Cüme axşamı, 28.03.2024, 12:19
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    ALLAHdan QEYRİSİNDƏN KÖMƏK DİLƏMƏK ŞİRKDİRMİ?

    ALLAHdan QEYRİSİNDƏN KÖMƏK DİLƏMƏK ŞİRKDİRMİ?

     

    Cavab: Ağıl baxımından və vəhy məntiqində bütün insanlar, hətta kainatdakı bütün varlıqlar, yaradılış və ortaya çıxışlarında Allaha möhtac olduqları kimi, təsirlərini göstərmə barəsində də Allaha möhtacdırlar. Qurani Kərim, bu mövzuda belə buyurmaqdadır:

    "Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tə’rifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)" (Fatir 15)

     

    Başqa bir yerdə isə, müvəffəqiyyət və qalibiyyətin, aləmlərin Rəbbinin təkəlində olduğunu bildirməkdə və belə bu-yurmaktadir:

    "...Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır..." (Ali İmran 126)

     

    İslamın bu təməl və qəti qanunu əsasına görə biz müsəlmanlar, hər namazda bu ayəti kəriməni tilavət etməkdəyik:

    "Biz yalnız sənə ibadət edir və yalnız səndən yardım diləyərik. " (Fatihə 5)

     

    İndi yuxarıdakı suala cavab vermək üçün belə deyirik:

    Allahdan qeyrisindən yardım diləmək, iki şəkildə düşünülə bilər:

    1- Varlığında və ya fəaliyyətində müstəqil olduğuna və kömək çatdırmada Allaha möhtac olmadığına inanaraq bir insandan və ya başqa bir məxluqdan yardım diləmək.

    Şübhəsiz, Allahdan qeyrisindən bu şəkildə kömək diləmək, şirkdir və Qurani Kərim, aşağıdakı ayədə bunun əsassız bir inanc olduğunu bəyan etməkdədir:

    "De: Əgər Allah sizə bir pislik, yaxud bir yaxşılıq (mərhəmət) diləsə, Allahın sizin haqqınızda görəcəyi bu işə kim mane ola bilər?! Onlar (münafiqlər) özləri üçün Allahdan başqa nə bir hami, nə də bir mədədkar tapa bilərlər." (Əhzab 17)

     

    2- Özündən kömək dilənən insanın və ya başqa bir məxluqun məxluq olduğuna, Allaha möhtac olduğuna, özündən heç bir fəaliyyətə sahib olmadığına, sahib olduğu fəaliyyətin qullarının bəzi problemlərini həll etməsi üçün uca Allah tərəfindən özünə verildiyinə inanaraq ondan yardım diləmək.

    Bu təfəkkür tərzi əsasınca özündən yardım dilədiyimiz kimsə, bir vasitə hökmündədir və uca Allah onu bəzi ehtiyacları aradan qaldırma nöqtəsində səbəb etmişdir. Belə bir yardım diləmək, gerçəkdə Allahdan yardım diləməkdir. Çünki bu vasitələri var edən və onlara başqalarının ehtiyacını aradan qaldırma nöqtəsində təsir və güc verən kimsə, Allahdır. Əsasən insanın həyatı, bu səbəb və vasitələrdən kömək diləmə təməli üzərinə qurulmuşdur. Belə ki bu vasitələrdən kömək almadam insanın yaşamağı haradasa qeyri-mümkün hala gələr. Bu nöqtədə əgər onlara Allahın köməyinin reallaşma səbəbləri olaraq baxar və həm varlıqlarının, həm də fəaliyyətlərinin Allahdan olduğunu unutmazsaq, bu dünyagörüşüylə onlardan yardım diləmək, heç bir şəkildə tövhid və Allahın birliyi inancıyla ziddiyyət təşkil etməz.

     

    Əgər Allaha inanan  bir cütçü; yer, su, hava və günəş kimi faktorlardan yardım alaraq əkindən məhsul əldə edirsə, bu gerçəkdə onun Allahdan yardım diləməsidir. Çünki bu köməkçiləri köməkçi edən, onlara bu qabiliyyəti verən, şübhəsiz Allahdır.

    ıqdır ki bu cür yardım diləmə, tövhidlə və tək olan Allaha tapınma inancı ilə tam  uyğunlaşır. Qurani Kərim, bizlərə bu cür vasitələrdən (səbr və namaz kimi) yardım diləməyi əmr etmiş və məsələn belə buyurmuşdur:

    "(Müsibət vaxtında) səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin!..." (Bəqərə 45)

     

    Səbr və müqavimət göstərmək, insanın işi olmaqla birlikdə bizlər ondan yardım almaqla vəzifəli qılınmışıq.
     
    Media-islam.Com

     

    Категория: Şie cavabları | Добавил: al-shia (12.07.2008)
    Просмотров: 3418 | Рейтинг: 3.3/6
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər