Cüme axşamı, 28.03.2024, 19:55
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Kiçik ve böyük qeyb dövrü

    Kiçik və böyük qeyb dövrü

    (İmam Məhdi əleyhissəlamın qeybə çəkilməsinin birinci və ikinci mərhələləri)

    İmam Məhdi əleyhissəlamın qeyb d ö vrü iki hissəyə b ö lünür: Kiçik qeyb d ö vrü və b ö yük qeyb d ö vrü.

    Kiçik qeyb d ö vrü

    Kiçik qeyb d ö vrü (qısamüddətli qeyb) hicrətin iki yüz altımışıncı ilindən (İmam Həsən Əskəri əleyhissəlamın şəhadətindən) başlayaraq üç yüz iyirmi doqquzuncu ilinə qədər (d ö rdüncü xüsusi naibin vəfatına qədər) davam etmişdir. Bu müddət təxminən altımış doqquz il çəkmişdir.[1] Kiçik qeyb d ö vründə şiələrin əlaqəsi İmamla tamamilə kəsilməmiş , onlar xüsusi şəkildə və çox məhdud şəkildə İmamla əlaqə saxlayırdılar. Bu müddət ərzində müəyyən şəxslər o Həzrətin xüsusi vəkili olmuş , şiələr də onların vasitəsilə ö z məsələ və müşkülatını İmamın hüzuruna çatdırıb cavab alırdılar. Bə’zi vaxtlar İmamla g ö rüşə də bilirdilər. Buna g ö rə deyə bilərik ki , İmam Məhdi (əleyhissəlam) bu müddət ərzində həm qeybdə , həm də aşkarda olmuşdur. (Əlbəttə əgər belə demək mümkünsə).

    Kiçik qeyb d ö vrünü şiələri b ö yük qeyb d ö vrünə hazırlamaq mərhələsi adlandırmaq olar. Çünki sonrakı mərhələdə şiələrin İmamla əvvəldə olan azacıq əlaqələri də kəsilir , şiələr ö z məsələlərində o Həzrətin ümumi vəkillərinə , yə’ni , müctehidlik səlahiyyəti olan və İslam h ö kmlərinə dərindən bələd olan alimlərə müraciət etməli olurlar. B ö yük qeyb d ö vrü birdən-birə başlasaydı, fikirlərin çaşqınlığına səbəb olar və zehinlər onu qəbul edə bilməzdi. Ancaq əvvəlki İmamların qeyb d ö vrünə zəmin yaratmaları üçün ağıllı tədbirlərindən əlavə kiçik qeyb d ö vrünün ö zü də, yavaş-yavaş zehinləri hazırlayır və bunun ardınca da b ö yük qeyb d ö vrü başlayır. Həmçinin, kiçik qeyb d ö vründə xüsusi vəkillərin o Həzrətlə əlaqədə olması və eləcə də, bə’zi şiələrin bu müddət ərzində o Həzrəti g ö rməyə nail olması, İmam Məhdi əleyhissəlamın doğulmasını və hal-hazırda da yaşaması məsələsini daha da təsdiqlədi.[2]

    B ö yük qeyb d ö vrü

    İmam Məhdi əleyhissəlamın qeybə çəkilməsinin birinci mərhələsi başa çatdıqdan sonra uzunmüddətli və b ö yük qeyb d ö vrü başlamış , bu mərhələ indiyədək davam edir və bundan sonra da, Allah-taala o Həzrətə qiyam etmək üçün zühur – üzə çıxma icazəsi verənə qədər davam edəcək. On ikinci İmamın qeybə çəkilməsinin hər iki mərhələsi ondan əvvəlki İmamlar tərəfindən qabaqcadan xəbər verilmiş və elə həmin d ö vrdən də ravi və hədisyazarlar tərəfindən ö yrənilərək hədis kitablarında qeyd edilmişdir. İndi isə nümunə üçün bir neçə hədisə nəzər yetirək:

    1) Əmirəl-m ö ’minin Həzrət Əli (əleyhissəlam) buyurmuşdur: “Bizim qeybə çəkiləcək (İmamımızın) iki qeyb d ö vrü olacaq. Onlardan biri digərindən daha çox olacaq. Onun qeybdə olduğu müddət ərzində onun İmamətinə yalnız imanı m ö hkəm və mə’rifəti kamil olan şəxslər inanacaq.” [3]

    2) İmam Baqir (əleyhissəlam) buyurmuşdur: “Qeybə çəkiləcək (İmamın) iki qeyb d ö vrü olacaq. Bu iki d ö vrün birində deyəcəklər ki , o ö lüb...” [4]

    3) Əbu Bəsir deyir: İmam Sadiq əleyhissəlama dedim: “İmam Baqir (əleyhissəlam) buyurmuşdur ki , Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) nəslinin (qeybə çəkildikdən sonra) qiyam edəcəyi şəxsin iki qeyb d ö vrü olacaq ki , bunlardan da biri digərindən daha (çox) uzun sürəcək. İmam Sadiq (əleyhissəlam) buyurdu ki , bəli , belədir...” [5]

    4) İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: “Qiyam edəcək İmamın iki qeyb d ö vrü olacaq: Biri qısamüddətli , digəri isə uzunmüddətli...” [6]

    Tarix qabaqcadan deyilmiş bu xəbərləri təsdiqlədi və əvvəlki İmamların buyurduğu kimi İmam Məhdi (əleyhissəlam) barədə deyilmiş hər iki qeyb d ö vrü həqiqətə çevrildi.

    Böyük qeyb d ö vrü ndə kimlərə müraciət etməli

    D ö rdüncü naibin ö lməsi ilə İmam Məhdi əleyhissəlamın b ö yük qeyb d ö vrü başlayır. Bu d ö vrdə müctehidlik səlahiyyətinə malik olan alimlər İmamın ümumi nümayəndələri hesab olunur. Xüsusi nümayəndə odur ki , İmam Məhdi (əleyhissəlam) ö zü müəyyən bir şəxsi nümayəndə tə’yin edir , ümumi nümayəndə is ə İmam nümayəndə üçün lazım olan ümumi şəraiti deyir və bütün d ö vrlər boyu həmin şəraitə malik olan şəxslər (alimlər) də, İmamın nümayəndəsi olaraq şiələrin dini və dünyəvi işlərdə müraciət obyektinə çevrilir. Mə’sum İmamlar , xüsusən də, İmam Məhdi əleyhissəlamın ö zü bir çox rəvayətlərdə bu şəraiti müəyyənləşdirmiş və müsəlmanları b ö yük qeyb d ö vründə həmin şəraitə malik olan alimlərə müraciət edərək onlara tabe olmağı əmr etmişdir. İndi həmin rəvayətlərdən ikisini oxucuların nəzərinə çatdırırıq:

    1) ö mər ibn Hənzələ deyir: “İmam Sadiq əleyhissəlamdan soruşdum ki , əgər iki nəfər şiənin borc , yaxud irs məsələsində mübahisələri olsa, bu məsələni aydınlaşdırmaq üçün d ö vlət qazısına müraciət edə bilərlərmi? İmam buyurdu: “Haqla batili ayırd etmək üçün onlara (d ö vlət qazılarına) müraciət edən şəxs həqiqətdə zalıma müraciət etmiş olur. Onun h ö kmü ilə əlinə gələn bütün şeylər hətta onun ö z haqqı da olsa belə, haramdır. Çünki onu zalımın h ö kmü ilə ələ gətirmişdir. Halbuki , Allah-taala zalıma müraciət etməyi qadağan edərək buyurmuşdur:

    يُرِيدُونَ أَن يَتَحَاكَمُواْ إِلَى الطَّاغُوتِ وَقَدْ أُمِرُواْ أَن يَكْفُرُواْ بِهِ

    “Onlar zalım məhkəməsinə müraciət etmək istəyirlər. Halbuki, onlara zalıma müraciət etməmələri əmr olunmuşdur.” [7] Soruşdum ki , bəs onda nə etsinlər? İmam buyurdu: “Fikir verməlidilər ki , bizim rəvayətlərimizi kim s ö yləmişsə , halal-haramımıza nəzər salıb h ö kmləri tanımışsa , onu hakim tə’yin etməlidirlər. Çünki mən onu sizin üçün hakim tə’yin etmişəm. Əgər o , bizim buyurduğumuza əsasən h ö km versə , lakin kimsə onun h ö kmünü qəbul etməsə , Allahın h ö kmünü yüngül tutmuş və bizi inkar etmişdir. Bizi inkar edən isə Allahı inkar etmişdir. Bu isə eynilə Allaha şərik qoşmağa bənzər...” [8]

    İmam Sadiq əleyhissəlamın bu əmri ümumi bir əmr olub bütün müctehidlik səlahiyytinə malik olan alimlərə şamil olur. Əgər İmam Sadiq (əleyhissəlam) kiçik bir məsələdə mübahisə yaranarkən onun həllində zalım hakimə müraciət etməyə razı deyilsə , şübhəsiz ki , müsəlmanların digər işlərinə də zalımların nəzarət etməsinə razı olmaz. Buna g ö rə də, o Həzrət bu kimi işləri ədalətli şiə müctehidlərinin ö hdəsinə buraxmışdır.

    2) İshaq ibn Yə’qub deyir: “(İkinci nümayəndə) Məhəmməd ibn Osmandan məktubumu İmam Məhdi əleyhissəlama çatdırmasını istədim. Məktubda qarşılaşdığım çətin məsələləri yazmışdım. İmam məktuba ö z xətti ilə cavab yazmışdı. Yazdığım məsələlərdən biri də bu idi ki , (b ö yük) qeyb d ö vründə mübahisəli məsələlərdə kimə müraciət edək? İmam sualımın cavabında belə yazmışdı: “Qarşılaşdığınız məsələlərdə bizim hədisləri s ö yləyənlərə müraciət edin. Onlar mənim sizə olan hüccətim , mən isə Allahın (sizə olan) hüccətiyəm.” [9]


    [1] Mərhum Şeyx Müfid on ikinci İmamın kiçik qeyb dövrünü o Həzrətin anadan olduğu ildən , yə’ni 255-ci ildən hesab edir. (Əl-İrşad, səh.346.)

    [2] Əl-Məhdi,səh.183.

    [3] Yənabiül-məvəddə,c.3, səh.82.

    [4] Əl-Qeybət,səh.173.

    [5] Əl-Qeybət,səh.173.

    [6] Əl-Qeybət,səh.170.

    [7] “Nisa”surəsi, ayə 60.

    [8] Üsusli-kafi,c.1, səh.67.

    [9] Əl-Qeybət,səh.177.
     
    Категория: Dini meqaleler | Добавил: media-islam (23.02.2008) | Автор: ilkin E W
    Просмотров: 1917 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər