Çerşenbe axşamı, 19.03.2024, 12:01
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    iraq ve BU$ VEH$ETi
     
    İRAQ VeHŞeTİ V BUŞ...
    İslam coğrafiyasını hədəf alan yeni səlib yürüşləri təcavüzkar xaçlı zehniyyətinin Orta əsrlərdə qalmadığını göstərirdi. Bu gün 20 Mart və ABŞ-ın İraqa hücum etməsindən beş il keçdi. Bu günki yazımızda, Beynəlxalq Qaçqınlar Təşkilatı (IOM)-ın hazırladığı hesabatdan və daha başqa məlumat qaynaqlarından faydalanaraq çağımızın Monqol İmperatorluğu xüsusiyyətindəki ABŞ-ın beş illik işğalının İraq xalqı baxımından nələrə düşdüyü haqqında xülasə məlumatlar vermək istəyirik.

    Beynəlxalq Qaçqınlar Təşkilatının hesabatına görə bu gün hər beş İraqlıdan biri qaçqın həyatı yaşayır. Bunların bir qisimi İraq içində yer dəyişdirmiş, əksəriyyəti isə başqa ölkələrə dağılıblar.. İmmiqrantların bəziləri Səddam dövründə çıxmış, amma böyük əksəriyyəti işğaldan sonra köçməyə məcbur edilmişdir. İmmiqrant İraqlıların əhəmiyyətli bir qisimi alt quruluş xidmətindən məhrum olduqca pis şərtlərdə həyatlarını davam etdirməyə məhkum edilmiş vəziyyətdədirlər. Bunların sayı da 2 milyon 700 mini keçir. Yalnız Suriya və İordaniyadakı mühacir düşərgələrində, olduqca pis şərtlərlə yaşamağa məcbur qalmış İraqlı immiqrantların sayı 2 milyon 400 minə yaxınlaşır. Üstəlik bu insanların həyat şərtlərinin yaxşılaşdırılması və ya yurdlarına yenidən dönmələrinin təmin edilməsi üçün hər hansı bir iş də edilmir.

    Diyarlarından çıxarıldıqdan sonra geri dönmə imkanı tapa bilənlərin nisbəti bütün immiqrantların yalnız yüzdə birinə aid edilir. Bu da böyük ölçüdə o insanların, dönmələri halında güvən içində olmayacaqları qənaətindən qaynaqlanır. Bu vəziyyət, ABŞ işğalının səbəb olduğu qorxu və narahatlığın ölçülərini ortaya qoyur. Milyonlarla insan olduqca pis şərtlərdə həyatlarını davam etdirmələrinə baxmayaraq yenə öz diyarlarına dönməməyi seçir. Çünki işğalçı əsgərlərin uşaqlarının başlarına güllə sıxaraq gözlərinin qarşısında öldürə biləcəklərindən ya da evlərinə basqın təşkil edərək qadınlarını bilinməyən bir yerə aparıb ismətlərinə təcavüz edəcəklərindən qorxurlar. Başqa sözlə belə bir vəhşiliklə qarşı-qarşıya gəlməkdənsə mühacir düşərgələrindəki əziyyətə və pis şərtlərə dözməyi seçirlər. Bəlkə də işğal gücləri o insanların yenidən yurdlarına və ya diyarlarına dönmələrini istəmədiklərindən qorxu havasının sürməsi üçün çalışırlar. Evlərə təsadüfi basqınlar tənzimləmələrinin, qadınları davamlı ismətlərinə təcavüz qorxusuyla qarşı-qarşıya buraxmalarının məqsədi bu ola bilər. ABŞ işğal güclərinin İraqdakı əhalini azaltmaqda istifadə etdikləri tək metod qorxu havasını hakim etmə və köçə məcbur etmə deyil. Birinci dərəcədə müraciət etdikləri metodun qırğın və fitnə yoluyla insanları bir-birinə qırdırma olduğunu bilirik.

    İraq Parlamentinin qadın üzvlərindən və Qadın və Ailə İşləri Komitəsinin başçısı Smirə Əl-Musəvi keçdiyimiz günlərdə etdiyi şərhdə bu an İraqda bir milyon ətrafında dul qadın olduğunu dilə gətirdi. Xanım Musəvi, bu sayın İraq Planlama və İnkişaf Nazirliyinin verdiyi statistikalara söykəndiyini söylədi. Bu bir milyon dul qadının bir qisiminin həyat yoldaşlarının işğal zamanı, bəzilərinin də doğrudan döyüşlə əlaqədar olmayan səbəblərlə öldüyünü fərz edək. Ən az yüzdə səksəninin həyat yoldaşı işğal güclərinin hücumlarında və ya döyüşlə əlaqəli hadisələrdə həyatını itirmişdir. Bir milyon qadının dul qalması bu ədədin ən az üç misli qədər uşağın da yetim qalması deməkdir.

    Göründüyü kimi bu statistik rəqəmlər olduqca qorxuncdur. Xaç yürüşünün vəhşiliyində qırğınlarının nəticəsi yalnız insanların kütlələr halında məhv edilməsindən ibarət deyil. Öldürülən insanların əlaqəyə möhtac dul qadınları və yetim uşaqları olur. İşğal gücləri tərəfindən və ya doğrudan işğalla əlaqəli hadisələrdə ölənlərin hamısı geridə dul qadın və yetim uşaq buraxan atalar deyil. Qadınlardan, evlilik çağına gəlməmiş uşaqlardan və uşaqlıq çağında olmamaqla birlikdə evli olmayanlardan öldürülənlər də daxil edildiyi zaman müasir xaç yürüşü vəhşiliyinin İraqda məhv etdiyi insan sayının bir milyonu xeyli keçdiyi ortaya çıxır. İraqdakı cəmi əhalinin 27 milyon olduğu düşünülsə ən az 25 adamdan birinin öldüyü ortaya çıxar.

    İndi bu rəqəmləri nəzrə alaraq bir cədvəl çəkək: Hər 25 adamdan 1-i ölmüş, 5-i sürgünə göndərilmiş, 25 nəfərdən biri dul, 3-ü yetim qalmış. . Əhalinin yüzdə qırxı döyüşdən öldürülmə, sürgün və dul yaxud yetim qalma kimi mənəvi və maddi zərər görmüşdür. Böyük bir qisim isə yaralanma, evinin yıxılması, işini itirmə yoluyla zərər görmüşdür. Amerikan vəhşiliyinin qarşımıza qoyduğu cədvəl budur. Monqol zəbtinə məruz qalan diyarların heç birində bu qədər böyük insan xəsarəti olmamışdır.


    Yazarın digər yazıları məqalələr bölməsindədir
    Əhməd Varol(Türkiyə)
    Категория: Dini meqaleler | Добавил: media-islam (04.04.2008) | Автор: EHMED VAROL
    Просмотров: 1841 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər