Cüme, 29.03.2024, 08:57
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    VEHHABİLERİN EQİDELERİ HAQQINDA ARAŞDIRMALAR. (1ci hisse)

    BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ 

    VƏHHABİLƏRİN ƏQİDƏLƏRİ HAQQINDA ARAŞDIRMALAR.

             Artıq iki əsrdən çoxdur ki, bütün dünya müsəlmanları Muhəmməd ibni Əbdulvəhhabın dünyaya parazit kimi buraxdığı əqidələrin müqabilində müxtəlif sübut və dəlillər gətirməklə məşğuldurlar. Bu cavablara qane olmayıb təzə peyda olmuş məzhəbə özlərini murid kimi bağlayan insanlara yazığımız gəlir. Bu səbəbdən belə yazıqları əsil bədbəxtlikdən xilas etmək üçün biz də onlara kömək məqsədi ilə vəhhabi əqidələri haqqında qısa bir məqalə hazırlamağı lazım bildik.

    VƏHHABİLƏRİN HARAM BİLDİKLƏRİ ƏN ÜMDƏ MƏSƏLƏLƏR:

    1-       Peyğəmbər və saleh bəndələrin qəbirləri üzərində məqbərələrin tikilməsi.

    2-       Peyğəmbər və imamlara vəfatlarından sonra təvəssül etmək.

    3-       Peyğəmbər və imamların qəbirlərini ziyarət etmək üçün səfər etmək.

    4-       Peyğəmbər və imamlardan şəfaət istəmək.

    5-       Peyğəmbər və imamlardan şəfa istəmək.

             Vəhhabilər bu işlərin bəzilərini bidət, bəzilərini haram, bəzilərini isə həm bidət  həm də haram bildikləri üçün lazımdir ki, əvvəlcə onların tohid, şirk, bidət və sünnət haqqında meyarlarını araşdıraq.

    VƏHHABİLƏRİN ŞİRK VƏ BİDƏT HAQQINDA MEYARLARI

             Vəhhabilər hər cür təzim və ehtiramı o cümlədən Allahdan qeyrisindən hər növ istəyi şirk damğası ilə damğalayırlar. Onlar Peyğəmbər zamanında olmayan hər təzə mətləbi bidət və sünnətə müxalif hesab edirlər. Hətta onlar bununla kifayətlənməyib sələfin əncam vermədiyi işləri də bidət adlandırırlar.

          Vəhhabilər ölümü şirkin və həyatı tohidin meyarı bilirlər. Onlar tohid üçün iki mərhələyə qaildirlər. 1- Tohid rububi 2- Tohid uluhi. Onlar mötəqiddirlər ki, muşriklər islamdan öncə və Peyğəmbər (s)-n zamanında  rububi cəhətdən müvəhhid idilər (yəni onların nəzərində xaliq birdir) amma uluhiyyət cəhətdən muşrik idilər (onlar çoxlu sayda məbudlara pərəstiş edirdilər). Bu səbəbdən onlar xaliqiyyətdəki tohidi səhvən tohide rububi, ibadətdəki tohidi tohide uluhi kimi qəbul edirlər. (Əziz oxucu umumiyyətlə əqaid bəhsləri çətin həzm olunduğu üçün sizdən diqqətli olmağınızı xahiş edirik, biz də öz növbəmizdə yeri düşdükcə izahatlarımızı imkan daxilində asanlaşdırmağa çalışcağıq)

     Vəhhabilər müsəlmanların peyğəmbərlərin və salehlərin məzarları müqabilindəki ehtiram və nidalarını muşriklərin islamdan öncə bütlərinin müqabilində göstərdikləri ehtiram və nidalarının zahiri oxşarlığını əsas götürərək onları şirk adlandırırlar. Onlar tohid, şirk, bidət, sünnət, ibadət, uluhiyyət və rububiyyət məsələlərində qələt meyarlara əsaslanıb haqqında danışdığımız məsələləri haram bilirlər. Muvəhhid müsəlmanları muşriklik atəşinə tuturlar. Allahın vəhdaniyyətinə və Peyğəmbər risalətinə mötəqid olan şiə və sünnüləri kafir élan edirlər.

    TOHİDİN, ŞİRKİN, BİDƏTİN, VƏ SÜNNƏTİN SƏHİH MEYARLARI

          Qurani kərimdən tohidin doqquz mərhələsi olduğu ələ gəlir:

    1-       Allahın zatında tohid                                      2. Allahın sifətlərində tohid

    3. Xaliqiyyətdə tohid.                                              4. Rububiyyətdə və tədbirdə tohid

    5. İtaətdə tohid.                                                        6.. Qanunvericilikdə tohid. 7.Hakimiyyətdə tohid.                                    8. Pərəstiş və ibadətdə tohid

    9.    Şəfaət və günahları bağışlamaqda tohid

          Şirkin müqabilində tohid durur və onun doqquz mərhələsi vardır. Şirkin bəzi mərhələləri açıq və bəziləri isə gizli şirkdir. Yuxarıda sadaladığımız tohidin 9 mərhələsi Qurani-kərimdəki çoxsaylı ayələrdən ələ gəlir:

    1.“Sizin Allahınız vahiddir ona təslim olun, təvazökarlara da şad xəbər verin” (Həcc ayə 34) Ayə tohide zatiyə işarə edir ki, Allah-təalanın müqəddəs zatı birdir.

    2. “Ey Peyğəmbər onlara de ki:-o Allah birdir” (İxlas ayə.1tohide sefatiyəyə şarədir)

    3.“Allahın qüdrətinin nişanələrindən biri budur ki, sizi torpaqdan xəlq edib”   (Rum ayə. 20) Ayə xaliqiyyətin Allaha məxsus olduğunu göstərir.

    4.“Agah olun! Xəlq etmək və idarə etmək Ona məxsusdur” (Ə`raf ayə. 54) Ayə rububibiyyətin və idarənin Allaha məxsus olduğunu göstərir.

    5.“Allaha itaət edin…” (Maidə ayə. 92) İtaətin Allaha məxsus olduğunu göstərir.

    6.“ Hökm yalnız Allaha məxsusdur…”  ( Yusuf ayə. 40) Qanunvericiliyin və hakimiyyətin Allaha məxsus olmasında tohidə işarədir.

    7.“ Allaha ibadət edin və ona şərik qərar verməyin” ( Nisa ayə. 6)  İbadətin Allaha məxsus olub və ibadətdə tohidə işarədir.

    8.“Şəfaət tamamilə Allaha məxsusdur”(Zümərayə.44)ayə şəfaətin Allaha məxsus olduğunu göstərir və şəfaətdə tohidə işarədir.

    9.“ Allahdan başqa kim günahları bağışlaya bilər”(Ali İmran ayə. 35) ayə yalnız Allahın günahların bağışlamasına qadir olduğunu çatdırır və günahların bağışlanmasında tohid üçün dəlildir.

            Nəzərə almaq lazımdır ki, əgər islam icmasında kimsə hakimiyyət, şəfaət və itaət hüququ qazanırsa bu haqq sonradan qazanılan haqq kimi qəbul olunmalıdır, əsli və zati haqq kimi qəbul oluna bilməz. Yəni bu cür adamlara itaət etmək, onların şəfaət etmələri və onların hakimiyyəti Allah-təalanın icazəsindən asılıdır.

            Beləliklə məlum olur ki, vəhhabilərin tohidi iki mərhələyə (rububi və uluhi) bölmələri qələtdir. Həmçinin xaliqiyyətdəki tohidi rububiyyətdəki tohid adlandırmaq da səhvdir. Ibadətdəki tohidi uluhiyyətdəki tohidlə qarışdırmaq da səhvdir. Çünki ilah mə`bud mənasında deyil və məbud olmaq uluhiyyətin məqamına layidir. Allah-təala buyurur:- “Səndən öncə hər bir peyğəmbəri göndərəndə ona vəhy etdik ki, “Allahdan başqa tanrı yoxdur bəs mənə ibadət edin”   (Ənbiya ayə. 25) Allah əmr edir ki, zatı yeganə olan tanrıya ibadət edin ki, ibatətiniz fəqət ona məxsus olmalıdır.

    İBADƏT

           İbadət sırf xuzu və sırf zəlillik deyildir. Əslində ibadətin əsas şərti budur ki, ibadət edən müqabilində təzim və xuzu göstərdiyi varlığın uluhiyyətinə və rububiyyətinə etiqadı olmalıdır, yaxud ibadət edənin təvəssül edib hacətini istədiyi varlığın ona kömək etməsində müstəqil qüdrətə malik olmasına etiqadı olsun. Müddəamızı sübuta yetirmək üçün Qurani kərimdə  mələklərin Adəmə, Yə`qubun oğlanları ilə Yusufa, valideynlərə və möminlərə səcdə  etmələri haqqında xəbərləri diqqətinizə çatdıraq. “Mələklərə dedik ki, Adəmə səcdə edin. Bütün mələklər səcdə etdilər. Ancaq iblis səcdə etməkdən imtina etdi” (Bəqərə ayə. 34). Mələklər Adəmə səcdə ediblər, amma bu səcdə Allaha olunan səcdədən fərqlənir. Çünki  mələklər Adəmə səcdə edəndə  ona uluhiyyət ünvanı ilə səcdə etməyiblər. Əgər hər səcdə ibadət sayılarsa onda ayədəki mələklərin Adəm (ə)-a etdikləri səcdə də gərək ibadət və və vəhhabilərin iddia etdikləri kimi şirk sayılsın. Bununla da belə nəticə çıxır ki, Allah özü insalrı harama təhrik etmişdir. Amma biz deyirik, xeyir hər təzim ibadət və şirk deyil. Təzimin şirk olmasında əsas meyar müqabilində təzim və səcdə olunan varlığın ilah və rəbb olmasına etiqadın olduğu surətdir.  “Yusuf ata-anasını taxt üstünə çıxartdı və onların hamısı ona səcdə etdilər” Yusuf ayə.100

    “Onların (valideynlərin) qabağında zəlil surətdə qollarını açıb de: Pərvərdigara! Ilahi onlara rəhm et necə ki, körpəliyimdə onlar məni rəhmətlə tərbiyə ediblər”. (İsra ayə. 24) Ayədə Allah-təala övladlara valideynlərin müqabilində zəlil və xuzu halında təzim etməyi əmr edir. Amma bu təzimdə onların uluhiyyətinə və rububiyyətinə etiqad bağlamaqlarına  əmr olunmur. Deməli hər cür xuzu və təzimi ibadət kimi qəbul etmək qələt fikirdir.

    “Sənə tabe olan mömilərə təzim et” (Şuəra ayə. 215) Əgər sırf xuzu və təzim şirk olsa onda gərək bu səcdələr şirk sayılsın. Digər tərəfdən belə çıxır ki, Allah şirki məzəmmət etmədən nəql edir və bizi ona təhrik edib. Bizim əqidəmizə əsasən bunların hamısı batildir. Çünki şirk Allah-təalanın nəzərində ən böyük zülmdür. Allah heç vaxt zülmü qəbul etməz və ona əmr də etməz.

           Allah-təaladan qeyrisindən kömək istəmək şirk ola bilməz, çünki Qurani-kərimdə çoxlu sayda bu cür dastanlar nəql olunub.

           İskəndər Zul-qərneyn Yəcuc və Məcuc tayfasından qorunmaq üçün səddin tikilməsində camaatdan kömək istədi. (İsra surəsində geniş surətdə nəql olunub)

           Bəni İsrailin Həzrət Musadan kömək istəməsi. (Qəsəs surəsində nəql olunub)

           Əgər əqidə bu ola ki, kömək göstərən şəxs öz işində müstəqil qüdrətə malikdir və o mənim hacətimi əmələ gətirməyə qadirdir, bəli bu əqidə batil və şirkdir. Amma hər bir müvəhhid insan kömək istədiyi bu bəndələrin heç birini müstəqil qüdrət sahibi kimi qəbul etmir. Müvəhhid insanlar onlardan Allah yanında əziz olduqlarına görə kömək istəyir ki, əgər onlar onun üçün dua etsələr şübhəsiz Allah onun duasını rədd etməz.

    ULUHİYYƏT

             Uluhiyyət sırf xariquladə (xəlq etmək, ruzi vermək, diriltmək, öldürmək, şəfa vermək və qeybi bilmək) işləri əncam vermək mənasında deyildir. Çünki Qurani-kərimdə bu cür işlər Allahdan qeyrisinə də nisbət verilib. Həzrət Suleyman (ə)-n vəzirinin xariquladə işi: “İlahi elmdən azacıq xəbərdar olan, dedi:- Mən onu bir göz qırpımında gətirəcəyəm. Süleyman o taxtı yanında görcək dedi:- Bu pərvərdigarımın mənə olan mərhəmətidir bununla məni imtahan edir ki, bunun üçün şükür edəcəyəm ya yox” (Nəml ayə. 40)

    “ Süleymana Onun əmri ilə bərəkətli torpağa tərəf əsən şüddətli küləyi ram etdik” ( Ənbiya ayə 81)  Taha surəsinin 17-dən 23-cü ayəyə qədər.

    “Mən sizə palçıqdan quş surətində bir şey düzəldib sonra ona üfürəcəyəm o da Allahın izni ilə canlanacaq. Anadangələmə korları və qarayaraya tutulanları sağaldacağam.Ölüləri dirildəcəyəm.Yediklərinizi və evlərinizdə yığdıqlarınız haqqında sizə xəbər verəcəyəm.Hamısını Allahın izni ilə edəcəyəm” (Ali İmran ayə 49)

                Bəqərə surəsini 260-cı ayəsinə müraciət olunsa bütün bu ayələrdə xariquladə işlərin Allahdan qeyrisindən də baş verməsi haqqında xəbər verildiyi məlum olur. Haqqında danışılan işlər Allaha məxsus olan zati və əsli   işiləridir.  Amma Allahdan başqa həmin işləri əncam verənlərin heç biri müstəqil qüdrətə malik deyildir.  Bir şəxs və ya şey haqqında bu əqidəyə malik olmaq şirkdir (yəni o şəxs bu cür xariquladə işləri əncam verməkdə müstəqil qüdrətə malikdir). Uluhiyyət və ilah məqamı həmin mütləq və ən uca olan varlıqa məxsusdur ki, O, Allah adlanır. Beləliklədə uluhiyyətin meyarı iradədə, qüdrətdə və zatda olan müstəqilliyə bağlıdır ki, o da Allaha məxsusdur. Hər kəs Allahdan başqası haqqında bu xususiyyətə qail olsa o muşrikdir. İstər ondan xariquladə işlər istərsədə adi işlər istəyə.  Ondan başqa heç kəs əməldə və qüdrətdə müstəqil deyil əksinə hamı O müqəddəs zata möhtacdır. Bütün müsəlmanlar da bu əqidədədirlər. Vəhhabilərin özlərindən başqa müsəlmanları muşrik elan etmələrinin səbəbi ya onların müsəlmanların əqidələrindən xəbərsiz olduqlarından xəbər verir yaxud da onların müsəlmanlara qarşı tutduqları qərəzli mövqelərindən irəli gəlir.  

    İSLAMDAN ÖNCƏ VƏ RİSALƏT DÖVRÜNDƏKİ MÜŞRİKLƏR

    1. Muşriklər xaliqiyyətdə muvəhhid idilər. Yəni onlar xaliqin yeganə olduğuna inanırdılar. “Əgər onlardan soruşsan ki, göyləri və yeri kim yaradıb? Yəqinən deyəcəklər:- Onları izzət və bilik sahibi olan Allah yaradıb” ( Zuxruf  ayə 9)

    2. Onlar uluhiyyətdə muşrik idilər.“Əcəba Muhəmməd tanrıların hamısını bir tanrıya məxsus edir? Bu təəccüblü bir işdir” (Sad ayə 5) Muşriklər çox saylı Allahlara qail olduqları üçün Peyğəmbərin tək Allahlılığa çağırışını qəribə bir şey kimi qəbul edirdilər.

    3. Onlar rububiyyətdə muşrik idilər. “O Allah sizə peyğəmbərləri və mələkləri özünüzə rəbb kimi qəbul etməyi əmr etməz..” (Ali İmran 80) Muşriklər güman edirdilər ki, bütlər, mələklər, bəzi peyğəmbərlər, ulduzlar və s..., onların işlərini idarə edirlər.

    4. Onlar ibadətdə muşrik idilər. “Agah ol! Xalis din Allaha məxsusdur. Allahdan başqasını özlərinə vəli kimi götürüb və onlar bizi Allaha yaxınlaşdırdıqları üçün biz onlara ibadət edirik deyənlərin aralarında ixtilaf olanda Allah onların aralarında höküm edəcəkdir...” (Zumər ayə 3)

    Muşriklər bütləri, mələkləri, bəzi peyğəmbərləri, ulduzları və s... Allah bilirdilər. Muşriklər bütləri, mələkləri, bə`zi peyğəmbərləri, ulduzları və s..., onların işlərini idarə etdiklərini sanıb onlara ibadət və pərəstiş edirdilər. Onların qabağında bu əqidələrə qapılıb təzim və xuzu edirdilər. Əziz oxucu bu izahatı dərk edəndən sonra sənə məlum olacaq ki, vəhhabilərin müsəlmanların ilahi ovliyaların müqabilində göstərdikləri təzimi muşriklərin göstərdikləri təzimlərə təşbih etmələri ya onların svadsızlığından və yaxud bilərəkdən qərəzli mövqe tutmalarından irəli gəlir. Çünki heç bir müsəlman Peyğəmbəri və imamı nə Allah nə rəbb nə də hacəti yerinə yetirməkdə müstəqil qüdrət sahibi kimi qəbul etmir. Heç bir müsəlman onlara ibadət etmir, lakin onları Allah dərgahına vəsilə kimi qərar verir və onlardan istəyir ki, onlar üçün dua etsin. Çünki onlar bütün müsəlmanların nəzərində saleh, ləyaqətli və Allahın dərgahına yaxın insanlardırlar.

    TOHİD VƏ ŞİRKİN MEYARI

             Ölüm və həyat heç vaxt tohidin meyarı ola bilməz. Yəni adi işlər (şəfaət istəmək kimi) yaxud xariquladə işlər (möcüzəli şəkildə xəstəyə şəfa vermək kimi) əgər diri insandan istənilsə tohid və əgər ölümündən sonra - (ölməyi fani olmaq fərz etsək) – istənilsə şirkdir. Çünki ölüm və həyat heç bir əməlin mahiyyətini dəyişmir. Yəni hər hansı bir iş mahiyyətcə şirk olsa (əqiqə etibarı ilə Allaha məxsus olan işlərdən olsa ) onu Allah-təaladan başqasından istəmək təvəssül olunan şəxsin diri və ya ölü olmasından,  həmin işi həyata keçirməyə qadir və ya aciz olmasından asılı olmayaraq haram və şirkdir.

            Beləliklə Peyğəmbər və imamdan şəfa, şəfaət və xariquladə işləri istəmək (onların uluhiyyətinə və rububiyyətyyətinə mötəqid olmadan) caizdir. Şübhəsiz heç bir müsəlman peyğəmbərlərin və ilahi övliyaların uluhiyyətinə və rububiyyətinə qail deyildir.

            Mümkündür qabaqda deyildiyi kimi Peyğəmbərin və imamların ölümündən sonra irad oluna bilər ki, bu cür təvəssüllər şirk olmasa da faydası yoxdur. Bu cür inadkarların cavabı budur ki, əhli sünnət və şiə alimləri yekdil etiraf edirlər ki, onlar bizim səsimizi eşidirlər, bizi görüb əməllərimizə də şahiddirlər. “Ey Muhəmməd! onlara de:- İstədiyinizi edin! Tezliklə Allah, Onun Peyğəmbəri və möminlər sizin əməllərinizi görəcəkdir. Tezliklə qeybdən və əyandan xəbərdar olan Allahın hüzuruna qaytarılacaqsınız. O sizə etdikləriniz haqqında xəbər verəcək” (Tövbə. ayə 105) Həmçinin şəhidlər haqqında olan ayə də onların Allah yanında diri olduqlarından xəbər verir.

             Amma bəziləri “Sən ölənlərə eşitdirə biləməzsən”, “Sən qəbirdə olanlara eşitdirə bilməzsən” ayələrini dəlil kimi istifadə edirlər ki, onların sözləri batildir. Çünki ayə qəbirdə olanlara hidayətin şamil olmadığını göstərir. Amma onların Peyğəmbərin və ya hər bir kəsin onlara müraciət etdikdə səsini hətta bizdən də yaxşı eşitdikləri səhih rəvayətlərdə sübut olur. Peyğəmbər (s) “Bədr” müharibəsində öldürülənlərin cəsədlərini orada olan quyuya atmağı əmr etdi. Muşriklərin cəsədlərini quyuya atandan sonra Həzrət (s) quyunun başında durub onlara (quyuya atılmış cəsədlərə) belə xitab etdi:-“Ey Utbə və ey Şeybə! Allahın sizə verdiyi vədəni necə gördüz? Aya həmin vədənin düz olduğunu başa düşdünüz? Biz həmin vədənin düz olduğunu dərk etdik” Ömər ibni Xəttab qabağa gəlib dedi:- Ya Rəsuləllah siz ölülərlə danışırsınız. Məgər onlar eşidirlər? Peyğəmbər (s) buyurdu:- “Sus siz onlardan yaxşı eşitmirsiniz” Məlum olur ki, bu məsələdə şübhəyə düşənlər təkcə indiki zmanda yox Peyğəmbər zamanında da olub. Amma Peyğmbər və imamlar bu məsələdə fərq edir. Biz onlara xitabımızda onların agah və əbədi ruhlarına üz tuturuq. Müsəlmanların Peyğəmbərin və ilahi övliyaların ruhlarına təvəssül etmələri haqqında xəbərlər kitablarda kifayət qədər nəql olunub. Ruh aləmini və onların bu dünya ilə əlaqəsini  inkar edənlər ya cahildirlər ya da qərəzli mövqe tutanlardırlar. Hətta İbni Teymiyyənin etimad göstərdiyi şagirdi İbni Qəyyum “ər-Ruh” kitabında və İmam Əşəri “Həyatul-ənbiya” kitabında bu haqda geniş şəkildə bəhs ediblər.

     

    Elman İbadov tel: 055-752-27-40, 050-250-20-05:  email:   kerrar@mail.ru    
    Media-islam.Com


    Другие материалы по теме
    Категория: Şie cavabları | Добавил: iravani (05.06.2008)
    Просмотров: 6672 | Рейтинг: 3.2/5
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər