Çerşenbe axşamı, 19.03.2024, 08:44
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    NƏ ÜÇÜN DƏSTƏMAZ ALDIQDA, AYAQLARI YUMAMAQ-MƏSH ÇƏKMƏK LAZIMDIR?

    NƏ ÜÇÜN DƏSTƏMAZ ALDIQDA, AYAQLARI YUMAMAQ-MƏSH ÇƏKMƏK LAZIMDIR?

    Sual: Nə üçün Əhli-sünnə məzhəbinin ardıcılları dəstəmaz alarkən, ayaqlarını yuyur, Əhli-beyt məzhəbinin ardıcılları isə məsh cəkirlər?

    Cavab: Bu suala cavab verməzdən əvvəl, bir neçə məsələyə diqqət yetirmək lazımdır:

    1-Bütün müsəlmanlar (həm Əhli-sünnə, həm də Əhli-beyt məzhəblərinin ardıcılları) Allahın kitabına (Qurana) və Peyğəmbərin (s) sünnəsinə əməl etməyə çalışırlar.

    Allah-taala müqəddəs Quranda buyurur:

    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ

    "Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin."Maidə surəsi, 5/6.


    Müsəlmanlar arasında mövcud olan ixtilaf və fikir ayrılığı isə onların hər hansı bir məsəsləni müxtəlif cür başa düşmələrindən irəli gəlir. Qeyd olunmuş ayə də o məsələlərdən biridir.

    2-Hal-hazırda Əhli-sünnə məzhəbinin ardıcılları dəstəmazda ayağı yumağı vacib bilirlər. Fəxri Razi bu ayənin (فاغسلو وجوهكم) təfsirində belə yazır:

    "Dəstəmazda ayağı yumaq, yoxsa məsh etmək haqqında dörd nəzər söylənilib:

    A. Ayağı yumaq lazımdır;

    B. Məsh etmək lazımdır;

    C. Ya məsh etmək və yaxud yumaq lazımdır;

    D. Həm məsh etmək və həm də yumaq lazımdır;

    3-Əhli-sünnə məzhəbinin rəvayətləri arasında əksər rəvayətlər yumağa dəlalət etsə də, bəzi rəvayətlər məsh çəkməyi lazım bilirlər. Təbəri öz təfsir kitabında bu barədə 10 hədis nəql edir ki, o hədislərin birində İbn Abbas deyir:

    الوضو غسلتان و مسحتان

    «Dəstəmaz iki yumaq (üz və əllər) və iki məshdən (baş və ayaqlar) ibarətdir».Təfsiri Təbəri, 6/82.

    Həmçinin, Ənəs, Əkrəmə, Şəbi, Amir və Qutadənin dediklərinə əsasən; -«Dəstəmazda ayaqları yumaq yox, məsh cəkmək lazımdır».Təfsiri Təbəri, 6/82.

    Dəstamaz barəsində istinad edilən ayə belədir:

    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ

    "Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin."Maidə surəsi, 5/6.

    Əhli-sünnə alimlərinin fikrincə, «ارجلكم» sözü «وجوهكم» sözünə ətf olunmuşdur. Belə ki, «
    وجوه» - yəni üzlər yuyulmalı olduğu kimi, «ارجل» - yəni ayaqlar da yuyulmalıdır.

    Lakin, Əhli-beyt məzhəbi alimlərinin fikrincə, «
    ارجلكم» (ayaqlarınız) sözü, «رُءُوسِكُمْ» (başlarınıza) sözünə ətf olunur və «رُءُوسِ» (başlar) məsh olunduğu kimi, «ارجل» (ayaqlar) da məsh olunmalıdır. Onlar deyirlər ki, «ارجلكم» (ayaqlarınız) sözü «رُءُوسِكُمْ» (başlarınız) sözünün yanındadır və ərəb qrammatikasına əsasən, o, ən yaxın sözə - «رُءُوسِكُمْ» sözünə ətf olunmalıdır. Buna görə də ayaqlara məsh çəkilməlidir.

    Burada cavab verilməsi lazım olan bir sual meydana çıxır:

    Əgər Əhli-beyt məzhəbi alimlərinin dediyi kimi,
    «ارجلكم» (ərculəkum) sözü, «رُءُوسِكُمْ» (ruusikum) sözünə ətf olunmuşsa, bəs nəyə üçün məcrur yəni, "ərculikum" deyildir?

    Bu sualın cavabı ərəb qrammatikasıyla tanış olanlara məlumdur. Ərəb qrammatikasında iki növ ətf vardır:

    1-Zahirə olunan ətf;

    2-Məhəllə olunan ətf.

    Məlum olduğu kimi,
    «بِرُءُوسِكُمْ» (bi ruusikum) sözü, "وامسحوا" (vəmsəhu) felinin məfuludur (tamamlığıdır) və əvvəlində gələn "bi" şəkilçisi isə zaiddir.

    Həmçinin, bütün məfullar mənsub olmalıdır. Əgər,
    «بِرُءُوسِكُمْ» (bi ruusikum) sözü əvvəlinə "bi" şəkilçisi gəldiyi üçün zahirdə məcrurdursa, deməli, məhəllən mənsubdur.

    (Ərculəkum)
    «ارجلكم» sözü də onun məhəllinə ətf olaraq, onun kimi mənsub olmuşdur.

    Digər tərəfdən məşhur yeddi qari (Quran oxuyan alimlər),
    «ارجلكم» (ərculəkum) sözünün həm məcrur (yəni; ərculikum) və həm də mənsub (yəni; ərculəkum) kimi oxunmasını düzgün hesab etmişlər. Elə buna görə Davud İsfahani kimi bəzi sünni fəqihləri dəstamaz alarkən ayaqları həm yumağı və həm də məsh çəkməyi düzgün hesab edirlər.

    Bütün bunlardan əlavə, İslam Peyğəmbərinin (s) vəsiyyətinə əsasən, Onun Əhli-beyti (ə) bütün sahələrdə müsəlmanlar üçün qayıdış yeri kimi tanıtdırılmışdır ki, onlardan biri də müqəddəs Quranın müxtəlif ayələrinin izahından ibarətdir. Əhli-beytdən (ə) nəql olunmuş hədislərdə isə ayaqların yuyulmasına deyil, məsh çəkilməsinə göstəriş verilmişdir.



    Категория: Şie cavabları | Добавил: al-shia (19.07.2008)
    Просмотров: 5850 | Комментарии: 1 | Рейтинг: 3.6/8
    Всего комментариев: 1
    19.07.2008
    1. ayka (mensure) [Material]
    Ehli sunnede ayaga ayaqqabinin ve ya corabin ustunden mesh cekirler. Qisda meselen soyuq olanda ayaqqabinin ustunden mesh cekirler.Bunun sahidi olmusam defelerle wacko

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər