Cüme, 29.03.2024, 15:11
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Hədislər

    40 HEDiS

     

    ALLAHŞÜNASLIQ, ALLAHIN LÜTF VƏ ƏZƏMƏTİ

    1–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Ey camaat, həqiqətən məndən sonra heç bir peyğəmbər, sizdən sonra heç bir ümmət olmayacaq. Agah olun və öz Allahınıza ibadət edin, beş vaxtda namaz qılıb Ramazan ayının orucunu tutun, Rəbbinizin beytinin həccinə gedin, mal-dövlətinizin zəkatını səmimi qəlbdən verin və öz vəliyyi-əmrlərinizə (imamlarınıza) itaət edin ki, Pərvərdigarınızın cənnətinə daxil olasınız.

    Xisal /322.

    ***

    2–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Xaliqi əzəmətlə yad etməyiniz məxluqu gözünüzdə kiçildər.

    Nəhcül-bəlağə, kəlimati-qisar/129.

    ***

    3-İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Xoş o kəsin halına ki, əməlini, elmini, məhəbbət və ədavətini, bir şeyi əxz edib və ya tərk etməsini, kəlamını, sükutunu, fe`l və danışığını Allah üçün ixlaslı (xalis) etsin.

    Biharul-ənvar/77/289.

    4– İmam Əli ibni Hüseyn əleyhissalam buyurur:  Mö`min bəndədə üç xasiyyət olarsa həlak olmaz:  Allahdan başqa heç bir mə`budun olmamasına şəhadət vermək, Onun şəriki olmadığına inanmaq, Rəsuli-əkrəmin şəfaətinə və Allahın rəhmətinin genişliyinə inanmaq.

    Səfinətul-bihar/517.

    ***

    5-İmam Səccad əleyhissalam buyurur:  Həmd yalnız Allaha məxsusdur və həmd Ona layiq olduğu kimi Onun haqqıdır. Ona çoxlu şükür və həmd edirəm. Allaha pənah aparıram öz nəfsimin şərrindən, həqiqətən nəfs Rəbbimin rəhm etdiyi şəxslərdən başqa (qalan bütün) insanları pisliklərə sürükləyəndir. Allaha pənah aparıram Şeytanın şərrindən, o Şeytan ki, günahımın üstündən günah artırır. Allaha sığınıram bütün facir zülmkarlardan, qəddar padşahlardan və güclü düşmənlərdən!

    İlahi, Pərvərdigara, məni Öz qoşunundan qərar ver. Çünki Sənin qoşunun və yalnız Sənin qoşunun qaliblərdir və məni Öz hizbindən (dəstəndən) qərar ver, çünki həqiqətən yalnız Sənin hizbin nicat tapanlardır. Məni Öz dostlarından qərar ver, çünki həqiqətdə Sənin dostların üçün heç bir qorxu və qəm-qüssə yoxdur.

    Pərvərdigara, mənim dinimi islah et, çünki həqiqətən o mənim işlərimin isməti, paklığıdır. Mənim axirətimi islah et, çünki həqiqətən axirət mənim əbədi evim və alçaq adamlarla qonşuluqdan qaçış yerimdir. Həyatımı hər bir xeyirdə mənim üçün artır, vəfatımı mənim üçün bütün şərlərdən rahat et! Pərvərdigara, peyğəmbərlərin sonuncusu və mürsəllərin sayının tamamlayıcısı olan həzrət Məhəmmədə, onun pak Əhli-beytinə və seçilmiş səhabələrinə salavat göndər. Mənim üçün üç şey əta et:  Günahlarımı bağışlamamış, qəm-qüssəmi aradan aparmamış, düşmənimi dəf etməmiş məni boşlama, Səni and verirəm bütün adların ən yaxşısı olan Bismillaha, yerlərin və göylərin Rəbbi olan Allahın adları xatirinə...

    Biharul-ənvar 90/187, Mülhəqqati-Səhifeyi-Səccadiyyə /572.

    ***

    6–İmam Sadiq əleyhissalam buyurur:  Qəlb Allahın hərəmidir; belə isə Allahın hərəmində Ondan başqasına yer vermə (qəlbin məxfi guşələri Allaha məxsusdur, dünya məhəbbətini ondan xaric et.)

    Biharul-ənvar /70/25.

    ***

    7–İmam Sadiq əleyhissalam buyurur:  Bizim şiələrimiz o şəxslərdir ki, xəlvətdə olarkən Allahı çox-çox yad edərlər (yə`ni günaha batmağa heç bir maneə olmadıqda Allahı yad etmək onun günah etməsinin qarşısını alır).

    Biharul-ənvar /93/162.

    ***

    8–İmam Baqir əleyhissalam buyurur:  Allaha and olsun, Allah-taala camaatdan iki xislətdən başqa heç nə istəməmişdir:  Onun ne`mətlərini iqrar etsinlər, nəticədə Allah o ne`mətləri artırsın və günahlarını e`tiraf etsinlər, nəticədə Allah onları bağışlasın.

    Üsuli-kafi/2/426.

    ***

    9–İmam Hüseyn əleyhissalam buyurur:  Həqiqətən Allah-taala bəndələri yalnız buna görə yaratmışdır ki, Onu tanısınlar. Elə ki, Onu tanıdılar ibadət edərlər və ibadət etsələr Ondan qeyrilərinin ibadət etməkdən ehtiyacsız olarlar.

    Səfinətul-bihar /2/180.

    NAMAZ VƏ ONUN TƏ`SİRİ

    10–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  “Namazını yüngül sayanlar məndən deyil. Allaha and olsun ki, belə bir şəxs mənim yanıma (Kovsər hovuzuna) gələ bilməz. (Yə`ni belə şəxs ümmətin yaxşı adamlarının Peyğəmbərin mərhəmət və lütfünə şamil olduqları yerə daxil olmaz və həzrətin ümmətindən sayılmaz)”

    Mən layəhzuruhul-fəqih. c.1,s.206.

    ***

    11–İmam Sadiq əleyhissalam buyurur:  Əgər sizlərdən birinin qapısından bir çay axsa və o şəxs hər gün orada beş dəfə yuyunsa onun bədənində çirk qalarmı? Həqiqətən namaz belə bir çaya bənzəyir. Namaz qılan şəxsin namazı onun günahlarının kəffarəsidir. Amma şəxsin imandan çıxıb kafir olmasına səbəb olan günahlar heç vaxt yuyulmaz və belə şəxs həmin günahda qalar.

    Biharul-ənvar /82/236.

    ***

    12–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  “Vacib namaz Allah yanında yaxşı qəbul olunmuş min həcc və min ümrəyə bərabərdir.”

    Biharul-ənvar , c.99, s.14.

    ***

    13–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Öz namazlarınızı (onun düzgün oxunmasına əhəmiyyət verməməklə) heç etməyin. Həqiqətən hər kəs namazın vaxtına və düzgün olması məsələlərinə riayət etməsə, Qarun və Haman ilə birlikdə məhşərə daxil olacaqdır və Allaha vacibdir ki, onu münafiqlərlə birlikdə Cəhənnəm oduna daxil etsin.

    Biharul-ənvar /83/14.

    ***

    14–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  “Namazda elə halda ol ki, sanki ömrünün axırıncı namazını qılırsan (namazı son dərəcə hüzuri-qəlblə qıl, e`dam hökmü verilmiş şəxsin e`damdan qabaq qıldığı son namazı kimi)”.

    Biharul-ənvar, c.69, s.408.

    ***

    15–İmam Əli əleyhissalam buyurur:  “Əgər namaz qılan şəxs Rəbbinin sonsuz rəhmətinin onun halına necə şamil olduğunu bilsəydi heç vaxt başını səcdədən götürməzdi.”

    Təsnifu Qürərul-hikəm, səh.175.

    ***

    16–İmam Baqir əleyhissalam buyurur:  “Qiyamət günü bəndədən soruşulan ilk əməl namazdır, əgər namaz qəbul olunsa sair əməllər də qəbul olunacaqdır, əks halda sair əməllər ona heç bir fayda verməyəcəkdir.”

    Biharul-ənvar , c.7, s.267.

    ***

    17–İmam Sadiq əleyhissalam buyurur:  “Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz”. (Onlar şəfaətimizdən məhrum olarlar).

    Biharul-ənvar, c.2, s.236.

    ***

    18–İmam Məhəmməd Baqir əleyhissalam buyurur:  Hər kəs on xislətlə Rəbbinə qovuşarsa cənnətə daxil olar:  Allahdan başqa heç bir mə`bud olmadığına və həzrəti Məhəmmədin Onun Rəsulu olduğuna şəhadət vermək, o Həzrətin Allah tərəfindən gətirdiklərini iqrar (təsdiq) etmək, namaz qılmaq, zəkat vermək, Ramazan ayının orucunu tutmaq, Allah evinin ziyarətinə — həccə getmək, Allah vəlilərinin vilayətini iqrar etmək, Allah düşmənlərindən uzaq olmaq və bütün məstedici şeylərdən çəkinmək.

    Xisal /432.

    ***

    19–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Namaz hər bir pərhizkar şəxsin ilahi rəhmətə yaxınlaşması vasitəsi, həcc isə hər zəif və bacarıqsız insanın cihadıdır. (Çünki həccdə əhli-əyaldan uzaqlaşmaq, soyuqluq, istilik, qorxu və sair kimi çətinliklər vardır.) Hər şeyin bir zəkatı vardır, bədənin də zəkatı oruc tutmaqdır. Qadının cihadı isə öz əri ilə yaxşı rəftar edib ona itaət etməsidir.

    Nəhcül-bəlağə, kəlimati qisar /136.

    ***

    20–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Ölüm mələyi (Əzrail əleyhissalam) hər gecə nida edib deyir:  Ey qəbr əhli, bu gün kim üçün və nə üçün qibtə edirsiniz? Artıq axirət işini aşkar şəkildə gördünüz?! Ölülər cavabında deyərlər:  Biz mö`minlərə qibtə edirik ki, məscidlərində namaz qılırlar, biz isə qılmırıq. Onlar zəkat verirlər, biz isə vermirik. Onlar Ramazan ayında oruc tuturlar, biz isə oruc tutmuruq. Onlar sədəqə verir, biz isə sədəqə vermirik. Onlar Allahı çox yad edirlər, biz isə yad etmirik. Əfsuslar olsun, dünya evində bizim əldən verdiklərimizə!

    İrşadul-qülub /53.

    ***

    21-Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Bir mələk hər namaz vaxtı nida edib deyir:  Ey bəni-Adəm, namaza qalxın və öz əleyhinizə hazırladığınızı (cəhənnəm odunu namaz vasitəsi ilə) söndürün.

    Müstədrəkul-vəsail /3/102.

    ***

    22–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Öz namazlarınızda (son dərəcə) diqqətli olun, çünki Allah-taala qiyamət bərqərar olarkən bəndəni gətirər və ondan soruşduğu ilk şey namaz olar, əgər onu tamam-kamal yerinə yetirmiş olarsa (bağışlanmış insanlardan olar), əks halda Cəhənnəmə atılar.

    Biharul-ənvar /82/202.

    ***

    23–Əbu Bəsir deyir:  Mən Ümmü Həmidənin yanına gedib imam Cə`fər Sadiq əleyhissalamın dünyadan getməsini ona başsağlığı verdim. O ağladı, mən də onun ağlamağına baxıb ağladım. Sonra dedi:  Ey Əba Məhəmməd, əgər İmam əleyhissalamı can verərkən görsəydin, qəribə şeylər hiss edərdin. O, son anlarda gözlərini açıb buyurdu:  Mənimlə qohum olan bütün şəxsləri bir yerə yığın. Biz hamını bir yerə topladıqdan sonra Həzrət onlara baxıb buyurdu:  Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz.

    Vəsailuş-şiə /4/26.

    ***

    24–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Haram yeməklə birlikdə olunan ibadət, (narın) qumlar üstündə tikilən binaya oxşayır.

    Biharul-ənvar /84/258.

    ***

    25–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Mö`minin şərəfi gecə yuxudan durub namaz qılmaq, izzəti isə başqalarından ehtiyacsız olmaqdadır.

    Biharul-ənvar /77/120.

    ***

    26–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Hər kəs gecə çox yatsa (yə`ni gecə namazı qılmasa), elə əməlləri itirmiş olur ki, onları gündüz əldə edə bilməz.

    Qürərul-hikəm /289.

    ***

    27–İmam Sadiq əleyhissalam buyurur:  Allah-taala Musa ibni İmrana buyurdu:  Ey İmranın oğlu, Məni sevdiyini güman edən, gecə qaranlıqlaşanda isə gözlərini bağlayanlar (yatanlar) yalan deyirlər, (məgər dost öz dostu ilə söhbətdən ləzzət almazmı?!).

    Biharul-ənvar /13/329.

    ***

    28-İmam Sadiq əleyhissalam buyurur:  Gecə namazını əldən vermə! Həqiqətən ziyankar o şəxsdir ki, gecə namazından məhrum olsun.

    Biharul-ənvar /83/127.

    ***

    29–İmam Sadiq əleyhissalam buyurur:  Rəsuli-əkrəm (s.ə.v.v.) Cəbrailə dedi:  Mənə nəsihət et. Cəbrail dedi:  Ey Məhəmməd, nə qədər istəsən yaşa, onsuz da axırda öləcəksən; hər nəyi istəsən sev, onsuz da onlardan ayrılacaqsan; hər nə istəyirsən əməl et, onsuz da onları görəcəksən. Mö`minin şərəfi gecə namazında, izzəti isə camaatın namus-qeyrətinə toxunmamaqdadır.

