Şenbe, 20.04.2024, 02:42
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Qərbi Azərbaycan abidələri
    Məşhur türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə (h.t. ilə 915), m.t. 1509-1510-cu ildə Şah Ismayıl Səfəvi öz vəziri Rəvan Qulu xana qala tikdirilməsi üçün (indiki Irəvan şəhərinin yerində Zəngi çayının sağ sahili boyunca) fərman verdi. Rəvan Qulu xan 7 ilə qalanı tikdirib, başa çatdırdı.Qalanın üç qapısı  "Təbriz qapısı", "Şirvan qapısı", "Körpü qapısı" və 4 məhəlləsi olmuşdur: "Qala", "Şəhər", "Təpəbaşı" və "Dəmirbulaq". 1864cü ildən başlayaraq qala divarları tamamilə söküldü. Göydələn minarələri olan Irəvan məscidləri şəhərin əsas siluetini səciyyələndirən qurğulardan idi. Belə məscidlərin elə 4ü qalanın "Şəhər" adlı məhəlləsində yerləşirdi: "Novruzəli xan", "Hüseynəli xan" (Göy məscid), "Xoca Səfərbəy" və "Məhəmməd Sərtibxan" məscidləri.1604-cü ildə I Şah Abbas Irəvan qalasını Osmanlılardan azad edəndən sonra Sərdar sarayının şərq tərəfində möhtəşəm bir məscid inşa etdirdi. 1606-cı ildə inşa edilən bu məscidin memarı o vaxtın məşhur sənətkarı Şeyx Bahəddin idi. Gəncə Məscidsi ilə ümumi oxşarlığı olan Irəvan Məscid kompleksinə mədrəsə, kitabxana, mehmanxana və müxtəlif təyinatlı tikililər daxil idi. 1918-ci ilə qədər məscid və ətrafındakı binalar kompleksi yarıuçuq da olsa, qalırdı. Sonralar tamamilə məhv edildi. 1725-ci ildə Rəcəb Paşa tərəfindən Irəvan qalasında yeni bir məscid inşa edildi. XVIII əsrdə Abbas Mirzə tərəfindən inşa etdirilən məscid də memarlıq üslubuna görə hər kəsi heyran edəcək gözəllikdə olmuşdur.Ruslar Irəvan qalasını işğal etdikdən sonra (1827) Abbas Mirzənin inşa etdirdiyi məscid tamamilə sökülmüş, Rəcəb Paşanın ucaltdırdığı məscidin yerində isə rus kilsəsi tikilmişdir.Göy məscid adı ilə məşhur olan Hüseynəli xan məscidinin öncə dörd minarəsi olmuşdur. Ikinci dünya müharibəsindən sonra məscidnin üç minarəsini dağıtmışlar. Son dövrlərə qədər təkminarəli də olsa, Göy məscid Islam nişanəsi kimi şəhərdə diqqəti cəlb edən abidələrdən idi. Ümumiyyətlə, XX yüzilliyin əvvəllərinə qədər Irəvan qalasında 8 məscid fəaliyyət göstərmişdir. Indi onların izi belə qalmamışdır. Irəvan qalasında ən qədim məscid 1510-cu ildə Şah Ismayılın əmri ilə inşa olunmuşdur. 1918-ci ildə ermənilər həmin məscidə müsəlmanları dolduraraq, od vurub yandırmışlar. Məscid insanlarla birgə tamamilə yanıb külə dönmüşdür.Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində  Irəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir. Hazırda bu məscidlərin heç biri qalmamış, hamısı ermənilər tərəfindən dağıdılmışdır.
    Bəli, bir milləti yer üzündən silmək üçün onun torpağını işğal etmək azmış. Sən demə, həmin millətə məxsus olan tarix və mədəniyyət abidələrini də məhv etmək əsas məsələlərdən imiş. Bunu gözəl bilən ermənilər Azərbaycana qarşı zamanzaman bax bu məqsədlərini də həyata keçirmişlər. Dünya isə hələ də bu barədə susur!!!
    Категория: Dini meqaleler | Добавил: media-islam (11.08.2008)
    Просмотров: 3737 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər