Cüme, 29.03.2024, 14:23
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Oktyabr » 5 » Ermənilərin Tərtərçaya çirkli su buraxması, Tərtər və ətraf rayonlara ziyan vurub
    11:24
    Ermənilərin Tərtərçaya çirkli su buraxması, Tərtər və ətraf rayonlara ziyan vurub
     
     
     
    Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazidə yerləşən Tərtərçayına çirkli su buraxılması Tərtər və ətraf rayonların kənd təsərrüfatına ziyan vurub. Tərtərçay İcra Qovşağının İstismar İdarəsinin baş mühəndisi Mehman Kərimovun ANS PRESS-ə verdiyi məlumata görə, 20 gündən artıqdır ermənilərin çaya buraxdığı sudan istifadə etmək qeyri mümükündür. Belə ki, sudan götürülən nümunə Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin laboratoriyasında analiz edilib. Nəticədə suyun istifadə üçün yarasız olduğu təsdiqlənib. Yerli icra hakimiyyətləri Tərtər və ətraf rayonların əhalisinə çayın suyundan istfadə etməmək barədə xəbərdarlıq edib. Belə ki, bu su əkin sahələrində torpağın üst qatını sıradan çıxarır və məhsuldarlığı aşağı salır.

    Qeyd edək ki, Tərtərçayın suyundan Tərtər, Bərdə, Goranboy, Yevlax, Ağdam rayonları suvarma məqsədi ilə istifadə edilir. Sakinlərin sözlərinə görə, həmin sudan içən mal qara arasında da təlafat var. Çay İcra Qovşağının İstismarı İdarəsindən verilən məlumata görə, ermənilər 15 ildən artıqdır Sərsəng su anbarında yığılıb qalan lili təmizləmək məqsədi ilə anbarın su tullayıcı qapılarını açıblar. Nəticədə həmin su qatı lil şəklində çaya axır. İndiyə qədər çaydan 5-6 milyon kub metr lilli su axıb. Sərsəng su anbarının ümumi həcmi isə 600 milyon kub metrdir. Çayın çirklənməsinin nə vaxta kimi davam edəcəyi bilinmir.

    Hazırda rayonlarda taxın əkini dövrü başlayıb. Lakin çayda suyun çirki olması səbəbindən Tərtər, Goranboy, Yevlax, Ağdam rayonlarının fermerləri sahələrini sulaya bilmirlər. Tərtərdəki artizan quyuları ilə isə taxıl sahələrinin yalnız 20-25 faizini suvarmaq mümkündür.


    ANS PRESS

    Категория: Saytımızdan XƏBƏRLƏR | Просмотров: 2235 | Добавил: Nisa | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Oktyabr 2008  »
    B.eÇ.aÇC.aCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Linklər