Çerşenbe axşamı, 19.03.2024, 08:51
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Qədir Xum hadisəsi (3)

    Bundan sonra Peyğəmbər (s) əlavə etdi: "Ilahi, kim Əlini (ə) xar etməyə çalışsa onu xar, kim Əliyə (ə) məhəbbət gösrərsə, ona məhəbbət et. Ey insanlar, bilin ki, Əli (ə) haradadırsa, haqq da oradadır."

    Bu sözündən sonra Peyğəmbər (s) üzünü insanlara tutub israrla bildirdi: "Ey burada olanlar, söylədiklərimi eşitdiniz. Kim eşidibsə, bunu eşitməyənlərə, burada olmayanlara söyləsin. Bu sözlər tək sizə deyil, bütün müsəlmanlara aiddir." Bununla da Peyğəmbərin (s) xütbəsi bitdi.

     

    Belə bir isti havada camaat Peyğəmbərin (s) söylədikləri haqqında düşünərkən səda yayıldı ki, Peyğəmbərə (s) vəhy gəlib. Hamı maraqla nə vəhy gəldiyini gözləyirdi. Bu dəfə də gələn Cəbrail (ə) idi və Allahdan gətirdiyi növbəti ayə "Bu gün sizin dininizi kamilləşdirdim. Nemətimi sizə tamamladım. Bu gün islamı din olaraq sizin üçün bəyəndim."

     

    Peyğəmbər buyurdu: "Allahu Əkbər. Allahı böyük sanıram. O, dinini tamamladı, neməti bəxş etdi və mənim peyğəmbərliyim və Əlinin (ə) vilayəti üçün Ona şükürlər edirəm."

     

    Peyğəmbərin (s) bu sözlərindən sonra cəmiyyətin içinə səs-küy düşdü. Təbrik edənlər, sevinənlər, mübarək edənlər bir-birinə qarışdı. Səhabələrdən ən tanınmış ikisi ayağa qalxdı və dedi: "Təbrik olsun sənə, ey Əbu Talibin oğlu, şükür olsun bu mübarək günə. Şükür olsun o günə ki, Allah səni bütün mömin və möminələrin, eyni zamanda bizim rəhbər və mövlamız etdi."

     Bu səsə səs verən Ibn Abbas dedi: "And olsun Allaha, bu əhd-peyman hamının boynunda olacaq."

    Bu münasibətlə şair Həssan ibn Sabit şer söylədi. Bu qəsidə tarixdə qalıb ki, elə qeyd etdiyimiz hadisəni danışdığımız kimi tərənnüm edib.

     

    Bu, əhvalatın xülasəsi idi.Bu məsələyə qarşı müxalif və əks iddiaçılar vardır. Onlar var qüvvələri ilə çalışırlar ki, bu ayənin Əli (ə) və Qədir Xum barəsində nazil olmasını şübhə altına atsın. Onlardan bəziləri ifrat ediblər. Biz saydıq ki, 360 kitabda 110 səhabə və 84 tabeindən nəql olunub, onlar deyirlər ki, bu barədə heç məlumat yoxdur. Onlara bu dəlillərdən sonra cavab verməyə dəyməz. Bu, o adama bənzəyir ki, əlləri ilə bağladığı gözlərini bərk-bərk örtüb və günəşin olmadığını iddia edir. Bunlarla işimiz yoxdur. Biz bu mövzu ilə əlaqədar şübhə yaradan və ağlabatan fikirlər irəli sürənlərə cavab vermək istərdik.

     

    Birinci irad: Deyirlər: "Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır" hədisindəki "Mövla" sözü dost mənasınadır, vəli mənasına deyil. Yəni burada məna əsla xəlifə, canişin, vəli, rəhbər mənasına deyil.

      Təsəvvür edin, Peyğəmbər (s) 120 min hacını toplayıb və deyib ki, "Ey camaat, bilin ki, Əli (ə) mənim dostumdur. Bilin ki, mən kimin dostuyamsa, Əli (ə) də onun dostudur. Unutmayın bunu."

    Ilk öncə Peyğəmbərin (s) Əlini (ə) öz dostu elan etməsinə ehtiyac yox idi. Dəfələrlə Peyğəmbər (s) Əlini (ə) dostu, canişini, özündən sonra vəli olduğunu söyləyib. Qardaşlıq siğəsi yeganə şəxsdir ki, Peyğəmbər (s) Əli (ə) ilə öz arasında oxuyub. Bundan əlavə Quran və hədisin möminləri bir-biri ilə qardaş etdiyi və hər kəsin bunu bildiyi halda Peyğəmbərin (s) bu fikirləri yenidən izah etməsinə nə ehtiyac var idi?

     

    Ikincisi nə lüzum var ki, rəhmət peyğəmbəri istinin yandırıcı zamanında tər tökən minlərlə hacını səhranın ortasında saxlayıb israrla onlara Əli (ə) ilə dostluğundan danışsın.

     

    Üçüncüsü axı Əli (ə) ilə dostluq necə qorxulu məsələdir ki, Peyğəmbər (s) onu söyləməkdən çəkinib ki, Allah Quranda ona "Qorxma, Biz səni insanlardan qoruyarıq" buyursun? Hələ bu sözü dəfələrlə Peyğəmbərin (s) söylədiyinin tarixdə şahidi oluruq. Camaatın Əliyə (ə) və ya Əlinin (ə) camaata dost olmasında nə kimi qısqanclıq ola bilərdi ki, Peyğəmbər (s) onu söyləməkdən çəkinsin? Başqa bir məqam da bundan ibarət idi ki, kim Əlinin (ə) onunla dost olmasını istəməzdi ki?!

     

    Dördüncüsü, axı Əli (ə) ilə Peyğəmbərin (s) dost olmasını elan etmək bu qədər ciddi bir məsələ idi ki, Allah Quranda "Əgər bunu söyləməsən, elə bil ki, peyğəmbərlik etməmisən" deyə buyurur? Bu dostluğun elanı bu qədər ciddidir ki, Peyğəmbərin (s) ilahi vəzifəsi bunun elanından asılıdır? Bir də axı dostluq özü Islamın əlifbasıdır. Hər kim ki, Islamı qəbul edib bilir ki, butun bu din daşıyıcıları onun dostu və qardaşıdır. Buna görə bu ölçüdə təntənə və dəbdəbəyə nə lüzum var idi?

     

    Əgər doğrudan da Peyğəmbərin (s) məqsədi Əli (ə) ilə dostluğu söyləyib və insanları bunu qəbul etməyə çağırmaq idisə, onda bu qədər mövzu açıb "Mən sizə özünüzdən daha yaxın deyiləmmi?" deməsinə nə ehtiyac, bir halda ki, bu sadəcə bir dostluq elanı idi? Əgər doğrudan da məqsəd dostluq idisə, onda niyə o böyük şeyxlər durub mübarək deyib Əlini (ə) təbrik edərək bütün möminlərin vəlisi olmasını alqışlayırdılar. Məyər birinə dost olmaq bu qədər böyük məsələdir? Görəsən Əli (ə) Peyğəmbərə (s) o an dost olmuşdu, ondan qabaq düşmən idi?

     

    Insan bir az tarixə diqqət yetirsə, görür ki, Peyğəmbər (s) öncə buyurur ki: "Mən sizə hər şeyi çatdırdım?" camaat da cavab verirlər ki: "Bəli". Daha sonra iki ağır əmanətini onlara tapşırır. Sonunda isə buyurur ki, Əli (ə) mənim vəlim, canişinim, vəsimdir. Əgər biz böyük şəxsiyyətlərimizin sözlərini vasitəsiz olaraq müxtəlif ünvanlara bağlayaraq pərakəndə formada götürsək, onda Islam parka-parça olar.

     Ikinci irad: Deyirlər: Ayələrin biri digəri ilə bağlılığı-uyğunluluğu yoxdur. O ayə ki, "Ey Peyğəmbər sənə əmr olanı çatdır"ayəsinin özündən öncəki ayə ilə bağlılığı yoxdur. Bu ayəni necə bağlayırsınız, o hadisəyə ki, bir halda bu ayədən nə qabaqkı, nə də sonrakı ayələr bu əhvalatdan əsla danışmır.

    Bu irad da qəbul deyil. Əvvəla Qurani Kərimdə çox ayələr var ki, əlaqəli deyil. Məsələn, Məkkədə nazil olan ayələr var ki, Mədinədə nazil olan ayələrin içindədir. Burada Peyğəmbərin (s) əmri də var idi, eyni halda məlumdur ki, Quran üçüncü xəlifənin dövründə yığılıb. Ya da onun əmri ilə olub. Hələ bu, əsas deyil, əsas odur ki, bu, belədir. Ayələrin müxtəlif yerlərdə yerləşməsi heç bir şeyə dəlalət etməz.

     

    Quranda "Yusif" surəsində ayə var, buyurur: "Yusif, bu məsələni unut, tövbə et, sən xətakarlardansan. " Bu ayəni bu formada tərcümə etsək belə görünər ki, ayə Yusifə (ə) aiddir. Amma ərəb dilini bilənlər bilir ki: "Yusif bu məsələni unut" cümləsindən sonra ikinci, "tövbə et" kəlməsinin əvəzliyi qadın cinsinə aiddir, yəni Züleyxaya aiddir. Ərəb dilində qadınla kişinin müraciət tərzi hərf fərqliliyi ilə dəyişir və Quranda bu, aydın görünür.

     

    Başqa bir iddia da irəli sürürlər. Deyirlər ki, Qədir Xum adlı bu hadisə "Sihahi Sittə"də (Səhih Buxari və Səhih Muslim) qeyd olunmayıb.  Əvvəla Səhihi buxari və səhihi muslimin Qurani Kərim olması haqqında Islam dünyasında belə bir dəlil yoxumuzdur. Bunu kimsə iddia edə bilməz. Bunlar adi kitablardır. Və nəzərinizə çatdırım ki, bir çox başqa mövzuları əhatə edən hədislər var ki, onlar həmin bu səhihlərdə yoxdur. Amma qardaşlarımız onları səhih qəbul edir və onların dediklərinə əməl edirlər. Bu barədə daha geniş danışmaq olar.

     

    Ümumiyyətlə bu hədisə etiraz edənlər haqqında iki fikir söyləmək istəyirəm. Birinci Əlbani "Sisilətus Səhihil Əhadus" (Səhih hədislərin silsiləsi) kitabında Qədir Xum hədisinin mənbə və məntiqinin həqiqi düzgün olmasını sübut edib.  Həmbəli alimi Əlbani isbat edir və sonradan deyir ki, bu hədisə etiraz edənlər araşdırmayıblar. Bundan əlavə Ibn Həcər "Lisanul Mizan" da deyir: "Bəzi alimlərimiz Əhli-Beyt (ə) tərəfdarlarını sıxışdırmaq üçün o qədər ifrata varıblar ki, hətta Həzrət Əlinin (ə) fəzilətlərini zay ediblər."

     

    Bu qədər israra baxmayaraq Əlinin (ə) xəlifəliyi onların istəklərindən kənar Əlinin (ə) fəzilətlərini müəyyən həcmdə onların ziddi olsa belə göstərilə bilib.

     

    Başqa bir irad da var ki, deyirlər: Əgər Əli (ə) barəsində həqiqətən də Qədir Xumda bu hadisə baş vermişdisə, niyə görə sonralar Əli (ə) və onun övladları bu məsələyə istinad edib bu barədə danışmırdılar?

     Bu iradı tutanlar da tarix oxumayublar. Tarixdə bu işin dəfələrlə baş verdiyi qeyd olunub. Bir dəfə Həzrət Əli (ə) xəlifə seçimi üçün altı nəfərlik şura təşkil olunduğu zaman bu məsələni bildirdi. Bildirdi ki, məni Allah insanların içində bu xüsusiyyətlərlə fərqləndirdi, heç kimdə olmayan bu xüsusiyyətləri Allah məndə qərar verdi. Sözünün sonunda onlara Allahı and verdirib soruşdu ki, "Kimin barəsində mənim haqqımda Qədir Xumda nazil olan ayə nazil oldu?" Onlar "Heç kimin" deyə cavab verdilər.

    Ikincisi "Fəraidus-Səmteyin" kitabında yazılıb ki, Əli (ə) Osmanın xilafəti dövründə məsciddə Qədir Xum hadisəsinə görə and içdi və neçə nəfər Əlinin (ə) andını təsdiqlədilər. Təsdiqləməyənləri isə Həzrət (ə) nifrin etdi ki, onların hər biri bir biabırçılıqla dünyadan getdilər. Onlardan biri də Peyğəmbərin (s) nökəri Hənəs ibn Malik idi. Mərhum Əllamə Əmini "Əl Qədir" kitabında bu hədisin doğruluğu haqqında dörd səhabə və on dörd tabeinin adını qeyd edir. Həzrət Əli (ə) Kufə məscidində ayağa qalxıb camaata Qədir Xum hadisəsinin baş verib verməməsi barəsində and verdirdi. Onlardan qalxıb təsdiq edənlər də oldu, susub danışmayanlar da.

     

    "Əl Qədir"də dörd səhabə və on dörd tabeinin adı qeyd olunub. Hakim Nişapuri "Mustədrək" əsərində yazır ki, "Cəməl" muharibəsində Əli (ə) Təlhəyə: "Sən Qədir Xumda məni təbrik edib bu hadisənin iştirakçısı olduğun halda hansı üzlə qarşıma çıxmısan?" deyə ondan sual etdiyini yazıb. Süleyim ibni Qeys  Hilali yazır ki:"Siffeyn muharibəsində Əli (ə) Mühacir və Ənsarın qarşısında durub "Ühüd" döyüşündə iştirak edənlərdən istədi ki, Qədir Xum gününün hadisəsinin olub olmadığını təsdiqləsinlər. Və onlardan sağ qalaq bir neçə şəxs bunu təsdiqlədi.

     

    Əlidən (ə) sonra Fatimə (ə), sonra həsən (ə), daha sonra Hüseyn (ə), Abdullah ibni Cəfər, Əmmar Yasir, Qeys ibni Səd, Bəni Üməyyə xəlifələrindən biri olan Ömər ibn Əbdül Əziz, Məmun Abbasi və s. Qədir Xum hadisəsinə istinad edib, mübahisə aparıb qələbə çalıblar.

     

    Əmr ibn Ası Müaviyə ona kömək üçün sarayına çağıranda hiyləgər Əmr Müaviyyəyə belə məzmunda bir məktub yazdı: "Ey Müaviyə, mən Qədir Xum da var idim, bilirəm Əli (ə) kimdir. Kiçik şeyə satılan olmadığımı unutma." Əmr ibni Asın təsdiqədiyi Qədir Xum hadisəsi tarix səhifələrində qalmaqdadır.

     

     Başqa bir irad həm də sual etdikləri məsələ budur: Deyirlər ki, ayənin sonunda "Allah kafirləri hidayət etməz" deyəndə kimi nəzərdə tutursunuz? Əvvəla onu söyləyim ki, Qurani Kərimin söylədiyi kafirlə sizin kafir adlandırdığınız şəxslər arasında çox böyük fərq var. Qurani Kərim buyyurur: "Nemətlərimə şükr etsəniz onları artırağam, onlara qarşı küfr etsəniz əzabım şiddətlidir." Indi mən müsəlmanam və Allahın nemətlərinə qarşı küfr edirəmsə, kafir oluram? Əsla. Mən günah edirəm ki, Quran buna da küfr deyir. Başqa bir ayədə hacca əməl etməyənləri kafir adlandırır. Bir insanın hacca əməl etməməsi onu kafir etməz. Burada məqsəd küfr edənlər, ona qarşı gələnlərdən gedir. Ayədə də belədir. Allah buyurur ki "Mən kafirləri hidayət etmərəm." burada məqsəd fiqhi kafirdən getmir. Bu işə qarşı qalxanlardan gedir.

     

    Başqa bir irad da var. Deyirlər: Xəlifə nədir? Canişin! Peyğəmbər (s) dünyada ikən özünə canişin seçməsi necə mümkün ola bilərdi?

     Əvvəla tarixdə bunun çox nümunəsi var ki, Peyğəmbər (s) xəstə olduğu zaman onun yerinə imam namaz müxtəlif şəxslər rəhbərlik ediblər. Ikincisi Peyğəmbər (s) ömrünün axırı olduğunu elan edir, nə zaman canişini təyin etməlidir? Bundan da dəqiq zaman, vaxt və şərait ola bilərdimi?  Peyğəmbər (s)  ölüm ayağında ona "sayıqlayır" deyib vəsiyyət etməsinə mane olacaqlar deyə vəsiyyətini bildirirdi. Bu istək Peyğəmbərlə (s) kifayətlənmirdi. Allah "Ey Rəsul-çatdıran, de" -deyə əmr edirdi. Bu Peyğəmbərə (s) vəzifəsini israrla bildirərək əmr etməkdir ki, bu iş də Əlinini (ə) imaməti ilə bağlı idi.

    Bütün bunları araşdırandan sonra ortaya belə bir sual çıxır: Ay mənim qardaşlarım, məyər araşdırmağa ayə tapmırsınız ki, bu qədər ayənin içindən yalnız bu ayəni seçmisiniz? Niyə məhz Əli (ə) barəsinədə olan ayədə sıxılıb qalıbsınız?

     

    Bütün bu mövzular bitəndən sonra mən Qədir Xumu qəbul etməməyin hansı ziyanları olması barəsində bir neçə fikr söyləmək istəyirəm. Birincisi: Quranda Allah buyurur ki: "Allah zalımları hidayət etməz" Bu, çox gözəldir. Yenə bayaqkı fikrimə dönüm ki, mən kafirləri qeyri Islam dini inanclıları kimi görmürəm. Bu, elə dinimizin küfr edənlərinə aid bir ayədir. Görəsən küfr edib Peyğəmbərinin (s) dinini elə ali görmək istəməyənlər kimlər idi? Bu düşmənlər kimlər idi ki, Baxın, nə Peyğəmbərin (s), nə də Əlinin (ə) dövründə bir dənə də olsun xarici müharibə baş verməyib. Daxili müharibə də bilirsiniz ki, daxili islahatdır. Yəni dövlətin daxili tarazılıq də əqidələniəsi. Çoxları Peyğəmbəri (s) padşah hesab edirdilər. Ikinci budur ki, biz bu gün Islama rəhbərliyi Allah tərəfindən təyin olunmasını qəbul etməsək, belə olan halda heç kəsin yanında Islamın kamil din olduğunu iddia edə bilmərik.

     Bunu bilməliyik ki, Islam kamil dindir. Onun kamilləşməsi Əli ibn Əbu Talibin (ə) xəlifə seçilməsi ilə kamilləşib. Kimsə buna qarşı etiraz edirsə, bu, sadəcə qərəzli və kinli fikirlərdən başqa bir şey deyil. 

    www.ihq.az
    Категория: Dini meqaleler | Добавил: media-islam (09.08.2008)
    Просмотров: 2114 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər