Cüme axşamı, 25.04.2024, 20:28
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » 14 Mesum » İmam Seccad (a)

    İMAM ZEYNƏLABİDİN (Ə) HAQQINDA BİR NEÇƏ SÖZ
    İMAM ZEYNƏLABİDİN (Ə) HAQQINDA BİR NEÇƏ SÖZ

    İmam Zeynəlabidin əleyhissəlam (sözün əsil mə`nasında) mə`nəviyyət qəhrəmanıdır. Yə`ni, İmam Hüseyn (ə)-ın oğlu İmam Zeynəlabidin əleyhissəlamın varlığının hikmətlərindən biri də budur ki, o, həqiqi İslam mə`nəviyyatını öz vücudunda e`cazkarcasına cilvələndirmişdir. Bu da diqqətəlayiqdir.

    Əli ibni Əbu Talib (ə) uşaqlıqdan Peyğəmbərin (s) nəzarəti altında böyüyüb və həzrət vəfat edənə qədər onun yanında qalmışdı. Bu adam uşaqlıqdan Peyğəmbərin (s) evində qalıb. Qeyd etmək lazımdır ki, heç kim onun qədər Peyğəmbər (s)-la bir yerdə olmamışdı. Görürsünüz ki, həzrət Əli (ə) Peyğəmbərə o dərəcədə inanmışdı ki, adam onun varlığını Peyğəmbərsiz (s) təsəvvür edə bilmir. Sanki onun vücudu Peyğəmbərə iman və məhəbbətlə yoğrulmuşdu.

     

    İMAMIN (Ə) İBADƏTİ

    Peyğəmbər (ə) Əhli-beytinin hamısı belədir. Çox maraqlıdır. İnsan İmam Zeynəlabidin əleyhissəlamı, onun Allahdan qorxmasını və ibadətlərin əsası sayılan namazlarını görəndə – Aleksis Karel demişkən: «Bu nədir?»-deyə öz-özündən soruşur və (onun qıldığı namaz, bədəni qibləyə sarı, ruhu başqa bir yerdə olan kimi deyil, əslində ona aid ruh sanki məhv olur), adamın beynində belə bir sual yaranır ki, görəsən bu necə ruhdur?

    İnsan Əli ibni Hüseyn (ə)-ın həyatına diqqət yetirəndə sanki, gecənin son ibadətində Peyğəmbəri Həra dağında görür.

    İmam bir gecə dua oxuyarkən, uşaqlarından biri yıxılıb qolu sındı və sınıqçı gətirmək lazım oldu. Ailə üzvləri onun ibadətini pozmadılar və özləri gedib bir sınıqçı gətirdilər. Uşaq ağrıdan qışqıraraq fəryad qoparır və həkim də onun fəryadlarına e`tina etmədən qolunu bağlayırdı. Nəhayət hər şey qurtardı və uşaq da sakit oldu. Səhər çağı İmam (ə) uşağın qolunu sarığlı görüb dedi: Niyə belədir? Dedilər: ötən gecə siz ibadət edən zaman belə oldu. Aydın olur ki, İmam (ə) ruhən elə cazibəli halda Allaha doğru yüksəlməkdə imiş ki, o qədər hay-küyü duymamışdı.

     

    HƏCC KARVANINDA XİDMƏT ETMƏSİ

    Peyğəmbər (s) övladı həzrət İmam Zeynəlabidin (ə) həccə gedərkən istəmir ki, getdiyi karvanda bir kimsə onu tanısın. Gözləyir ki, uzaqlardan onu tanımayan bir karvan gəlsin və o da bir qərib şəxs kimi onlara qoşulub getsin.

    Nəhayət namə`lum bir karvan gəlir və İmam (ə)-da onlara qoşulur. Həzrət karvandakılardan xahiş edir ki, yol boyu onlara xidmət etməyə icazə versinlər və onlar da qəbul edirlər. O zamanlar adətən dəvə və atla səfərə çıxırdılar. Ona görə də səfər günlərlə, həftələrlə və hətta bə’zən aylarla uzanırdı. İmam (ə) bu günlərdə özünü bir xidmətçi kimi aparırdı. Yolun yarısında bir nəfər təsadüfən karvana qoşuldu. O, İmamı görən kimi tanıyıb onlara dedi: «Sizə xidmət edən şəxsi tanıyırsınızmı? Dedilər: Yox, tanımırıq. Lakin mədinəli bir gəncdir və çox yaxşı adamdır. Dedi: Bəli, tanımırsınız, əgər tanısaydınız ona qulluq buyurub öz xidmətinizdə saxlamazdınız». Kimdir?- deyə soruşdular. Dedi: «Bu Peyğəmbər (s) övladı Əli ibni Hüseyn ibni Əli ibni Əbu Talibdir (ə)». Onlar bu sözü eşitcək qaçıb o həzrətin əl-ayağına düşüb: «Ağa siz niyə belə edirsiniz?! Biz bu işimizlə ilahi əzaba düçar ola bilərdik. Biz cür’ət edib sizə qulluq deyə bilməzdik. Siz əyləşin biz xidmət edək» - deyə yalvarmağa başladılar. O həzrət buyurdu: «Təcrübədən bilirəm ki, tanış karvanla yol gedəndə, həmsəfərlərimə xidmət etmək imkanım olmur. Ona görə də məni tanımayan bir karvanla getmək istəyirəm. Belə olanda müsəlmanlara və dostlara xidmət etməyə imkan tapıram».

     

    İMAM (Ə)-IN DUA OXUYUB AĞLAMASI

    Əli ibni Hüseyn (ə) üçün İmam Sadiq (ə) və sair İmamların malik olduğu şərait yaranmadı. Lakin İslama xidmət etmək istəyənlər üçün hər zaman fürsət vardır; burada fərq yalnız fürsətlərin növündədir. Görün İmam Zeynəlabidin (ə) dua vasistəsilə İslam dünyasına nə kimi iftixarlar qazandırmışdır. Eyni halda İmam dua adlı kəsərli bir silahla öz işini görürdü.

    Bə`zilərinin fikrincə, İmam Zeynəlabidin (ə) atasından da sonra qiyam etmədi və nəticədə Kərbəla macərası unuduldu. Əlbəttə belə deyil, o həzrət bütün imkanlardan istifadə edərək atasının qiyamının nəticələrini canlı saxlamaq istəyirdi. Nə üçün dərin hüznlə ağlayırdı? Təkcə ürəyi yanan bir adam kimi məqsədsiz ağlayırdımı? Yoxsa o həzrət İmam Hüseyn (ə)-ın qiyamını və onun qatillərini xalqa xatırlatmaq istəyirdi. Məhz buna görə də İmam (ə) uzun müddət öz əzizlərini yad edərək matəm saxlayırdı. Bir gün qulluqçularından biri demişdi: Bu qədər ağlamağınız kifayət deyildirmi?!» İmam (ə) cavabında buyurmuşdu: Nə danışırsınız? Yə`qubun təkcə bir Yusifi var idi. Qur`an onun hüzn və kədərini belə izah edir:

    «Onun gözləri Yusifin ayrılıq qəminə görə ağladığı üçün tutulmuşdu.»[Yusif-84.]

    «Mən isə gözümün qarşısında bir-birinin ardınca yerə yıxılan on səkkiz Yusifi görmüşəm».
      

    MƏ᾿SUM İMAMLARIN HƏYATINA BİR BAXIŞ (Müəllif: USTAD ŞƏHİD MÜRTƏZA MÜTƏHHƏRİ) kitabından götürülmüşdür.

    Категория: İmam Seccad (a) | Добавил: al-shia (14.07.2008)
    Просмотров: 3034 | Рейтинг: 2.0/2
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər