Ömərlə Ümm Gülsümün nigahı. Həqiqət, ya iftira? - Şie cavabları - Meqaleler kataloqu - ....::İslam::....
Şenbe, 10.12.2016, 06:57
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6769
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    Ömərlə Ümm Gülsümün nigahı. Həqiqət, ya iftira?

    Dəfələrlə  bəzi cahil insanların bu əhvalatı Əlinin Ömərlə yaxşı münasibətdə olduğunun sübutu kimi bizə göstəriblər. Amma onlar heç fikirləşmirlər ki, əgər bu səhih məlumatdırsa niyə o nə Buxaridə, nə Müslümdə, nə digər səhihlərdə, hətta müsnədlərin heç birində yoxdur?

    Bu saxta məlumat bu kitablarda yazılıb:
    1. Al Istiab cild 4 səh 492
    2. Asad al Qaybah fi Marifathul Sahaba cild 5 səh 367
    3. Tarix Bağdad cild 6 səh 182
    4. Tarix Xamis cild 2 səh 384 Zikr Umm Kulsum
    5. Təbəqət ibni Sa'd cild 8 səh 463 Zikr Umm Kulsum
    6. Savaiq al Muhriqa səh 94
    7. Zaxair al Akba səh 168 və 169
    8. Asaaf al Ganin səh 162
    9. Əl Isabə cild 4 səh 321.

    Görək bunlar bu haqda nə yazırlar:

    Əbu Ömar deyir: Ömər Əlinin qızını almaq istəyirdi, amma Əli dedi ki, o hələ çox cavandır (uşaqdır), amma Ömər təkid edirdi. Əli dedi ki, mən qızı sizin yanınıza göndərərəm, əgər o sizin xoşunuza gəlsə deyin: “mən razıyam”. Əli qızına bir parça verib dedi: “Bunu Ömərə apar və de: Bu mən sizə dediyim həmin şərfdir”. O Ömərə bu sözləri çatdırdı və Ömər dedi: “Atana de ki, mən qəbul edirəm”. Sonra Ömər əlini qızın belinə qoydu. O dedi: Siz bunu mənə edirsiz? Əgər xəlifə olmasaydız burnunuzu dağıdardım. O evə gedib atasına hər şeyi danışdı. Dedi ki, siz məni murdar bir insanın yanına göndərdiz. Əli dedi: O sənin ərindir. (Asad al Qaybah fi Marifathul Sahaba cild 5 səh 367)

    Əl Isabə cild 4 səh 492-də də bu xəbər nəql olunub, amma balaca fərqlə. Üm Gülsüm Ömərə deyir: Əgər siz xəlifə olmasaydız mən sizin üzünüzə tüpürərdim.
    Bu xəbərlərdən aydın görsənir ki, Üm Gülsün Ömərə nifrət edir və onu murdar hesab edir.

    Zaxair al-Aqbada (səh 169) yazılıb:

    Ömər Üm Gülsümlə evlənmək istədiyini Əliyə bildirdi. Əli dedi ki, söz verməkdən qabaq o evdəkilərlə məsləhət etməlidir. Əli Fatimənin uşaqlarını yığıb onlara Ömərin istədiyini dedi. Onlar hamısı razı oldular. Üm Gülsüm isə hələ çox balaca idi. Əli Üm Gülsümü xoş xəbərlə Ömərin yanına göndərdi. Ömər Üm Gülsümü görən kimi onu tutub qucaqladı və “Atan səni mənə verdi” dedi.

    Yenə də, “Tarix Xamis” cild 2 səh 384 “Zikr Um Kulsum” və Zaxair al Akba səh 168 nəql olunub:
    Ömər Üm Gülsümlə evlənmək istədiyini Əliyə bildirdi. Əli dedi ki, o hələ həddi-buluğa çatmayıb. Ömər dedi: “And olsun Allaha bu belə deyil, siz istəmirsiz ki, mən onunla evlənim. O həddi-buluğa çatmayıbsa onu mənim yanıma göndər, baxım.” Əli qızına bir paltar verib onu Ömərə göstərib “bu paltar nə üçündür?” soruşmasını istədi. O Ömərin yanına gələndə Ömər onun əlindən tutub zorla özünə tərəf dartdı. Üm Gülsüm onu rahat buraxmasını istədi. Ömər ona dedi: Sən çox cəlbedici qızsan. Get atana de ki, sən çox gözəlsən və o sənin haqda mənə düzünü deməyib. Bundan sonda Əli qızını Ömərə verdi.

    Yenə də “Tarix Bağdad”dın 6-cı cild 182-ci səhifəsində oxuyuruq:

    Ömərdən necə Əlinin qızı ilə evləndi soruşdular. Əli qızına dedi ki, o özünə yaxşı baxsın. O qızını Ömərin yanına göndərdi, Ömər onu belindən qucaqlayıb öpdü. Sonra dedi: “Get atana de ki, mən çox xoşbəxtəm”. Üm Gülsüm evə gələn kimi atasına “Ömər məni zorla qucaqlayıb öpdü və sizə xəbər göndərdi ki, o çox xoşbəxtdir”.

    Savaiq al Muhriqa səh 280 və Asaaf al Ganin səh 162 biz oxuyuruq:
    Ömər Əlinin qızını almaq istəyir. Əli isə deyir ki, o hələ çox gəncdir. Ömər Əlini pis vəziyyətdə qoyaraq minbərə qalxıb deyir: Allahım, mən Əlini pis vəziyyətə saldım, mən eşitmişəm ki, Peyğəmbər deyib: Qiyamət Günü ona xidmət edən ailələr yalnız mənim ailəmdən olacaq. Əlinin əmri ilə Üm Gülsüm hazırlanır və Ömərin yanına gedir. Ömər onu görəndə ayağa qalxdı, onu dizlərindən tutub öpdü və xeyir-dua verdi. O getmək istəyəndə Ömər onun ayağından tutub dedi: Atana de ki, mən razıyam. O evə qayıdıb olanları atasına danışdı və Əli onu Ömərə ərə verdi.

    İndi də görək Təbəqət ibni Sa'd cild 8 səh 463 “Zikr Umm Kulsum”-da yazılana baxaq:

    Ömər Əlidən Üm Gülsümü istəyir, Əli isə cavabında detir ki, ey ədalət sahibi o hələ körpədir. Ömər isə cavabında deyir: Bu düz deyil. Sən məndən uzaqlaşmağa çalışırsan. Buna görə də Əli əmr edir ki, Üm Gülsüm çimsin və şal geyinsin. Əli ona deyir: Get xəlifənin yanına və salamlarımı ona çatdır, de ki, əgər şalını xoşlasa özünə götürsün, əks halda geri qaytarsın. Üm Gülsüm Ömərin yanına gələndə o dedi: Allah səni və atanı saxlasın, bu mənim xoşuma gəldi.
    Üm Gülsüm geri qayıtdı və atasına dedi ki, Ömər şalı açmadı, sadəcə mənə baxdı. Əli onu Ömərə ərə verir və onların Zeyd adlı uşağı olur.


    Bu hədislərdən aydın olur ki, birincisi Üm Gülsüm hələ çox balaca, həddi-buluğa çatmamış bir qız idi və ikincisi də Əli onu Ömərə vermək istəmirdi, Ömər onu məcbur alır.
    Bu hədislərin heç biri Əlinin Ömərə qarşı məhəbbətini, onun Ömər ilə qohum olmaq istəyini göstərmir. Əksinə bu hədislər həm Əlini həm də Öməri alçaldır!

    Категория: Şie cavabları | Добавил: al-shia (15.07.2008)
    Просмотров: 2192 | Рейтинг: 2.2/10
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Qadın və ailə
    Axtar
    Linklər