Faydalı məsləhətlər (8) - Qadın ve Aile - Meqaleler kataloqu - ....::İslam::....
Şenbe, 10.12.2016, 22:29
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6769
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Qadın ve Aile

    Faydalı məsləhətlər (8)
    Faydalı məsləhətlər (8)
    Bilirsinizmi?...

    • Bıçaqları çəngəl və qaşıqlardan ayrı saxlamaq lazımdır, çünki bıçaqlar başqa metala dəydikdə kütləşir.
         • Bıçağı isti sobanın üstündə saxlamaq olmaz, istidən bıçağın ağzı qızır, polad möhkəmliyini və elastikliyini itirir.
         • Taxta dəstəkli bıçaq və çəngəlləri isti suda çox saxlamaq olmaz. Çünki istidən metal və taxtanı yapışdıran yapışqan əriyir.
         • Bıçaq və çəngəlləri limon şirəsi ilə silmək məsləhət görülür.
         • Ət maşınını yuyandan sonra isti yerdə saxlayanda bıçağı kütləşir.
         • Büllur qabları yuyandan sonra onları kağız salfetlə silmək lazımdır. Çünki dəsmalla siləndə üstündə xovu qalır.
         • Şüşə butulka və qrafinləri yumaq üçün içinə ya xırda doğranmış kartof, ya əzilmiş yumurta qabığı, ya da qəzet parçaları tökmək lazımdır. Butulka, ya da qrafin bərk çalxalandıqdan sonra təmiz su ilə yuyulmalıdır.
         • Çini qabları istifadə etməmişdən qabaq bir neçə saatlığa soyuq suya qoyub, sonra isti su ilə yaxalayın. Belə etdikdə, çini qablar möhkəm olur.
         • Qızılı suya çəkilmiş çini qabları soda ilə yumaq olmaz. Belə etdikdə, qabın rəngi gedər.
         • Saxsı qablardakı çatlamış yerləri tutmaq üçün qabın içinə bir neçə parça qənd salıb, onu bərk odun üstünə qoymaq lazımdır. Belə ki, qəndin əriməsindən əmələ gələn şirə axıb bütün çatlamış yerləri tutur və quruyandan sonra bərk kütləyə çevrilir. Nəticədə, həmin qabdan yenə də istifadə etmək olar.
    Категория: Qadın ve Aile | Добавил: media-islam (18.09.2008)
    Просмотров: 2674 | Рейтинг: 3.2/6
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər