Cüme, 29.03.2024, 00:31
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Oktyabr » 5 » İPOTEKA DÜYÜNÜ NİYƏ AÇILMIR?
    11:48
    İPOTEKA DÜYÜNÜ NİYƏ AÇILMIR?
     
     
     
    1 il 4 ay fasilədən sonra ipoteka məsələsi yenidən aktuallaşıb. Gənclər və idman naziri Azad Rəhimov mətbuata bildirib ki, gənclərin ev problemini həll etmək üçün aşağı faizli, ilkin ödənişsiz və uzunmüddətli ipoteka kreditlərinin verilməsinə çalışırlar. Nazirin sözlərinə görə, gənc ailələrə kömək məqsədilə dövlət büdcəsində artım gözlənilir: “2009-cu ilin dövlət büdcəsində bu məqsədlə daha böyük vəsait ayrılacağını gözləyirik və inanırıq. Sözsüz ki, gənclərimiz bu vəsaitdən səmərəli istifadə üçün yararlana biləcəklər”.

    Xatırladaq ki, dövlət hesabına ipoteka kreditlərinin verilməsi ötən ilin iyun ayında dayandırılıb. O zaman Mill Bank (MB) müvəkkil banklara göndərdiyi məktubda ipoteka kreditlərinin verilməsinin 1 ay müddətinə təxirə salındığını bildirirdi.  Üstündən 1 il 4 ay keçməsinə baxmayaraq, ipoteka kreditləşməsində sükut hələ də pozulmayıb. Milli Bank əvvəlcə ipoteka kreditləşməsinə bu ilin birinci rübündən, sonra ikinci yarısından başlanacağını bildirsə də, nəinki bu baş verib, hətta ipoteka şərtləri də dəqiqləşməyib. Müstəqil ekspertlərin fikrincə,  ipoteka kreditlərinin verilməsinin yubadılmasının iqtisadi əsasları yoxdur. Yayılan məlumatlara görə, ipoteka kreditlərinin bu ildə verilməsinin yubadılmasında yeni modelə keçid məsələsi də rol oynayır. Hazırda Azərbaycanda elə ipoteka modeli yaratmağa cəhd edilir ki, bunun əsasında həm ipoteka modeli, həm də bank sistemi işlək vəziyyətdə ola bilsin.  Bu məqsədlə İpoteka Fondu (İF) Danimarka, Meksika kimi bir sıra ölkələrin ipoteka modellərini öyrənib.

    2008-ci ildə nəzərdə tutulan vəsait İpoteka Fondunun ötənilki borclarının ödənilməsinə yönəldilib

    İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramovun sözlərinə görə, dövlət büdcəsi vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi nəzərdə tutulsa da, 2008-ci ildə prosesə başlamaq mümkün olmadı: “Əslində 2009-cu ildə ipoteka kreditlərinin verilməsinin mümkünlüyündən öncə, 2008-ci ildə ipoteka kreditlərinin nə üçün verilməməsinə diqqət yetirmək lazımdır. 2007-ci ildə Milli Bank müvvəkil banklara ipoteka kreditləşməsinin dayandırılması ilə bağlı məktub göndərəndə orada prosesin 1 ay müddətinə təxirə salındığı qeyd olunurdu. Daha sonra bəlli oldu ki, ilin sonuna qədər ipoteka kreditlərini vermək mümkün olmayacaq və Milli Bank 2008-ci ilin dövlət büdcəsində ipoteka kreditlərinin verilməsi ilə bağlı xərc maddəsinin nəzərdə tutulduğunu bildirdi. Bununla da 2008-ci ilin mart ayında ipoteka kreditlərinin veriləcəyinə dair rəsmi açıqlama yayıldı. Güman edilirdi ki, mart ayına qədər Maliyyə Nazirliyi kreditləri Milli Bank nəzdindəki İpoteka Fondunun hesabına köçürəcək. Lakin mart ayında bəlli oldu ki, kreditlər verilmir. Bundan sonra isə Milli Bank 2008-ci ilin ikinci yarısında ipoteka kreditlərinin bərpa olunacağını bildirdi. Amma sonradan bəlli oldu ki, may ayında Maliyyə Nazirliyi ipoteka kreditləşməsi üçün dövlət büdcəsində nəzərdə tutulan 34 milyon manatın 10 milyon manatını İpoteka Fonduna ayırıb. Fond isə həmin məbləği ipoteka kreditlərinin verilməsinə deyil, 2007-ci ildə müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinin yenidən maliyyələşməsinə yönəltdi. Bu isə  2008-ci il üçün nəzərdə tutulan vəsaitin məhz 2007-ci il üçün İpoteka Fondunun borclarının ödənilməsinə yönəldilməsi deməkdir”.

    Fond iki ildir daha çox turizmə görə məşhur olan ölkələrin təcrübəsini öyrənir

    Ekspert bildirir ki, MB-in ipoteka kreditlərinin verilməməsi ilə bağlı arqumentləri ilə razılaşmaq mümkün deyil: “Milli Bank kreditləşməni dayandırdığını yeni sistem öyrənilməsi ilə izah edir. Qurumun açıqlamasına görə, İpoteka Fondu bir sıra ölkələrin təcrübəsini öyrənir. Bu təcrübə öyrənildikdən sonra qurumun özünün maliyyələşdirmə prinsipi ilə işləyib-işləməməsi müəyyənləşdiriləcək. Əvvəla, İpoteka Fondu iki ilə yaxındır ki, müxtəlif ölkələrin təcrübəsini öyrənir. Xatırladım ki, 2007-ci ildə Fondun ekspertləri  ABŞ-da səfərdə oldular. Daha sonra isə Litvaya səfər edib, həmin ölkənin təcrübəsini öyrəndilər. Amma maraqlıdır ki, Milli Bank və İpoteka Fondu həmin ölkələrin təcrübəsini tətbiq etmək əvəzinə 2008-ci ildə Meksikanın təcrübəsini  öyrənməyə başladı. Halbuki, Meksika ipoteka kreditlərinin verilməsi baxımından neqativ ölkələrdən biridir. O baxımdan Milli Bank, eyni zamanda İpoteka Fondu ipoteka kreditlərinin verilməsində hər hansı təcrübəyə malik olmayan ölkələri öyrənir”. Həmin dövlətlərin ipoteka kreditləşməsindən daha çox turizmə görə məşhur olduqlarını diqqətə çatdıran V.Bayramov bildirir ki, son ilyarım ərzində AİF işçiləri müxtəlif ölkələrə səyahət etsələr də, 2008-ci ilin dövlət büdcəsindən ipoteka kreditləşməsi üçün nəzərdə tutulan ipoteka kreditlərini vermək mümkün olmayıb: “2007-ci il iyunun 14-dən ipoteka kreditlərinin verilməsi dayandırılıbsa və İpoteka Fondu həmin müddətdən sonra vətəndaşlara 1 ipoteka krediti də verməyibsə və yaxın aylarda bunu nəzərdə tutmursa, o zaman bu qurumun saxlanmasına ehtiyac varmı sualı ortaya çıxır. Bu gün İpoteka Fondu dövlət büdcəsinin vəsaiti hesabına saxlanılır. Əgər fond 2006-cı və 2007-ci ilin 1-ci yarım ilində verilən kreditlər üzrə ödənişlərin qaytarılmasına nəzarət edirsə, buna da ehtiyac yoxdur. Çünki həmin kreditlər müvəkkil banklar tərəfindən verilib. Banklar faizlərin hesablanmasına və geri alınmasına məsuldurlar”.

    Tikinti holdinqləri ipoteka kreditlərinin verilməməsində maraqlıdır

    İqtisadçı deyir ki, ipoteka kreditlərinin verilməməsi Meksikanın və ya hansısa turizm ölkəsinin təcrübəsinin öyrənilməsi ilə bağlı deyil: “Bunun kifayət qədər subyektiv səbəbləri var. Dövlət büdcəsi vəsaitləri hesabına ipoteka kreditlərinin verilməməsində bir sıra tikinti holdinqləri maraqlıdır. Çünki tikinti şirkətləri kifayət qədər geniş kredit kampaniyaları həyata keçirirlər. Xatırlatmaq yerinə düşərdi ki, 2007-ci ilin 23 yanvar tarixində prezidentin imzaladığı ”Azərbaycan Respublikasında güzəştli kreditlərin verilməsi qaydaları" haqqında fərmana əsasən ölkədə sosial ipoteka kreditləri tətbiq edilir. Bu kreditlər 3 ildən 30 ilədək olmaq şərti ilə 4 faizlə verilir. Hələlik faiz dərəcələri və müddət dəyişdirilməyib. Bu isə o deməkdir ki, əgər 2008-ci ildə dövlət büdcəsindən ipoteka kreditlərinin verilməsi üçün nəzərdə tutulan vəsait ayrılsaydı, inhisarçı tikinti şirkətlərinin kredit proqramlarının işləməsinə əngəl törədərdi. Tikinti şirkətləri 25 il müddətinə minimum 500 manatdan başlamaq şərti ilə kredit proqramları təklif edirlər. 1 otaqlı mənzil almaq üçün vətəndaş 150 min manat vəsait ödəməlidir. Bu, kifayət qədər böyük rəqəmdir. İpoteka kreditləşməsində isə tamamilə fərqlidir".
    Ekspertin sözlərinə görə, ipoteka kreditləşməsinin bərpasına qarşı tikinti monopoliyası kifayət qədər ciddi mübarizə aparır: “Digər problem Milli Bank narazılar faktorunu nəzərə alaraq prosesə başlamamasıdır. Təsəvvür edin, büdcədən bu istiqamətə 34 milyon manat vəsait ayrılmışdı, onun 10 milyon manatını İpoteka Fondu köhnə borclara yönəldib. Nazirlər Kabinetinə təqdim edilən layihədə təklif olunurdu ki, sosial ipotekalar üçün maksimum məbləğ 35 min manatdan 50 min manata qaldırılsın. Bu isə o deməkdir ki,  2008-ci ildə nəzərdə tutulan ipoteka kreditləri 50 min manat olmaq şərti ilə verilsəydi, ən yaxşı halda bundan 480 nəfər istifadə edəcəkdi. Amma ipoteka kreditlərinə olan tələbatı nəzərə alsaq, bu rəqəm 480 nəfərdən daha çoxdur. Milli Bank həm də bu il seçki ilinin olduğunu düşünərək  ipoteka kreditləşməsini bərpa etmədi ki, narazı qalanların sayını artırmasın”.
    V.Bayramov prosesin bərpa edilməməsinə səbəb kimi həmçinin MB-da, AİF-də kreditlərin verilməsiylə bağlı strategiyanın olmamasını görür: “Milli Bank 2009-cu ildən AİF-in  özünü maliyyələşdirmə prinsipi ilə işləyəcəyini bildirir. Amma özünü maliyyələşdirmə prinsipinin nədən ibarət olduğu hələlik fonda aydın deyil. Baxmayaraq, AİF özünü maliyyələşdirmə prinsipi üzrə Litva təcrübəsini tətbiq etmək istəyirdi. Lakin sonradan bəlli oldu ki, İpoteka Fondunun öyrəndiyi, Litvada tətbiq edilən mexanizm Azərbaycanda işləməyəcək. AİF-in özünü maliyyələşdirmə prinsipi əsasında işləməsi kifayət qədər absurd, qaranlıq məsələdir. Təəssüf ki, Milli Bank AİF-in özünü maliyyələşdirmə prinsipi ilə işləyəcəyini əsas gətirərək, prosesi yubadır”.

    2009-cu ildə ipoteka kreditləşməsinə böyük vəsait nəzərdə tutulmur

    İSİM rəhbəri Milli Bank 2009-ci ildən kreditlərin veriləcəyi ilə bağlı son açıqlamasını səmimi saymır: “Çünki kreditlərin verilməsiylə bağlı Milli Bank, o cümlədən AİF əhalini bir neçə dəfə aldadıb. Proses o qədər dalana dirənib ki, ipotekaya tələbat böyük olsa da, bu məsələ gündəmdə olan mövzulardan deyil”.
    Ekspert hesab edir ki, növbəti ildə kreditlərin bərpası üçün həm hüquqi, həm də iqtisadi əsas var: “İqtisadi əsas ondan ibarətdir ki, Milli Bank 2008-ci ildə nəzərdə tutulan kreditləri vermədiyi üçün həmin vəsait AİF-in  büdcəsindən qalıq kimi 2009-cu ilə keçəcək. Eyni zamanda güman edilir ki, Nazirlər Kabineti ilin sonunda sosial ipoteka kreditlərinin verilməsiylə bağlı layihəni təsdiq edəcək. Bununla da sosial ipotekaların verilməsi üçün hüquqi baza olacaq.
    2009-cu ildə dövlət büdcəsindən ipoteka kreditləşməsinə vəsaitin ayrılacağı gözlənilsə də, bununla bağlı dəqiq məlumat yoxdur. Kreditləşmə dövlət büdcəsində invenstisiya maddəsindədir. Yalnız layihə parlamentdə müzakirə edilən zaman ipoteka kreditləşməsinə vəsaitin ayrılıb-ayrılmaması, o cümlədən məbləğlə bağlı aydın təsəvvür yaranacaq. Amma güman etmirəm ki, 2009-cu ildə dövlət büdcəsində ipoteka kreditləşməsinə vəsait bu il nəzərdə tutulandan artıq ayrılsın. Ən azı ona görə ki, 2008-ci ildəki vəsait xərclənməyib. Digər tərəfdən növbəti ilin büdcəsi bu ilin büdcəsindən daha pessimistdir. Baxmayaraq, 2009-cu ilin büdcəsi həcm etibarilə böyükdür, amma neftin dünya bazar qiymətindəki son azalmalar 2009-cu il üçün 2008-ci ildəki kimi heç də optimist vədlər vermir. 2009-cu ildə bir sıra sosial layihələr üzrə qayçılanmalar həyata keçirilməsi gözləniləndir. Qayçılanan layihələrdən birinin də ipoteka kreditləşməsinin olacağı daha çox güman edilir. Növbəti ildə kreditləşmə bərpa edilsə belə, əhaliyə böyük həcmdə ipoteka kreditlərinin veriləcəyini düşünmürəm".

    Sosial ipotekaların faiz dərəcəsi 2 dəfə artırılacaq

    “Kreditlərin hansı faizlə veriləcəyi də müəyyənləşdirilməyib” deyir ekspert. Onun sözlərinə görə, MB sosial ipoteka kreditləri üçün faiz dərəcəsinin qurumun uçot stavkasına uyğunlaşdırılmasıyla bağlı NK-ya təklif verib: “Sosial ipoteka kreditlərinin faiz dərəcəsi 4 faizdən 15 faizə yüksələ bilər. Əslində büdcə vəsaiti hesabına verilən kreditlərin Milli Bankın uçot stavkasına uyğunlaşdırılması məntiqi deyil. Son məlumatlara görə, Nazirlər Kabineti Milli Bankın sözügedən təklifini qəbul etməyib. Digər tərəfdən İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına görə, növbəti il inflyasiya 15 faizdən az olacaq. O zaman sosial ipoteka kreditinin bu faizlə verilməsi absurddur. Bütün hallarda bildirilir ki, sosial ipoteka kreditlərinin faiz dərəcələri dəyişdiriləcək. Hələlik bu kreditlərin faiz dərəcəsinin iki dəfə artırılacağı güman edilir. Qeyri-rəsmi məlumatlara görə, sosial ipoteka kreditləri 2007-ci ildə təklif olunan adi ipoteka kreditləri ilə eyni faizlə veriləcək. Maksimum faiz 8 faiz olacaq”. Leyla ƏLİYEVA  /yeni musavat/

    Категория: İQTİSADİYYAT | Просмотров: 2434 | Добавил: Nisa | Рейтинг: 0.0/0
    Всего комментариев: 1
    17.03.2009
    1. Михаил (Kirillovs) [Material]
    Классненько, спасибо. smile

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Oktyabr 2008  »
    B.eÇ.aÇC.aCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Linklər