Cüme, 29.03.2024, 11:07
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » İslam alimleri

    KNYAZ DOLQORUKİ YAXUD ŞEYX İSA LeNKeRANİ

      Bismillahir Rəhmanir Rəhim

    KNYAZ DOLQORUKİ YAXUD ŞEYX İSA LƏNKƏRANİ

    Bu xatirələr 1924-25-ci illərdə SSRİ-də nəşr olunan “Əşşərq” qəzetində dərc olunmuşdur

    BABİLİK VƏ BƏHAİLİK məzhəbləri necə vucuda gəlmişdir?

    1834-cü ilin yanvar ayında Tehran şəhərinə daxil oldum. O zaman vəba xəstəliyinin yayılması, qəhətlik və bahalıq camaatı əldən salmış, çoxlu insan tələfatına bais olmuşdu.

    Məni isə bura Rusiya səfirliyində mütərcimliyə e`zam etmişdilər...

    ...Səfir paxıllıq ucbatından X.İ.N.-nə xəbər verdi ki, mən müsəlman olmuşam, əmmamə, qəba geyinərək məşhur şəxslərin evinə get-gəl edir, ayağıma sarı nə`leyn geyinirəm. Amma ona nazirlikdən belə cavab verdilər:

    “Onu azad burax, işlərinə də mane olma. Ona arxa ol, onunla heç bir müxalifətçilik etmə..”.

    (Əvvəli ötən sayımızda)

    ...Səbəbi bu idi ki, mən elə ilk gündən öz dövlətimə ən xırda hadisəni belə gözdən qaçırmadan bütün olanları xəbər verirdim. Onlara çatdırmışdım ki, İranın daxili işlərindən tam agah olmaq üçün müsəlman cildinə girmək və elm əhlinin paltarının geyinməkdən savayı çarəm yoxdur. Çünki belə olmazsa, onların məclislərinə get-gəl edə bilmərəm.

    Ancaq ustadıma deyirdim ki, müsəlman olduğum gizli qalmalı və xaricilərin heç biri bu işdən xəbər tutmamalıdır. Yoxsa qardaşın qızı sahibsiz qalar.

    Hər ay nazirliyin gizli fondu vasitəsilə səfirlikdə mənim adıma on tümən gəlirdi. Bu pul şeyx Məhəmmədə verilirdi. Onun gündəlik ev xərcləri iki qran idi. Pulun hər ay artıq qalanına mənim göstərişimlə ev və hamam tikdirdi. Evin şimal hissəsində iki gözəl eyvan, ortasında dəhliz və iki otağı vardı. Evin, otaqların və eyvanın gözəl qapıları vardı. Mən yatdığım otaq rəngarəng şüşələrlə bəzədilmişdi.

    Dostlarımın gəlib-getməyi üçün xüsusi otaq ayırmışdım. Bu otağın bir böyük qapısı və iki pəncərəsi vardı. Həmçinin bu otağın kiçik gözlüyü də vardı. Oradan məktublarımı aşağı otaqda yerləşən qutunun içinə ata bilirdim. Dostlarımın da mənə çatdırılası bir xəbəri olsaydı, yazıb ora atardılar.

    Mirzə Hüseynəli Bəha bu otağa daxil olan ilk adam idi. O, doğrudan da mənə mühüm xəbərlər çatdırdı.

    Uzun sözün qısası, ikinci Ramazan ayı da gəlib keçdi. Mən bu üçüncü orucluq ayında mə`lumat toplamaqdan əlavə əmmaməni dolamağın qaydasını da öyrəndim.

    Çoxlu paltarlarım vardı; əmmamə, qəba, ayaqqabılar, yumşaq nə`leynlər və s. Bütün bunlar böyük, tanın-mış adamların libasına bənzəyirdi. Namaz vaxtı əmmamənin ucunu çiynimə atır və namazlardan sonra çoxlu dualar, zikrlər deyirdim. Necə deyim, bir axundu göstərən bütün əlamətlər məndə vardı.

    Mən son zamanlar İranda baş verən yeniliklərə fikir vermədən Çar Rusiyasının göstərişilə hər hansı bir müsbət islahat aparmaq istəyən şəxsi küfr hökmü ilə ittihamlayırdım Təkcə bir işdən savayı heç vaxt siyasətimdə yanılmadım. O da bu idi ki, Fətəli şahın ölümündən sonra Zillüs-sultanı hakimiyyətə çıxmaq üçün həvəsləndirdim. Amma bilmirdim ki, vəliəhd (Abbas Mirzə) Rus hökuməti ilə gizli danışıqlar aparırmış. Elə ki, mənə Abbas Mirzənin oğlu Məhəmməd Mirzə ilə həmkarlıq etmək sərəncamı yetişdi, bütün planlarımı altüst etdim.

    Onların bir qrupunu Neqarestanda həbs etdilər və mən onların kor edilməsinə mane oldum. Sonra onları Ərdəbilə sürgün etdilər. Mən XİN-nə məktub yazandan sonra onların Rusiyaya qaçmasını təşkil etdim. Bununla da Zillüssultan, Rüknüddövlə və İmamverdi Mirzə Keşik-çibaşı, Tehrandan onları aparan keşikçilərlə birgə Rusiyaya qaçdılar. Bu şəxslər, Məhəmməd şahın Rus dövlətinin əmrlərinə tabe olmayacağı təqdirdə, onun yerinə hakimiyyətə gətirilmək üçün saxlanılırdı. Mən təklif etdim ki, hələlik o şahzadələr Rus dövlətinin himayəsində şaha rəqib kimi saxlanılmaqla yanaşı kifayət qədər maddi imkanlarla tə`min olunsunlar.

    Amma Məhəmməd şahın mənimlə rabitəsi səmimiləşdiyi vaxt məktub yazdım ki, onları Osmanlı torpağına göndərsinlər.

    Mən Məhəmməd şahı qızışdırırdım ki, Herata hücum edib, Əfqanıstanı əvvəllər olduğu kimi yenə İran torpaqlarına qatsın və tədricən Nadir şahın Hindistanı fəth edərkən təşkil etdiyi ordu kimi güclü bir ordu yaratsın. Bu işdə hədəf, İran qoşunlarının əlilə bütün Asiya torpaqlarını öz əlimizə keçirmək idi.

    Məhəmməd şah Heratı ələ keçirməyə müvəffəq oldu. Amma rəqibimiz (İngililtərə) bu işə mane olmaqla müx-təlif yollarla İranı bu hədəfdən uzaqlaşdırdı.

    İnanıram ki, mən öz dövlətimin siyasətinə uyğun yeni bir dini asanlıqla vücuda gətirə bilərəm. Yeni ayinim, işdir, məzhəblər bazarında özünə müştəri tapa bilməsə də eybi yoxdur, ən azı onu xaksariyyə, dərvişlər yaxud da başqa firqələrin cərgəsinə qata bilərəm.
    Beləliklə həmin Seyyidi (Seyyid Əli Məhəmməd Bab) ideyalarımızı həyata keçirməyə cəlb etmək üçün bir fürsət axtarırdım. İstəyirdim ki, onu elmin xəzinəsi və ya Sahibəzzaman qapısının müjdəçisi tanıtdırmaqla onun əlilə kontrol edə biləcəyim bir din vücuda gətirim.

    Şah bilirdi ki, atası Abbas rus çariyasının əlilə hökumətə gəlmişdi və onu da bilirdi ki, elə onun özü də bizim köməyimizlə şah olmuşdur. Buna görə də bizimlə səmimi dost idi. Belə ki, rəqib dövlətimizlə gizli saziş edənləri, İranın inkişaf mərhələsində olduğunu bəhanə edərək, təcrübəsiz adamlar kimi vəzifədən uzaqlaşdırırdı. Beləliklə hər kəslə istədiyi kimi davranır, ya sürgün edir ya da zəhərləyirdi. Bütün əyanlar, böyük şəxsiyyətlər və alimlər bizdən çəkinirdilər. İşlərin çoxu bizim rə`yimizə müvafiq icra olunurdu və heç bir qoşun başçısının, sərkərdənin bizimlə müxalifət etməyə cür`əti yox idi. Şah da Çar hökumətinin istəyilə müqavilə bağlayır, qərarlar qəbul edirdi.

    Mən bu müddət ərzində bu diyarın alimlərinin, hökm-darlarının, tacirlə-rinin və hətta qadınlarının adətənənələri, əxlaq və davranışları ilə lap yaxından tanış ola bildim.

    Dördüncü Ramazan ayı da gəlib yetişdi və mən beş ilə yaxın idi ki, İranda təhsil, mütaliə, təhqiq, fədakarlıq və bir sıra müxtəlif fəaliyyətlərlə məşğul idim. Rus dövləti yanında hörmət, izzət sahibi olmuşdum. Çox xoşhal idim və qürur məni bürümüşdü. Bir tərəfdən arvadım Zivər xanım da qızıl saçlı bir oğlan uşağı dünyaya gətirmişdi. Mənə çox oxşayırdı. Sanki iki yerə bölünmüş bir alma idik. Uşağımın dünyaya gəlməsi münasibətilə qonaqlıq təşkil etdim və adını qoymaq üçün də bir neçə ad fikirləşdim. Qur`anla istixarə edərkən Əli adı gəldi və mən buna çox sevindim. Uşağın adı Əli Knyaz Dalqorki qoyuldu. Bu xəbəri də dövlətimə çatdırdım. Amma Şeyx Məhəmməd və dostlarıma söylədim ki, bunu nə Rus səfirliyi, nə də özgələri bilir.

    Bu dördüncü mübarək ayı iftardan sübhəcən Şeyx Əhməd Gilaninin evində keçirdim. Halbuki başqa aylarda təxminən üç-dörd saat bir yerdə olurduq.

    Bu gecələrin birində Həkim Gilanidən soruşdum ki, İslam çoxlu şaxələrə ayrılmışdır. Bunların hansı biri mö`təbər sayılır?

    Bir gün seyyid Kazim Rəştinin dərsində olarkən təbrizli bir tələbə ustada belə bir sual verdi: Ustad, sizin nəzərinizcə həzrət Sahibül-Əmr (İmam Zaman) indi harada olar?
    Seyyid cavab verdi: Bilmirəm. Ola bilər ki, elə bizim sinifimizdə əyləşsin, lakin bizim bundan xəbərimiz olmasın.
    Ustad bunu deyən kimi bir fikir ildırım kimi zehnimdən gəlib keçdi. Bunu sonra izah edəcəyəm.

    O dedi: ,,İslam şaxələrə ayrılmamışdır. İslam Allah və Qur`andan ibarətdir. Üsuliddinlə füruiddin birdir. İslamın əsası, Allahın birliyinə və bəşərin dünya və axirət səadəti üçün Qur`an gətirən Məhəmməd Mustafanın peyğəmbərliyinə iqrar etməkdir. İslam bundan savayı bir şey deyildir.

    Əmirəlmö`minin Əli (ə) Peyğəmbərin (s) əmisi oğlu, kürəkəni, İmam Həsən və İmam Hüseynin (ə) atası olmasından əlavə Peyğəmbərə (s) iman gətirən ilk şəxs olmuşdur. Peyğəmbər (s) vəfatından öncə ən üstün insan olan bu şəxsi İslam göstərişləri əsasında özünə canişin və müsəlmanlara imam seçdi. Lakin Həzrət Əli (ə) bə`zi münafiqlərin və fəsad əhlinin hiylələrini gördükdə, müsəlmanların parçalanmaması üçün kənara çəkildi. Beləliklə irəli atılan bir qrup dünyapərəst, rəyasəttələb adamlar vəziyyəti dəyişdirdilər və insanların səadəti üçün gəlmiş pak dini özəlləşdirdilər. Onlar dini vəzifəyə qurban verdilər. Beləliklə Peyğəmbər (s) və onun haqq canişinlərinin əleyhinə çıxdılar. “Əl ə`rabu əşəddu kufrən və nifaqən” ayəsinin birbaşa şamil olduğu o günün ərəbləri, inadkarlıq üzündən başqa şəxsi xəlifə seçdilər...

    Bu, ixtilafın başlanğıcı idi. Bir müddət sonra Yezid ibn Müaviyə hakimiyyətə gəldi. Onun mənsub olduğu Bəni-Üməyyə sülaləsi bacardığı qədər müsəlmanlara zülm etdi. İş o yerə gəlib çıxdı ki, Peyğəmbər (s) nəvəsi, Əli oğlu Hüseyni (ə) şəhid etdilər. Çünki o, deyirdi: “Yezidin işləri Allah dininə ziddir. Bu hökumət qeyri-İslamidir. Yezid mütləq hakimiyyətdən uzaqlaşmalıdır”.

    Nəhayət İmamı şəhid etdilər. O həzrətin ailəsi və külfəti əsir oldu”.

    Sonra Həkim dedi:

    Vacib namazlar bütün müsəlmanlar tərəfindən eyni cür qəbul olunur. Bu işdə elə də fərqləri yoxdur. Din rəhbərləri − Əbu Hənifə, Şafei, Hənbəli, Maliki və həzrət İmam Cə`fər Sadiq (ə) − dinin əsaslarında vəhdətdədirlər. Necə ki, Nəcəf, Kərbəla kimi şəhərlərdə olan müctəhidlərə müxtəlif qruplardan təqlid edənlər vardır.

    İxtilaf cüz`i məsələlərdədir və dinin əsası isə birdir”.

    Mən ona dedim: “Xeyr, belə deyil. Bə`zi şiələr onların ehtiram etdikləri şəxslərə nalayiq sözlər deyirlər”.

    O dedi:

    “Müsəlmanlar Peyğəmbərin (s) həqiqi səhabələrinə pis söz demirlər. Mən bu işlə müxalifəm.

    O vaxt Əmirəlmö`minin (ə) kənara çəkilərək evdə oturdu və icazə vermədi ki, bir ixtilaf yaransın.

    O həzrət ümmət arasında ixtilaf salmaq istəyənlərlə daim mübarizə aparırdı. Hətta İmam onunla müxalifət edənlərlə də mülayim davranırdı. Sonralar müsəlmanlar Bəni-Üməyyənin çirkin üzünü gördülər və onları yıxaraq Bəni-Abbası hakimiyyətə qaldırdılar.

    Əgər bu gün müsəlmanlar Şeyx Ehsaiyə, yaxud Seyyid Kazim Rəştiyə təqlid edirlərsə, bu, onların birinin kafir olduğunu göstərmir. İslam vahid dindir. Alla-hımız bir, Qur`anımız da birdir. Müsəlmanlardan kim xəlifə olsa, yenə də din yerində qalacaq və Qur`an və sünnənin əsaslarında dəyişiklik yaranmayacaq. Sən pak ol, namazı təharətlə qıl, oruc tut, zəkat ver, fəqirlərə, yetimlərə kömək et, yalan danışma, töhmət vurma, Allah bəndələrinə kömək et, ədəbli ol, təmiz işlərlə məşğul ol və saf niyyətlə çalış ki, müsəlman olasan”.

    Amma təəssüf ki, bu əzəmətli şəxs və pak müsəlman bu sözləri danışdıqca, mənə nəsihət verdikcə mən fikirləşirdim ki, müsəlmanlar arasında ixtilafları necə çoxaldım, iğtişaş və nifaq yaratmaqla İranı necə toruma salım. Bütün diqqətim, fikrimzikrim elə bunda idi.

    Mübarək ay sona çatdı. Bu müddətdə mən bir qrupu öz casuslarım kimi yetişdirmişdim. Lakin onların heç biri Mirzə hüseyn Əli Bəha və qardaşı Mirzə Yəhya Sübhi Əzələ çatmırdı...
    Çevirən:
    M. Şahmərdanlı
    Категория: İslam alimleri | Добавил: media-islam (10.03.2008) | Автор: ilkin E W
    Просмотров: 2505 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər