Çerşenbe axşamı, 19.03.2024, 09:23
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Hacı ŞahinlE sual-cavab

        Hacı Şahinlə sual-cavab (ardı)

    "Mənəvi Dünya" ictimai birliyinin sədri, "Məşədi Dadaş" məscidinin imam-camaatı Hacı Şahin Həsənli ANS Press forumunun VIP qonağı olmuşdur. Onunla olan sual-cavabı ixtisarla sizin diqqətinizə çatdırırıq.

     

    Sual: Salamun aleykum hörmətli, Hacı Şahin bəy. Bundan əvvəl sədr olduğunuz təşkilatınız da dini maarifləndirmə sahəsində böyük uğurlar əldə etmişdi. Hal-hazırda da Sizin Azərbaycandakı dini maarifləndirmə fəaliyyətiniz çox uğurla gedir. Siz və Sizin kimi şəxslərin sayəsində biz öz milli mənəvi dəyərlərimizə qayıdırıq. Allah Sizləri bizə çox görməsin və bu yolunuzu uğurlu edib əvəzində hər 2 dünyada Peyğəmbər(s) və Onun pak Əhli Beytindən(ə) ayrı salmasin. İnşəallah.
    Sualım isə bundan ibarətdir: "Bilmək istəyirəm ki, Hz.Məhdi(ə.f) zühurunun gecikməsi nə ilə bağlıdır? Bu barədə çox fikirlər söylənilib və söylənilir. Sizin də bu barədə nəzərinizi bilmək yerinə düşmüş olardı". Əvvəlcədən öz minnətdarlığımı bildirirəm. Hörmətlə Vüsal. 
    Vəs-səlamu aleykum və rəhmətullah.

     

    Cavab: Mehdi mövzusu çox geniş olduğundan qısaca işarə etməklə kifayətlənirik. Bütün Peğəmbərlər dünyanın sonunda ədalətli hökumətin qurulacağını vəd edirlər. Din baxımından tarix haqla nahaqqın savaş meydanıdır. Və bu mücadilə sonda haqqın qələbəsiylə nəticələnəcək. Dini dəyərlərin müasir qərb dəyərləriylə əsas fərqi budur ki, qərb fəlsəfəsi həqiqətin nisbi, dini fəlsəfə isə onun mütləq olduğunu bildirir. Dinimizə görə bəşəriyyət ayrı ayrı xalqların mədəni özəlliyi, milli xüsusiyyətlərinin fərqliliyinə baxmayaraq insanlıqda ortaqdır. Və bütün insanlar istinad nöqtəsi, insan fitrəti olan ilahi qanunlarla idarə olunmalıdır. Dinin vəd etdiyinə əsasən bəşəriyyət öz inkişafı nəticəsində bunun zəruriliyini anlayacaq və bəşər tarixinin qızıl dövrü bu zaman başlayacaq. İslam baxımından Mehdinin zühuru yalnız mistik bir hadisə yox, tarixi prosesin məntiqi sonluğudur. Bütün əqidə və nəzəriyyələr puç olub aradan getdikdən sonra ilahi əqidənin dünyaya hakim olması İslam baxımından tarixin qaçılmaz sonluğudur. Bəzilərinin iddia etdiyinə görə bu dövr artıq başlanıb. Yuxarıdakı sualın cavabında bildirdiyimiz kimi İslam mədəniyyəti qarşısında sarsılmasını hiss edən bəzi dairələr bu səbəbdən İslam dininə qarşı qətiyyətli mübarizəyə qalxıblar. İslam yeganə dindir ki, öz həyatiliyini əldən verməyib, və bu əqidə Qərb inkişaf yoluna alternativ kimi qəbul oluna bilər. Bu prosses dünyada artıq başlanılıb və məhz bu səbəbdən bəzi tədqiqatçılar 21-ci əsri din əsri adlandırırlar. Qurani-Kərimin məntiqinə əsasən insanlıq nə zaman o dövrə hazır olarsa Mehdi zühur edəcək! Görünür bu hazırlıq olmadığından zühur gecikir, amma bəşəriyyətin indiki vəziyyəti bunu deməyə əsas verir ki, zühur günü elə də uzaqda deyil.

     


     

    Sual: Selamu Aleykum Qardashim. Qardashim men sizden bir sheyi xahish etmek isteyirem. Bir choxlarini maraqlandirir ki,niye bezileri mohurle,bezileri ise mohursuz namaz qilir? Niye bezileri qollari bagli,bezileri ise qolu achiq namaz qilir? Ozude her biri inad edirki, Muhemmed (s.a.v.s.) onlar kimi namaz qilib. Bes indi biz kime inanaq? Kimin dediyi sizce duzgundur? Suallarima cavab vereceyinize gore indiden size oz minnetdarligimi bildirirem. ALLAH NAMAZLARIMIZI QEBUL ETSIN. ALLAH RAZI OLSUN...! Sag olun.!

     

    Cavab: Əvvəla onu deyim ki, məzhəb fərqlərinin qabardılmasının əleyhinəyəm və təssüf edirəm ki, verilən sualların əksəriyyəti bu mövzudadır. Sualınıza cavab olaraq bunu deyə bilərəm ki, əl açıq namaz qılmağı bütün məzhəblər qəbul edir. Möhürlə namaz qılamq isə torpağa səcdə etmək mənasındadır. İnsan səcdə zamanı öz təkəbbürünü qırmaq üçün alnını torpağa qoyur. Torpaq insanın əvvəli və sonudur. İnsan torpaqdan yaranıb və yenidən torpaqdan qalxıb Allah hüzurunda dayanacaq. Səcdənin bir mənası da məhz budur. Məşhur səhabələrdən sayılan Cabir İbn Abdulla Əli Ənsari nəql edilən hədisdə deyilir: "İstinin şiddətindən əlimdə bir ovuc torpaq tutdum ki, soyudum və Peyğəmbərlə birgə zöhr namazını yerinə yetirim (Səhih Buxari, cild 2, səhifə 202)". Bu hədisdə torpağa səcdənin düzgünlüyünü bildirir.

     


    Sual: Salam.
    Manim sualim beladir.
    1)Peygambarimizin vaxtina baxsaq onunla bir vaxtda yasayanlar va hatta onnan sonra 3 asr yasayanlar Islamda
    ziyarat olaraq Makka,Madina va Quds shaharini gorublar.Hal hazirda olkamizda bir cox ziyaratgahlar var ki,insanlar ora gedib o ziyaratgahlardan evlad,xosbaxtlik va s dilayir.Bazan muayyan bir qism biz ondan deyil onun vasitasila Allahdan
    dilayirik.Muqaddas Quranda Allah buyurur:Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz! . (Zumar surasi 3)Hamcinin buna bir sira qurumlar da dastak olaraq bunlarin genislanmasina imkan yaradir. Na ucun bunun qarsisini almir?
    2)Gunumuzda vahhabilik sozu aktal masalalardandir.Manim sualim bir insanin aqidasi konkret olaraq Allahdan basqasini
    ilah olduqunu inkar edirsa,Peygambarimzin onun sahabalarinin saxladiqi saqqali saxlayirsa,ibadatini edib vatani ucun calisirsa na ucun vahhabi adlandirilir.
    3)Peygambarimiz sallahu aleyhi vasallam buyurub ki mandan sonra Islama gatirilan butun yeniliklar radd olunur.Man bu suali dafalarla sorusmusam ki na ucun mascidlarin coxunda azanda "Aliyyan Valiyullah" sozu alava edilir.Cavab hamisa bu vacib deyil mustahabdir cavabini almisam.Sualim haciya beladir ki agar bu mustahabdisa bunun asasi hardan goturulub.
    4)Hal hazirda yas maclislarina baxsaq yaxini olan adam adat olaraq 1,2,3,7, cuma axsamlari ,40,52 va s marasimlari vermakla ozunu bu qadar ziyana salir.Haqiqi Islamda bu gunlar varmi va agar yoxdusa Qafqaz musalmanlari idarasi bu istiqamatda na ucun maariflandirma aparmir.
    5)forumun qonaqlarindan biri astroloq Firidun Qurbansoy olmusdur.Manim sualim beladir ki hazirda olkamizda astroloqlari izladikda onlarin matbuatda televiziyada sohbatlarinda sanki Allah yaxin insanlar kimii ozlarini tanidirlar.Cox zaman Qurani Kerimdan ayalara muraciat edirlar.Manim bildiyima gora qeybi Allahdan basqa hec kim bilmir.Bu Qurani Kerimda aciq askar gostarilmisdir.Hatta bazi seylar doqru olsa bela Peygambarimiz(sas)bunu sheytan amali saymis va cinlarin oqurlugu olduqunu demisdir.Konkret olaraq Islam Universitetinin rektoru kimi bu insanlara o cumladan Firidun Qurbansoya,Ilham mirzaya munasibatinizi bildirmayinizi xahis ediram.Bunlar naya asaslanib astroloji proqnoz verirlar?Bunun elmi asasi vardirmi?Allahin adindan danisib insanlari casdirmaq deyilmi bu?
    6) Novbati sualim bayramlar barasindadir.Na ucun aksar hallarda bizda Ramazan va Qurban bayrmlari Makka ila ust usta dusmur?
    7)Novbati sualim siga haqqindadi.Həzrəti Peyğəmbərin belə dediyi bildirilir: "Ey insanlar! Qadınlardan siğə ilə istifadə etməyi Allah qiyamət gününə qədər haram edib. Hər kimin yanında belə bir qadın varsa, onu tərk etsin və onlara verdiklərinizdən də heç nə almayın" (Muslim. "Nikah", 21, 22, 23).
    Hal hazirda iranda har il minlarla usaq siga naticasinda anadan olur.Bu camiyyatin korlanmasina sabab olmurmu?o usaqlar galacakda atalarinin kimin olmagini neca bilsinlar.Kim hansi insan razi olar ki siga naticasinda anadan olsun.Kim razi olar ki onun anasi bacisi ila siga ettsinlar.masalan man musalman kimi razi olmaram.Siz razi olarsinizmi?xahis ediram konkret cavab verin.Siz razi olarsinizmi?

    Cavab: İlk əvvəl siyarətgahlar barədə onu deyim ki, Peğəmbər zamanında yalnız bu 3 yerin ziyarət olunması təbiidir. Çünki o zaman digər ziyarətgahlar yox idi. Və ziyarətin dinimiz tərəfindən bəyənilən bir əməl olmasını bildirmək üçün dünyanın sonuna qədər olacaq bütün ziyarətgahların adı hədislərdə çəkilməməliydi təbii ki. Biz Peğəmbərin sünnətinə əməl etmək dedikdə forma yox, məzmunu nəzərdə tuturuq. Əgər Peğəmbər qəbir ziyarətini bəyənilən bir iş kimi təqdim edirsə ilahi övliyalara təvəssül etməyi inkar etməyibsə bu bizimçün kifayət etməlidir. Yuxarıda bütlərin vasitəçiliyini inkar edən ayələrin bu mövzuyla əlaqəsi yoxdur. Çünki burada insan daş bütləri yox ilahi övlüyaları vasitə seçir. Bu isə Quuran ayəsinin göstərişidir. "Ey iman gətirənlər, Allahdan qorxun və ona doğru vasitə axtarın." (Maidə 34.).

    Digər sualınıza cavab olaraq deyim ki, vahabilik Məhəmməd İbn Əbdül Vahabın adıyla bağlıdır. Allahın təkliyinə etiqadı bütün məzhəblər təbliğ edir. Vahabilik dedikdə məqsəd özlərindən başqa bütün müsəlmanları kafir sayan, onların qanını halal bilən, müxtəlif ölkələrdə qanlı aksialar törədən bir dəstə nəzərdə tutulur. Qəbirlərin ziyarəti haramdır deməklə onlar faktiki olaraq tarixi abidələri məhv edib İslam mədəniyyətiylə mebarizə aparır. Həc ziyarətində olduğum zaman Mədinə şəhərində Peyğəmbər Məscidinin xidmətçilərindən biri mənə dedi ki, "inşallah Allah qismət eləyər yaxında Peyğəmbərin qəbri də dağıdılar.". Onların bu etiqadı Əməvi və Abbasi xəlifələrinin siyasətinin təzafürlərindən biridir. Məlum olduğu kimi Abbasi xilafəti dövründə Kərbəlada İmam Hüseynin qəbri dəfələrlə dağıdılmış və bunun da əsas səbəbi insanları zülmlə mübarizə məktəbi olan Kərbəla məktəbindən ayırmaq idi. Şünki bu qəbri ziyarət etməklə müsəlmanlar şəhidlik məktəbinə bağlanırdılar. Bu isə xəlifələrə sərf etmirdi. Daha sonra kərbəlaya hücumu dəfələrlə məhz vahabilər təşkil etdi. Və məqsədin nədən ibarət olduğu aydındır. Bu dəstənin ən böyük təhlükəsi şiə və sünni müsəlmanları arasında ixtilaf salmaqdır.


    Əvvəla qeyd edim ki, dinimiz insanların təbii hisslərini məhdudlaşdırmır. Cinsi meyl insanın təbii hisslərindən olduğu üçün dinimiz bu hissin təmin olunması üçün daimi və müvəqqəti kəbin müəyyən etmişdir. Bütün müsəlman alimlərinin fikrincə Nisa surəsinin 24-cü ayəsi məhz SİĞƏ barədədir: "Mute etdiyiniz qadınların mehrilərini lazımi qaydada verin. Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Allah hər şeyi biləndir, hikmət sahibidir."
    Səhih Buxarinin 6-cı cildində yazıldığı kimi: "Mute ayəsi Allahın kitabında nazil olub. Ona görə də biz onu Peyğəmbər zamanında yerinə yetirirdik. Quranda onu qadağan edəcək heç nə nazil olmayıb. Peyğəmbərin özü də vəfat edənədək onu qadağan etməyib.".
    Müslümün Səhih kitabında yazıldığına əsasən (cild 1, səhifə 395)Sahabə Cabir İbn Abdulla deyir:"Müteni Ömər qadağan etdi."
    Bəzi hallarda Müte əxlaqsızlıq kimi təqdim olunur, amma qeyd olunmalıdır ki, Müte müəyyən mənada əxlaqsızlığın qarşısını alır. Müte zamanı əvvəlcədən müddət müəyyən olunur və bu müddətdə hər iki tərəf qarşılıqlı öhdəliklər götürür. Övlad dünyaya gələrsə daimi Nigahdan doğulmuş uşaqla eyni hüquqlara malikdir. Bundan əlavə qadın mütedən sonra müəyyən müddət başqa bir şəxslə ailə qura bilməz. Artıq qərb ölkələrinin bəzisində əxlaqsızlığın qarşısını almaq üçün daimi kəbinə alternativ olan müvəqqəti evlilik məsələsinin qanunvericiliyə daxil edilməsi müzakirə edilir. O ki qaldı kiminsə yaxınlarının SİĞƏ etməsinə razı olub olmamasına, həmin sözü kəbinə də aid etmək olar. Tutaq ki, bir qadın ardıcıl olaraq 10 nəfərlə daimi kəbin bağlayıb boşanır. Dinimiz bunu qadağan etmir, amma heç kəs yaxınlarının bu işi görməsinə razı olmaz, ümumiyyətlə dinimizin bu şeyə icazə verməsi onu vacib etməsi demək deyildir. Hər halda cəmiyyət müxtəlif insanlardan ibarətdir və onların hamısının istəklərini tənzimləmək dinin zənginliyinin əlamətidir. Kimsə bunu etmək istəmirsə tərk edə bilər. Amma bu əməldən əxlaqsız insanların sui istifadə etməsi dinin bu hökmünün inkar edilməsiylə nəticələnməməlidir.


    Sual: Səlamun ələykum, Şahin müəllim! Allah Sizin elminizi daha da artırsın və islam dəvəti yolunda gördüyünüz işlərinizdən razı olsun!

    1 - Bəzi sünni, xüsusilə vəhhabi alimləri, Quranın ayələrini qəribə şəkildə yozub və bəzi batil hədislərə uyub, iddia edirlər ki, guya Allahın cismi-bədəni var, özü də əl, ayaq, göz, qulaq, saqqal kimi üzvlərdən mürəkkəb olub. Deyirlər ki, Allah yeriyir, bəzən yavaş-yavaş və bəzən qaçır, hərdən səmadan bizə tərəf enir, hərdən ayağını cəhənnəmin içinə qoyur və s. Deyirlər ki Allahın olduğu yeri və Onun istiqaməti var, öz də bu istiqaməti barmaqla da göstərmək mümkündür. Yəni Allahı mürəkkəb, zaman və məkanla məhdud olan bir varlıq kimi təsvir edirlər. Və bununla Allaha şərik qərar verirlər. Mənim ilk sualım belədir: Sizcə, belə halda vəhhabilər müsəlman sayiıla bilərlərmi? Əgər buna baxmayaraq müsəlmandırlarsa, onda bunu necə əsaslandırırsınız?

    2 - Peyğəmbərimizin valideynini kafir və cəhənnəmlik hesab edən firqənin (yenə vəhhabilərin) hökmü nədir və bu etiqad onları islamdan xaric etmirmi?

    3 - Xahiş edirəm ki, müasir şiə alimlərin saqqal saxlamağa aid görüşünü bəyan edəsiniz. Sizcə, niyə şiələrin əksəriyyəti saqqal saxlamır?

    vəssəlamu ələykum və rəhmətullah

    Cavab: Deyilən məsələlər insanın kafir hesab edilməsinə dəlil deyildir. Bütün müsəlmanların bir-birinə qardaş olması Quran hökmü olduğundan onları kafir yox, qardaş hesab etməliyik.


    Sual: Salamun aleykum!
    Haci,menim 2 sualim var:
    1.Eger gun erzinde 5 defe namaz qilmaga vaxt ve imkan varsa,3 defe(birlesdirib) qilmaq duzgundurmu,yeni,bu bizim ixtiyarimizdadir,yoxsa?
    2.Novruz bayramini qeyd etmek ne derecede duzgundur(bidetdirmi),umumiyyetle Islamla elaqesi varmi?
    ALLAH RAZI OLSUN!

    Cavab: 3 ya 5 vaxtda qılmaq öz ixtiyarımızdadır.
    Novruz Bayramının tarixi İslam tarixindən daha qədimdir və bəzi fikirlərə görə İlahi Peyğəmbərlərlə əlaqəlidir. Ümumiyyətlə İslam yayıldığı ərazilərdə yerli adət ən-ənələrlə mübarizə aparmayıb, əksinə o ən-ənələri daha da zənginləşdirib. Bəzi adət dinin hökmlərinə zidd olduğu təqdirdə dinimiz o adətləri qadağan edib. Novruz bayramı baharın gəlişiylə əlaqəli olan ədaləti, mərhəməti təcəssüm etdirəm, zəngin milli bayramımızdır.B u səbəbdən İslam dini baxımından bu bayramı qeyd etməyin heç bir eybi yoxdur.

    Категория: Dini meqaleler | Добавил: media-islam (12.03.2008) | Автор: ilkin E W
    Просмотров: 8205 | Комментарии: 2 | Рейтинг: 3.1/13
    Всего комментариев: 2
    07.02.2009
    2. Elcin (elcin_zeynalov) [Material]
    Essalamu aleykum Haci qardashim. Size 2 sualim var. Imanim heddinden artiq zeifdir. Nece imanimi artira bilerem? 2-ci sualim: Qadin ucun namazda sesle oxumaq ve tesehhudde sehsdet getirmek vacibdirmi? Allah razi olsun.

    12.03.2008
    1. asiye [Material]
    Allah razi olsun haci Shahinden,bizim de suallarimiza aydinliq getirdi.

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər