Şenbe, 20.04.2024, 10:54
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    CÜME SÖHBETLERİ:HACI İLQAR

    Əziz İslam Peyğəmbərindən (s) və onun pak Əhli-beytindən (ə) nəql olunan hədislərdən məlum olur ki, günlərin ən fəzilətlisi, ən üstünü - cümə günüdür. Bu günün özünəməxsus əməlləri vardır ki, bu əməllər barəsində həm Allah kəlamı olan mübarək Qurani-Kərimdə, həm də Məsumların (ə) hədislərində xüsusilə qeyd olunur.     Qurani-Kərim buyurur: «…Elə ki, sizi cümə gününün namazı üçün çağırdılar, həmin halda Allahı yad etməyə tələsin». («Cümə» surəsi 9)

        Bu günün digər mübarək əməlləri ilə bağlı İmam Cəfər Sadiqdən (ə) nəql edilir. «Hər müsəlman üçün cümə günləri dırnaqlarını tutb, ətirlənmək münasibdir». Kişilərdə gərək xoş ətrin qoxusu aşkar olsun, qadınlarda isə tam əksinə. Həzrət Əli (ə) cümə günü ilə baglı buyurur: "Hər cümə günü öz ailə üzvlərinizə bir az təzə meyvə nübar edin ki, cümənin gəlməsindən sevinsinlər".  Cümə gününün mübarək əməllərindən biri də Cümə qüslüdür. İmam Sadiq (ə) buyurmuşdur ki, «Cümə qüslü insanı pak edər və gələn cüməyə qədər onun günahlarının kəffarəsidir». Cümə günü ilə bağlı Məsumların bu kimi göstərişləri var ki, Allah Təala bu göstərişlərə layiqincə əməl etməyi hər bir haqq yolçusuna nəsib etsin.

        Belə fəzilətli gündə ötən cümə günlərinin birində şahidi olduğum bir ibrətamiz hadisəni bu yazıda qeyd etməyi özümə borc bildim.

        Qonşum Muhəmməd Baqir məscidə birlikdə getməyimizi istədi. Vədələşdiyimiz vaxt evdən çıxdıq. Yol boyu qonşum söhbət əsnasında yaxın bir tələbə dostunun da bizi metro stansiyasının qarşısında gözləyəcəyini dedi. O gün havadan da xoş ətir qoxusu gəlirdi. Adam istəyirdi ki, bu təmiz havanı tamam ciyərlərinə doldursun. Nəhayət gəlib yeraltı keçidə çatdıq. Muhəmməd Baqir tələbə dostu ilə məni tanış etdi.

        Adı Saleh idi. Biz də çoxdankı tanışlar kimi bir-birimizə xoş təbəssümlə «Cümə günün mübarək» söylədik.

        Yeraltı keçidə düşəndə artıq bayaqkı xoş ətirli havadan əsər-əlamət belə yox idi.  Sanki "Cəhənnəm burulğanı" idi. Belə yerdə siqaret çəkmək heç nəyə sığmaz. Adamların bu gur yerində dostumuz Saleh bizdən geridə qalmışdı, siqaretin tüstüsü mənim gözlərimi yaşartmış idi. Muhəmməd Baqirisə təngnəfəs olmuşdu. Dedim ki, bu insanlar niyə özlərinə belə zülm edirlər. Muhəmməd Baqir ixtisasca həkim idi. Odur ki, izah etməyə çalışırdı ki, siqaret çəkənlər nəinki özlərinə, hətta xüsusən belə yerdə hamıya zülm edirlər. Elə bu vaxt bir qadın qucağındakı uşağın ağzına şərf tutaraq gileyləndi: «Burda nəfəs almaq olmur ki. Bu siqaret çəkənlərdən ötrü bu keçidə düşməyə peşman olur adam. Nə xəstə bilirlər, nə də uşaq!».

        Biz ləngiyib Salehi gözləməli olduq. Amma nə görsək yaxşıdır. Dostumuzun əlində siqaret közərtisi. Muhəmməd Baqir təəccüblə üzünü Salehə tutaraq: "Əzizim biz bu tüstünün insanlara verdiyi əzabdan danışırdıq. Amma Sizi heç təsəvvür də etmirdik ki...».  O, sözünün ardını demədi.

        Yaxınlığımızdan keçən bir qoca: «Tüstüdən daha boğuluram» deyib əlini cibinə saldı. Sonra ağzını açıb boğazına "aerozol" dərmanı vurub yoluna davam elədi.

        Sonra qonşum Salehə qayıtdı ki,  görürsən hamı "Belə zülm olmaz deyir". Bəs sən nə deyirsən?

        Saleh: «tərgidə bilmərəm» dedi. Yol əsnasında Muhəmməd Baqir əvvəlcə siqaret qutusunun üstündəki Səhiyyə Nazirliyinin xəbərdarlığını Salehə göstərdikdən sonra siqaretin ziyanı barədə xeyli bilgi verdi. – «Siqaret insan orqanizminə kimyəvi hücum edir. Tədqiqatlar göstərmişdir ki, siqaretin yaratdığı problemlər təkcə nikotindən asılı deyil, onun tərkibindəki yanmayan maddələrlə bağlıdır. Onların bir hissəsi orqanizmə daxil olduqdan sonra müxtəlif xəstəliklərin yaranmasına səbəb olur və hətta xərçəngin yaranmasına gətirib çıxarır. Və siqaretə qarşı dünyanın hər bir yerində aparılan kompaniyalar artıq bir sıra müsbət nəticələr vermişdir».

        Muhəmməd Baqir çox maraqlı hadisələri bizim üçün xatırlayırdı ki,  şəhərdəki məscidlərdən azan səsi ucaldı. Biz məscidin həyətində möminlərlə salamlaşıb birlikdə məscidə daxil olduq.

        Cümə namazı haqda islam alimləri buyurur ki, İmam Zaman (ə.f.) qaib olduğu dövrdə cümə namazı təxyiri vacibdir (yəni mükəlləf şəxs cümə günündə ya zöhr namazını, ya da cümə namazını qılmaqda ixtiyar sahibidir).

        Cümə namazı haqda alimlərin buyurduğu bir sıra göstərişlər var ki, bunun üçün hər bir mükəlləf müctəhidə müraciət etməlidir.

        Namazı qılıb, İmam Zaman ağanın (ə.f.) salamatlığına salavat zikr edib möminlər cəmən «Fərəc» duasını oxudular. Duadan sonra Saleh: «Sizi bayırda gözləyəcəyəm» deyib məsciddən çıxdı. Biz də möminlərlə əl tutub görüşdükdən sonra məsciddən çıxdıq. Gördüyümüzə inanmadıq. Sən demə Saleh siqaret çəkmək üçün məsciddən çıxıb. Muhəmməd Baqir dostumuzun bu hərəkətini gördukdə qaşları alnında sanki düyünləndi. O, Salehə yaxınlaşıb əvvəlcə mülayim danışmağa başlasa da səsi getdikcə sərtləşir və istehza ilə soruşurdu: «Bu nədir? Yoxsa "qürbətən illəllah yandırmısan?!  Əzizim, dünyaya min cür bəla gətirən bu siqareti yoxsa pak nemət bilirsən? Yoxsa bədən üzvlərinin Allahın əmanəti olduğunu unutmusan? İndicə məsciddə «Fərəc» duasını oxuyurdun. Unutma ki, müntəzir İmam Zaman (ə) ağanın eşqilə yaşayan kəs başqalarının haqqını pozmamalıdır. Yoxsa keçiddə o körpə uşağın nədən ağladığını, yaxud qoca kişinin nədən həb qəbul etdiyini yadından çıxartdın?!

        Bəlkə sözlərimə görə məndən inciyirsən, ancaq bil ki, biz bir-birimizin aynasıyıq! Mənim eyb və qüsurumu sən deməlisən. Mən bundan incimərəm. Çalış iradəni ortaya qoy və bu ZƏHƏRİ tərgit. Doğrudan da mən inanıram ki, sən Zühur eşqilə yaşayırsan və duaların da xalisdir».

        Saleh danışmırdı. Onun gözləri aydın səmaya dikilmişdi. Muhəmməd Baqirin gözləridə yaşla dolmuşdu.  O, əllərini mehribanlıqla Salehin çiyninə qoyub titrək səslə dedi: «Ağam bu an zühur edib müntəzirinin əlindən tutmaq istəsə nə deyəcəksən? Deyəcəksən ki, "gözlə siqareti" söndürüm?».

        Bu vaxt Salehin barmaqları qeyri-ixtiyarı aralandı və siqaret əlindən yerə düşdü. Aydın səmaya dikilmiş gözlərində axan intizar yaşları Salehin yanağı ilə süzülürdü. Dərin sükut çökmüşdü. Muhəmməd Baqirin sözləri hamımıza təsir etmişdi.

        Bu vaxt Saleh əllərini üzünə tutaraq hıçqırıq və pıçıltı ilə deyirdi "Ağam məni bağışla".

        Hörmətli oxucum mən bu hadisəni yazmaya bilməzdim. Çünki, "əmr be məruf" və "nəhy əz-münkər" (yaxşılığa dəvət etmə və pislikdən çəkindirmə) sənə vacib olduğu kimi mənə də vacibdir.  

        İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
        «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
        Təbiət Hüseynov 
     
     
     
     
     
     
     
    Content-Disposition: form-data; name="file1"; filename=""
    Категория: Dini meqaleler | Добавил: media-islam (25.02.2008) | Автор: ilkin E W
    Просмотров: 2313 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər