Şenbe, 20.04.2024, 16:06
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    "Səqifə" hadisəsi və Əbu-Bəkrin bey'əti

    Peyğəmbər (s) həyatla vidalaşdıqdan sonra Əli (ə) qohumları ilə birgə O Həzrətin (s) dəfnilə məşğul olan vaxt, Ömər-ibn-Xəttab Peyğəmbərin (s) vəfatını inkar edərək, bu sözü deyən şəxsi öldürməklə hədələyirdi. Hətta Ömər, Əbu-Bəkr "Mədinə" xaricində yerləşən "Sünh" məntəqəsindən qayıdanadək ona inanmırdı. Buxari "Səhih" kitabında öz sənədilə Aişədən rəvayət edərək deyir: - Əbu-Bəkr, Sünh məntəqəsində olarkən Peyğəmbər (s) vəfat etmişdi. (İsmail "Sünh"ə "Əl-Aliyə" deyirdi) Əbu-Bəkr "Sünh" məntəqəsində olarkən Ömər Allaha and içib Rəsulullahın vəfat etmədiyini deyirdi. Aişə belə davam edir: Ömər and içib mən heç vaxt Peyğəmbərin vəfat edəcəyi barəsində fikirləşməmişdim. - deyirdi. O, (Rəsulullah) hələ dönüb çox şəxslərin əlini və ayaqlarını kəsəcəkdir.

    Əbu-Bəkr "Sünh" məntəqəsindən geri qayıtdı və belə dedi: "Atam-anam sənə fəda olsun cəsədin üzünü açıb öpərək sən ölü ya diri olsanda paksan. Canım əlində olan Allaha and olsun ki, Allah heç vaxt sənə ikinci dəfə ölümü daddırmaz.

    Lakin Ənsar əhli "Bəni Saidənin Səqifəsi"ndə cəm olaraq Sə'd-ibn-İbadənin, Peyğəmbərin (s) xəlifəsi olması üçün namizədliyini irəli sürdülər. Mühacirlərin böyükləri (Əbu-Bəkr, Ömər və Əbu Übeydə) bu hadisədən xəbər tutan kimi dərhal onların yanına gedərək əmirliyə özlərinin daha layiq olduqlarını e'lan etdilər. Ənsar və Mühacirlərin arasında dialoq qızışaraq mübahisəyə çevrildi. Ənsarın böyük olan Sə'd-ibn-İbadə qalxaraq dedi: "Biz Allahın köməkçiləri və İslamın ordusuyuq. Siz Mühacirlərsə bir camaatsınız. Sizin qovmunuz istəyir ki, bizim əslimizi alçaldaraq, bizi bu işdən uzaqlaşdırsınlar." { Səhih-Buxari. Cild 8. Səh 541. "Əlmüharibin min Əhlil-küvr" kitabı. "Rəciməl-hubla minəz-zina" babı }

    Sonra Əbu-Bəkr bayıra çıxıb belə dedi: "Ey and içən! And içməyi saxla!".{ Səhih-Buxari. Cild 5. Səh 13. "Səhabənin fəziləti" bölümü. "İn lə nəbi fə in Əbə-Bəkr" babı.}

    Əbu-Bəkr ayağa qalxaraq xütbə oxudu və bu xütbədə Mühacirlərin fəzilətini qeyd etdi. Eyni zamanda Qureyş tayfasından olduqları üçün xilafətə daha layiq olmalarını dəlil gətirdi. Buxari “Səhih” kitabında bu hadisəni qeyd edərək deyir: Əbu-Bəkr Siddiq, Ömər-ibn-Xəttab və Əbu Übeydə-ibn-Cərrah onların yanlarına getdilər. Ömər danışarkən Əbu-Bəkr onu sakit etdi.. { Səhih-Buxari cild 5. Səh. 14. "Fəzailus səhabə" kitabı. "İnləm təcid nəbiyy fəinnə Əba-Bəkr" babı. } Əbu-Bəkr dedi: "Yox, biz Əmirlərik, siz isə vəzirlərsiniz, onlar ərəblərin arasında orta olanı və ərəblərin ən nəcabəliləridir. { Səhih-Buxari. Cild 5. Səh.14 } Mən sizin üçün bu iki kişidən birini razı bildim, ya Ömər-ibn-Xəttaba ya da Əbu-Ubeydə-ibn-Cərraha bey'ət edin. {Səhih-Buxari. Cild 5. Səh.14 "Fəzailus səhabə" kitabı. "İnləm təcid nəbiyy, fəinnə Əba-Bəkr" babı }

    Ənsarın ağsaqallarından olan Hubbab-ibn-Munzir bunu rədd edərək dedi: -Yox, Allaha and olsun ki, bunu etmərik, bizdən də əmir olmalıdır, sizdən də".{Səhih-Buxari. Cild 5. Səh. 14 "Fəzailus səhabə" kitabı. "İnləm təcid nəbiyy, fəinnə Əba-Bəkr" babı.} Ənsarın rədd cavabı başqa rəvayətdə belədir: "Ənsara Hubab ibn Munzir dedi: Mən elə şəxsəm ki, mənim rəyim və sözümə əməl edən şəxs, şəfa tapmış bir xəstə kimidir. Ey Qureyş əhli, biz və sizdən də bir əmir olmalıdır. Arada ixtilaf düşdü səs-küy çoxaldı və camaat da dağıldı. { Səhih-Buxari. Cild 8. Səh. 542 "Əhlu küfrün muharibəsi" bölümü "Zinadan hamilə olanların rəcm olması" babı.}

    Vəziyyət bu cür böhranlı hal aldıqdan sonra Ömər-ibn-Xəttab dedi: "Heyhat, iki nəfər bir yerə cəm olmaz. Allaha and olsun ki, ərəblər razı olmazlar. Peyğəmbərləri sizdən olmadığı bir halda siz onlara əmirlik edəsiniz. Bunu qəbul etməyən şəxs üçün bizim dəlilimiz var".

    Həbbab-ibn-Munzir onlara rədd cavabı olaraq dedi: "Ey Ənsar tayfası! Siz öz bildiyinizi edin. Bunun və səhabələrinin sözünə qulaq asmayın. Siz bu işə onlardan daha layiqsiniz".

    Lakin bu zaman Ənsar əhlinin arasında parçalanma yarandı. "Xəzrəc" qəbiləsinin rəisi Sə'd-ibn-İbadə ilə müxalif olan "Əvs" qəbiləsinin rəisi Üseyd-ibn-Həzir mühacirləri dəstəkləyəcəyini e'lan edərək onlara bey'ət etmək və'dəsini verdi.

    Bu zaman Ömər Əbu-Bəkrə dedi: "Əlini uzat, sənə bey'ət edim". Beləliklə Ömər və ənsarla mühacirlərin bir qismi ona bey'ət etdi. Buxari Aişədən rəvayət edərək deyir ki, Ömər camaatı hədələmək və qorxutmaqla Əbu-Bəkr üçün bey'ət aldı: Aişə deyir: "Onların hər ikisinin xütbəsinə Allah mənfəət verdi. Ömər insanları qorxutdu. Onların arasında nifaq olduğu üçün Allah onları rədd etdi". {Səhih-Buxari. Cild 5. Səh. 15. "Fəzailus-səhabə" kitabı. "İnləm təcid nəbiyy fəinnə Əba Bəkr" babı.}

    Həmin gün Ömər, beyəti rədd edən Sə'd-ibn-İbadə barədə dedi: "O, yaşı çox olan qoca bir kişi idi". Necə ki, Buxari "Səhih" kitabında rəvayət edərək deyir: ...Sə'd-ibn-İbadəyə hücum etdik, onlardan biri dedi: "Sə'd-ibn-İbadəni öldürdünüz. Ömər dedi: "Onu Allah öldürdü". { Səhih-Buxari. Cild 8. Səh 542. Cild 5. Səh.14. }

    Burada "Səqifə" hadisəsi teatrının pərdələrini örtürük.

    Bu hadisə Ənsar və Mühacirlərin xilafət üzərində mübarizə apardıqdan sonra Əbu-Bəkrə bey'ət etməklə qurtadı. Bu mübahisə cahiliyyət dövründə baş vermiş mübahisə kimi qələmə verilmişdir. Neçə ki, bu iki dəstə arasında cərəyan edən dialoq və bir-birlərinə dəlil gətirdikləri sübutlara diqqət yetirilsə tamamilə aydın olar. Xəlifə Ömər ibn Xəttab ömrünün axırında e'tiraf edərək dedi: "Əbu Bəkrə bey'ət etmək səhv bir iş idi. Lakin Allah onun şərrindən qorudu". (onun rəyinə görə) Buxari "Səhih" kitabında rəvayət edərək deyir: "Ömər dedi: "...Bir kəs qürurlanıb deməsin ki, Əbu-Bəkrə bey'ət etmək səhv iş idi və bu da qurtardı. həqiqətən də belədir. Lakin Allah onun şərrindən qorudu.” { Səhih-Buxari. Cild 8. Səh 540. "Əl-muharibin min əhlil-küfr" kitabı. "rəciməl hubla minəz-zina" babı. }

    Hamıya mə'lumdur ki, İmam Əli (ə), onun Bəni-Haşimdən olan qohumları və başqa səhabələri (Zübeyr, Təlhə, Əmmar, Salman, Miqdad, Əbu-Zər, Xəzilə-ziş-şəhadəteyn, Xalid-ibn-Sə'id, Übey-ibn-Kə'b, Əbi-Əyyub-Ənsar və başqaları) o bey'ətdə iştirak etmədilər və həmin gün "Səqifə"-yə daxil olmadılar. Çünki, onlar böyük müsibət olan Peyğəmbərin (s) vəfatı münasibətilə hazırlıq görürdülər. Artıq "Səqifə" əhli Əbu-Bəkrə bey'ət etmişdilər. Əli (ə) və onunla olanların bu işə müxalifət edərək bey'ətdən imtina etməkdən başqa çıxış yolları yox idi. Bu, Ömər ibn Xəttabdan nəql olunan rəvayətdən mə'lum olar: "Peyğəmbər (s) vəfat edərkən bizə mə'lum idi ki, Ənsar əhli bizimlə müxalifdir. Onlar gizlicə Bəni-Saidənin "Səqifə"sində cəm oldular. Bizdən (mühacirlərdən) olan Əli, Zübeyr, və onlarla olanlar bizə müxalif oldular". { Səhih-Buxari cild 8. Səh. 540. "Əl-mühari-bin min əhlil-küfr" kitabı. "rəciməl-hubla minəz-zina" babı. }

    Əli (ə) elə bir vəziyyətdə dəlil gətirməyin fitnədən v haqqının aradan getməsindən savayı heç bir tə'siri olmayacağını bilirdi.

    Hər tərəfdən İslamı əhatə edən fitnələrin xətəri, Mədinə əhlindən olan münafiqlər və Peyğəmbərin (s) vəfatından sonra fəallaşmış Mədinə ətrafında məskunlaşan münafiq ərəblərin İslamı təhdid etmə təhlükəsi və buna əlavə olaraq yalançı Müsəyləmə, Təlhə ibn Xüveyləd əl-Əffak, Səccaç əd-Dəcalə, Rum, kəsra, Qeysər və başqaları da müsəlmanların pusqusunda durmuşdular. Həmçinin İslam və onun vücudunu təhdid edən xətərlər qarşısında, təbii ki, Əli (ə) öz haqqını qurban verəcəkdi. Lakin xilafət barədə öz dəlillərindən əl çəkməyəcəkdi. O Həzrət (ə) xilafət barədə öz haqqını qorumaq və İslam düşmənlərinin istifadə edə bilməyəcəyi bir şəkildə xilafət barədə ictihad edənlərə dəlil gətirmək istəyirdi. Buna görə də evində oturdu və ətrafında olanlarla birgə altı ay müddətində bey'ət etmədi). { İmam Şərafuddinin "Əl-müraciət" kitabından.}

    Buxarinin nəql etdiyi rəvayət sübut edir ki, əgər Əli (ə) heç bir fitnə törənmədən öz haqqını almaq üçün kifayət qədər qüvvəsi olsaydı bunu edərdi. "Aişə deyir: ... Fatimə Peyğəmbərin (s) vəfatından sonra altı ay yaşadı. Vəfat edərkən əri Əli (ə) gecə ikən onu dəfn etdi. Əbu-Bəkrin buna icazəsi yox idi. Əli (ə) ona namaz qıldı. Xanım Fatimə (ə) həyatda olarkən həzrət Əlinin (ə) hamı ilə əlaqəsi var idi. Xanım vəfat etdikdən sonra Həzrət Əli (ə) heç kimi görmək istəmirdi. Lakin Əbu-Bəkrlə barışıb ona bey'ət etməyi arzulayırdı. Bütün bu müddət zamanı bey'ət etmədiyinə görə Əbu-Bəkrə, onun yanına tək gəlməsi üçün xəbər göndərdi. Həzrətin onu tək də'vət etməkdə məqsədi o idi ki, Əbu-Bəkr Ömərlə gəlməsin. Ömər isə and içib, - sən ora tək getməyəçəksən - deyirdi. Əbu-Bəkr - məgər mənə nə edəcəklər? - deyə cavab verdi. - And olsun Allaha ki, mən ora tək gedəçəyəm". { Səhih-Buxari Cild 5. Səh.382. "Əl-Məğazi" bölümu. "Xeybər Muharibəsi" babında. } İmam Şərafuddin Əlinin (ə) bu hərəkətini belə açıqlayır: (Əgər Əli (ə) bey'ət edilən zaman bey'ətə tələsmiş olsaydı, onda onun üçün hüccət tamam olmazdı və şi'ələri üçün də bürhan parlamazdı. Lakin O Həzrət (ə) din hifz etməklə xilafətdə olan haqqını hifz etməyi cəm etdi. O zaman vəziyyət nə qılıncla müqavimət etməyə, nə də hüçcət gətirməyə imkan vermirdi). { İmam Şərafuddinin "Əl müraciat" kitabından. } Əbu Süfyan Əlini (ə), dəfələrlə xilafətdə olan öz haqqını tələb etməsinə şövq etdiyi zaman bu həqiqət daha da aydınlaşır. O deyirdi: "Əgər istəsən onların üzərinə atlar və kişilər göndərərəm. Hər yerdən onların yolunu kəsərəm." { Xalid Muhəmməd Xalid "Xüləfaur-rəsul" kitabı, səh. 418, 8-ci çap. } Lakin İmam Əli (ə) hər dəfə bu cür köməyi rədd edirdi. Çünki, O Həzrət (ə) bilirdi ki, Əbu-Süfyanın məqsədi fitnə odunun alovlanması və İslamın aradan getməsinə səbəb olan müharibənin qızışmasıdır.

    Категория: Şie cavabları | Добавил: al-shia (21.07.2008) | Автор: Əs'əd Vəhid əl-Qasim
    Просмотров: 3226 | Рейтинг: 3.3/7
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər