Şenbe, 20.04.2024, 17:00
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Bölmələr
    Eqaid [1]
    Exlaq [1]
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini dersler » Exlaq

    Emr be meruf nehy ez munker

    Mənbə: ”Fiqh təlimi” dərsliyi. (46-cı dərs-“Əmr be məruf və nəhy əz munkər)

    Müəlliflər: Dürdanə Cəfərli,Mehriban Sultanova

     

     

    “İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir dəstə olsun! Bunlar (bu dəstə) ,həqiqətən,nicat tapmış şəxslərdir.” (“Ali-İmran” surəsi, ayə 104)

     

    Hər bir insan yaşadığı cəmiyyətdə başqalarının yaxşı və pis işlərinə görə məsuliyyət daşıyır.Belə ki, İslamda hər hansı şəxs tərəfindən vacib bir əməl yerinə yetirilmədikdə, yaxud haram bir iş görüldükdə bunun müqabilində susmaq düzgün deyil.Cəmiyyətin bütün fərdləri vacib əməllərin yerinə yetirilməsi və haramın isə qarşısının alınması  üçün çalışmalıdır.Bu işə “əmr be məruf” və “nəhy əz münkər” deyilir.Yəni “əmr be məruf”- yaxşı işlərə dəvətdir, “nəhy əz munkər”-pis işlərdən çəkindirmədir.

    1) Əmr be məruf və nəhy əz munkər vacibi-kifaidir, yəni əgər mükəlləf şəxslərdən bəziləri ona əməl etsələr, başqalarının boynundan götürülər.(Fazil Lənkərani-T.m, məs:2862)

     

    Əmr be məruf və nəhy əz munkərin vacib olma şərtləri.

    (Fazil Lənkərani-T.m,məs:2866)

     

    1)Əmr be məruf nəhy əz munkər etmək istəyən şəxs hansı işlərin haram və hansı əməllərin vacib olduğunu bilməlidir.Deməli, məruf və munkəri təyin edə bilməyən şəxsə əmr be məruf və nəhy əz munkər vacib deyil.

    2)Əmr və nəhyinin təsirli olacağını ehtimal verməlidir.Deməli ,əgər təsir etməyəcəyini bilsə,vacib deyil.

    3)Günahkar şəxsin öz günah işini təkrar edəcəyini bilsə, yaxud əmin olsa.Deməli, əgər təkrar etməyəcəyini bilsə, yaxud güman etsə və ya əsaslı bir ehtimal versə, vacib deyil.

    4)Onun əmr və nəhy etməsindən fəsad yaranmasın.Deməli, əgər əmr və nəhy edəcəyi təqdirdə canına,irs-namusuna, heysiyyətinə ,malına nəzərə çarpacaq dərəcədə zərər dəyəcəyini bilsə,yaxud güman etsə, vacib deyil.

     

     

    Əmr be məruf və nəhy əz munkərin dərəcələri

     

    Birinci dərəcə:Günahkar şəxs ilə elə rəftar olunmalıdır ki, günah iş gördüyünə görə ona qarşı bu cür rəftar olunduğunu başa düşsün.Məsələn; əgər bu cür rəftarın müxtəlif dərəcələri olsa,yüngül , nisbətən sadə dərəcənin təsirli olmasını ehtimal verdiyi halda ,elə onunla kifayətlənməlidir.

    Misal; 1) Ondan üz döndərsin, yaxud üz-gözünü turşudan halda onunla görüşsün,yaxud onunla yoldaşlığı tərk edib ondan üz döndərsin. (Fazil Lənkərani-T.m,məs:2872)

    Misal;2) Əgər onunla danışmamaqla (küsməklə) məqsədinə çatacağına ehtimal versə, elə bu qədərlə kifayətlənməli, ondan yuxarı  olan dərəcələrə  əməl etməməlidir, xüsusilə də bu cür rəftar günah edən şəxsə qarşı hörmətsizlik etmiş olarsa. (Fazil Lənkərani-T.m,məs:2873)

     

    İkinci dərəcə:Sözlə əmr be məruf və nəhy əz munkər etmək.Əgər bir kəs moizə və öyüd-nəsihətlə günahkarın  günahı tərk edəcəyini  ehtimal versə, həmin miqdarla kifayətlənməli, həmin həddən keçməməlidir. (Fazil Lənkərani-T.m,məs:2876)

    Əgər nəsihətin təsirli olmayacağını bilsə, kobud danışıqdan və müxalifət edəcəyi halda təhdid etməkdən başqa yol qalmazsa, bu işləri etmək lazımdır, amma yalan və günahlardan çəkinməlidir. (Fazil Lənkərani-T.m,məs:2877)

     

    Üçüncü dərəcə:Zor gücünə əl atmaq.Deməli, əgər vacibi yerinə yetirməyi, haramı tərk etməyi yalnız zor gücünə edəcəyini bilsə,yaxud əmin olsa, bu işi etməsi vacibdir,amma lazım olan həddi aşmamlıdır.(Sistani- “Tovzihul məsaile mərace” ,cild 2, səh 640;  Fazil Lənkərani-T.m,məs:2880)

     

     

    Müsəlmanların vəliyyi-əmri Həzrəti Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei

    “Əcvibətül-istiftaat”(Şəri suallara cavablar,ibadət bölməsi)

     

    Sual: 1083 Başqalarına əmr be məruf və nəhy əz munkər etmək istəyən şəxsin bu iş üçün qüdrətinin olması vacibdirmi? Ona nə vaxt əmr be məruf və nəhy əz munkər  etmək vacibdir,

    Cavab: Əmr və nəhy edən şəxsə vacibdir ki, yaxşı və pis işləri tanısın, həmçinin, o, bilməlidir ki, qarşı tərəf də o işləri bilir və bununla yanaşı ,şəri cəhətdən üzürsüz və bilərəkdən qarşı çıxır.Eləcə də vacibdir ki, əmr be məruf və nəhy əz munkər edən şəxs qarşı tərəfə təsir etmək ehtimalı olduqda bu işə qoşulsun.Həmçinin, əmr be məruf və nəhy əz munkərin əhəmiyyəti ilə gözlənilən zərər təhlükəsinin fərqlərini mülahizə etməklə,bu işin təhlükəsindən qorunsun.Amma belə olmazsa, onda bu iş ona vacib deyildir.

    Sual: 1084 Əgər bir nəfərin məhrəm adamlarından biri günah işlər görürsə və bu işdən çəkinmirsə, həmin şəxs onunla necə rəftar etməlidir?

    Cavab: Əgər onunla əlaqəni kəsməklə, o şəxsin günahdan uzaqlaşmağı ehtimal verilsə,onda o şəxsə əmr be məruf və nəhy əz munkər cəhətindən vacibdir ki, rabitəni kəssin.Əks halda əlaqəni kəsməyə icazə verilmir.

    Sual: 1085 İşdən qovulmağın qorxusundan əmr be məruf və nəhy əz munkəri tərk etməyə icazə verilirmi? Məsələn, gənc nəsillə məşğul olan təlim mərkəzlərindən birinin rəisi şəriət qanunlarının ziddinə bir iş görür və ya həmin yerdə günah işlər görülməsi üçün şərait yaradır

    Cavab: Ümumiyyətlə əmr be məruf və nəhy əz munkər etməklə insan üçün zərər təhlükəsi yaransa, onda bu iş ona vacib deyildir.

    Sual: 1097 Qardaşım şəriət və əxlaq məsələlərinə riayət etmir və buxta qədər nəsihətlər ona təsir etməyib.Ondan belə şeyləri müşahidə etdiyim zaman mənim üzərimə düşən vacib vəzifə nədir?

    Cavab:Sizə vacibdir ki, şəri vəzifələrin xilafına bir iş görən zaman ona qarşı öz narahatlığınızı bildirəsiniz və onu qardaşcasına, məsləhət gördüyünüz və faydalı bildiyiniz yolla danlayasınız, lakin əlaqənizi kəsməyin, çünki bu işə icazə verilmir.

    Категория: Exlaq | Добавил: MESHHEDI_MUQEDDES (13.06.2008) | Автор: kamran E
    Просмотров: 4873 | Рейтинг: 2.2/5
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər