Çerşenbe axşamı, 19.03.2024, 11:28
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Qadın ve Aile

    CEMİYYETDE QADINLAR VE ONLARIN HÜQUQLARI (2ci hisse)

    QADININ ZİNƏTLƏNMƏSİ

    İmam Bağır (ə): “Qadının öz gözəlliyinə qarşı etinasız olması yaxşı hal deyildir. Heç olmasa boynuna bir boyunbağı assın. Heç olmasa əllərini azacıq da olsa həna ilə rəngləsin”

    İslam dini həmişə ərlə arvad arasında əlaqənin möhkəmlənməsi haqqında müxtəlif yollar tövsiyələr edibdir. Onlardan biri də qadının əri üçün zinətlənməsidir. Bu yolla qadın ərinin diqqətini özünə cəlb etsin. Kişi işdən yorğun halda evə qayıdanda evindəki xanımının çirkin geyimini görəndə onu çöldəki şeytanlara təfəf dəf etməməlidir. Elə olmamalıdır ki, soğandağ iyindən xanımından on metr uzaqda dursun. Indiki zamanda biz bunların əksini müşahidə edirik. Xanım evdə əyin başına fikir vermir soğandağ və ya tər iyindən əri ondan uzağa qaçır, amma çölə çıxanda ən gözəl paltarlarını geyinir, ətrafdakıların nəzərini özünə cəzb etmək üçün spesifik ətirlərdən istifadə edir. Nə üçün? Hətta bəzən əri heç onu tanımır. Buradan belə nəticə çıxır ki, onu ərindən çox başqalarının ona baxması maraqlandırır.

    KİŞİLƏR DƏ ZİNƏTLƏNMƏLİDİRLƏR

    Həsən ibni Cəhm: İmam Rza (ə)-ı gördüm saçını rəngləmişdi. Soruşdum ki, Sizə qurban olum saçınızı rəngləmisiniz?

    Buyurdu: Bəli, kişilərin özlərini zinətləndirmələri qadınların təmizliyinə səbəb olur. Qadınlar kişilərinin səliqəsizliyindən özlərinə zinət verməyi tərk edirlər. Sənin xoşuna gəlirmi xanımın səni pinti halda müşahidə etdiyi kimi səndə onu o cür pinti görəsən?

    Dedim: Xeyir.

    İmam Rza (ə): Elə ona görə mən saçlarımı rəngləmişəm. Təmizlik, ətirlənmək, saçın qaydaya salınması və qadınlarla çox yaxınlıq   peyğmbərlərin əxlaqlarındandır.                                                                    AİLƏ DƏYƏRLƏRİ

    Imam Sadiq (ə): “Rəsulullah (s) buyurub:- Hər kəs xanımına itaət etsə Allah-təala onu üzü üstə cəhənnəmin oduna atacaq” Ətrafdakılar soruşdular ki, hansı şeylərdə itaət etsə bu cür cəzalanacaq? Buyurdu:- Xanımı ondan ümumi hamama, əyyaş toy və şənlik məclislərinə, əza məclislərinə  getməyə icazə istəyə o da razılıq verə. Xanımı bədəni göstərən nazik paltar geyəndə onunla razılaşa”

    Ailə rəhbərliyi və  kişinin ailəyə dair olan məsuliyyətləri ona bu haqqı verir ki, xanımın evdən çıxmasına bəzi məhdudiyyətlər qoysun. Ailəsinin təhlükəsizliyini qorumaqdan ötrü bu məhdudiyyətləri icra etməyə onun haqqı vardır. Çünki bəzi məclislər fəsadın yaranması üçün yaxşı bir zəminədir. Xüsusilə indiki zamanda şadlıq evlərində keçirilən toy məclisləri buna bariz nümunədir. Demək olar ki, belə toy məclislərində şərab içməkdən gözləri xumarlanmış qeyrəti zəif olanlar nəinki naməhrəmləri hətta öz məhrəmlərini ehtiras hissi ilə süzməkdən həya etmirlər. Şərab onların ağıllarını başlarından çıxardığı üçün qabağında oturanın anası və ya bacısı olduğunun fərqinə varmır. İndi insafla deyək ailəsinin qeyrətini çəkən şəxs belə məclislərə xanımını və qizlarını apararmı? Kişi ailəsinin yükünü çiyninə götürdüyü üçün gərək ailədə elə rəftar etsin ki, ailəsinin rəhbərliyi və müdriyyəti əlindən çıxıb ailədə bacarıqsız və ixtiyarsıs bir fərdə çevrilməsin. Evin kişisi ailənin ağır yükünü çəkməkdən boyun qaçırmamalıdır. Ailənin idarə olunmasını xanımın öhdəsinə qoyan kişilər Əmirulmöminin (ə)-n kəlamında lənətləniblər. Allah-təala Qurani-kərimdə buyurur:“Ey iman gətirənlər! Yanacağı insan bədəni və yanar daşlar olan cəhənnəmdən özünüzü və ailənizi hifz edin”

    İmam Sadiq (ə): “Rəsulullahın zamanında ənsardan olan bir kişi səfərə gedəndə xanımına tapşırdı ki, mən səfərdən qayıdana qədər evdən çölə çıxmasın. Həmin xanımın atası bu əsnada xəstələndi. Xanım Rəsulullaha xəbər göndərdi ki, ərim səfərə gedəndə mənə tapşırıb ki, qayıdana qədər evdən çıxmayım. İndi atam xəstələnib. Ona baş çəkmək üçün mənə icazə verirsinizmi? Rəsulullah cavab göndərdi ki, evdə oturub ərininin göstərişinə tabe olsun. O xanımın atası vəfat etdi. Rəsulullaha xəbər göndərib atasının dəfninə getməyə icazə istədi. Rəsulullah ona evində oturub ərinin əmrinə tabe olmağı sifariş etdi. Xanımın atası torpağa tapşırılandan sonra xəbər göndərdi ki;- Allah-təala ərinə itaət etdiyin üçün səni və atanı öz rəhmətinə şamil edib”

    Rəvayət bizim üçün bir həyat proqramını tənzim edir. Mümkündür bəzilərinə bu rəvayətin hökmü çox ağır gəlsin. İnsafla deyək ki, çağdaş dünyamızda bəzi xanımların müxtəlif bəhanələrlə evdən çıxıb sonra da səsləri barlardan və ya restoranlardan gələndə naçar bu rəvayətin hökmü ilə razılaşırsan.                                                                                                                  İSLAMDAN SONRA ƏN BÖYÜK NEMƏT

    Rəsulullah (s): Müsəlman kişinin islamdan sonra nail olduğu ən böyük faydası müsəlman zövcəsidir. Elə bir zövcə ki, ona baxanda onun xoşhallığına səbəb olur. Ona göstəriş verəndə ona itaət edir. Evdən çıxanda onun malının və namusunun keşiyində durur. İshaq ibni Əmmar:-İmam Sadiq (ə)-dan soruşdum ki;- Qadının ərinin boynunda olan haqqı nədir, əgər onu yerinə yetirsə saleh insan olduğu məlum olar?

    İmam buyurdu: “Xanımın xərcini və geyimini ona layiq surətdə təmin etsin. Əgər xanımı bilməyərəkdən bir iş görsə onu əfv etsin. Atamın bir xanımı var idi, həmişə atamı incidirdi, amma atam onu bağışlayırdı”         İmam Sadiq (ə):- “Hər zaman arvad ərinə desə -mən sənin üzündən heç bir xeyir görməmişəm, onun əməlləri zay olacaq”  Yəni əgər xanım ərinə qarşı bu cür etinasız yanaşıb onu öz tikanlı sözləri ilə incitsə bu onun ərinin zəhmətinin qədrini bilmədiyini göstərmiş olur. Bu cür nankorluq onların aralarında soyuqluğun yaranmasına səbəb olacaq və xoşa gəlməz sonluqlarla nəticələnəcək.

    İmam Rza (ə) Əmirul möminindən (ə) nəql edib: “Sizin ən yaxşı qadınlarınız beş sifətə malikdirlər”  Əshab soruşdu ki, Ya Əmirul möminin o beş sifət hansılardır?

    Buyurdu: “1- ci yükü yüngül olsun yəni məhriyyəsi az olsun. 2-Xoş əxlaqlı olsun. 3- Müti və müvafiq olsun. 4- Əri əsəbiləşəndə ondan razı olmayınca gözlərinə yuxu getməsin. 5-Əri qayıb (yanında olmayanda) olanda onun qeyrətinin mühafizəçisi olsun.

    Rəsulullah (s): “Hər vaxt qadın dili ilə ərini incitsə əri ondan razı olana qədər Allah-təala onun heç bir tövbəsini, kəffarəsini və yaxşı əməlini qəbul etməyəcək. Baxmayaraq ki, o qadın gündüzlər oruc tutub gecələri ibadətə məşğul ola”       

    Əlbəttə əgər xanım vəzifəsinə əməl edib ərindən üzürxahlıq istəsə və əri hər dəlillə (adətən şəxsi mənafeyinə görə olur)  onu əfv etməkdən imtina edib narazı qaldığını bildirsə xanımın ondan artıq məsuliyyəti yoxdur. Amma əksinə xanım ərini incidib və ondan razılıq almaqdan imtina etsə bu surətdə onun yaxşı əməlləri Allah dərgahında qəbul olmaz.

    Rəsulullah (s): “Xanımların ən yaxşısı o kəslərdir ki, əgər qəzəblənsə və ya əri ona qəzəblənsə onda ərinə deyə- Əlimi əlinin içinə qoyuram, məndən razı qalmayınca gözümə yuxu getməyəcək” Çox mühümdür ki, ər ilə arvad arasında küdurət və əsəbiyyət yarananda biri digərinə özlərini bu cür göstərməyə çalışmasınlar ki, mənim sənə ehtiyacım yoxdur. Elə əsil bəla və ailə dağıntıları bu xislətlərin insanlar arasında yaranmasından başlanır. Əksinə çalışmalıdırlar aralarında biri digərinə qarşı göstərdikləri təqsirləri əfv etsinlər. Amma biri üzr istəyəndə digəri bunu onun üstündə olan qələbəsi kimi göstərməməlidir. Ağıllı olsa deyəcək ki, o gözəl əxlaqa malik olduğu üçün məni bağışlayır. 

    QADINLARIN CİHADI

    Əli (ə) buyurub : “Qadının cihadı onun ərinə layiqli həyat yoldaşı olmasıdır” Əgər vəzifəsinə agah olan bir qadın ailəsinin daxilində münasib fəza yaradıb özünün , ərinin və məxsusən uşaqlarının kamilliyə yetişməsində səy göstərsə ictimaiyyətin islah olmasında və onun fərdlərinin tərbiyə olmasında  onun bu fəaliyyətinin təsiri heç kəsdən gizli qalmaz. Həqiqətdə qadın ictimaiyyətin sair qüvvələrini fəaliyyətə gətirməkdə bir başa rol oynayır. Döyüş meydanında mücahidləri cuşa gətirməkdə əsas katalizatordur. Əlbəttə bu hədis o qadınlara şamil olur ki, onlar ismətli və iffətli olduqlarından Allah-təala onların südlərində möcüzə xarakteri qoyub. O cür südlə qidalanmış uşaqda Babək və Cavanşir qeyrəti olar. Amma əgər qadın ismətini və iffətini qorumasa onun südünün əsərindən siyəzən broyler toyuqları kimi erkəyi ilə dişisi arasında fərq olmayan övladlar dünyaya gələr.                                                                                                  HƏQİQİ CİHAD

    Ənsar qadınlarından (xatırladaq ki, Məkkədən Mədinəyə köç etmiş müsəlmanlara mühacirlər və Mədinədə Peyğəmbərə iman gətirənlərə isə ənsar deyilir) olan Əsma bintə Umeys Rəsulullah (s)-n yanına gəldi və ərz etdi:- Atam, anam sənə fəda olsun ya Rəsuləllah! Mən qadınlar tərəfindən sizin yanınıza göndərilmişəm, canım sizə fəda olsun! Mənim sizin yanınıza gəlmyimdən xəbərdar olan hər bir qadın sizə bildirmək istədiyim məsələdən xəbərdardır və mənimlə həm əqidədir. Sualım budur;- Allah-təala sizı kişlərə və qadınlara haqq peyğəmbəri kimi göndərib. Biz sizə və sizi göndərən Pərvərdigarınıza iman gətirmişik. Biz arvadlar evlərimizdə oturub sizin istəklərinizi yerinə yetiririk. Övladlarınızın yükünü çiyinlərimizdə çəkirik. Siz kişilər cümə və bayram namazlarında iştirak edirsiniz. Xəstələrə baş çəkib dəfn mərasimlərində iştirak edirsiniz. Daim həcc əməlləri əncam verirsiniz. Allah yolunda cihad etmək imkanınız olduğu üçün bizdən fəzilətlisiniz. Digər tərəfdən siz kişilərdən biri həcc və  ömrə  səfərinə gedəndə və ya sərhədləri qorumaq üçün evdən çıxanda biz mallarınızı sizin üçün qoruyuruq. Sizə paltar toxuyub övladlarınızı tərbiyyə edirik. Ya Rəsuləllah bu işləri görməklə biz Allah yanında sizinlə savab və mükafat almaqda nə dərəcədə şərikik?        Rəsulullah mübarək üzünü əshaba tutub buyurdu:- İndiyə qədər öz dini haqqında soruşan qadınlar arasında bu qadının sualından yaxşı sual eşitmisinizmi?

    Əshab dedi: Ya Rəsuləllah biz indiyə qədər güman etmirdik ki, qadın bu şeylər haqqında düşünə?

    Rəsulullah üzünü qadına tutub buyurdu:- Ey Əsma səni göndərən xanımların yanına qayıt və onlara de ki, sizlərdən hər biriniz əri ilə xoş rəftar edib onun razılığını qazanmaq üçün çalışsa və ərinə tabe olub onunla müvafiq olsa kişilərin bütün əməllərində və fəzilətlərində onlarla şərik olacaq.              

    Əsma bintə Umeys bu xoş xəbərdən sevinərək təkbir deyə-deyə geri qayıtdı.

    Hədis məna etibarı ilə bir həyat konsepsiyasını ehtiva edir. Amma mənası heç o deyil ki, qadınların işi daim evdə oturub ev işləri ilə məşğul olmaqdır. Bəli onlar vilayət rəhbəliyi öhdəsində olan şəxsə müraciət etməklə müşküllərini həll etmək hüquqlarına malikdirlər. İslamın qadınlar üçün bəyəndiyi əsas vəzifə onların ailənin daxili işləri ilə məşğul olmağı yaddan çıxarmamaqdır. Rəvayətdən göründüyü kimi Peyğəmbər (s)-n qadınlara etdiyi tövsiyə vaciblik dərəcəsində olduğunu söyləmədi. Peyğəmbərin göstərişi müsəlmanların həmin tövsiyələrə əməl etdikləri halda sağlam bir cəmiyyətin yaranacağına bir zəminə olduğunu xəbər verir. Qadınlar müəyyən səbəblərə görə cihaddan və onun kimi bəzi işlərdən məhrumdurlar. Amma islam bu məhrumiyyətləri digər məziyyətlərlə əvəz etdiyinə görə bəzən qadınlar hətta cihaddan da artıq dərəcədə savaba nail olurlar. Məsələn cəmiyyətə layiqli övlad tərbiyə edib təhvil vermək.                                                                                                                                              QADINLARIN ƏN YAXŞILARI   

    Rəsulullah (s): “Qadınların ən yaxşısı çox uşaq dünyaya gətirib ərini sevənlərdir. Həyalı və iffətliləridir. Qohumları arasında əziz olub ərinin müqabilində ramdır. Yadlardan özünü qoruyandır. Ərini eşidib ona itaət edəndir. Ərinin istəklərini hər zaman yerinə yetirəndir” Amma bəzi qadınlar özlərini yadlardan qorumaq nədir xiyabanlara çıxanda elə paltarlar geyib ətirlərdən istifadə edirlər ki, zorla ətrafdakıları özlərinə tərəf cəzb edirlər. Bəzən bu cür şəhvəti təhrik edən paltar geymiş qadınların “ərləri” də onların yanında tovuz quşu kimi əda çıxaran halda yol gedir. Fransanın indiki baş naziri Hikola Sarkazi kimi axırda da arvadı məşuqu ilə qaçıb.

    QADININ QİYMƏTİ YOXDUR

    Imam Sadiq (ə): “Qadının qiyməti yoxdur, nə saleh qadının və nə də nasaleh (zay)  qadının. Amma saleh qadınların qiyməti nə qızıl və nə də gümüşlə ölçüyə gəlməz. Çünki onlar qızıldan və gümüşdən qiymətlidirlər. Amma nasaleh qadınlar torpaq da onlar üçün qiymət ola bilməz. Çünki torpaq onlardan qiymətlidir” Hədis sübut edir ki, qadının dəyəri mənəvi dəyərlərə bağlılığı ilə ölçülür. Maddi vasitələrlə qadının qiyməti ölçülə bilməz. Təbiidir ki, cəmiyyətdə müsbət təsir qoya bilən hər bir ünsür eyni dərəcədə cəmiyyəti pozğunluğa və mənəviyyatsızlığa çəkməyə qadirdir.

    İmam Sadiq (ə): “Özü ilə xanımı arasında gözəl əlaqə yaratmış kişiyə Allah rəhmət etsin. Çünki Allah qadının ixtiyarını ona verib. Onu xanımın qəyyumu qərar verib”

    İmam Sadiq (ə) atası İmam Bağır (ə)-dan nəql edib:- “Əli ilə Fatimə ev işləri haqqında Rəsulullahdan göstəriş istədilər. Rəsulullah Fatiməyə ev işlərini, Əliyə çöl işlərini görməyi həvalə etdi. Fatimə dedi:- Rəsulullahın kişilərin yükünü məndən uzaqlaşdırmaqla məni nə qədər xoş hal etdiyi fəqət Allaha məlumdur” Görəsən Fatimənin xoş hal olmasına səbəb nə idi? Adətən çöl işlərində insan müxtəlif adamlarla təmasda olmaq məcburiyyətində olur. Bu əsnada bəzən təmasda olduğu adamlar arasında daxilən xəstə və çürük insanlara da rast gəlinir ki, onlar hətta qadınların ayaq səslərindən belə şəhvətə gəlirlər. Məhz bu fitnələrdən uzaq olmaq hər bir pak insanın arzusudur. Bəli qəbul edirik ki, elə qadınların da bəziləri daxilən bu mərəzə mübtəladırlar. Kənardakıların onlara baxmasından və onların bədənlərinə toxunmalarından həzz alırlar.

    Əli (ə) oğlu imam Həsən (ə)-a buyurub: “Qadına ona aid olmayan şelərdə ixtiyar vermə. Çünki qadın reyhandır qəhrəman deyil ki, evin rəhbərliyini onun öhdəsində qoyasan. Ona layiq olduğu dərəcədən artıq ehtiram etmə. Ona başqaları üçün vasitəçilik etmək imkanı vermə”     Bəli hədis dəqiq olaraq bizim üçün həyat proqramını təyin edir. Qadın möhkəm alınmaz bir qala deyil. Onun həyatda yerini tanımaq lazımdır. Çünki qadın barəsində bəzi ifrat atifələr böyük bəlaların meydana çıxmasına səbəb olur. Statistikaya əsasən Avropada idarələrdə, şirkətlərdə işləyən qadınların 80% elə iş yerlərində bir və bəzən də bir neçə məşuqla görüşürlər. Təqribən hər 10 ərli qadının səkkizinin məşuqu var. Bir saleh qadın min nasaleh kişidən yaxşıdır. İmam Sadiq (ə):-“Bir saleh qadın min nasaleh kişidən yaxşıdır. Hər bir xanım ərinə yeddi gün xidmət etsə Allah-təala  cəhənnəm odunun yeddi qapsını onun üzünə bağlayıb cənnətin səkkiz qapısını onun üçün açacaq. Hansı qapıdan istəsə cənnətə daxil olar”

    İLAHİ XİDMƏTÇİ

    İmam Sadiq (ə):“Ən yaxşı qadınlarınız, xoş iyi və mətbəx işində bacarıqlı əli olanlardır. Həmin xanımlar xərcləyəndə lazımi qədər xərcləyərlər və israfçılıqdan əl saxlayarlar. Bu cür qadınlar Allah xidmətçiləridirlər. Onlar nakam, naümid və peşiman olmazlar”

    “Hər bir qadın ərinə bir içim su versə onun savabı bir il ibadətdən- gündüzlər oruc tutub gecələr namaz qılmaqdan- əfzəldir. Verdiyi hər içim suya görə Allah cənnətdə onun üçün bir şəhər salacaq və altımış günahını bağışlayacaq”

     Qadın evdə uşaqları və ərinə göstərdiyi xidmətə görə Allahın razılığını əldə etməsi və evdəki xidmətləri ilə Allah dərgahında özünün layiqli bəndəliyini sübuta yetirir. Digər tərəfdən xanımın evdə çəkdiyi zəhmətləri onun məcburi vəzifəsi deyil, bu qarşılıqlı anlaşmaları onlar üçün həyatda çox mühüm bir addımdır. Bu məsələyə diqqət etmək lazımdır ki, müqəddəs şəriətdə ev işlərini görmək qadının borcu deyil. Əgər xanım ev işlərini  könüllü edirsə əri onun fədakarlığına və qadının ona göstərdiyi ehtirama görə əlindən öpməli və minnətdarlıq bildirməlidir. Əks təqdirdə ər xanımı ev işlərini görməyə məcbur edə biməz. Şeyx Səduq (rəh): Rəsulullahın yanına bir kişi gəlib dedi:- Ya Rəsuləllah mən evə daxil olanda xanımım mənim istiqbalıma çıxır, evdən çıxanda məni müşayət edib yola salır. Məni qəmgin görəndə soruşur: Niyə qəmlisən? Əgər ailəmizin xərcinə görə narahatsansa onu Allah öhdəsinə götürüb. Əgər axirətə görə narahatsansa Allah qəmini bir az da artırsın.

    Rəsulullah (s) buyurdu: “Allahın insanlar arasında xidmətçiləri var. Bu qadın da həmin xidmətçilərdəndir. Onun mükafatı şəhidin mükafatının yarısı qədərdir”

    Həqiqətən ərinin maddi, mənəvi və axirət işlərində narahatçılığını aradan qaldırmağa çalışan qadın Allahın xidmətçiləridirlər. Amma insan həyatda bütün qadınların bu cür olmasını arzulasa, bu çox çətin bir işdir. Çünki bu cür ləyaqətli xanımların yetişməsi ləyaqətli ailələrdən asılıdır. Təəssüflər olsun ki, belə insanların azlığı hər zaman özləni biruzə verir.

    İslamın qadına verdiyi hüquqlardan  xəbərdar olmayanlar, daxilən islama qarşı qərəzli mövqedə duranlar və o həmçinin əyyaş həyat tərzinə aludə olanlar mənfi niyyətlərini həyata keçirmək üçün daim islamda qadınları heç bir hüquqa malik olmayan bir məxluq kimi tanıtdırmağa çalışırlar.

    QADININ ZƏHMƏTİ VƏ İLAHİ MƏRHƏMƏT

    İmam Sadiq (ə): Ummu Sələmə Rəsulullahdan ərinə xidmət edən qadının fəziləti haqqında soruşanda o həzrət buyurdu:- Hər qadın ərinin evində təmizlik məqsədi ilə bir şeyi yerdən qaldırıb lazımi yerdə qoydu Allah ona nəzər salacaq və hər kəsə Allah nəzər salsa ona qiyamətdə əzab ve  rməyəcək”.

    Ummu sələmə dedi:- Atam anam sənə fəda olsun biçarə qadınlara veriləcək savab və mükafatlar haqqında bir az çox danış.

    Rəsulullah buyurdu: Ey Ummu Sələmə qadın hamilə olanda onun əcri Allah yolunda canı və malı ilə cihad edənin əcrinə bərabərdir. Doğduqdan sonra ona deyilir, günahların bağışlandı və işini əvvəldən başla. Hər dəfə uşağa süd verdiyinə görə İbrahim övladlarından bir bəndəni azad etməyin savabı ona verilir”               

    Rəsulullah (s): “Agah olun! Ərinin imkanını nəzərə almayıb onu qüdrəti çatmayan işlərə məcbur edən qadının heç bir yaxşı əməli Allah dərgahında qəbul olmayacaq. Qiyamətin günündə Allahı ona qəzəblənmiş halda mulaqat edəcək”

    Ər onların birgə yaşayışının tələblərini yerinə yetirdiyi halda qadın əgər ərinin qazancını nəzərə alsa və onu az qazanmaqla məzəmmət etməsə bu zaman qarşılıqlı anlaşmaya səbəb olacaq. Bununla ailədəki mehribançılığın təməli yaranmış olacaqdır.      

    ƏR İLƏ ARVAD ARASINDA QRŞILIQLI ANLAŞMA OLMALIDIR

    İmam Sadiq (ə):- “Həzrət İbrahim xanımı Saranın davranışından  Allaha şikayətləndi. Allah-təala ona vəhy göndərdi ki;- Qadın əyri qabırğa sümüyü kimi bir şeydir. Əgər onu düzəltmək istəsən sındırmış olarsan. Əgər onu öz başına buraxsan ondan istifadə etmiş olarsan. Ona görə də səbr et”  Ravi hədisin kim tərəfindən nəql olunduğunu soruşanda imam narahat oldu və and içdi:- “And olsun Allaha bu Rəsulullahın buyurduğudur”  Rəvayətdə Əgər onu öz başına buraxsan” deməkdə məqsəd o demək deyil ki, qadını öz başına burax, küçə bacada dolanıb əxlaqi dəyərlərə zidd hərəkətlərə yol versin. Məqsəd qadının bəd davranışlarına görə maksimum dərəcədə ailənin dağılmaması xatirinə səbr etmək ən pis halda isə islah olmayan təqdirdə ondan əl çəkməkdir. Əyri bitmiş ağacı düzəltmək mümkün olmadığı kimi zatən xarab olan qadını təzədən tərbiyə etməyə çalışmaq ömürü hədər etməyə səbəb olar. Digər tərəfdən müəyyən dərəcədə qadını öz halına buraxmaq da lazımdır. Qadının özünə aid olan məsələlərinə ərinin müdaxilə etməsi lazım deyil.

    İmam Sadiq (ə)-dan Allah-təalanın bu kəlamı “Özünüzü və yaxınlarınızı cəhənnəmin odundan qoruyun ki, onun yanacağı insan bədəni və daşlardır haqqında sual etdilər ki, yaxınlarımızı necə cəhənnəm odundan qoruyaüq? İmam buyurdu:- “Onlara əmr be məruf və nəhy əz münkər edin”  Səhabələr dedilər ki;- “Biz onlara əmr be məruf və nəhy əz münkər edirik, amma onlar qəbul etmirlər”

    İmam buyurdu: “Siz onlara əmr be məruf vənəhy əz münkər edəndən sonra öhdənizdə olan  vəzifənizə əməl etmisiniz ”

     Rəsulullah (s): “Allah-təala Davud (ə)-n bəlaların və çətinliklərin müqabilində göstərdiyi səbrinə görə ona verdiyi savabı zövcəsinin bəd əxlaqının müqabilində səbr edən kişiyə verər. Ərinin bəd əxlaqı müqabilində səbr edən qadına Allah-təala dünyanın dörd məşhur qadınlarından biri olan Asyanın savabı qədər ona savab verəcək    
     
     Elman İbadov tel: 055-752-27-40, 050-250-20-05:  email:   kerrar@mail.ru    
    Media-islam.Com


    Другие материалы по теме
    Категория: Qadın ve Aile | Добавил: iravani (15.06.2008)
    Просмотров: 4244 | Рейтинг: 1.5/2
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər