Cüme, 29.03.2024, 02:44
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    Destemaz (ŞİE VE EHLİ SÜNNE ARASINDAKI İXTİLAFLI FİQH MESELELERİ)
    Dəstəmaz?>

                    Dəstəmazda şiə və sünni məzhəbləri arasında iki məsələdə ixtilaf vardır.

                    1)- Şiə məzhəbinin əqidəsinə əsasən Əlləri dirsəkdən barmaqların ucuna qədər yuxarıdan aşağıya tərəf yumaq.

                    2)- Sünnü məzhəbinin əqidəsinə əsasən barmaqların ucundan dirsəyə qədər aşağıdan yuxarı yumaq.

                    Əllərin yuxarıdan aşağıya və ya aşağıdan yuxarıya tərəf yuyulması   məsələsində olan ixtilaf dəstəmaz ayəsindəki «Ey iman gətirənlər! namaza durduğunuz zaman üzünüzü və əllərinizi dirsəklərlə birlikdə (dirsəklərlə birgə və ya dirsəklərə qədər) yuyun»   «الي » kəliməsindən irəli gəlir. Burada şiələr «الي» kəliməsini «birgə» mənasında olduğunu idda edirlər, amma əhli sünnət «qayət» mənasında olduğunu söyləyirlər. Şiələrin müddəalarını təsdiqləyən dəllillərin biri Qurani kərimdə «ال » kəliməsinin «birgə» mənasında olduğunu sübuta yetirən ayələrdir: «Yetimlərin mallarını öz mallarınızla bir yerdə yeməyin» Yəni yetimlərin mallarını özmallarınıza qatıb yeməyin. «Yad edin Məryəm oğlu İsanın Həvarilərinə dediyini: Kim Allah ilə birgə mənə kömək edər». Əhli sünnətin arasında «الي» kəliməsinin  «birgə» mənasında olduğunu söyləyən alimlər vardır. (Moğniyul-muhtac). Digər tərəfdən əhli sünnətin dörd məzhəb alimlərindən də bir dəstə əllərin aşağıdan yuxarı yuyulmasının vacib yox  müstəhəb olduğunu söyləyiblər. bəziləri isə yuxarıdan aşağı yuyulmasının müstəhəb olduğunu söyləyiblər. Əhli sünnətin bəzi alimləri isə bütün dəstəmaz üzüvlərinin yuxarıdan aşağı yuyulmasının dəstəmazın qaydası olduğunu iddia ediblər.       («əl-fiqh əla məzahibil ərbəə» Cəziri, «əl-fiqh əla məzahibil-xəmsə» Muhəmməd Cavad Muğniyə)

                    Əslən əhli sünnətin Peyğəmbər (s)-n dəstəmaz alması haqqında nəql etdikləri rəvayətlərdə həzrətin dəsəmaz almasının keyfiyyəti barədə, əllərin aşağıdan yuxarıya və ya yuxarıdan aşağıya tərəf yuyulmasına dair heç bir bəyanat yoxdur. Əhli sünnətin dörd məzhəbindən olan alimlərin fətvalarında dəstəmaz alan şəxsin yuxarıdan aşağı və ya aşağıdan yuxarı yumaqda ixtiyarlı olduğu bildirilir. Onların nəzərində əlləri yuxarıdan aşağı yumaq dəstəmazı batil etmir.

                    Peyğəmbər (s)-n mütəvatir «Səqəleyn» hədisinə əsasən (şiə və sünnü) əhli beytin itaəti vacib olduğuna görə biz gərək onların dediklərinə itaət edək. Onlar dəstəmazda əllərin yuxarıdan aşağı yuyulmasının vacib olduğunu buyurublar. Şiələr də əhli-beytin əmrinə itaət olaraq əlləri yuxarıdan aşağı yuyurlar. Ayədəki «الى » kəliməsi yuyulan üzvün miqdarinı bəyan edir, yumağın həddini yox. Çünki ərəb dilində «yəd» sözü bədənin barmaqların ucundan çiyinə qədər olan üzvə dəlalət edir. Elə bu səbəbdən şiələr «الى » kəliməsini miqdarı göstərdiyini idda edib dəstəmazda əlləri yuxarıdan aşağı yuyurlar. Əgər ayədə hansı miqdarda yuyulma bəyan olunmasa lazım gələcək ki, əllərimizi qoltuqlarımız da daxil olmaqla yuyaq. Müsəlman məzhəbləri arasında heç bir alim buna hökm etməyib. Amma əhli sünnət qardaşlarımız «الى » kəliməsini «həd» kimi qəbul edərək dəstəmazda aşağıdan yuxarı yumağa hökm edirlər.
     
    HACI ELMAN İBADOV     tel: 055-752-27-40
    BAKI ŞƏHƏRİ       Email:  mirsad2007@mail.ru         20.10.2006
    MEDIA-ISLAM.COM


    Другие материалы по теме
    Категория: Şie cavabları | Добавил: iravani (13.05.2008) | Автор: HACI ELMAN İBADOV E
    Просмотров: 9835 | Комментарии: 1 | Рейтинг: 1.8/4
    Всего комментариев: 1
    24.05.2008
    1. Asiye (Asiye) [Material]
    maraqli faktlardi.Allah meqaleni yazanlardan da sayta yerleshdirenlerden de razi olsun.teshekkurler

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər