Cüme, 19.04.2024, 01:28
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 2
    Qonaq: 2
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    ƏHLI SÜNNƏT ADI ALTINDA DÜŞMƏNLƏRIN IFTIRALARI (2ci hissə)

    3)“əl-Fiqh ələl-məzahibil-ərbəə”. Müəllf Əbdurrəhman ibn Muhəmməd Cəziri (1299-1360 hicri qəməri) Əl-Əzhər universitetinin alimlərindəndir. Misirin Şəndvil adasında doğulub. Əl-Əzhər universitetində təhsil alıb. Kulliyyətul-usuliddin mərkəzində ustad vəzifəsində çalışıb. Sonralar “böyük uləmalar” heyətinin üzvlərindən olub. Həlvanda vəfat edib. Çoxlu sayda kitablar, o cümlədən “əl-Fiqh ələl-məzahibil-ərbə” adlı kitabını yazıb.

    Müsəlmanlarla əqidədə müxalif olanlar üç dəstədirlər. Birinci dəstə: səmavi kitabları və ya kitab əhli olmalarında ehtimal olmayanlar. Onlar bütlərə sitayiş edənlərdirlər.....və islam dininin zəruriyyatlarından sayılan məlum bir məsələni inkar edən murtədlər də onların sırasındadırlar. Şiələr kimi. Şiələr mötəqiddirlər ki, Allah-təala Cəbraili Əliyə vəhy çatdırmağa məmur edəndən sonra O səhvən Muhəmmədə (s) vəhyi çatdırdı.

    Şiələr mötəqiddirlər ki, Əli Qurani-kərimin bəzi ayələrini təkzib edirdi. Əli Aişəyə zina nisbəti verirdi. (“əl-Fiqh ələl-məzahibil-ərbəəkitabunnikah “məbhəsul-muhərrəmat lixtilafiddin” 4/75 mətbəə daru ihyaut-turas.)

    Təfsir “Ruhul-məani” müəllif Məhmud Şukri ibn Əbdullah Huseyni Alusi (1273- 1373) Bağdadın Rəsafə məntəqəsində doğulub. Evində və bəzi məscidlərdə tədris etməklə məşğul olub....Bəqərə suəsinin 187-ci ayəsini “sübh açılana kimi, ağ sap qara sapdan seçilənə qədər yeyin içintəfsir edəndə yazıb: Dörd məzhəbin imamları (Əbu Hənifə, Əhməd ibn Hənbəl, Malik və ibn İdris Şafei) şəri naharın başlandığını fəcrin açılması ilə göstərirlər. Fəcr açılandan sonra iftara icazə verilmir. Bu fətva ilə Ə`əməş müxalifət edib və o güman edib ki, imsak gün çıxandan başlanır. Ona bu məsələdə ancaq korlar tabe olublar. Şiələr bütün məzhəblərə müxalif olaraq orucluqda gün çıxana qədər yeyib içməyi caiz bilirlər.(Ruhul-məani 2/67 mətbəə daru ihyaut-turas)

    4)- Təfsirul-Kəbir  müəllif  Fəfre Razi “Rəd” surəsinin 39-cu ayəsini Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar.  Kitabın əsli (lövhi-məhfuz) Onun yanındadır” Təfsir edərkən yazır: “Şiələr deyirlər: “Allah-taalaya bəda caizdir”  Bəda budur ki, əvvəlcə Allah-taala bir şeyi əmr edə və sonra ona məlum ola ki, hökm bunun əksinə olmalıdır. Şiələr bunun üçün bu ayəyə Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar.  Kitabın əsli (lövhi-məhfuz) Onun yanındadır” istinad edirlər” (Təfsirul-Kəbir 19/66 əl-məsələtul xamis)

    Bəda məsələsində özünün qanmaz olduğunu göstərmək yalnız əhli sünnət alimlərinin birinə məxsus deyildir. Əhli sünnətin çoxlu sayda alimləri ya cahillik və ya qərəzli mövqedən çıxış edərək şiə məzhəbindən olan kəlam elimi alimlərinin bəda haqqında söylədikləri bəyanatları elə göstəriblər ki, nəticədə Allah-təalanın bəzi məsələdə cahil olduğu düşünülür. Sonra da şiələri ittiham edirlər ki, onlar Allahı cahil bilirlər. Bir halda ki, bəda məsələsi Allahın elmini inkar etmək yox əksinə Allah-taalanın elmdə bütün varlıqlardan ən yüksək məqamda olduğunu isbat edir. Digər tərəfdən əhli sünnətin kitablarında bədaya etiqad haqqında rəvayətlər mövcuddur. Baxmayaraq ki, onu bəda kimi adlandırmırlar.        Bəda haqqında məlumat almaq üçün: seyyid Murtəza Əskəri “əl-Bəda əla maidətil-kitab vəs-sünnət”, “Şiə cavab verir” Seyyid Rza Hüseyni Nəsəb. Kitablara müraciət edin               

     5) Təfsir “Camiul-əhkamil-Quran” müəllif  Qirtəbi  “Əhzab” surəsinin təfsirinə başlamazdan öncə müqəddimədə nəsx olunmuş ayələrə (Daşqalaq etmək ayəsi kimi) işarə edib axırda yazır: Bəzən nəql olunur ki, Quranın bəzi ayələri vərəqlərdə yazılmışdı və Aişənin evində olanda keçi onları yedi.  Bütün bunlar mulhidlərin və şiələrin uydurmalarıdır. (“Camiul-əhkamil-Quran” Əhzab surəsi 14/113)                  

    Qirtəbi əhli sünnətin adlı-sanlı alimlərindən olmasına baxmayaraq onun bu cür səhv etməsi təəccüblüdür. Quranın bəzi ayələrinin keçi tərəfindən yeyilməsi haqqında nəql olunmuş rəvayət əhli sünnətin mötəbər və məşhur kitablarında (Sünəne ibn Macə və Musnəde Əhməd ibn Hənbəl) vardır heç bir şiə kitabında bu cür cəfəngiyyat yoxdur. “Aişə deyir: Rəcm ayəsi və süd vermə haqda ayə nazil olmuşdu. O ayələr kağıza yazılıb mənim otaqda balışımın altında qoyulmuşdu. Rəsulullah (s) vəfat edəndə bizim başımız ona qarışmışdı. O zaman keçi evə girib həmin vərəqləri yemişdi (Sünəne ibn Macə kitabunnikah bab rizaul-kəbir 1/625,  Musnəde Əhməd ibn Hənbəl musnəde Aişə 6/269)               

    Əhli sünnətin mötəbər və məşhur kitablarında bu cür rəvayətlər olduğu halda yenə də Quranın təhrifi ideyasını şiələrə nisbət verirlər. Bir halda ki, özləri bu fikrə daha layiqlidirlər.

    6)- Dirasatun fil-firəq müəllif doktor Sabir Əbdurrəhman Tueymə: Müəllif kitabında Usulul-kafi kitabından bir hədisi bu cür nəql edir: Kuleyni Əbdullah ibn Cundəbdən nəql edir ki; Əli ibn Musa Rza (onların səkkizinci imamları) ona yazıb: Bil və agah ol, biz yer üzündə Allahın övladlarıyıq. Bəlalar, mükafatlar, ərəb ənsabına agahlıq və ....haqqında olan bütün elmlər bizdədir,....”  (Dirasatun fil-firəq səh.19 ər-Riyaz. məktəbətul-məaarif.)

    Xatıladaq ki, adı çəkilən kitabda rəvayətin ünvanı bu cür verilib (“əl-Kafi fil-usul, kitabul-huccət cild.1/223 Iran (əşşiə vəssünnə) nəqlən ən İhsan Zəhir səh 68”.) Amma əgər siz “əşşiə vəssünnə” kitabının yeddinci nəşrinə  və əl-Kafi fil-usul kitabına müraciət etsəniz görərsiniz ki, orada bu cür yazılıb “.....Bil və agah ol, biz yer üzündə Allahın əmin qərar verdiyi insanlarıq. Bəlalar, mükafatlar, ərəb ənsabına agahlıq və ....haqqında olan bütün elmlər bizdədir,....” Deməli bu təhrif ya kitab sahibi doktor Sabir Əbdurrəhman Tueymə tərəfindən baş verib ya da ki, hədisi nəql etdiyi kitabın “Əşşiə vəs-sünnə”  sahibi tərəfindən baş verib. Fərqi yoxdur hər iki surətdə bu nəticə ilə əmələ gəlmiş “Dirasatun fil-firəq” kitabını oxuyan oxucu şiələri muşrik olduqlarına görə ittiham edəcək. Oxucu bu cür xainlərin təhrifatı nəticəsində şiələrə dindən xaric olmuş kimi baxacaq.                              

    7) Usulu məzhəbişşiə: müəllif doktor Nasir ibn Əbdullah ibn Əli Ğəffari kitabın müqəddiməsində söz verib ki, şiə kitablarından nəql etdiyi sitatları nəql edəndə insaflı olub əmanətə xəyanət etməyəcək. Amma rəvayətləri nəql edəndə rəvayətin bir tikəsini nəql edir və bəzi həqiqətləri təhrif etməklə daxili xəbisliyini icbari şəkildə göstərməyə məcbur olur. Şiə alimlərinin rəvayətin zəif və qondarma olduğunu aşkar surətdə göstərdikləri halda bu xəstə müəllif həmin rəvayətə təfsir verərək onu şiələrin əqidəsi olduğunu iddia edir. Sonra da şiələri bu əqidəyə qail olduqlarına görə ittiham etməyə başlayır. Biz müəllifin xəyanətlərindən bir neçə məqamı misal olaraq gətiririk: “Şiələr güman edirlər ki, şəfa aləmlərin Rəbbindən yox imam Hüseynin qəbrinin türbətindən gəlir” (Usulu məzhəbişşiə bab əvvəl, fəsl əvvəl, məbhəs xamis, “qovluhum innə turabə qəbri Huseyn  ....2/594”) 

    İmam Hüseyn (ə)-n qəbrinin torpağından şəfa üçün istifadə etməyin caiz olduğunu göstərən rəvayətlərin hamısında şəfanın Allah-taalanın istəyindən və iradəsindən asılı olduğu göstərilib. “şəfanı ancaq İmam Hüseynin türbəti şəfa verir Pərvərdigarın iradəsi yox” kimi sözlər şiələrə yaxılmış  iftiradır. Daha təəccüblüsü budur ki, müəlif  deyir: şiələr Allahın cism olduğuna qaildirlər. Yəhudilərin Allahın cism olduğuna etiqadlarının olduğu məşhurdur. Lakin müsəlmanlar arasında bu əqidəni birinci şiələr yaymağa başlayıblar  (Usulu məzhəbişşiə bab əvvəl, fəsl salis əl-məbhəs əvvəl “əl-qovl fil-isbati təcsim 2/640”)

    Şiə filosofları və kəlam elmi alimləri dünya və axirətdə Allahın cismaniyyətini inkar edirlər. Lakin əksər əhli sünnət alimləri mötəqiddirlər ki, Qiyamətdə Allah-taala görünəcək. İbn Teymiyyə kimi bəziləri isə Allah-taalanın cümə axşamları nazil olması haqqında təfsirlərində onun cism kimi vəsf edirlər. Belə olduğu halda əhle sünnət bu ittihama daha layiqlidirlər. Onlar Allah-taalanın cism olduğu haqda  iddialarını sübut etmək üçün əhli beyt imamlarından rəvayət gətirmirlər. Şiə kitablarından gətirdikləri bütün rəvayətlərdə Allah-taalanın cismaniyyəti rədd olunur.                Müəllifinn necə zəif təhqiqatçı olduğunu göstərən yerlərindən biri də budur: “İran islam inqilabının rəhbəri Xomeyni inqilabdan sonra adını azana daxil etdi. Beləliklə də azanda Allah-taalanın vəhdaniyyətinə və Peyğəmbərin (s) risalətinə şəhadətdən öncə onun adı rəhbər kimi çəkilməlidir. İranın bütün məscidlərində deyilir: Allahu Əkbər, Allahu Əkbər Xomeyni Rəhbər sonra əşhədə ənnə Muhəmmədən rəsulullah...” (Usulu məzhəbişşiə bab rabe fəsl rabe 3/1392)                                             

    Maraqlı budur ki, kitabın mövzusu Muhəmməd ibn Suud universitetində doktorluq dissertasiyası üçün meydana çıxarılıb. Məqalənin şiə əleyhinə yaxşı ləkə  olduğunu görüb onu kitab kimi nəşr ediblər. Müəllif  İranda heç olmasa necə azan deyilməsi haqqında azacıq da olsa təhqiqat aparmadan bu iftiraları yazmağa cürət edib. Müəllifin şiələrə qarşı düşmən olduğu, bilərəkdən iftiraları şiələrin əleyhinə yazmaqda bütün müsəlmanlarda onlara qarşı nifrət yaratmaq qərəzi olduğunu  başa düşürük. Şiələr Muhəmməd ümməti arasında vəhdət yaratmağa çalışdıqları halda bir dəstə xainlər və Muhəmməd ibn Əbdul Vəhhab kimi yəhudilərə xidmət edən islamın düşmənləri din xadimləri cildinə girib hər vasitə ilə ixtilafı dərinləşdirməyə çalışırlar. Belə deyilsə nəyə görə məcəllədə göstərdiyimiz iftiraları kitablarında dərc etməklə şiələri islam və müsəlmanların zümrəsindən xaric olmuş kimi tanıtdırmaq istəyirlər. Biz həmişə islam ümməti arasında vəhdət yaratmağa çalışdığımızdan bəziləri bizi sadəlövh kimi düşünüb istədiklərini şiələrin əleyhinə yazmaqda var qüvvələrini əsirgəmirlər. Biz namazı əhli sünnətin imam camaatının arxasında qılmağı səhih və vəhdət yaratmaq üçün müctəhidlərimizin fətvalarına əsasən vacib kimi qəbul edirik. Əgər vəhdət istəyiriksə onda gərək biri-birimizə hörmət etməyi bacaraq. Əks təqdirdə biri birimizin üzünə gülümsəyib arxada qamçı gizlətməyimiz haçansa ifşa olacaq. 

         Şiə qardaşlarımıza tövsiyə: Əqidələrimizin əsaslarını öyrənmək üçün bir-birimizə kömək etməliyik. Əsası budur ki, bəzi əhli sünnət müəlliflərinin şiə haqqında namərdcəsinə yaydıqları  iftiraları avam qardaşlara izah etsinlər.  
                                         
    Bakı şəhəri : tərcümə və əlavələr Hacı Elman İbadovundur:  tel: 055-752-27-40, 050-250-20-05:  email:kerrar@mail.ru    
    Media-islam.Com
    Категория: Şie cavabları | Добавил: iravani (18.07.2008)
    Просмотров: 3301 | Рейтинг: 3.0/2
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər