Rusiya televiziyasında efirə çıxan “Müsəlmanlar” proqramı Qızıl Qlobus mükafatına layiq görülüb - 3 Октября 2008 - ....::İslam::....
Şenbe, 10.12.2016, 22:30
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6769
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Oktyabr » 3 » Rusiya televiziyasında efirə çıxan “Müsəlmanlar” proqramı Qızıl Qlobus mükafatına layiq görülüb
    17:29
    Rusiya televiziyasında efirə çıxan “Müsəlmanlar” proqramı Qızıl Qlobus mükafatına layiq görülüb

     

     

     

     

     

     

     

     

     

    Rusiyanın Dövlət televiziyası RTR-də hər cümə günü yayımlanan “Müsəlmanlar” adlı proqram Rusiya Film və Proqramlar müsabiqəsində Qızıl Qlobus mükafatı ilə təltif edilib.


    Proqram sözügedən mükafata çoxdinli və çoxmədəniyyətli Rusiya cəmiyyətində əhalini dinlərarası və mədəniyyətlərarası dialoqa təşviq etdiyinə gərə layiq görülüb. Mükafatlandırma mərasimində proqramın radikallığa və ekstremizm əleyhinə mübarizə sahəsində də uğur əldə etdiyi vurğulanıb. Tədbirdə, həmçinin, Rusiyada yaşayan 20 milyondan çox müsəlman kütlənin maarifləndirilməsi baxımından proqramın xüsusi əhəmiyyətə malik olduğu qeyd olunub.

    “Redaksiyamıza qeyri-müsəlman icmalardan da çoxlu məktublar daxil olur. Onlar da İslam mədəniyyitinə maraq göstərirlər. Xüsusilə qeyd etmək istəyirəm ki, bizə həbsxanadan da yazırlar. Digər tərəfdən, müsəlman olan, ancaq İslamı yaxşı bilmədiklərini deyən tamaşaçılar da bizdən kömək istəyirlər. Biz onlara səccadə, Quran və digər dini kitablar göndərməyə çalşırıq. Deməliyəm ki, bizim Rusiya Müftilər Şurası ilə də sıx əlaqələrimiz mövcudur. Şura bizə maarifçilik sahəsində ciddi dəstək verir” – deyə Dinara Sədrəddinova jurnalistlərə müsahibəsində bildirib.

    Məlumat üçün bildirək ki, həftənin cümə günləri efirə çıxan proqramın aparıcısı İnquşetiya respublikasından olan Dinara Sədrəddinovadır.

    /timeturk/www.azerimuslims.com 

    Категория: Dünyada | Просмотров: 1053 | Добавил: media-islam | Рейтинг: 4.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Oktyabr 2008  »
    B.eÇ.aÇC.aCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Linklər