna üçün qiyməti siyasi şərtlər altında müəyyən edəcək. Belə ki, əgər Kiyev Qərbmeylli kursu davam etdirsə, o zaman Ukrayna Rusiyadan qazı 500 dollara ala bilər.
    /Yeni Müsavat/

    Категория: Dünyada | Просмотров: 1558 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Oktyabr 2008  »
    B.eÇ.aÇC.aCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Linklər