    Xisal /72.

    ***

    30–İmam Sadiq əleyhissalam buyurur:  Üç şey mö`minin fəxri, dünyada və axirətdə zinətidir:  Gecənin axırında namaz qılmaq, xalqın malına göz dikməmək, Məhəmməd (s.ə.v.v.) övladlarından olan İmamın vilayətini qəbul etmək. 

    Biharul-ənvar /75/107.

    ALLAHA İMAN VƏ ONUN RAZILIĞINI ƏLDƏ ETMƏK

    31–İmam Sadiq əleyhissalam buyurur:  Atam öz atasından belə nəql edir ki, kufəlilərdən bir nəfər Hüseyn ibni Əli əleyhissalama yazdı:  Ey mənim ağam, dünya və axirətin ən xeyirli əməli barəsində mənə xəbər ver. Həzrət cavabında yazdı:  Bismillahir-rəhmanir-rəhim. Amma sənin məsələnə gəldikdə isə, bilməlisən ki, həqiqətən hər kəs Allahın razılığını camaatın qəzəbi müqabilində əldə etmək istəsə, Allah onu camaatın işlərindən ehtiyacsız edər. Hər kəs camaatın razılığını Allahın qəzəbi müqabilində əldə etmək istəsə, Allah-taala o şəxsi camaata həvalə edər. Vəssalam.

    Biharul-ənvar /71/208.

    ***

    32–İmam Səccad əleyhissalam buyurur:  Hər kəs Allah-taalanın ona vacib etdiyi şeylərə əməl etsə, onda o, ən yaxşı insanlardandır.

    Kafi /2/81.

    ***

    33–İmam Sadiq əleyhissalam buyurur:  Hər kəs Allah xatirinə sevsə, Allah xatirinə nifrət eləsə və Allah xatirinə əta etsə, onda o, imanı kamil olan şəxslər sırasındadır.

    Kafi /2/124.

    ***

    34–İmam Həsən Əskəri əleyhissalam buyurur:  İki gözəl xüsusiyyət vardır ki, onlardan üstün xislət yoxdur:  Allaha iman və din qardaşlarına fayda çatdırmaq.

    Biharul-ənvar /17/218.

    TƏQVA VƏ ONA İLTİZAM VERMƏK

    35–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  İnsanları Cənnətə daxil edən şeylərin ən mühümü Allah qarşısında təqvalı olub gözəl əxlaqa malik olmaqdır.

    Biharul-ənvar /71/373.

    ***

    36–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Hər vaxt hər hansı bir işə başlamaq istəsən (əvvəlcə) onun axır-aqibəti barəsində fikirləş. Əgər onun sonu xeyir və inkişaf olarsa ardınca düş, amma fasid bir əməl olarsa ondan uzaq ol.

    Biharul-ənvar /77/130.

    ***

    37–İmam Sadiq əleyhissalamdan təqvanın təfsiri barəsində soruşdular, Həzrət buyurdu:  Təqva budur ki, Allah-taala səni, Özünün əmr etdiyi işlərdə və yerlərdə qaib, qadağan etdiyi yerlərdə isə hazır görməsin.

    Səfinətul-bihar /2/678.

    ***

    38–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Öz tayfa və qəbiləndəki əməlisaleh, möhtərəm bir şəxs qarşısında həya etdiyin kimi, Allah qarşısında da həya et.

    Müstədrəkul-vəsail /8/466.

    ***

    39–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Gözləri üsyankarlıq və şəhvət müqabilində yummaq necə də gözəl səddir.

    Ğürərul-hikəm /321.

    ***

    40–İmam Əli əleyhissalam, ibni Mülcəm (lə`nətullahi əleyh) tərəfindən zərbətlənərkən oğlu Həsən və Hüseynə xitabən buyurdu:  Sizə ilahi təqvanı tövsiyə edirəm. (Və tövsiyə edirəm ki,) dünya (malını) axtarmayın, hətta dünya sizin arxanızca gəlsə də. Əlinizdən gedən dünya malına əsla təəssüflənməyin. Haqq danışın, əcir və savab almaq üçün əməl edin, zalıma qarşı düşmən, məzlumlara isə kömək (arxa) olun.

    Nəhcül-bəlağə, 47-ci məktub.



    Источник: http://www.al-shia.com
    Категория: Hədislər | Добавил: media-islam (06.07.2008) | Автор: www.al-shia.com E W
    Просмотров: 8634 | Рейтинг: 4.0/9
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər