Cüme axşamı, 25.04.2024, 06:21
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Oktyabr » 5 » ŞƏ­RA­BIN CƏ­MİY­YƏT­DƏ YA­RAT­DI­ĞI FƏ­SAD­LAR
    18:21
    ŞƏ­RA­BIN CƏ­MİY­YƏT­DƏ YA­RAT­DI­ĞI FƏ­SAD­LAR
     
     
     
     
     
     
    İs­la­mın tə­lim-tər­bi­yə sis­te­min­də tərk edil­mə­si va­cib bu­yu­ru­lan əsas mə­sə­lə­lər­dən bi­ri şə­rab­dır. Şə­rab-ərəb sö­zü olub, iç­ki mə­na­sı­nı ifa­də edir. La­kin bir ter­min ki­mi şə­rab de­dik­də məs­te­di­ci iç­ki­lər nə­zər­də tu­tu­lur. Biz bu ki­çik ya­zı­da ön­cə şə­ra­bın in­san hə­ya­tı­na vur­du­ğu zi­yan­lar­dan söh­bət aça­caq, son­ra isə mə­sə­lə­ni Qu­ran və şə­ri­ət ba­xı­mın­dan izah et­mə­yə ça­lı­şa­ca­ğıq.

    Şə­ra­bın zi­yan­la­rı

    Şə­rab mə­sə­lə­si mü­a­sir dün­ya­mız­da çox cid­di prob­le­mə çev­ril­miş­dir. Sağ­lam və xoş­bəxt hə­yat üçün bö­yük təh­lü­kə he­sab olu­nan bu prob­lem hə­lə qə­dim za­man­lar­dan bu gü­nü­mü­zə qə­dər çox­lu fə­la­kət­lə­rin əsas sə­bəb­lə­ri ol­maq­da da­vam edir. Şə­rab və key­fiy­yə­tin­dən ası­lı ol­ma­ya­raq bü­tün məs­te­di­ci iç­ki­lər in­san hə­ya­tı­nın heç bir sa­hə­sin­də tə­sir­siz ol­ma­mış, onun ai­lə-mə­i­şət, mə­də­ni-ma­a­rif, so­si­al-iq­ti­sa­di və di­gər bü­tün sa­hə­lə­rin­də öz də­rin tə­si­ri­ni bu­rax­mış­dır.
    Spirtli iç­ki­lər in­san­da müx­tə­lif xəs­tə­lik­lə­rin ya­ran­ma­sı­na sə­bəb olur. Bu say­sız-he­sab­sız xəs­tə­lik­lə­rə mi­sal ola­raq be­yin hü­cey­rə­lə­ri­nin və neytron­la­rı­nın pas­siv­li­yi­ni, ürək­də qan döv­ra­nı­nın po­zul­ma­sı­nı, bə­zi da­mar­la­rın partla­ma­sı və qan lax­ta­lan­ma­sı­nı, mə­də və ba­ğır­saq­lar­da ya­ra­nan anor­mal­lıq­la­rı qeyd et­mək olar. Bə­zən bun­lar və­tən­daş ma­a­rif­çi­li­yi na­mi­nə xər­çəng xəs­tə­li­yi və bə­də­nin if­lic və­ziy­yə­ti­nə düş­mə­si ilə nə­ti­cə­lə­nir.
    Spirtli iç­ki­lə­rin acı tə­si­ri özü­nü psi­xi xəs­tə­lik­lər­də də gös­tə­rir. Sər­xoş və­ziy­yət­də in­san ağ­lı­nın fə­a­liy­yət­dən düş­mə­si heç ki­mə sirr de­yil. İn­san şə­rab iç­mək­lə özü­nün ağıl qüv­və­si­ni əl­dən ve­rir. Bu isə təd­ri­cən yad­da­şın po­zul­ma­sı­na, ağıl və şü­u­run it­mə­si­nə sə­bəb olur, ru­hi və psi­xi xəs­tə­lik­lə­rə gə­ti­rib çı­xa­rır. İn­gil­tə­rə­nin bir şə­hə­rin­də müx­tə­lif sə­bəb­lər üzün­dən ağ­lı­nı iti­rən­lə­rin sa­yı 53 nə­fər ol­du­ğu hal­da, tək­cə spirtli iç­ki­lər üzün­dən bu xəs­tə­li­yə tu­tu­lan­lar 2249 nə­fə­rə çat­mış­dır.
    ABŞ ru­hi xəs­tə­xa­na­la­rın­da xəs­tə­lə­rin 86%-i məhz spirtli iç­ki­lər üzün­dən ru­hi xəs­tə­li­yə dü­çar ol­muş­dur. Bu öl­kə­də bir il­də ru­hi xəs­tə­lik­lər­dən ölən­lə­rin sa­yı II Dün­ya mü­ha­ri­bə­sin­də hə­min öl­kə­nin hə­lak ol­muş və­tən­daş­la­rı­nın sa­yın­dan iki də­fə ar­tıq­dır. On­lar əsa­sən şə­rab və si­qa­re­tin tə­si­ri ilə ru­hi xəs­tə­li­yə tu­tul­muş in­san­lar­dır.
    Fran­sa­lı alim­lə­rin araş­dır­ma­la­rı nə­ti­cə­sin­də 200 min nə­fə­rin spirtli iç­ki­lər va­si­tə­si­lə psi­xi xəs­tə­li­yə tu­tul­ma­la­rı açıq­lan­mış­dır.
    Məs­te­di­ci iç­ki­lə­rin in­san öm­rü­nə də mən­fi tə­si­ri var­dır. Nor­mal in­san öm­rü 60 il­dən az ol­ma­dı­ğı hal­da şə­ra­ba alu­də olan­la­rın or­ta ömür müd­dət­lə­ri 35-50 ara­sın­da­dır. "Öm­rün sı­ğor­ta­sı" kom­pa­ni­ya­sı­nın apar­dı­ğı təd­qi­qat­lar­dan ay­dın ol­muş­dur ki, şə­rab içən­lə­rin ömür müd­dət­lə­ri baş­qa­la­rın­dan 25-30% qı­sa olur.
    Şə­ra­bın mən­fi tə­si­ri in­sa­nın 3 nəs­li­nə qə­dər da­vam edə bi­lər. Kör­pə­nin nüt­fə­si bağ­la­nan za­man ata-ana­dan bi­ri sər­xoş olar­sa, spirtli iç­ki­lə­rin 35% mən­fi tə­si­ri öv­la­da ke­çir. Əgər on­la­rın hər iki­si sər­xoş olar­lar­sa, bu tə­sir 100%-ə ça­tır.
    Ağıl və dü­şün­cə­lə­ri zə­if olan uşaq­la­rın 75%-i spirtli iç­ki­lər qə­bul edən va­li­deynlə­rin öv­lad­la­rı­dır.

    Öv­lad­ları­mı­zın
    qa­nı­nı iç­mə­yək!


    Ya­zı­nın bu ye­rin­də oxu­cu­la­rın diq­qə­ti­ni bir müd­dət ön­cə Ru­si­ya te­le­vi­zi­ya ka­nal­la­rı­nın bi­rin­də nü­ma­yiş et­di­ri­lən bir ve­ri­li­şə cəlb et­mək is­tə­yi­rik. Bu ve­ri­liş­də ata və ana­la­rı­nın sər­xoş ol­duq­la­rı­na gö­rə ölü do­ğul­muş, şi­kəst və ya anor­mal do­ğu­la­raq öl­müş uşaq­lar gös­tə­ri­lir­di. İri kol­ba­lar­da yer­ləş­di­ril­miş hə­min kör­pə cə­səd­lə­ri müx­tə­lif yer­lər­də nü­ma­yiş et­di­ri­lir və şə­ra­bın acı tə­si­ri izah olu­nur­du.

    Bə­li, in­san şə­rab iç­mək­lə həm də öv­lad­la­rı­nın qa­nı­nı iç­miş olur. İn­san şə­rab iç­mək­lə öz ai­lə­si­nin hə­ya­tı­nı və öz gə­lə­cə­yi­ni məhv et­miş olur. Gö­rə­sən ölü do­ğu­lan və ya anor­mal do­ğu­lub ölən mə­sum kör­pə­lə­rin nə gü­na­hı var­dır?! Be­şik üzü gör­mə­dən tor­pa­ğa gö­mü­lən bu kör­pə­lər han­sı gü­nah­la­rı­na gö­rə öl­dü­rül­müş­lər?! Gö­rə­sən gün­bə­gün şə­ra­bın is­teh­sa­lı­nı ar­tı­rıb, rən­ga­rəng rek­lam­lar­la onu təb­liğ edən möh­tə­kir­lər öz vic­dan­la­rı­nı nə ilə qa­ne edir­lər?!

    Məs­te­di­ci iç­ki­lər ai­lə mü­na­si­bət­lə­ri­nə cid­di zər­bə vu­rur, hə­yat yol­da­şı və öv­lad­la­ra qar­şı olan mə­həb­bə­ti azal­dır. Bu­nun ar­dın­ca isə müx­tə­lif acı ha­di­sə­lər - bo­şan­ma­lar, öv­la­dın bu­ra­xıl­ma­sı və hət­ta qətllər baş ve­rir. Sər­xoş adam üçün öv­la­dı öl­dür­mək­lə mil­çə­yi öl­dür­mək ara­sın­da çox fərq yox­dur. O ən adi bir iş üçün bir anın için­də qə­zəb­lə­nə və ağ­la­gəl­məz ha­di­sə­lər tö­rə­də bi­lər.

    Bun­lar­dan əla­və şə­ra­bın iq­ti­sa­di zi­ya­nı da var­dır. Bu zi­yan­lar in­sa­nın həm fər­di, həm də ic­ti­mai hə­ya­tı­na şa­mil olur. Şə­ra­ba alu­də in­sa­nın ai­lə və uşaq­la­rı­nın eh­ti­ya­cı onun üçün çox da əhə­miy­yət kəsb et­mir. Onu da­ha çox şə­rab­la da­mar­la­rı­na iş­lə­yən bu mən­fur vər­diş dü­şün­dü­rür.

    Spirtli iç­ki­lə­rə gö­rə hər il Fran­sa büd­cə­si­nə 137 mil­yon frank zi­yan vu­rur. İn­gil­tə­rə­də spirtli iç­ki­lə­rə gö­rə işə çıx­ma­yan­la­rın vur­du­ğu zi­yan il­də 50 mil­yon dol­la­ra ça­tır. Bu­nun­la isə min­lər­lə uşaq bağ­ça­sı, mək­təb və xəs­tə­xa­na tik­dir­mək olar. Bu pul­lar­la mil­yon­lar­la ye­ti­mi se­vin­dir­mək, pul­suz­luq uc­ba­tın­dan iş­lə­mə­yə məc­bur olan uşaq­la­ra təh­sil im­ka­nı ya­rat­maq olar.

    Ni­yon şə­hər Tibb uni­ver­si­te­ti­nin gös­tər­di­yi sta­tis­ti­ka­ya gö­rə, 1961-ci il­də ümu­mi qətllə­rin 50%-i, ya­ra­la­ma və fi­zi­ki xə­sa­rət­lə­rin 77,8%-i, oğur­luq­la­rın 88,8%-i məhz spirtli iç­ki­lə­rin tə­si­ri ilə ol­muş­dur.

    Gö­rün­dü­yü ki­mi, bu­gün­kü bü­tün el­mi-tex­no­lo­ji na­i­liy­yət­lə­rə bax­ma­ya­raq bə­şər hə­lə də düz­gün ya­şa­maq yo­lu­nu tap­ma­yıb. Bu gün ci­na­yət və xəs­tə­lik­lə­rin sa­yı şə­rab­xa­na­la­rın sa­yı ilə düz mü­tə­na­sib­dir. Bir alim be­lə de­yir: "Əgər döv­lət­lər öh­də­lə­ri­nə gö­tür­səy­di­lər... şə­rab­xa­na­la­rın ya­rı­sı­nı bağ­la­maq­la, xəs­tə­xa­na və mü­a­li­cə mər­kəz­lə­ri­nin ya­rı­sı­nı bağ­la­mış olar­dı­lar".

    İs­lam­dan əv­vəl, yə­ni ca­hi­liy­yət döv­rün­də ərəb­lə­rin 3 şe­yə güc­lü mey­li ol­muş­dur: şe­ir, şə­rab, dö­yüş. Şə­rab iç­mək on­lar üçün fəxr və üs­tün­lük he­sab olu­nur­du. Bun­dan əla­və on­la­rın gə­lir­lə­ri­nin bir his­sə­si şə­rab is­teh­sa­lı və ti­ca­rə­ti ilə tə­min olu­nur­du. Elə bu­na gö­rə də şə­rab Qu­ra­ni-Kə­rim­də 4 mər­hə­ləy­lə ha­ram buy­rul­muş­dur. Bu ba­rə­də ilk ayə Mək­kə­də na­zil ol­muş "Nəhl" su­rə­si­nin 67-ci ayə­si­dir. Bu ayə­də Al­lah-Tə­a­la şə­ra­bı "gö­zəl ru­zi"nin qar­şı tə­rə­fi ki­mi gös­tə­rə­rək mə­zəm­mət et­miş­dir. Ayə­də de­yi­lir: "Xur­ma və üzüm ağac­la­rı­nın mey­və­lə­rin­dən məs­te­di­ci şə­rab və gö­zəl ru­zi çə­kir­si­niz".

    Di­gər ayə­lər mü­səl­man­la­rın Mə­di­nə­yə hic­rə­tin­dən son­ra ha­sil ol­muş­dur. "Ni­sa" su­rə­si­nin 43-cü ayə­sin­də Al­lah-Tə­a­la məst hal­da qı­lı­nan na­ma­zın məq­bul sa­yıl­ma­dı­ğı­nı bil­dir­di: "Ey mü­səl­man­lar! Nə de­dik­lə­ri­ni­zi bi­lə­nə ki­mi məst hal­da na­ma­za ya­xın­laş­ma­yın!"

    Ayə­lə­rin yal­nız na­ma­za aid ol­ma­sı­na bax­ma­ya­raq, on­da bir növ mə­zəm­mət və ik­rah his­si də ya­rat­mış­dır. "Nə de­dik­lə­ri­ni­zi bi­lə­nə ki­mi" ifa­də­sin­dən mə­lum olur ki, məst və sər­xoş in­san de­dik­lə­ri­ni an­la­mır və da­nış­dı­ğı söz­lə­rin fər­qi­nə var­mır. Bu isə, heç şüb­hə­siz ki, nor­mal in­san üçün bö­yük qə­ba­hət və eyib sa­yı­lır.

    Şə­ra­bın pis və bə­yə­nil­məz iş ol­ma­sı ba­rə­də na­zil olan 3-cü ayə - "Bə­qə­rə" su­rə­si­nin 219-cu ayə­si­dir. Bu ayə, şə­rab və qu­mar haq­qın­da Pey­ğəm­bə­rə (s) ve­ri­lən su­al­la­ra ca­vab ki­mi na­zil ol­muş­dur: "Ya Pey­ğəm­bər! Sən­dən şə­rab və qu­mar haq­qın­da so­ru­şur­lar. De ki, on­lar­da bö­yük zi­yan və in­san­lar üçün (mad­di) mən­fə­ət var­dır. La­kin zi­yan­la­rı mən­fə­ət­lə­rin­dən da­ha ar­tıq­dır".

    Gö­rün­dü­yü ki­mi, Al­lah-Tə­a­la bu ayə­də şə­ra­bın şə­ri­ət ba­xı­mın­dan eyib sa­yıl­dı­ğı­nı vur­ğu­la­yıb, onun qə­ti su­rət­də ha­ram olun­ma­sı­na zə­min ha­zır­la­mış­dır. Mü­səl­man­la­rın bə­zi­lə­ri heç za­man şə­rab iç­mə­miş­di­lər. Bə­zi­lə­ri isə bu ayə­lər­dən son­ra şə­rab­dan çə­kin­di­lər. Am­ma bə­zi mü­səl­man­lar hə­lə də şə­rab içir və köh­nə vər­diş­lə­ri­ni da­vam et­di­rir­di­lər. Bə­zən bu qrup­lar ara­sın­da mü­ba­hi­sə­lər ya­ra­nır, bə­zi­lə­ri şə­ra­bın ha­ram, bə­zi­lə­ri isə ha­lal ol­du­ğu­nu söy­lə­yir­di­lər. On­lar Pey­ğəm­bə­rin (s) ya­nı­na gə­lib bu ba­rə­də da­ha açıq və ay­dın hökmlər is­tə­di­lər. Bu za­man "Ma­i­də" su­rə­si­nin 90-91-ci ayə­lə­ri na­zil ol­du: "Ey mü­səl­man­lar! Hə­qi­qə­tən şə­rab, qu­mar, büt­lər və əz­lam (ca­hi­liy­yət döv­rün­də ge­niş ya­yıl­mış bəxt oyu­nu) şey­tan əmə­li olan çir­kin və mur­dar iş­lər­di­lər. Öz sə­a­dət və qur­tu­lu­şu­nuz üçün on­lar­dan çə­ki­nin. Şey­tan şə­rab və qu­mar va­si­tə­si­lə si­zin ara­nız­da əda­vət və düş­mən­çi­lik ya­rat­maq, si­zi Al­la­hın zik­rin­dən çə­kin­dir­mək is­tə­yir. (Bü­tün bu açıq­la­ma­lar­dan son­ra) Siz (şə­rab və qu­mar­dan) çə­kin­mə­yə­cək­si­niz­mi?!"

    Bu ayə ilə şə­rab iç­mək qə­ti su­rət­də ha­ram buy­rul­du, onun çir­kin iş və şey­tan əmə­li ol­du­ğu gös­tə­ril­di. O za­man­dan eti­ba­rən qi­ya­mə­tə qə­dər Al­la­ha və Pey­ğəm­bə­rə iman­lı bü­tün in­san­la­ra şə­rab iç­mək qa­da­ğan olun­muş­dur.

    Diq­qət ye­tir­mək la­zım­dır ki, qeyd olu­nan ayə­lər bü­tün məs­te­di­ci və spirtli iç­ki­lə­rin ha­ram­lı­ğı­nı bil­di­rir. Be­lə ki, on­la­rın az və ya çox, xa­lis və ya qa­rı­şıq ol­ma­la­rı, ha­be­lə in­sa­na tə­sir gös­tə­rib-gös­tər­mə­mə­lə­ri ara­sın­da heç bir fərq yox­dur.


    Şə­rab mə­sə­lə­si hə­dis­lər­də


    Həz­rət-Mə­həm­məd Pey­ğəm­bər (s) bu­yur­muş­dur: "Şə­rab içən şəxs Qi­ya­mət gü­nü üzü qa­ra, ağ­zı əyil­miş, di­li ağ­zın­dan çö­lə çıx­mış və su­suz­luq­dan fər­yad edən hal­da məh­şə­rə gə­lə­cək­dir. Ona zi­na­kar­la­rın çir­ki axıb tö­kü­lən qu­yu­dan su içi­rə­cək­lər".

    Pey­ğəm­bər (s) di­gər bir hə­dis­də bu­yu­rur: "Al­lah şə­rab­la əla­qə­dar 10 ada­mı lə­nət­lə­miş­dir: (Şə­rab çək­mək məq­sə­di ilə) üzüm ko­lu əkə­ni, onu qo­ru­ya­nı, üzü­mü sı­xıb su­yu­nu çı­xara­nı, onu sa­ta­nı, pul­la ala­nı, pu­lu­nu əl­də edə­ni, onu da­şı­ya­nı, da­şı­yan­lar­dan təh­vil ala­nı, cam­la­ra sü­zə­ni və içə­ni".

    İmam Sa­diq (ə) bu­yur­muş­dur: "Şə­rab iç­mək büt­pə­rəstlik ki­mi­dir. Şə­rab bü­tün gü­nah­la­rın kö­kü­dür".

    Həz­rət Əli­dən so­ruş­du­lar: "Siz şə­rab iç­mə­yi oğur­luq və zi­na­dan da pis he­sab edir­si­niz?" Bu­yur­du: "Bə­li, zi­na edən şəxs ola bil­sin ki, baş­qa gü­nah­la­rı et­mə­sin, la­kin şə­rab içən şəxs zi­na da edər, adam da öl­dü­rər, na­ma­zı da tərk edər".

    Gö­rün­dü­yü ki­mi, şə­rab həm di­ni, həm tib­bi, həm mad­di-mə­nə­vi, həm əx­la­qi, həm də ic­ti­mai-si­ya­si cə­hət­dən zə­rər­li­dir.

    Gə­lin, bu təh­lü­kə­li vər­diş­lə dün­ya və axi­rə­ti­mi­zi vi­ran qoy­ma­yaq. Gə­lin, in­san­la­rın göz yaş­la­rı­na ba­is ol­ma­yaq. Gə­lin, Al­la­hın pak ne­mət­lə­ri­ni mur­dar­la­yıb zə­hə­rə çe­vir­mə­yək. Qoy dün­ya­mız gü­lüs­ta­na çev­ril­sin!

    Elşən İsmayılov
    Категория: ANALİZ | Просмотров: 2345 | Добавил: media-islam | Рейтинг: 5.0/1
    Всего комментариев: 1
    05.10.2008
    1. ZehrayiNur (ZehrayiNur) [Material]
    booze blink

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Oktyabr 2008  »
    B.eÇ.aÇC.aCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Linklər