Cüme axşamı, 28.03.2024, 19:53
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Tarix

    Masonluq (2)
    Masonluğun sistemi

     

    Ümumdünya mason ordeninin son məqsədi cəmiyyətin və ayrı-ayrı fərdlərin mənəvi, zehni və fiziki inkişafına təsir göstərib, millətlər, dinlər arasındakı fərqi silmək və dünya hökmranlığına, Astrey şahlığına nail olmaqdır. Bu məqsədə çatmaq üçün masonlar yorulmadan, səbr və təmkinlə əsrlər boyu iş aparırlar. Onlar bənnalar kimi, kələ-kötür daşı yonub lazımı formaya saldıqdan sonra onu çar Salamonun məbədinin divarına düzməklə, məbədin tikintisində iştirak edirlər.

     

    Masonluqda bütün qollar, forma və iş qaydaları sistem adlanır. Sistemə masonluğun iş qaydaları, lojalar, Şərq, konstitusiya, rituallar, simvollar, mason dili, masonluğa qəbul qaydaları və sair daxildir. Sistemdəki müxtəlifliyə baxmayaraq, terminlər, dil, simfollar, quruluşun əsasları bütün mason təşkilatları üçün eynidir.

     Loja - Mason qardaşların yığışıb, iş apardıqları binaya deyilir. Loja həmçinin qardaşlıq ittifaqına da deyilir. Konkret olaraq, hər bir mason müvafiq lojanın üzvü olur. Lojaları fərqləndirmək üçün onlara müvafiq adlar verilir. Məsələn: Müqəddəs Georgi,  Moisey, Oziris, Laton, Astrey, Böyük Şərq və s. adlarda mason lojaları fəaliyyət göstəriblər.

    Çox vaxt lojalara görkəmli masonların adları da verilir. Bu yaxınlarda məşhur Rus masonu Novikovun adına Moskovada yeni loja açılıb.

     

    Lojanın işi. Lojanın işinə müxtəlif mərasimlər, məsələn: masonluğa qəbul mərasimi, yeni lojaların yaradılması mərasimi, masonların yüksək dərəcələrə keçirilməsi mərasimi, mason ziyafətlərinin keçirilməsi mərasimi və s. aiddir.

     Şərq - Yüksək idarə etməyə deyilir. Masonluğun əsası şərqlə bağlıdır. Şərq qədim müdrikliyin əsası sayılır. Masonluğun fəaliyyət pirinsipləri qədim şərqdə fəaliyyət göstərən sufizm, dərviş ordenlərinin pirinsipinə uyğun gəlir. Bu prinsiplər məxfilik, alleqoriya, mistika, özünütərbiyə və özünü təkmilləşdirmədə və s. özünü göstərir.

    Konstitusiya. Lojaların yaradılmasına əsas verən şəhadətnamə nəzərdə tutulur.

    Şəhadətnamə yeni yaradılan lojalara yuxarı lojalar (məsələn, Ingiltərə böyük şərq lojası) tərəfindən verilir. Əks halda yeni yaranan loja qanunsuz və özbaşına yaranmış hesab olunur.

     

    Ümumiyyətlə masonluğun və lojaların işinin idarə olunması konstitusiyaya əsasən aparılır. Ilk konstitusiya kimi, 1722-ci ildə C. Anderson və sonra 1782-ci ildə Vilhemsbad konstitusiyası yaranıb.

     Masonluğun qolları. Masonluq dərəcə, mərasim və simvollara görə, qədim tarixi ənənəyə görə, müntəzəm (daimi), qeyri müntəzəm və simvolik qollara ayrılır.

    Müntəzəm masonluq özünü mason adlandıranların əksəriyyətini təşkil edir. Müntəzəm masonluğu fərqləndirən cəhət onların mason qanunlarına ciddi əməl etmələridir. Müntəzəm masonlar ancaq Kainatın Ulu Memarına tapınır, ancaq onu qəbul edirlər. Müntəzəm masonlar mason ordeninə qadınları qəbul etmirlər. Müntəzəm masonluq ali hüquqi-ərazi prinsipi üzrə təşkil olunur. Onun fəaliyyət göstərdiyi ərazilərdə başqa mason lojaları yaradıla bilməz. Nizami böyük lojalar bir-birini tanıyır, qəbul edir və birbaşa əlaqə saxlayırlar. Nizami Böyük Lojalara qəbul olunan mason qardaş öz dərəcəsinə uyğun olaraq lojanın işində iştirak edir. Müntəzəm masonluq universal ümumdünya qardaşlıq təşkilatıdır ki, daim əlaqədə fəaliyyət göstərirlər. Ümumdünya nizami masonluğu 100-dən çox böyük lojanı birləşdirib.

     

    Qeyri müntəzəm masonluq mason ənənələrinə, mərasimlərinə tam əməl etməyən, ümumdünya masonluğunun tərkib hissəsi olmayan mason lojaları sayılır. Qeyri müntəzəm mason lojaları masonluq ənənələrinə və qanunlarına tam əməl etmədiyi üçün qədim masonluqla bağlılıq qırılır. Qeyri mason lojalarına qadınların qəbuluna və siyasətlə məşğul olmağa yol verilir.

     

    Simvolik masonluq. Masonluğun bu qolu masonluğun ən qədim hissəsidir və üç dərəcədən ibarətdir. Bu üç dərəcə şagird, usta köməkçisi və usta dərəcəsidir. Simvolik masonlar lojalarda, həmin lojalar isə ərazi prinsipinə görə Böyük Lojalarda birləşirlər. Simvolik masonluq sonralar yaradılmış müxtəlif masonluq üçün baza rolunu oynayır. Bunlardan ən məşhur qurumlar Şotland və Yok nizamnamələridir. Simvolik masonluğun bu qurumlara tabeliyi yoxdur. Müstəqil faliyyət göstərir, onlarla yaxşı münasibət şəraitində işləyir.

     

    Masonluğa qəbul qaydaları. Masonluğa qəbul mərasimi xüsusi əhəmiyyət kəsb edir və masonluğun davamlı fəaliyyətini nizama salır. Masonluğa qəbul şərtləri müxtəlif olur. Mason lojalarının hərəsi özünə məxsus ənənələr və mərasimlər əsasında masonluğa yeni üzvüləri qəbul edirlər. Masonluğa qəbul olunanların yaş həddi 21 yaşdan yuxarı olmalıdır. Mason uşaqları üçün lazımı hədd 18 yaş nəzərdə tutulur. Müntəzəm masonluğa ancaq kişiləri qəbul edirlər.

     Masonluq simvolları. Mason simvolları masonlar üçün böyük məna və əhəmiyyət kəsb edir. Mason simvolları sir və gizlilik rəmzidir. Zahirən adi adam üçün heç bir məna daşımayan simvol masonlara dərəcələrindən asılı olaraq, çox şey ifa edir. Memar Sinan yazır: "Masonluq - bir tərəfi alleqoriya pərdəsi arxasında gizlənən simvollarla təfsir edilən əxlaq sistemidir. Loja içində dilsiz, sözsüz, hətta tozlanmış nişanların mənasını incələmək və bu surətlə həqiqətləri meydana çıxarmaq masonların əsas vəzifələrindən biridir. Yəni masonluq sistemi ilə, alleqoriliyi ilə, simvolları ilə nə öyrənmək istədiyi haqqında bilgidir."

    Biz gündəlik həyatımızda, televiziya verilişlərində, mətbuat səhifələrində, reklamlarda çoxlu mason simvollarına rast gəlirik. Lakin masonluq haqqında biliyimiz olmadığından, onların mənasını bilmirik. Masonlar isə usta dərəcələrindən asılı olaraq, onları başa düşür, işlərini və vəzifələrini qururlar.

     

    Son vaxtlarda - 2000-ci ilin əvvəllərində, qeyri dövlət televiziya kanallarında, bəzi qəzet səhifələridə göz şəklini tez-tez göstərirlər. Sən demə, göz şəkli mason simvollarının ən önəmlisidir. Göz şəkli kainatın Ulu Memarının işıq saçan və hər şeyi görən gözünün simvoludur. Amerikanın bir dollarlıq əskinasında, üçkünc sütunun yuxarı küncündə göz şəkli əks etdirilib. Amerikada azad qadın heykəlinin başında yeddiqollu şamdan vardır. Yeddiqollu şamdan yəhudi masonlarının ən önəmli simvollarından biridir. Yeddiqollu şamdan israil parlamentinin nişanıdır. Ingilis masonları onu israil parlamentinə hədiyyə vermişlər. Bütün bunlar bir daha göstərir ki, Amerikanın əsasını masonlar qoymuşlar. Bir çox ölkələrin küçə və meydanlarında istifadə olunan reklamlarda tac, aslan, yeddiqollu şamdan, zeytun çələngi və s. kimi simvollara rast gəlmək olur.

     

    Üçkünc sütun və göz. Masonların ən önəmli simvolu, Kainatın Ulu Memarının işıq saçan gözüdür. Üçkünc sütun masonların dünya imperiya quruluşunun rəmzidir.

     

    Beşgüşəli ulduz. Masonların planetin beş güşəsində yaşayan bənna qardaşları ilə əlaqəsini əks etdirən simvoldur. Davud peyğəmbərin möhürü kimi də dəyərləndirilir. Ümumdünya masonluğunun ümumi simvoludur.

     

    Altıguşəli ulduz. Ümumdünya masonluğunun böyük dövlət möhürü. Israil dövlət bayrağında əks etdirilib.

     

    Ay və günəş. Günəş kainatın Ulu Memarının gözüdür. Hər şeyi görür. Dairə təkərliliklə, hərəkətlə bağlıdır. Ay ən önəmli simvollardan biridir. Ay təbabətlə bağlıdır, bolluğu, təbabətin zənginliyini ifadə edir.

     

    Yeddiqollu şamdan. Mason məbədinin ülvi atəşidir. Usta mason dərəcəsində yeddiqollu şamdan əsası şərtdir. Amerikada azad qadın heykəlinin başında yeddiqollu şamdan durur. Amerika azadlıq simvolu olan azad qadın heykəlini XVIII əsrdə Fransa masonları Amerikaya hədiyyə etmişlər. Israil parlamentinin əsas emblemidir. Israil parlamentinə yeddiqollu şamdanı ingilis parlamenti hədiyyə etmişdir. 2000-ci ilin ortalarında Bakının küçəvə meydanlarında "Dream" siqaretinin reklamında əks olunmuşdur. Sonradan reklam haqqında qanunun tələblərinə əsasən yığışdırılmışdır.

     

    Aslan. Yeni qurulan gənc Israil dövlətinin emblemidir. Altıguşəli ulduzun içində şaha qalxmış aslan vardır. Sionist konqresinin emblemidir. Belçika Böyük Mason lojasının emblemində aslan vardır.

     

    Toxmaq və çəkic. Mason simvolları arasında toxmaq önəmli yer tutur. Amerikanın ilk prezidenti C. Vaşinqtonun əlində toxmaqla çəkic tutub və mason libasında heykəli vardır.

     

    Tac. Ümumdünya yəhudi krallığı simvoludur.

     

    Sümük və kəllə. Ölüm rəmzidir (mason sirrini açanlar və masonluğu tərk edən yüksək dərəcəli masonlar üçün). Amerikanın YEL universitetində qədimdən "sümük və kəllə" lojası fəaliyyət göstərir.

     

    Iki sütun. Iki sütun masonların təməl simvollarından biridir. Iki sütun Y və B mövcuddur. Yaxın və Boğaz sütunları lojanın girişində qoyulur, Y və B həriflri ilə işarə olunur və çoxalma, artma siyasətini simvolizə edirlər. Məbədin girişində qoyulur. Şotland viskisinin etiketində vardır.

     

    Mason simvolları çoxdur. Onlardan göyərçin, ilan, zınqırov, üç sütun və s. Göstərmək olar. Mason simvollarının hər birinin öz mənası vardır. Bütün bunlar masonların usta dərəcələrinə uyğun tətbiq edilir.

     "Masonluq-dünyanı idarə edən qüvvə" əsərindən
    Категория: Tarix | Добавил: media-islam (23.09.2008)
    Просмотров: 2834 | Рейтинг: 3.6/5
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər