Çerşenbe axşamı, 19.03.2024, 15:03
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    PEYĞEMBERE NECE SALAVAT GÖNDEREK?

    PEYĞƏMBƏRƏ NECƏ SALAVAT GÖNDƏRƏK?

    SUAL VƏ CAVAB

                    Sual-      Rəsulullaha salavat göndərməyin keyfiyyətində əhli sünnət və şiə arasında ixtilaf varmı?

                    Əhli sünnətin bəziləri deyirlər: «Əllahummə səlli əla Muhəmmədin və əla Ali və əshabi Muhəmməd». Yəni;- Ilahi Muhəmmədə, ali Muhəmmədə və Muhəmmədin əshabına rəhmətini göndər.

    Və ya «Səlləllahu ələyhi və səlləm». Yəni:-Allahın rəhməti və salamı olsun ona.

    Şiələr salavat göndərəndə “əshab”-ı zikr etmədən deyirlər:- «Əllamummə səlli əla Muhəmmədin və ali Muhəmməd» İlahi Muhəmməd və Ali Muhəmmədə rəhmətini göndər. və ya «Səllallahu ələyhi və Alihi və səlləm» Allahın rəhməti və salamı olsun ona və onun əhli beytinə.

                    Cavab- Göründüyü kimi əhli sünnətin bəziləri yuxarıda deyildiyi kimi salavat göndərdiyi halda çoxu eynilə şiə kimi salavat göndərir:  «Əllamummə səlli əla Muhəmmədin və əla  ali Muhəmməd», həmçinin Rəsulullahın mübarək adını deyəndə və yazanda:-«Səllallahu ələyhi və Alihi və səlləm» ibarətini salavat kimi O, həzrətə göndərirlər. O cümlədən namazda təşəhhüddən sonara deyirlər: «Əllamummə səlli əla Muhəmmədin və əla ali Muhəmməd kəma səlləytə əla İbrahimə və Ali İbrahim. İnnəkə həmidun məcid»,  «Əllahummə barik əla Muhəmmədin və əla ali Muhəmməd kəma barəktə əla İbrahimə və ali İbrahim. İnnəkə həmidun məcid» Yəni:- İlahi Muhəmməd və Ali Muhəmmədə rəhmətini göndər, necə ki, İbrahim və Ali İbrahimə rəhmətini göndərdin. Həqiqətən Sən Kəramətli və səxavətlisən. İlahi Muhəmməd və Ali Muhəmmədə mübarək et necə ki, İbrahim və Ali İbrahimə mübarək etdin. Həqiqətən Sən Kəramətli və səxavətlisən

                    Şiə rəvayətlərində də bu cür salavat göndərilməsinə sifarişlər olunub və meyyit namazında ikinci təkbirdən sonra buna oxşar ibarətlər vardır. Şiə və sünnü hədislərində “Muhəmməd və ali Muhəmməd”-ə salavatın göndərilməsi vacib olması haqqında heç bir ixtilaf yoxdur. Yəni salavat iki cəhətə:- 1-Muhəmmədə 2-Ali Muhəmmədə olmalıdır. Amma əgər bir dəstə «Səlləllahu ələyhi və səlləm» deyib və Alihi” kəliməsini demədən  fəqət bir cəhətə salavat göndərməklə kifayətlənirlərsə və ya digər bir dəstə  «Əllahummə səlli əla Muhəmmədin və əla Ali və əshabi Muhəmməd» deməklə üç cəhətə salavat göndərirlərsə  şübhəsiz bu cür salavat onların tərəfindən ixtira olunmuş bir ibarətdir. Deməli “əshab” kəliməsinin salavata əlavə olunması bir bidətdir. Rəsulullahın buyurduğuna əsasən hər bir bidət və bidəti icad edən cəhənnəm odunda yanmağa layiqdir. “Bidət əgər gözəl olsa onu qəbul etməliyik” kimi avam camatı azdıranlar gərək özlərinin cəhənnəm əhlinin layiqli sakinləri olduqlarına yəqin etsinlər. Amma bir dəstə inadkar və təəssübkeş insanlar Ali Muhəmmədin fəzilətlərinə etiraf etməkdən o qədər əzab çəkirlər ki, hətta o Həzrətin əhli beytinə sifariş etdiyi salavatı göndərməkdə belə Onun sifarişlərini lazımzız bir şey kimi qulaq ardına vururlar.  Əgər biz Peyğəmbər sünnətinin həqiqi davamçılarından olmaq istəsək yəni o həzrətin göstərişlərinə və yoluna əməl etmək istəsək gərək salavatda həmin iki cəhətlə “Muhəmməd və ali Muhəmməd”-lə kifayətlənək. Çünki o həzrət özü ona əməl etmiş və bizə də bu cür salavat göndərməyi göstəriş vermişdir. Bu haqda hədisləri bir qədər sonra diqqətinizə çatdıracağıq. Əgər salavatın bir cəhətə və ya üç cəhətə göndərilməsi zəruri olsaydı bu haqda camaata təlim vermək Rəsulullaha vacib olardı. Amma Rəsulullah bunu etməyib. Bəzi rəvayətlərdə nəql olunub ki, bir cəhətə (yalnız Muhəmmədə) salavat göndərmək naqisdir və bu cür salavat göndərmək qadağan olunub. Bu mövzunu daha dəqiqləşdirmək üçün əhli sünnətin kitablarında salavatın keyfiyyəti haqqında nəql olunmuş rəvayətlərdən bir neçəsini dərc edirik.  

                    Bir neçə lazımi təzəkkürlər:

                    1- Allah-təala Qurani-kərimdə hər bir şey haqında umumi göstərişlər verib və  onların xüsusiyyətlərinin və keyfiyyətlərinin bəyanını Peyğəmbər (s)-n öhdəsinə qoyubdur. Necə ki, Allah-təala Qurani-kərimdə buyurubdur:-“Namaz qılın və zəkat verin” (Bəqərə.ayə 43) Amma sübh namazı və başqa namazlar neçə rəkət qılınmalıdır və ya zəkatın hansı şeylərdən və hansı miqdarda verilməsi haqda göstəriş verməyib. Bütün bunların bəyanı Rəsulullahın öhdəsinə qoyulub. Bəli Allah-təala Peyğəmbər (s)-ə tabe olmağı umumi şəkildə əmr olaraq “Rəsulullah sizə hər nəyi əmr etsə onu qəbul edin və sizi hansı şeydən çəkindirsə o işi tərk edin” bizə çatdırıb. Peyğəmbər (s)-ə salavat göndərmək haqqında buyurub: «Allah və mələklər Peyğəmbərə salavat göndərirlər, ey iman gətirənlər siz də ona salavat göndərin və Onu salamlayın» (Əhzab. ayə 56)

                    Amma Qurani-kərimdə Peyğəmbərə salavatın necə göndərilməsi haqqında bəyanat yoxdur. Çoxlu sayda rəvayətlərdə göstərilib ki, səhabələr salavatın necə göndərilməsi haqqında o Həzrətdən soruşdular. Rəsulullah salavatın necə göndərilməsini onlara təlim verdi. Maraqlı budur ki, Peyğəmbər (s)-dən neçə cür salavat göndərilməsi haqqında göstəriş verilibdir. Onların hamısında demək olar ki, salavata layiq fəqət iki cəhət “Muhəmməd və ali Muhəmməd” göstərilib. Heç birində “əshab”-a salavat göndərmək haqqında xəbər yoxdur. «Kənzul-ummal » kitabında, Əllamə Syutinin kitabından istifadə olunaraq birinci cilddə 119 hədis (2138-ci hədisdən 2256-cı hədisə qədər əl-bəyanus-sadis unvanı altında), ikinci cilddə 34 hədis (3981-ci hədisdən 4014-cü hədisə qədər Rəsulullaha salavat göndərmək haqqında bab) beləliklə Peyğəmbərə salavatın necə göndərilməsi barədə cəmi 153 hədis zikr olunub ki, onların heç birində “əshab”-a salavat göndərilməsi haqqında məlumat yoxdur.

                    2- Müsəlmanların şüarı, təşəhhüddə və meyyit namazında rəsm olan salavatda “əshab”- kəliməsi zikr olunmayıb. Amma istisna hallarda bəzi şiə dualarında seçilmiş səhabələrə salavat göndərilir ki, bunun heç bir eybi yoxdur. Amma hər zaman Peyğəmbərin adını eşidəndə və ya adını çəkəndə rəsmi surətdə göndərdiyimiz salavatda “əshab”- kəliməsini əlavə etmək Peyğəmbər sünnətinin ziddinədir və bidət sayılır.

                    3- Şiə və sünnülərin nəzərində rəvayətlərdə görəcəyiniz hər iki salavat səhihdir. İstər «Əllamummə səlli əla Muhəmmədin və ali Muhəmməd» və istərsə də Səhih Buxaridən nəql etdiyimiz salavatı: «Əllamummə səlli əla Muhəmmədin və əla ali Muhəmməd kəma səlləytə əla İbrahimə və Ali İbrahim. İnnəkə həmidun məcid»,  «Əllahummə barik əla Muhəmmədin və əla ali Muhəmməd kəma barəktə əla İbrahimə və ali İbrahim. İnnəkə həmidun məcid”  təfsilatı ilə göndərmək.

                    4- Məna cəhətdən Rəsulullahın adı çəkiləndə və ya yazılanda göndərilən salavatın «Əllamummə səlli əla Muhəmmədin və ali Muhəmməd» ilə «səlləllahu ələyhi və alihi və səlləm» arasında fərq yoxdur. Hər iki cümlənin mənası Rəsulullaha və onun pak ailəsinə rəhmət və salamın göndərilməsini Allah-təaladan tələb etməkdir.

    Birinci cümlənin mənası;- İlahi Muhəmməd və ali Muhəmmədə rəhmətini göndər!

    İkinci cümlənin mənası;- Allah Muhəmməd və ali Muhəmmədə rəhmətini göndərsin.

    SALAVATIN ƏHƏMİYYƏTİ.

    1.-Rəsulullah: «Hər kəs mənə bir dəfə salavat göndərsə Allah ona on dəfə salavat (rəhmət) göndərəcək». (Səhih Muslim. Kitabus-səlat: təşəhhüddən sonra Peyğəmbərə salavatın göndərilməsi babı)

    2.-«Muhəmməd və ali Muhəmmədə salavat göndərilməmiş heç bir dua Allah dərgahına qalxmaz» (Kənzul-ummal. cild. 2. hədis 3988)

    1-    « Hər kəsin yanında Mənim Adım çəkiləndə Mənə salavat göndərməsə o adam bədbəxt olub» (Kənzul-ummal. cild.1 hədis 2157)

    2-    «Paxıl o kəsdir ki, mənim adım onun yanında çəkilə və o mənə salavat göndərməyə» (Kənzul-ummal. cild.1 hədis 2146)

    3-    «Mənə çoxlu salavat göndərin çünki mənə göndərdiyiniz salavat sizin günahlarınızın bağışlanmasına səbəb  olacaq» (Kənzul-ummal.cild.1.hədis 2143)

    4-    «Peyğəmbərə  salavat  göndərməyənin namazı  namaz deyil» (Sünəne ibni Macə. Kitabut-təharət: babu ma caə fit-təsmiyəti fil-vuzu)

    5-    «Hər kəs namaz qılıb mənə və əhli beytimə  namazında salavat göndərməsə namazı qəbul olmaz» (Səvaiqul-muhriqə. səh 233. Beyhəqidən və Darqətnidən)

    SALAVATIN KEYFİYYƏTİ.

    1.-Rəsulullaha ərz etdilər ki, sizə salavat göndərməyin lazım olduğunu bilirik, amma sizə necə salavat göndərək bilmirik? O, Həzrət buyurdu: deyin «Əllamummə səlli əla Muhəmmədin və əla ali Muhəmməd kəma səlləytə əla İbrahimə və Ali İbrahim. İnnəkə həmidun məcid»,  «Əllahummə barik əla Muhəmmədin və əla ali Muhəmməd kəma barəktə əla İbrahimə və ali İbrahim. İnnəkə həmidun məcid»

    Səhih Buxari. Kitabut-təfsir,surətul-Əhzab.babu qovluhu “innəllahə və məlaikətəhu yusəllunə ələn-nəbiy”

    2.-Rəsulullah həmişə namazda bu cür salavat göndərərdi: «Əllamummə səlli əla Muhəmmədin və əla ali Muhəmməd kəma səlləytə əla İbrahimə və Ali İbrahim,  Əllahummə barik əla Muhəmmədin və əla ali Muhəmməd kəma barəktə əla İbrahimə və ali İbrahim. İnnəkə həmidun məcid» (Sünəne Beyhəqi. Kitabus-səlat,babus-səlati ələn-nəbiy fit-təşəhhüd 2147)

    3.-“Kənzul-ummal”-da Hakim Nişaburidən və İbni Əsakirdən iki rəvayət nəql olunub ki, məzmunları budur:Salavatda “Muhəmməd və ali Muhəmmədin” adlarının çəkilməsi Allah-təala tərəfindən əmr olunub. (Kənzul-ummal. 2. hədis 3991 və 3998)

    4.-Peyğəmbər (s) buyurub:- «Mənə salavat göndərin, dua edəndə ciddi-cəhdlə dua edin və deyin:- Əllamummə səlli əla Muhəmmədin və əla  ali Muhəmməd» Sünəne Nəsai. Kitabus-səhv, babu keyfiyyətis-səlati ələn-nəbiy (s).

    5.-Yekdilliklə qəbul olunan hədisdə deyilir:- «Əllamummə səlli əla Muhəmmədin və ali Muhəmməd»  əs-səvaiqul-muhriqə.səh234.babu məşruiyyətis-səlatiələyhim.

    6.-Əllamə ibni Abidin deyir:- Mərzuqinin dediyinə əsasən ən yaxşı salavat budur:- «Əllamummə səlli əla Muhəmmədin və ali Muhəmməd» (Haşiyə ibni Abidin )

    7.-İbni Teymiyyə deyir:- Allah Peyğəmbərinə salavat göndərməyi əmr etdi. Rəsulullah həmin salavatı özünə və ailəsinə aid olduğu haqda təfsir edib. (Minhacus-sünnə. 2.  246)

    8.-İbni Həcər Məkki:- Peyğəmbər (s)-dən rəvayət olunub ki, mənə naqis salavat göndərməyin. Sual olundu ki, naqis salavat hansı salavatdır? Buyurdu:-Əllahumə səlli əla Muhəmməd deyib ardını deməkdən imtina edirsiniz. Amma gərək bu cür salavat deyəsiniz:-  «Əllamummə səlli əla Muhəmmədin və əla  ali Muhəmmd»

            Səvaiqul-muhriqə. səh 146.Yənabiul-məvəddə kitabının müqəddiməsində Əli ibni Əhməd Səmhudinin “Cəvahirul əqdeyn” azacıq fərqlə nəql edib.

    ALİ  MUHƏMMƏD KİMLƏRDİR?

            Sünnü və şiə kitablarında «Ali Muhəmməd»-n kimlərə şamil olduğunu göstərən Rəsulullah (s)-dən nəql olunmuş müxtəlif hədislər vardır. Onların məzmunları budur  Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyn (ə) «Ali Muhəmməd»-in bariz misdaqıdırlar. Təbiidir ki, sonrakı nəsillərdə «Ali Muhəmməd» ünvanı onların övladlarından başqalarına şamil ola bilməz. Nümunə üçün əhli sünnətin mənbələrindən bir rəvayəti nəql edirik: Rəsulullahın həyat yoldaşı Ummu Sələmə deyir:- Həzrət Rəsulullah (s) Fatimə (s.ə)-ya buyurdu:-Həyat yoldaşını və iki oğlunu mənim yanıma gəıtir. Fatimə (s.ə) onları Rəsulullahın (s) yanına gətirdi. Rəsulullah (s) fədəki əbasını onların üstünə çəkib mübarək əllərini onların üstünə qoyub ərz etdi:- “İlahi bunlar Ali Muhəmməddirlər. İlahi salavat və rəhmətini Muhəmməd və Ali Muhəmmədə göndər. İlahi sən böyük və qüdrətlisən”.

             Ummu Sələmə deyir:- Mən də əbanın bir ucunu qaldırıb Ali Muhəmmədin cəminə daxil olmaq istəyəndə Rəsulullah (s) əbanın ucunu əlimdən aldı və mənə buyurdu:- Sənin aqibətin xeyirdir. ( Amma mənə Ali Muhəmmədin üzvü olmağıma icazə vermədi)

     Müsnəde Əhməd Hənbəli :6 / 323 Təfsir əd-durrul mənsur, surə Əhzab.    

     

     

    Elman İbadov tel: 055-752-27-40, 050-250-20-05:  email:   kerrar@mail.ru    

    Media-islam.Com 


    Другие материалы по теме
    Категория: Şie cavabları | Добавил: iravani (07.06.2008)
    Просмотров: 30317 | Рейтинг: 3.4/5
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər