Cüme axşamı, 28.03.2024, 22:35
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Oktyabr » 2 » 71 YAŞLI "NEFTÇİ" CAN VERİR...
    22:36
    71 YAŞLI "NEFTÇİ" CAN VERİR...
     
     
     
     
     
     
    və ya almanlar onu xilas edə biləcəkmi?
    Futbol üzrə Azərbaycan premyer-liqasının VI turu Neftçinin növbəti xal itkisiylə yadda qaldı. Çempionatda keçirdiyi 6 matçda, 1 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət alan paytaxat klubu 6 xal toplayaraq 10-cu sırada qərarlaşıb. Çempionatın ilk iki turundakı ardıcıl məğlubiyyətlərdən sonra komandanın Ukraynalı baş məşqçisi Anatoli Demyanenko vəzifdən kənarlaşdırıldı, onun əvəzinə isə milli komandada Berti Foqtsun köməkçisi olan alman Hans Yürgen Gede baş məşqçi təyin olundu. Komanda alman məşqçinin başçılığı altında meydana çıxdığı hər iki matçda meydandan heç heçə ilə ayrılıb. Məğlubiyyətdən yaxşı olsa da, hər halda uğursuzluq da saymaq olar. Premyer liqaının 6-cı turu çərçivəsində NBC ilə keçirilən matçdan sonra komandanın baş məşqçisi Hans Yürgen Gedenin fikirləri belə olub: “Oyunun böyük hissəsi üstünlüyümüzlə keçdi. Xüsusilə ilk taymda çoxlu qol şanslarımız oldu. Lakin futbolçular fürsətlərdən yararlana bilmədi. Halbuki elə ilk taymda hesab açılsaydı, nəticə tam fərqli olacaqdı. Düzü, hələ də inana bilmirəm ki, bu şansları necə boşa verə bildik? Buna görə də bütövlükdə oyundan hardasa razı qalsam da, nəticədən razı deyiləm. Çünki qarşımıza bu oyunu mütləq qazanmaq vəzifəsini qoymuşduq”. Komandanın uğursuz çıxışı ilə bağlı, “Nefçinin” vitse-prezidenti İlqar Quluzadə, mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlı, komandanın veteran futbolçusu Vaqif Sadıqov və keçmiş vitse-prezidenti Ramin Musayevin fikirlərini öyrəndik.

    İlqar Quluzadə (Neftçinin vitse prezidenti): "Biz futbolçuları hər şeylə təmin etmişik. Uğursuzluğun səbəbini məndən niyə soruşursunuz?! Onu məşqçidən, futbolçulardan soruşun (futbolçulara isə mətbuatla danışmağa qadağa qoyulub). Qısa vaxtda biz əlimizdən gələni etmişik, heç kim istəmir ki, belə olsun. Uğursuzluq deyəndə ki, bu futboldur! Hər şey ola bilər - oyunları alınmır, indi neynəmək olar?!

    Səbuhi Səfiyarlı (Neftçinin mətbuat xidmətinin rəhbəri): Mən klubun uğursuzluğu ilə bağlı bir söz deyə bilmərəm. Bu barədə komandanın Baş məşqçisi mətbuat konfransında danışıb. Mən belə düşünürəm ki, Baş məşqçiyə vaxt vermək lazımdır, 2-3 oyuna heç nə etmək olmaz. Bu uğursuzluq Yürgen Gede komandaya gəlməmişdən öncə də vardı.

    Vaqif Sadıqov (Neftçinin veteran futbolçusu): Məşqçilər çalışsa da lazım olan nəticəni və ümumiyyətlə lazım olan komanda oyununu qura bilmirlər. Mən hesab edirəm ki, problemi yalnız məşqçidə axtarmaq da düzgün olmazdı, kompleks şəkildə olan problemlərdir. Ancaq hər bir işdə zamana ehtiyac var, ən vacibi odur ki, komandaya, futbolçulara məşqçi heyətinə inamı artırmaq lazımdır, inam olan yerdə işlər də gedəcək və lazım olan nəticə də əldə olunacaq. Çempionat hələ təzə başlayıb cəmi 6 tur keçib. Bundan sonrakı oyunlarda “Neftçi” səhvlərə yol verməməlidir hər oyuna sonuncu oyun kimi çıxmalıdır. Mən inanıram “Neftçi” bundan sonra da öz oyunuyla hələ azarkeşləri də, hər birimizi də sevindirəcək və iddiasını davam etdirəcək çempionatda.

    Ramin Musayev (Neftçinin kemiş vitse-prezidenti): Futbolda belə uğursuzluq çox olur. Belə bir uğursuzluq bu yaxınlarda “Barselona”da da var idi. Onlarda da bəzi oyunçular göndərildi, məşqçi dəyişikliyi oldu, bu, dünyanın hər yerində olur. Mən ümidvaram ki “Neftçi” tezlikə bu uğursuzluq seriyasından qurtulacaq, qələbələr qazanaraq azarkeşlərini sevindirəcək. Çünki mən “Neftçi”də çıxış edən oyunçuları da yaxşı tanıyıram, “Neftçi”nin hazırkı rəhbərliyini də yaxşı tanıyıram. İnanıram ki, tezliklə bütün bu çətinliklər aradan götürüləcək. Məncə, “Neftçi” “uğursuzluq zolağı”na düşüb başqa bir şey yoxdur. Mən 4 il yarımdan çox o komandada çalışmışam. Mən orda çalışanda da uğursuzluq olmuşdu, onda da belə söhbətlər gəzirdi ki, guya kənardan təzyiqlər olur futbolçulara, oyunçular arasında qruplaşmalar var - bunlar boş söhbətdir. Mən “Neftçi”də çalışdığım 4 il ərzində belə bir şey görməmişəm, eşitməmişəm indən sonra da belə bir şey olacağına inanmıram. “Neftçi”də çıxış edənlər güclü professional futbolçulardı, onların kiminsə sözü ilə oturub-durması inandırıcı deyil, elə bir şey ola bilməz. Bu uğursuzluq zolağından çıxmaq üçün oyunçular, məşqçilər bir yerə toplaşıb bu vəziyyətdən nəticə çıxarmalıdırlar. Keçmiş oyunları unutmalı, sıfırdan başlmalıdırlar məğlub psixologiyasını üzərlərindən atmalıdırlar. Hələ cəmi 6 tur oynanılıb. Bu, futboldur, hər şey ola bilər və mən inanıram kimi “Neftçi” bundan sonrakı matçlarda qələbə qazanarsa, çempionluq şansı davam edəcək.

    "Azərbaycanda futbol can verir" desək, bəlkə də yanılmarıq. Amma göründüyü kimi, respondentlərin hamısı daha çox ümidə bağlanıblar. Ümid isə ən axırda ölür... Futboldan sonra... Amma şanslar hələ ki, var. Bəlkə qan təzələnməlidir?
    /ANS PRESS/



    Категория: İDMAN | Просмотров: 1335 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Oktyabr 2008  »
    B.eÇ.aÇC.aCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Linklər