Çerşenbe, 24.04.2024, 06:52
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Sələfilərin cinayətləri
    Şiə məzhəbinə mənsub olanlarla sələfilər (vəhhabilər) arasında olan münasibətlər 1926-cı ildə keçirilmiş Ərtaviyyə konfransı keçirilən zamandan sonra yüksəlmə xətti ilə birlikdə gərginləşməyə başladı. Bu konfransda "Sələfi qardaş qəbilələr" Imam (daha sonra kral təyin olunmuş) Əbdül-Əzizə qarşı birləşdilər.

    Vəhhabilər bir çox hallarda Əbdül-Əzizin gördüyü işləri tənqid edirdilər. Bunlardan bəziləri: Islam krallığı qadağan etdiyi halda Əbdül-Əzizin özünü kral elan etməsi, vəhhabilərin sehr vasitəsi olaraq qəbul etdikləri maşın, teleqraf və televizorun onun tərəfindən istifadə edilməsi, Əbdül-Əzizin "əl-Ihsa", "əl-Kutəyf" kimi bölgələrdə şiələrə qarşı çıxmaması.Kral Əbdül-Əziz "Sələfi qardaşlar"ın istəklərini 1927-ci ildə baş tutmuş Riyad konfransına həvalə etdi. Fətva qurumundan çıxan qərar şiələrin "düzgün islama" beyətə məcbur edilmələri idi. Bu Islam Şeyx Muhəmməd ibn ƏbdülVəhhabın "Tovhid" kitabına əsasən olmalı idi. Fətvada batil dinlərin özlərini göstərmələri qadağan edilməsi, Kərbəla və Nəcəf kimi şəhərləri ziyarət etmələrinə əngəl yaradılması və  "bidətləri yerinə yetirmək üçün təmir edilən məscidlərin" sökülməsinin lazım olması deyilirdi. "Bu vəziyyəti qəbul etməyən şəxslər müsəlmanların isə yaşadığı bölgələrdən sürgün edilməsi" lazım gəlirdi.Kral Əbdül-Əziz bu fətvanın bəndlərindən sadəcə Aşura mərasimlərinin qeyd edilməsinə əngəl törədən məsələni səsə qoydu. O biri yandan Mədinədəki Bəqi qəbrstanlığında müqəddəs imamlarmızın (ə) pak  məzarları viran edildi. Ingilislər sələfilərin istəklərinin daha artıq dərəcədə yerinə yetirilməsini qəbul etməmişdilər. Kral Əbdül-Əziz sələfilərin bəzi qəbilələri ilə qarşıqarşıya qalmışdı. Bu hal şiələri yaxınlaşan fəlakətdən uzqlaşdırdı. Buna rəğmən rejimin "şiə mərasimlərini qeyd etmələrinə əngəllər" adlı qərarı şiə bölgələrində yerinə yetirildi. Bunun da iqtisadi bir səbəbini söyləməyə lüzum belə yoxdur. Çünki şiələr zəngin və münbit ərazilərdə məskunlaşmışdılar. "Əl-Ihsa" ərəb yarımadasının qida anbarı və su qaynağı idi. Bu hal Məlik Əbdül-Əzizin şiə ərazisinə qoyulan vergiləri düşünərək onların düşmən kimi qəbul etməsini əngəlləyirdi.Sələfilərin şiələrlə müharibəsi hər zaman davam edirdi. Bu müharibə Əbdül-Əzizin övladları dövründə də davam etdirildi. Şiələr hər bir zaman mənəvi və maddi təzyiqlərə məruz qalırdılar. Idarəçilər tərəfindən də şiələrə qarşı şiddət və zülm tüğyan edirdi. Belə olan halla hökümət sələfiliyə  haqq din ilə bağlı olduğunu isbat etməyə çalışırdı. Başqa bir yandan sələfilərin şiələrin sünnətdən çıxdıqlarına dair inancları şiələrə düşmən kimi baxmalarına səbəb olurdu. Bu məzhəb şiələrin hazır və hakim imama deyil qeyb olmuş imama inanmalarına etiraz edirdi.Səudiyyə Ərəbistanında şiələrlə bir yerdə yaşamağın mümkün olduğuna inanan qruplar da var idi. Lakin bunlar da şiələri zimmilərlə bi gözdə görürdülər. (Zimmi  müsəlman ölkəsində yaşayan qeyri müsəlmanlara deyilir) Sələfilər digər tərəfin (Səud ailəsinin) sələfi məzhəbindən uzaq və müasir bir idarə etmə sistemi yaratmaq istədiklərini hiss edincə aralarında olan bağlılıqlar zədələnməyə başladı. Bu halda hər iki tərəf birbirilərinə qarşı müxtəlif vasitələrdən istifadə etməyə başladılar ki, şiələr də bu vasitələrdən biri idi. Necə ki, "ƏsSüblə" müharibəsi müasir bir dövlətin yaradılması və ikili idarəçiliyin sonu idi. Bu müharibə ilə sələfilərin gücü azaldı. Amma bu çox da uzun sürmədi, yenə də sələfilər qüvvətləndilər, Səud ailəsi ilə onların arasında olan münasibətlərdə şiələrdən vasitə olaraq istifadə olunurdu.

    Sələfilər 1925-ci ildə siyasi idarəçilərlə mücadilə edərək şiələrin ibadətlərini yerinə yetirmələrini yasaqlamaq istədilər. Ardınca Əhli-Beytə (ə) dua etmələrinin qadağan edilməsi, Muhəmmədin (s) və Əlinin (ə) şəhadət ildönümləri zamanı yerinə yetirilən mərasimlərin əngəllənməsini, Kərbəla və Nəcəf  kimi müqəddəs bölgələri ziyarət etmələrinin qadağan olunmasını istədilər. Sələfilər bundan sonra daha da quduz it kimi quduraraq şiələrin Muhəmməd ibn ƏbdülVəhhabın əsərlərindən zorla dərslik kimi istifadə etmələrini və "əl-Ihsa" ərazisindəki ibadət yerlərinin viran edilməsini tələb etdilər. Kral Əbdül-Əziz sələfilərin bu tələblərinə qarşı çıxdı və  "əs-Süblə" deyilən ərazidə sələfilərlə müharibə etmək məcburiyyətində qaldı. Bu çətin müharibədən sonra sələfilər yaralılarını topladılar, işlərini yoluna qoymaq və yaralılarını sağaltmaq üçün kəndlərə səpələndilər. Uzun zaman keçməmiş şiələrə qarşı olan istəkləri ilə yenidən geri döndülər. Bu qayıdışlarında öldürmə yox idi: embarqo, şiddət, zülm və dinsiz adlandırma var idi .Müasir sələfilər Şeyx Əbdül-Əziz ibn Bazın şiə haqqında "Böyük şirk sahibləri" kimi verdiyi fətva üzrə hərəkət edirlər. Deməli sələfilərin şiələrlə aralarında olan problemlərin "Tovhid" nöqtəsində olduğunu deyə bilərik. Bu nöqtədə sələfilər qəbrləri ziyarət etməyi  özlərinə görə  şirk bilirlər. Belə olan halda tərəflərin birbirilərini dinsiz adlandırmaları şiddətli ixtilaflara səbəb olur. Sələfilər şiələrə qarşı Ibn Bazın sözləri ilə yola çıxdılar. Şiələr də sələfiləri haqlı olaraq dinsiz adlandıraraq onları xariciliklə, ƏhliBeytə (ə) sevgiyə dəvət edən Rəsulun (s) sünnət yolu ilə getməməsində ittiham edirdilər. Sələfi şiə mücadiləsi məzhəb ixtilaflarına qarışdı.

    Alimlər Səudi Ərəbistanında milli azlıqların problemlərinin şiələrin çəkdiyi sıxıntılar kimi olduğunu qeyd edirlər. Amma fərq bundadır ki, şiələrin düşüncələrini ifadə etmə haqlarına əngəl törədilir. Bu da var ki, qeyd etdiymiz kimi təkcə şiələr problemlərlə üzləşmirlər. Səudiyyə Ərəbistanında malikilər, hənəfilər, şafiilər, zeydilər və neçəneçə başqa məzhəblər sələfilər tərəfindən yaradılan problemlərlə üzləşirlər. Ancaq qərbdəki şiələrin təhsil və yaşamaq hallarının nisbətən yüksəlməsi haqlarını tələb etmə hallarını irəli çəkir. Başqa bir tərəfdən digər məzhəblərin çəkdiyi sıxıntıların şiələrin çəkdiyi sıxıntılar həcmində olduğunu deməliyik. Çünki hər kəs ifadə və iradə azadlığına möhtacdır və bir çox insanlar onlara zülm edənlərin istəklərinə boyun əyirlər. Şiələrin məruz qaldığı təziqlər səudi qadınların məruz qaldığı təzyiqdən fərqli deyildir. Səudu Ərəbistanında qadınlar səud kişisinin təzyiqinə məruzdur. Çıxış yolu sıxıntını təmin etməkdə deyil, sıxıntını kökündən qazmaqdadır. Bunun üçün də hamılıqla  batil əqidəli sələfilərlə mübarizə aparmalıyıq. Vətəndaşlar  inancı, irqi və cinsindən asılı olmayaraq hissiyyatının qorunduğu, azad olduqları zaman yaşadıqları yerə vətən deyərlər. Amma Səudiyyə Ərəbstanında bu hallar yoxdur. Onun üçün də yuxarıda qeyd etdiymiz kimi həmin ölkədə şiələr və bir çox başqa məzhəblər təzyiqlərə məruz qalırlar.

    P.S. Unutmayaq ki, hal hazırda vəhhabilər xarici dövlətlərin maddi və mənəvi dəstəyi ilə ana torpağmızda qorxunc virus kimi yayılmaqdadırlar. Onlar özlərinin batil və köksüz məzhəblərini təbliğ edərək gənc nəslin nümayəndələrini öz təsirləri altına alırlar. Bu da gələcəkdə çox acınacaqlı və qarşısı alınması çətin olacaq bir qarşıdurmanın meydana gəlməsinə zəmin yaradır. Əziz həmvətənlərimiz, öz dinimizi öyrənməkdə səhlənkarlıq etməyək. Çünki ilk olaraq bu, bizim Allah qarşısındakı borcumuz və müqəddəs bir vəzifəmizdir.Peyğəmbərimizin (s) əmanət qoyduğu Quran və ƏhliBeytin (ə) bizə şəfaətçi olmaları ümidi ilə...
    Категория: Dini meqaleler | Добавил: media-islam (11.08.2008)
    Просмотров: 2219 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər