ANA ƏMANƏTİ – MÜBARƏK RAMAZAN HƏSRƏTİ - Dini meqaleler - Meqaleler kataloqu - ....::İslam::....
Cüme axşamı, 08.12.2016, 06:02
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6767
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    ANA ƏMANƏTİ – MÜBARƏK RAMAZAN HƏSRƏTİ
    Müqəddəs və Mübarək Ramazan ayı bizə döğru gəlməkdədir. Yenə də vücudum Allah ziyafətinin yetişəcəyi, o mənəvi səfərin başlanacağı günü həsrət və intizarla gözləməkdədir. Amma bu həsrət və intizara bu dəfə bir nisgil əlavə olunub; hər il bu möhtəşəm ziyafəti onunla qarşılayıb birgə yola saldığımız varlığın yoxluğu.Daha dəqiq ifadə etsəm fiziki yoxluğu. Bu yazıda sizinlə bəzən onunla olan xatirələrimi bölüşəcək, bəzən də onunla ünsiyyətə çalışacağam.

        Həyatımda fərqinə vardığım nigarançılıqlarımdan bir də hər il mübarək Ramazanı başa vuran kimi həmən "növbəti mübarək Ramazanın həsrətində olmaq"lığımdır. Bəzən "görəsən necə oldu ki, mən oruc tutmağa qərar verdim" deyə düşünərdim. Tədricən bu düşüncələr məni növbəti suala doğru istiqamətləndirirdi: "Görəsən İslamla ilk tanışlığım haradan və haçan başlamışdır"? Bu sual bir zamanlar məni çox düşündürərdi. İndi onun olmadığı günlərdə mən bu suallara daha dəqiq cavablarımı tapmışam.
        İlk ilklər

        İndi də xatirlayıram, hələ balaca uşaqkən ilk dəfə anamı üzərində göy rəngli xırda güllərlə haşiyələnmiş ağ rəngli çarşabında müxtəlif əl hərəkətləri edən, bəzən təzim və səcdə edən, bəzən də ağlayan görərdim. Bu hərəkətlərini anlamadığımdan gəlib dizləri üzərində oturar, bəzən ağlamağını istəmədiyimdən onu güldürmək istəyər, çox nadir hallarda isə mən də ona qoşularaq birlikdə göz yaşı tökərdik. Sanki bu günümə mesaj verirdi anam; "Oğulcan, bəndəlik həm də Xaliqin qarşısında ona xaliscəsinə təslimiyyətdən, xalis göz yaşlarından keçir".

        Anamın hər gecə yuxuya getməmişdən öncə dediklri hələ də qulağımdadır. Çöx sonralar isə anlayacaqdım ki, anamın yatmamışdan öncə dediyi və bizə də (övladlarına – müəl.) təlqin etdiyi "Fatihə" və "İxlas" surələri, Kəlmeyi-Şəhadət və başqa dualar imiş. Özüm də fərqinə varmadan İslam və Qurani-Kərimlə ilk tanışlığım beləcə baş tutub. Beləcə məndə İslama maraq oyandı və mən yazıb-oxumağı əxz edənədək ona baxar, onun etdiklərini bacardığım tərzdə təkrarlamağa çalışardım. Allahın insan fitrətində qoyduğu kamilliyə can atma meylinin sayəsində, həmçinin anamın məni yazıb-oxumağa, maariflənməyə həvəsləndirməsiylə sonralar Allah dininə daha sıx bağlanmağa çalışacaqdım. Mənə aldığı ilk kitablardan olan 3 cildlik "Uşaq ensiklopediyası"nı uşaqkən daha çox şəkillərinə görə sevirdimsə, indi bu sevgiyə daha aliləri əlavə olub. Bütün övladlarına təhsil vermək, onları elmli görmək onun ən ümdə həyat qayələrindən idi. Universitetə qəbul olunduğum gün isə dayanmadan ağlamış, şükür və sevincli göz yaşlarını axıtmışdı. Çox arzuladığı, dua etdiyi gunlərdən birini yaşatmış Rəbbi ona. Yaradanına həmdlər və şükranlıq edərdi dualarına icabət olunduğundan ötəri. Bu həm də onun üçün axirət imtahanına doğru yol alan övladının dünya həyatındakı növbəti imtahanın uğuru idi…

        Ehtiyatlı və qənaətli həyat tərzi ilə ətrafındakılardan fərqlənərdi, həm zahiri, həm də batini xüsisiyyətləri ilə. Beləcə qarşılayardıq mübarək Ramazanı. Allahın tofiqatı və onun himayəsilə ilk mübarək Ramazanımı yenə də Rəbbimin nemətləri sayəsində cöx gözəl xatırlayıram. Obaşdana azandan saatyarım-iki saat əvvəl qalxar və birlikdə sahur yeməyini yeyərdik. İntizarla sübh azanını gözləyərkən bəzən Türkiyənin "A" tv, "SHOW" tv və kanal "D"-sindən islami filmləri seyr edər, "Əl-Cəzirə"-dən Allah evi - "Kəbə"nin canlı yayımla görüntülərinə tamaşa edərdik. Bəzən də mən radioda müxtəlif islami söhbələri dinlərkən anam vəfat etmiş valideynləri və mərhum həyat yoldaşını da unutmaz, həyatda olan əzizləri ilə birgə onlar üçün də dua edər, "Yasin" surəsi oxuyaraq savabını onlara hədiyyə edər, çoxlu salavatlar dediyinin şahidi olardım. Elə ki, Təbriz radiosundan müəzzinin azan sədaları eşidilər-eşidilməz səccadələr üzərində qiyam halını alaraq namazları qılar və birlikdə dulalar edərdik. O zamanlar məni düşündürən işlərdən biri də anamın işlərinin çoxluğuna rəğmən gün çıxanadək yatmayaraq ibadətlə məşğul olması, hətta kitab oxumağa zaman ayırması idi. Bununla özünü maarifləndirməklə bərabər, həm də övladların da kitaba olan hörməti və məhəbbəti formalaşdıra bilmişdi.
     
      Nimeyi-Şaban

         Özünün Müqəddəs Ramazan hazırlıqları sırasında anam bir günü xüsusi hazırlıqla qeyd edərdi. Çox sonralar mənə məlum oldu ki, bu zəmanənin imamı İmam Zamanın (ə.f.) mövludu günü – Şəbanın on beşını növbələşən günlərimizdən fərqləndirərdi. Belə günlərdə ehsan süfrəsi açar, süfrəyə bizimlə yanaşı qonşudan, qohumdan dəvət edərək birlikdə mövlüdü keçirərdik. Mübarək Ramazan sahurlarında mən bu mövzuda ona çoxlu suallar ünvanlayar, o, da bildiklərindən danışar, müxtəlif rəvayət və hədisləri nəql edər, onların hikmət və ibrətlərini öyrədərdi. Hər zaman ibadətlərində zamanın sahibini yad edər, hər an gəlişinin intizarında olardı. Beləcə "İntizar" adlı bir fenomenlə bizi tanış edərdi. İndi övladların zəmanə İmamının (ə.f.) gözləntisində olmaqla yanaşı, həm də o Həzrətin (ə.f.) gəlişinə aktiv hazırlaşmaqdadırlar.
        Maraqlı "son və sonun başlanğıcı"

        İnancımız baş verənlərin, yaşananların bir qanunauyğunluq olduğunu deyir bizə. Bu da bir qəribə uyğunluqdur ki, sənsiz ilk qeyd etdiyimiz sənin dünyaya göz açdığın gün - 16 avqust bu il Zəmanə İmamın (ə.f) mövlud gecəsinə uyğun gəldi. Allahdan istədik ki, bu günün bərəkətinə xatir ruhunu şad, hesabatını asan, yerini behişt etsin. Yaşamış olsaydın 71 yaşına adlayacaqdın, lakin Allahın məsləhəti hər şeydən daha üstündür.

        Növbəti qəribəlik bu dünyaya gözlərini yumduğun tarix oldu – 20 mart 2008-ci il. "Novruz" dilimizə tərcümədə "yeni gün" mənasını bildirməklə həm də insan həyatının yeni bir ilinin, yeni bir dövrünün başlanğıcının ifadəsidir. Bu novruzu səni son mənzilinə yola salarkən sən öz yeni həyatına, biz isə sənsiz davam edəcək öz yeni həyatımıza qədəm basdıq. İnşaallah, bu novruz bizi Allah dərgahına yaxınlaşdıracaq yeni mərhələ olar, zatən bu həm də sənin həyat amallarından növbətisi idi.

        Qarşıdan daha bir bağışlanma fürsətimiz, daha bir bəndəlik olmaq imkanlarımız yaxınlaşmaqdadır. Anacan, sənsiz bu Mübarək Ramazanı qarşılamaq nə qədər çətin olsa "Malik"imizin (Əl-Malik – həqiqi sahibimiz olan Allahın mübarək adlarından biri nəzərdə tutulur, - müəl.) təqdiratına tabe və razı olmaq bizim bəndəlik vəzifələrimizdəndir.

        Allah səni öz rəhmətində qərq etsin! Amin!

        Son mənzilimizdə bir daha görüşmək intizarıyla mənzil sahibinə əmanət ol!
     

       Mehdi Fərəc
        İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
        «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



    Категория: Dini meqaleler | Добавил: media-islam (05.09.2008)
    Просмотров: 1083 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər