Cüme, 19.04.2024, 23:41
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » İslam alimleri

    MÜBAREK SİMALAR (Azerbaycan alimleri silsilesinden)
    Mirzə Əsədullah Badkubeyi on üçüncü hicri əsrində Bakıda dünyaya gəlmişdir. Allaha olan sonsuz eşq və məhəbbəti onu maddi aləmdən ayırıb öz ruhunu saflaşdırmaqla, nəfsini xeyirli əməllərə vadar etməklə Allaha yaxınlaşdırmağa məşğul edir. Əvvəlcə Nəcəfi-Əşrəfə gəlir və məhşur arif Hurəlişah İsfahaninin Şagirdlərinə qoşulur. Mütərəqqi fikir və əqidəsinə görə burada ali dərəcədə mənəviyyata sahib olur. Mirzə Zeynəl-Abidin Şirvani onun tərcümeyi-halında belə yazır: “Mirzə Əsədullah Bakı diyarının böyük ariflərindən biridir. Onun valideynləri şan-şöhrət axtaran və mənsəbpərəst idilər. Amma özü fani dünyanı tərk edərək tələbəhəyatına qədəm qoyur və Nəcəfi-Əşrəfdə Nurəlişah İsfahaninin məclislərində iştirak edir. Bir neçə müddət müqəddəs məkanlarda (ziyarətgahlarda) qalır və öz məqsədinə nail olduqdan sonra vətəninə qayıdır. Amma bir müddətdən sonra Rusiyanın Bakıda etdiyi zülm və, işgəncədən xilas olmaq üçün Təbrizdəsakin olmağı özünə münasib bilir.

    MÖVLA MƏHƏMMƏD NAXÇIVANİ
    Mövla Məhəmməd Naxçıvani öz zamanının məhşur alimi, ədəbiyyatçısı və xətibi olmuşdur.Gözəl nitq söyləməkdə mənəvi təsirli nəfəsi olub. Naxçıvan torpağında dünyaya gəlib. Rus imperiyasının axırlarında elmi təhsilini sona yetirir. 1920-ci ildə Oktyabr İnqılabından sonra bolşeviklər Azərbaycana hücum edir. Məhəmməd Naxçıvani bir dəstə alim və ariflə birlikdə İran Azərbaycanına köçür Mərağa şəhərində məskunlaşır. Şəhərin böyük məscidlərində, çıxışlar etməklə və İslam hökmlərini təbliğ etməklə məşğul olur. Az müddətdə şəhərin alimlərinin və camaatının böyük rəğbətini qazanır. Söhbətlərinin əsas mövzusu və mehvəri Quran ayələri, rəvayətlər və ruhunun təsiri olduğu üçün el arasinda şöhrət qazanır. Nəhayət, 1840-cı ildə (1256 hicri ili) dünyasını dəyişir və Marağa şəhərinin “Müctehidlər” qəbiristanlığında torpağa tapşırılır.

    AYƏTULLAH ŞEYX İBRAHİM ŞİRVANİ
    İslami elmlərdə nəzər sahibi olan kamil alim və fəqih Ayətullah Şeyx İbrahim Şirvani hicri qəməri tarixi ilə on üçüncü əsrin əvvəllərindıəŞirvan torpağında dünyaya gəlmişdir.İlk təhsilini öz vətənində aldıqdan sonra təhsilini, artirmaq üçün Nəcəfi-Əşrəfə yola düşür.Bu, şəhərdə məhşur alimlərdən, o cümlədən Şeyx Məhəmməd Həsən Nəcəfidən (“Cəvahirül-kəlam ” kitabının müəllifi) lazımı qədər bəhrələnir və bu müqəddəs diyara ictihad dərəcəsinə yetişir. Alimin əsərlərindən iki cilddə yazılmış “Məbaniül-fiqh” kitabını qeyd etmək olar.Təxminən 1854-cü ildə öz dünyasını dəyişir.

    AYƏTULLAH ŞEYX MÖVLA AĞA LƏNKƏRANİ
    Öz əsrinin Nəcəfi-Əşrəfdə olan görkəmli fəqihlərindən və müctehidlərindən biri olan Ayətullah Şeyx Mövla Ağa Lənkərani on üçüncü hicri əsrin əvvəllərində Lənkəranda dünyaya göz açmışdır. O, Nəcəfi-Əşrəfdə “Türk” ləqəbi ilə məşhur olan alim və fəqih Şeyx Hüseyn Kuhkəmərinin şagirdlərindən biri olmuş və ustadının üsul və fiqh dərslərini risalə şəklində yazmış və bir müddətdən sonra Nəcəfdə seçilmiş fiqh və üsul ustadlarından biri hesab olunmuşdur. Ustadının bəyanatlarını yazıb topladığı iki cildlik “Üsuli-fiqh” kitabı ondan yadigar qalmışdır. Alimin vəfat tarixindən əldə heç bir məlumat yoxdur. Təkcə 1872-ci illərdə (1289-cu hicri qəməri tarixi ilə) həyatda olması məlumdur.

    ŞEYX MÖVLA HƏSƏN İRƏVANİ
    Şeyx Mövla Həsən İrəvani öz zəmanəsinin yüksək məqamlı alim və fəqihlərindən biri kimi Nəcəfi-Əşrəf alimləri arasında yüksək ehtiram və etimada malik idi. Onun doğulma tarixi və ibtidai təhsili haqqında çox da məlumat yoxdur. Ayətullah Şeyx Məhəmməd Həsən Nəcəfinin üsul və fiqh dərslərində iştirak etməsi daha çoxdur. Mərhum Ağa Bozorg Tehraninin yazdığına görə “O, qiymətli kitablarının bir hissəsini tələbələr istifadə etsin deyə vəqf, etmişdir. Öz əşyalarını həmişə başqalarına hədiyyə edirdi”. Alimin vəfat tarixi haqqında tarix sənətlərində məlumat yoxdur. Təkcə təxminən 1864-cü illərdə həyatda olduğu məlumdur.

    AYƏTULLAH ŞEYX MƏHƏMMƏD HƏSƏN QARABAĞİ
    Ayətullah Şeyx Məhəmməd Həsən Qarabaği öz, əsrinin dəyərli təhqiqatçılarından , yüksək məqamlı fəqihlərindən biri kimi müxtəlif, elmlərdə və fənlərdə dərin biliyi olub, öz dövrünün adlı sanlı alimlərindən sayılıb. Təəssüflər olsun ki, onun barəsində kifayət qədər məlumat əldə yoxdur. O, ilk təhsilini öz diyarında Qarabağda aldıqdan sonra, Nəcəfi-Əşrəf şəhərinə köçür, oranın məşhur alimlərinin elmindən bəhrələnib islam elmlərində içtihat məqamına çatıb. O, Mövla Nəcəf Əli Məhəmməd Rza oğlu Təbrizinin dostlarından və yaxın adamlarından biri olub. Mərhum Mirzə Məhəmməd Həsən Təbrizi Ayətullah Qarabağinin həyatı haqqında bu cür deyir: “O alim, kamil, xeyriyyəçi, mühəqqiq, əllamə və fəqihlərdən biri olub”. Alimin vəfat tarixi haqqında əldə dəqiq məlumat yoxdur.

    AYƏTULLAH ŞEYX MİRZƏ HƏSƏN QARABAĞİ
    Ayətullah Şeyx Mirzə Həsən Qarabaği Nəcəfi-Əşrəf şəhərinin yüksək məqamlı şiə, alimlərindən və fəqihlərindən sayılırdı. O Dağlıq Qarabağda doğulub boya-başa çatıb. Sonra vətənindən dini təhsil almaq məqsədi ilə Nəcəfi-Əşrəf şəhərinə köçüb. Özünün ali dərəcədə üsul və fiqh təhsilini məşhur alim, müçtehid Şeyx Mürtəza Ənsaridən alıb və nəticədə içtihad dərəcəsinə çatıb. O Şeyx Mürtəza Ənsarinin birinci və ən qədim şagirdlərindən biri olub. Elmi əsərlər yazmışdır. Özündən sonra yadigar qoyduğu əsərlər aşağıdakılardan ibarətdir:
    1-“Şərhi-duayi-Səmət”, (1261-ci hicri ili)
    2-“Risalətül-cərat”, (1262-ci hicri ili)
    3-“risalətüt-təqiyyə”
    4-“Risalətü müqəddəmatil-vacib”
    5-“Rrisalətün fi təcvid”
    6-“Risalətüt-təadül və təvacih”
    7-“Əttameh fi ədillətüs-sünən”, (1265-ci hicri ili).

    AYƏTULLAH ŞEYX MİRZƏ MƏHƏMMƏD ŞƏRİF ŞİRVANİ
    Öz dövrünün məşhur alimlərindən mübariz fəqih və yazıçılarından olan Ayətullah Şeyx Mirzə Məhəmməd Şərif Şirvani on ikinci hicri əsrinin axırlarında Şirvanda dünyaya göz açır. Atası Mirzə Rza, o diyarın dindar və mömin şəxslərindən biri idi. İbtidai təhsilini öz məntəqəsində başa vurduqdan sonra, təhsilini, təkminləşdirmək üçün Nəcəfi-Əşrəf şəhərinə köçür. Seyyid Əli Təbatəbai (“Riyazül-məsail” kitabının müəllifi) və başqa məşhur alimlərin üsul və fiqh dərslərini mənimsəyir. Fiqh elmində yüksək məqama çatdıqdan sonra Təbriz şəhərinə qayıdır və ömrünün axırına kimi bu şəhərdə sakin olur. Onun üsul və fiqh elimlərində yüksək məqama çatması ilə yanaşı, sair elimlərdə də təcrübə qazanmış və qiymətli kitablar yazmışdır. O kitablardan aşağıdakıların adlarını qeyd etmək olar:
    1-“Sədəfül-məşhun” (müxtəlif elimlərdən bəhs edən bu kitab 1214-ci ildə (hicri qəməri ) Nəcəfi-Əşrəfdə çap olunub.)
    2-“Nurül-ənvar fi isbati imaməti Əimmətil-əthar”. (kəlam elmində və ərəbcə yazılmışdır.)
    3-“Əş-şəhabüs-saqib fi mənaqibi Əli ibni Əbi Talib (ə)”. (kəlam elmində və ərbcə yazılmışdır.)
    4-“Dümtül-əxtar fi zikril-əxyar və əxyarul-əxbar” (əxlaq elmində və ərəbcə yazılmışdır.)
    5-“Mibahül-qülüb” (fiqh elmində və ərəbcə yazılmışdır.)
    6-“Misbahül-vüsul li elmil-üsul” (üsul və fiqh elmində olub və ərəbcə yazılmışdır.)
    7-“ Miftahül-qibab” (hesab elmi barədə və rəbcə yazılmışdır.)
    8-“Əttahifətül-bəhiyyə”(hesab elmi barədə və ərəbcə yazılmışdır.)
    9-“Risalətül-məsahət”.
    Mərhum Şirvaninin vəfat tarixi haqqında məlumat yoxdur. Təkcə bu məlumdur ki, “Sədəfül-məşhun” kitabını 1248-ci hicri ilində yazıb. Bu da göstərir ki, həmin vaxtlarda sağ imiş.

    AYƏTULLAHÜL-ÜZMA HACI ŞEYX MƏHƏMMƏD
    SADİQ BORADİGAHİ
    Öz zamanında qafqazda olan mərcəy təqlidlərdən və fəqihlərdən olan Ayətullahül-üzmə hacı Şeyx Məhəmməd Sadiq Boradigahi Lənkərani Həmini hicri qəməri tarixi ilə on üçüncü əsrin Lənkərana tabe olan Boradigah kəndində anadan olan olağmuşdur. İbtidai (müqəddimə) təhsilini öz məntəqəsinin limlərindən öyrənir və sonra İranın Qəzvin şəhərinə köçür. O zamanlar Qəzvin şəhəri böyük elmi mərkəz idi. Bir müddət bu şəhərdə qalıb bəzi elmləri (əsasən fəlsəfə-kəlam) ali dərəcədə oranın alimlərindən öyrənir. 1833 –cü (1249-cu hicri qəməri) ilə qədər Qəzvində olub. Bu şəhərdə dərslərini təkminləşdirdikdən sonra İraqa köçərək Kərbəlada sakin olur və bu şəhərin böyük alimlərinin o cümlədən Seyyid İbrahim Qəzvini (“Zəvabitül-üsul” kitabınınb müəllifi) və Seyyid Məhdi Təbatəbainin (“Riyaziül-məsail” kitabının müəllifinin oğlu) fiqh və üsul dərslərində iştirak edir. Yüksək zəka və səyləri nəticəsində ictihat dərəcəsinə çatır. O İraqda Şeyx Sadiq Türk ləqəbi ilə tanınır. “Qisasül-üləma” kitabının müəllifinin yazdığına görə, Şeyx İraqda məşhur usrad və “Zəvabit” kitabının müəllifinin şagirdi olub.
    Kərbaladan sonra Nəcəfi-Əşrəf şəhərinə gəlir və orada da üsul və fiqh alimlərinin dərslərindən bəhrələnir. Təhsil aldığı müddətdə Kərbəlada ərəb ailəsindən olan bir qadınla evlənib ailə qurur. Nəhayət, təhsilini başa vurub yolunu gözləyən camaata islam dininin ruhoxşayan göstərişlərini öyrədmək, onları düz yola çağırmağ üçün öz vətəninə Qafqaza qayıdır. Onun gəlişindən xəbər tutan dindar və mömin adamlar onu böyük təntənə ilə qarşılayıb son dərəcə hörmət edirlər. Mərhum Ağa Bozorg Tehrani bu barədə belə qeyd edir: “Mərhum Lənkarəni uzun müddət ərzində elmi mərkəzlərdə dini təhsil alıb yüksək məqama çatdıqdan sonra Qafqaza qayıdır. Çox az bir müddət də bu bölgədə çox nüfüz qazanır və şöhrət tapır, Məntəqədə yeganə mərcəyi-təqlid kimi, tanınır. Camaat şəri işlərində ona təqlid edirlər. Mərhum lənkarani bu məntəqədə İslam dininə çox böyük xidmətlər edərək dinin çoxlu unudulmuş hökümlərini təbliğ edir, ona yenidən gözəllik, təravət verir, Bütün ömrünü müxtəlif kitablardan ədrs deməyə və şagird tərbiyə etməyə sərf edir, çoxlu fazil ətləbə yetişdirir. Onun elm və bilikdə çoxlu məlumatı və yüksək məqamı vardır”.
    Mərhum Lənkaranidən çoxlu elmi əsərlər və əlyazmalar yadigar qalmışdır. Onların bəziləri aşağıdakılardan ibarətdir:
    1-“İbtilaul-övliya” (iki cildə)”;
    2-“İtmamül-höccət fi isbati-vücudil-qaimil-höccət”;
    3-“İftixarüş-şiə fi əhkamiş-şəriət”;
    4-“Əl-hariyat”;
    5-“Əddürəru vəl-qürər filmühtəxəbil min əmalil ömr
    6-“Əddürərül-faxirə fi ziyarətil-itrətit-tahirə”;
    7-“Əl-mərasimuş-şəriyyə”. Nəhayət qafqaz xalqının sevimlisi, alim, fəqih 1968-ci ildə (1285-ci hicri ili) dünyasını dəyişir.

    Категория: İslam alimleri | Добавил: media-islam (15.02.2008) | Автор: ilkin E
    Просмотров: 4199 | Рейтинг: 3.5/2
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər