MEDIA-ISLAM.COM


 

ŞİRK - ALLAHA ŞƏRIK QOŞMAQ

وَاعْبُدُواْ اللّهَ وَلاَ تُشْرِكُواْ بِهِ شَيْئًا

«Allaha ibadət edin və Ona heç bir şərik qoşmayın!»[1]

إِنَّ اللّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَن يَشَاء...

«Allah-taala, Ona şərik qoşulmasını heç vaxt bağışlamır, ondan başqa günahları istədiyi şəxslər üçün bağışlayır.»[2]

Yə`ni əgər bir şəxs müşrik halda dünyadan getsə, onun günahı heç vaxt bağışlanmayacaqdır. Lakin şirkdən başqa günahı olan şəxslərin bağışlanması mümkündür.

إِنَّهُ مَن يُشْرِكْ بِاللّهِ فَقَدْ حَرَّمَ اللّهُ عَلَيهِ الْجَنَّةَ وَمَأْوَاهُ النَّارُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍ

«Hər kəs Allaha şərik qoşsa, Allah behişti ona haram edər. Onun yeri cəhənnəmdir və zalımlar üçün heç bir köməkçi yoxdur.»[3]

لَا تُشْرِكْ بِاللَّهِ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ

«Heç vaxt Allaha şərik qoşma çünki  şirk böyük günahdır.»[4]

وَمَن يُشْرِكْ بِاللّهِ فَقَدِ افْتَرَى إِثْمًا عَظِيمًا

«Hər kəs Allaha şərik qoşsa, hökmən yalan demişdir və böyük günaha mürtəkib olmuşdur.»[5]

Müşrik – mö`minin, Allahı yeganə bilən şəxs ilə antonimdir. Dini əqidənin ilkin qaydası olan tovhidin müxtəlif mərhələləri olduğundan onun antonimi olan şirkin də eynilə həmin mərhələləri vardır:

1-Allahın Zatı məqamında olan şirk və tovhid;

2-Allahın sifətləri məqamında olan şirk və tovhid;

3-Allahın fe`lləri məqamında olan şirk və tovhid;

4-Allaha itaət məqamında olan şirk və tovhid;

5-Allaha ibadət məqamında olan şirk və tovhid.

1-ALLAHIN ZATI MƏQAMINDA TOVHİD

Bu, Allahın pak və müqəddəs Zatını qədim və əzəli, bütün aləmlərin-istər hiss olunan, istərsə də hiss olunmayan imkan aləmlərinin yaradanı olan Allahı bütün cəhətlərdən vahid və yeganə bilməkdir.

Həmin məqamdakı olan şirk isə, bu məqamın müxtəlif saylı olmasına inanmaqdır. Belə ki, iki tanrıya inananlar deyirlər ki, kainatın bir-biri ilə bərabər olan iki yaradanı vardır, hər ikisi də qədim və əzəlidir: Biri xeyir işlərin mənşəyi digəri isə bütün şərlərin mənşəyi Onların puç əqidələrinin batil olması, Qur`an ayələrindən aşkar şəkildə görünməkdədir.

قُلْ كُلٌّ مِنْ عِنْدِ اللهِ

«De: Hər bir şey Allah tərəfindəndir.»[6]

Onlara cavabda bunu qeyd etmək kifayətdir ki, aləmdə heç bir halda müqləq şər yoxdur. Əvvəllər və hal-hazırda mövcud olanların və gələcəkdə yaranacaqların hamısı, ya tam şəkildə xeyirdən ibarətdir, yaxud da həmin şeylərdə xeyir əksəriyyət təşkil edir, şər isə onun müqabilində məğlub olunan sayılır.

MƏSİHİLƏR DƏ MÜŞRİKDİR

Aləmdə üç yaradana (ata, oğul və müqəddəs ruh) e`tiqad bəsləyən məsihilər də müşrik sayılırlar. Çünki, məsihilər onların hər biri üçün özünəməxsus xüsusiyyət olduğuna inanırlar.

«Maidə» surəsində buyurulur:

لَقَدْ كَفَرَ الْدِينَ قَالُوا اِنَّ اللهَ ثَالِثُ ثَلاثَةٍ وَ مَا مِنْ اِلهٍ اِلا اِلَهٌ وَاحِدٌ

«Allahın bu üçdən - Allah, İsa və Ruhul-qudusdan biri olmasını deyənlər kafir oldular. Halbuki, (bütün varlıqların yaradanı və mənşəyi olan) yeganə Allahdan başqa heç bir  tanrı, ibadətə layiq varlıq yoxdur.»

BÜTƏ SİTAYİŞ ETMƏK ALLAHA ŞƏRİK QOŞMAQDIR

Bu məqamdakı şirkin növlərindən biri, bütpərəstlərin arasında mövcud olan əqidədir. Onlar hər bir varlıq üçün ayrıca bir rəbb olduğuna inanır və deyirlər ki, suyun öz Allahı, havanın öz Allahı və hər bir şeyin öz Allahı vardır.

Qur`an onların cavabında buyurur:

أَأَرْبَابٌ مُّتَفَرِّقُونَ خَيْرٌ أَمِ اللّهُ الْوَاحِدُ الْقَهَّارُ

«Pərakəndə halda olan (və heç bir həqiqəti olmayan) mə`budlar yaxşıdır, yoxsa yeganə və qahir Allah?»[7]

2-ALLAHIN SİFƏTLƏRİ MƏQAMINDA TOVHOD

«Sifətlər məqamında tovhid» dedikdə məqsəd, Allah-taalanın həqiqi Zati-ilahi sifətlərini, o cümlədən həyat, elm, qüdrət, iradə və sair kimi xüsusiyyətlərini Allahın Zatı ilə eyni olduğuna inanmaq nəzərdə tutulur və Ondan başqa varlıqlarda isə sonradan yaranan, zatlarına əlavə olunan sifətlər hesab olunmalıdır. Yə`ni bu sifətlərin hər biri Allahdan başqasında nəzərdə tutulduqda Allahın onlara əta etdiyi ne`mət hesab olunmalıdır.

Bu məqamda olan ŞİRK isə bundan ibarətdir ki, Allahın sifətlərini Onun Zatına əlavə olunmuş hesab edək. Bunun da nəticəsi əşairə firqəsinin inandığı çoxlu sayda əzəli varlıqların fərz olunmasından ibarətdir

 

MƏXLUQATİN GÖZƏL SİFƏTLƏRİNİN MƏNŞƏYİ ALLAHDIR

Əgər hər hansı bir məxluqda gözəl sifətlərin olduğuna inansaq, lakin həmin sifətlərin Allah tərəfindən olduğuna e`tiqad bəsləsək, onda bu, eynilə tovhiddən ibarətdir. Bizim peyğəmbərlərin və mə`sum imamların malik olduqları elm, bilik, qüdrət və sair kimi xüsusiyyətləri barədəki əqidəmiz də məhz bundan ibarətdir. Yə`ni onların hamısını Allah tərəfindən onlara əta olunduğunu, onların özlərinin müstəqil şəkildə heç bir şeyə malik olmadıqlarını qəbul edirik.

Bütün varlıqlar ilkin xüsusiyyət olan yaranışda Allaha ehtiyaclı olduqları kimi, ikinci dərəcəli kamal xüsusiyyətləri olan sifətlərə malik olmalarında da Allaha tam mə`nada entiyaclıdırlar və bu sifətləri onlara məhz Allah əta edib. Əlbəttə, hər kəsə öz iradəsi və məsləhət əsasında əta edir.

إِنَّا خَلَقْنَا الْإِنسَانَ مِن نُّطْفَةٍ أَمْشَاجٍ نَّبْتَلِيهِ فَجَعَلْنَاهُ سَمِيعًا بَصِيرًا

«Biz insanı (sonradan qanla) qarışan bir nütfədən xəlq etdik, sonra onu eşidən və görən qərar verdik.»[8]

ALLAHIN SİFƏTLƏRDƏ DƏ HEÇ BİR ŞƏRİKİ YOXDUR

Tovhid yolu gedənlər inanırlar ki, Allahdan başqa varlıqların özlərindən heç nəyə malik deyil, zahirdə malik olduqları şeylər də yalnız Allah tərəfindəndir, həm zatda, həm də sifətlərində Allaha tam mə`nada ehtiyaclıdırlar.

يَا أَيُّهَا النَّاسُ أَنتُمُ الْفُقَرَاء إِلَى اللَّهِ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ

«Ey insanlar, hamınız Allaha ehtiyaclısınız. Ehtiyacsız və tə`rifə layiq isə-yalnız Allahdır.»[9]

Insan həm də özünü müstəqil şəkildə təsəvvür edib, Allahdan ehtiyacsız olması kimi fikirlərdən uzaq olmalıdır. Məsələn, «mən filan kamal sifətinə malikəm», «mənim filan kamalım vardır» və sair kimi sözlərdən uzaq olmalıdır.

3-FE`LLƏRDƏ TOVHID VƏ ŞIRK

Fe`llərdə (iş və əməl) tovhid bundan ibarətdir ki, insan bütün mələkut və mülk aləmində yalnız Allah-taalanın həqiqi malik, sahib və idarə edən olduğuna inansın, bu mərhələlərin heç birində Allahın şəriki olmadığını bilsin, eləcə də Onun həm asimanların həm də yerin rəbbi olmasına inansın.

Eləcə də Allahı, asimanların, həmçinin bəşər üçün indiyə qədər müxtəlif teleskoplar vasitəsilə aşkar olan və sonradan aşkar olunacaq bütün ulduz sistemlərinin hamısının xaliqi olduğuna inansın. Müasir dəqiq elmi cihazların vasitəsi ilə milyardlarla ulduz kəşf olunmuşdur və onların hər birinin də özünə məxsus sistemi, xüsusi nuru vardır. Bu ulduzların hər biri özünün müəyyən olunmuş orbiti üzrə hərəkətdədir və heç vaxt bir-biri ilə toqquşmayır:[10]

YEGANƏ TƏ`SİR QOYAN ALLAHDIR

Hər bir varlığa verilən həyat ne`məti Allah tərəfindən olduğu kimi, həyatın başqa xüsusiyyətləri və onların zahir olması da kəmiyyət və keyfiyyət baxımından Allah tərəfindəndir.

ALLAHIN İŞLƏRİ SONSUZDUR

Allah bütün biçarələrin, zəiflərin fəryadına yetib, onlara çətinliklərdən nicat verir. Bundan əlavə, bütün yaxşılıqlar və gözəlliklər də Onun tərəfindəndir.

هُوَ اللهُ الخَالِقُ الْبَارِئُ الْمَصَوِّرُ الرَّزَّاقُ الْمُحْيى الْمُمِيتُ النَّافِعُ الضَّارُّ الْمُجِيبُ الْمُعْطِى الْمُنْعِمُ

«O, (mövcudatı) xəlq edib yaradan, (onlara) surət verən, ruzi verən, dirildən və öldürən, (layiq olduqları halda) xeyir və zərər çatdıran, duaları qəbul edən, (varlıq və ne`mət əta edəndir.»[11]

Allahın bu və sair şərafətli fe`llər və adlarının hamısı onun «Rəbb» məqamının fe`lləridir və onların hamısı da «Rəbbil-aləmin» kimi mübarək kəlməyə qayıdır.

قُل لَّوْ كَانَ الْبَحْرُ مِدَادًا لِّكَلِمَاتِ رَبِّي لَنَفِدَ الْبَحْرُ قَبْلَ أَن تَنفَدَ كَلِمَاتُ رَبِّي وَلَوْ جِئْنَا بِمِثْلِهِ مَدَدًا

«Əgər dəryalar mürəkkəb olsa və Allahın kəlmələrini yazıb qurtarmaq istəsələr, Allahın bütün aləmlərdəki tərbiyə etdiyi mərtəbələr sona çatmazdan əvvəl həmin mürəkkəblər qurtarar.»[12]

İNSANIN BACARIĞI VƏ QÜDRƏTİ

Insanın bütün varlığı Allah tərəfindən olduğu kimi, öz işlərində olan bacarıq və qüdrəti də Allah tərəfindən ona əta olunmuşdur. Yə`ni Allah-taala, onu öyrəndiyi elm, bacarıq və iradəsi üzündən hər hansı xeyir və ya şər işi görə bilməyə bacarıqlı etmişdir.

Lakin bu bacarıq və qüdrət də Allahın istəyi ilə şərtlənir. O qədər işlər var ki, insan onun yerinə yetirməyə tam qadir, iradə sahibi olmasına baxmayaraq, onun iradəsinin aradan qaldırılması və yaxud qüdrətinin əldən getməsi səbəbi ilə həmin işi görə bilmir. Belə ki, Əmirəl-mö`minin Əli əleyhissəlam «Nəhcül-bəlağə» hikmətlərində buyurur:

عَرَقْتُ اللهَ سُبْحَانَهُ بِفَسْخِ الْعَزَائِمِ وَحَلِّ الْعُقُودِ وَنَفْضِ الْهِمَمِ

«Allahı, mənim qərarlarımı ləğv edib aradan aparıb, əzim və iradəmi pozması ilə tanıdım.»[13]

Doğrudan da yalnız Allahı tə`sirlərin mənşəyi hesab edən, büqün əsərlərin Onun tərəfindən olduğunu bilən tovhid məqamı necə də yüksək və əzəmətli bir məqamdır! Tovhidin bu mərhələsi çox az insanlara müyəssər ola bilər.

Büqün imkan aləminə-istər hiss olunan, istərsə də hiss olunmayan qeybi işlərə yeganə tə`sir edənin Allah olduğuna yəqin etməyin bir neçə müsbət nəticəsi vardır ki, onların bə`ziləri qeyd olunacaq. Həmin məqamdan biri də Allah qarşısında xovf və qorxudur.

ALLAHDAN QORXMAQ

Mö`min şəxs Allahın əzəmətindən və günahlarının çoxluğundan başqa heç bir şeydən qorxmamalıdır. Çünki o, yəqin şəkildə bilir ki, dünyada mövcud olan bütün canlılar və insan, aralarındakı vücud fərqlərinə baxmayaraq hamılıqla Allahın ordusudur, onlar Allahın izni olmadan heç bir şəxsə xeyir və ya zərər çatdıra bilməzlər. Belə olan halda insan nə üçün başqa şeylərdən qorxmalıdır?!

Rəvayətlərdə qeyd olunur:

وَحَدُّ الْيَقِينِ اَنْ لاَتَخَافَ مَعَ اللهِ شَيْئًا

«Yəqinin həddi budur ki, Allahla birlikdə olub, heç nədən qorxmayasan.»[14]

Rəsuli-əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) səcdələrinin dualarında belə deyirdi:

اِلهى اِنْ لَمْ يَكُنْ غَضَبُكَ عَلَّى فَلاَ اُبَالِىِ

«Pərvərdigara! Əgər Sənin mənə qarşı qəzəbin olmasa, daha heç bir şeydən qorxum olmaz.»[15]

ALLAHA ÜMİDVAR OLMAQ

Tovhid məqamına çatmağın nəticələrindən biri də ümid məqamında olmaqdır. Mö`min şəxs Allahdan başqasına ümid bəsləməməlidir.

Əli əleyhissəlam buyurur:

لايَرْجُوَنَّ اَحَدُكُمْ اِلا رَبَّهُ

«Sizlərdən heç biri Pərvərdigari-aləmdən başqasına ümidvar olmamalıdır.»[16]

Hər bir şəxsin varlığı Allah tərəfindəndir, hər bir xeyir yalnız Allah tərəfindən gerçəkləşir, həmçinin hər hansı bir xeyrin bir şəxsdən başqasına çatması da Allahın izni və icazəsi ilədir. Buna görə də Qur`ani-kərim buyurur: «Biyədihil-xəyr». Xeyir yalnız Allahın əlindədir. (Tamamlığın mübtədadan qabağa keçməsi bu mə`nanı çatdırır).

«Yunis» surəsinin axırında buyurulur:

وَإِن يَمْسَسْكَ اللّهُ بِضُرٍّ فَلاَ كَاشِفَ لَهُ إِلاَّ هُوَ وَإِن يُرِدْكَ بِخَيْرٍ فَلاَ رَآدَّ لِفَضْلِهِ

«Əgər Allah sənə zərər çatdırmaq istəsə, onun qarşısını Allahın özündən başqa alan bir kəs tapılmaz. Əgər sənə bir xeyir çatdırmaq istəsə, heç kəs onun qarşısını ala bilməz.»[17]

وَمَا بِكُم مِّن نِّعْمَةٍ فَمِنَ اللّهِ

«Sizə çatan ne`mətlərin hamısı Allah tərəfindəndir.»[18]

Mə`lum olur ki, mülk və mələkut aləmində olanların hamısı Allahın məxluqudur və öz-özlüyündə acizdirlər.

Əgər bir şəxs öz işlərində Allahdan başqasına ümid bağlasa, Allah kərəm və mərhəməti üzündən onun ümidini heçə çıxarar ki, bir daha Allahdan başqasına ümidvar olmasın. Bu da aşağıdakı hədisin məzmunudur:

لاَقْطَعَنَّ اَمَلَ كُلِّ آمِلٍ اَمِلَ غَيْرِى

NE`MƏT VERƏNƏ TƏŞƏKKÜR

Tovhidin məqamından biri də ne`mət verən şəxsə təşəkkür edib, onu tə`rifləməkdir. Tovhidə inanan bir şəxs, bütün varlıqların həm zatda, həm də sifətdə bütünlüklə Allah-taalanın məxluqu olduğuna yəqin etdikdən sonra, ona çatan hər bir xeyrin Allah tərəfindən olduğunu bilir. Həmçinin bunu da bilir ki, başqalarına xeyir çatdıran yalnız Allahdır. Belə olan halda, yalnız Allahı həmd-sənaya və tə`rifə layiq görür, tam agahlıq üzündən «Əlhəmdu lillah» deyir.

 

TOVHID VƏ TƏVƏKKÜL

BÜTÜN SƏBƏBLƏR, ONLARI YARADAN ALLAHIN ƏLİNDƏDİR

Tovhid yolu gedən bir şəxs, bütün işlərində, habelə mənfəəti cəlb edib, zərəri dəf etməkdə yalnız Allaha arxalanıb, ona ümidvar olmalı, bütün səbəblərin Onun ixtiyarında və ona tabe olduğunu bilməlidir. Bunu da yadda saxlamalıdır ki, əgər onun üçün bütün xeyir səbəbləri mövcud olsa, lakin Allah istəməsə ona xeyirin çatması qeyri-mümkündür. həmçinin, əgər bütün səbəblər ondan kəsilsə, lakin Allah hər növ xeyrin ona çatmasını istəsə, yenə də ona çatacaqdır. Əgər onun zərərinə qurtaran bütün səbəblər olsa, lakin Allah ona zərər çatmasını istəməsə, ona heç vaxt xəsarət dəyə bilməz.

TOVHID VƏ TƏSLIM

Tovhid yolu gedən bir şəxs, bütün ilahi müqəddəratların qarşısında qeydsiz-şərtsiz təslim olmalıdır. Onun istər təkvini, işlərdə (izzət-zillət, səhhət-xəstəlik, varlılıq-yoxsulluq, ölüm-həyat kimi), istərsə də təklifi işlərdə (vacib və haram işlərdə) Allaha e`tiraz edib nəyisə inkar etməyə haqqı yoxdur – istər dildə olsun, istərsə də qəlb ilə.

Çünki əgər Allahın işlərinə e`tiraz edib, öz xüsusi nəzərini irəli sürsə, «bu, məsləhətə daha uyğundur», yaxud «Allah nə üçün belə etdi?» yaxud «nə üçün belə oldu?» deyərsə, özünü Allahın rübubiyyət işlərinə şərik qoşmuş olur və özünü Allahdan ağıllı hesab etmiş olur. Misal üçün, «nə üçün yağış yağmadı?», «nə üçün hava istidir?» Nə üçün Allah mənə çoxlu mal-dövlət və övlad verməmişdir?», «nə üçün filankəs cavan yaşında öldü, filan kəs isə qocalıq halında qalmışdır?» Və sair kimi suallar-təkvini işlərə dəxalət etməyə misaldır.

Yaxud «Allah nə üçün filan əməli vacib etmiş, filan işi isə haram saymışdır?» kimi suallar təklifi əməllərlə əlaqədardır.

Buna əsasən, iman əhlinin bəla və müsibət baş verəndə dildə və qəlbən Allahın qəzavü-qədərinə e`tiraz etməkdən çəkinməsi vacibdir. Öz yaxın dostlarının, qohum-əqrəbaların dünyadan gedərkən ah-nalə edib ağlamaları isə, onların ayrılığına görə olduqda bəyənilən işdir. Lakin Allahın işinə e`tiraz edərək «nə üçün onu dünyadan apardı» demək haramdır.

TOVHID VƏ MƏHƏBBƏT

Tovhidə inanan bir şəxs onun özünə və sair məxluqatlara ne`mət əta edənin yalnız Allah olduğunu, hər bir şəxsdən və ya varlıqdan ona çatan şeylərin məhz Allah tərəfindən olduğunu və bütün səbəblərin Allahın ixtiyarında olduğunu yəqin etdikdən sonra, yalnız Allaha qəlbən məhəbbət bəsləyib ona bağlanmaları heç bir varlığa Allahı nəzərə almadan müstəqil şəkildə nəzər yetirib onu istəməməlidir. Allahdan başqalarına məhəbbəti də həmin varlıqların Allahın sevdiyi olduğuna (Allahın sevdiyini sevmək elə Allahın özünü sevmək deməkdir), eləcə də onunla dostluq etmək, Allahın əmrini yerinə yetirmək olduğuna görə olmalıdır. O cümlədən, mələklərə, peyğəmbərlərə, imamlara, mö`minlərə, axirət aləminə, behiştə və sairəyə məhəbbət bəsləmək də elə onların Allah yaratdığı və əta etdiyi ne`mətlər olduğuna görədir və onların şükrünü yerinə yetirməklə Allahın razılığını qazanıb, Onun dərgahına yaxınlaşmaq olar. Insanın həyat yoldaşı, övladları, mal-dövləti, bir sözlə dünyadakı həyatı buna misal ola bilər. Belə ki, insan onların vasitəsi ilə Allah barəsində mə`rifət kəsb edə və bəndəçiliyi kəsb edə layiqincə yerinə yetirə bilər. Yalnız bu məqsədlə Həmin şəxsləri sevməlidir. Hər vaxt müəyyən bir varlığa, Allahın sevdiyi cəhətdən deyil, başqa bir səbəbə görə və müstəqil nəzər yetirsə, onda şirkin müəyyən bir dərəcəsinə düçar olmuşdur. Ayə və rəvayətlərdən aydın olur ki, hər hansı bir şeyi Allahdan çox sevmək şirk və haramdır. Belə ki, bu iki məhəbbətlə: Allah ilə başqasının məhəbbəti ilə qarşılaşarkən, Allahdan başqasına məhəbbəti daha üstün hesab etmək haramdır və ilahi cəzaya səbəb olur. Misal üçün, bir şəxs öz mal-dövlətini Allahdan artıq sevərsə və onları Allahın vacib etdiyi yerlərdə xərcləməyə razı olmazsa, bu, şirk sayılacaqdır.

Bu mətləb «Qəlbi səlim» kitabının «dünya məhəbbəti» adlı bölməsində ətraflı şəkildə qeyd olunduğundan, əziz oxucular oraya müraciət edə bilərlər. Burada qeyd olunması lazım və zəruri olan məsələlərdən biri budur ki, əbədi səadətə nail olmaq istəyən bir şəxs həmişə çalışmalıdır ki, onun qəlbində heç bir şeyin məhəbbəti Allahı nəzərə almadan, müstəqil şəkildə mövcud olmasın. Bu mətləbin şahidi olduqca çoxdur, üç rəvayəti qeyd etməklə kifayətlənirik:

سَأَلْتُهُ عَنْ قَوْلِ اللهِ عَزَّ وَ جَلَّ «اِلاَّمَنْ اَتَى اللهَ بِقَلْبٍ سَلِيمٍ، قَالَ (ع) اَلْقَلْبُ 1- السَّلِيمُ الْذِى يَلْقَى رَبَّهُ وَلَيْسَ فِيهِ اَحَدٌ سَواهُ، قَال َ(ع) وَكُلُّ قَلْبٍ فِيهِ شِرْكٌ اَوْ شَكٌّ فَهُوَ سَاقِطُ

Imam Sadiq əleyhissəlamdan «Qiyamət günü insanın mal-dövləti və övladları ona heç bir fayda verməz. Yalnız o şəxslərə fayda verər kl, Allahın hüzurunda sağlam qəlb ilə gəlsinlər» ayəsi barəsində soruşulduqda, imam (ə) buyurdu:

«Sağlam qəlb o qəlbdir ki, Allahın hüzuruna gələn zaman onda Allah məhəbbətindən başqa bir şey olmasın. (Sonra buyurdu:) Hər qəlbdə şirk, yaxud şəkk olsa, o süquta uğrayıb, həlak olacaqdır.»[19]

2-Imam Sadiq əleyhissəlam buyurur:

قَالَ سَمِعْتُ اَبَا عَبْدِ اللهِ عَلَيْهِ السَّلامُ يَقُولُ: لايَمْحَضُ رجلُ الْاِيمَانِ حَتَّى يَكُونَ اللهُ اَحَبَّ اِلِيْهِ مِنْ نَفْسِهِ وَاَبِيهِ وَاُمِّهِ وَ وَََََََََلَدِهِ وَاَهْلِهِ وَمَالِهِ وَ مَنَ النَّاسِ كُلِّهِمْ

«Bir şəxs Allahı özündən, ata-anasından, övladından, həyat yoldaşından, mal-dövlətindən və bütün insanlardan daha artıq sevməyincə, onun Allaha olan imanı xalis olmaz.»[20]

3-Süleyman peyğəmbərin dövründə bir gün erkək sərçə öz həyat yoldaşına deyir: Nə üçün səninlə cütləşməyimə razı olmursan? Əgər istəsən, Süleymanın taxtını öz dimdiyimdə sənin yanına gətirib, dəryalara ataram!

Külək bu sözləri Süleyman peyğəmbərə çatdırdıqda, təbəssüm edib, hər ikisini öz hüzuruna çağırdı. Əvvəlcə erkək sərçəyə dedi: Bu iddianı həyata keçirə bilərsənmi?

Sərçə dedi: Yox, ey Allahın Rəsulu. (Buna görə dedim ki,) hər şəxs özünü həyat yoldaşının yanında zinətləndirib böyük qələmə vermək istəyir. Aşiqi, dediklərinə görə danlamazlar.

Süleyman dişi sərçəyə dedi: Nə üçün ondan üz döndərir və ona e`tinasızlıq edirsən, halbuki, o səni sevdiyini iddia edir?

Dişi sərçə dedi: Ey Allahın Rəsulu, o, yalan deyir və məni ssvmir. Onun iddiası yersizdir. Çünki, o, mənimlə eyni zamanda başqasını da sevir.

O sərçənin sözü Süleyman peyğəmbəri o qədər tə`sirləndirdi ki, qırx gün ağlayıb öz ibadətxanasından çölə çıxmadı. O, dua edib deyirdi: Pərvərdigara, mənim qəlbimi Səndən başqasının məhəbbətindən pakla! Pərvərdigara, qəlbimi yalnız Öz məhəbbətinə məxsus et.[21]

4-ITAƏTDƏ TOVHID VƏ ŞIRK

Mö`min bir şəxs onun və sair məxluqatın xəlq edəni, ruzi verəni, tədbir edəni və tərbiyəçisinin yeganə Allah olduğunu bildikdən, ilahilik mərtəbələrində və rübubiyyət işlərinin heç birində Allahın şəriki olmadığını yəqin etdikdən sonra, əql və imanın hökmü ilə Allaha itaət edib, onun əmr və fərmanlarını yerinə yetirmək məqamında belə, Ondan başqa heç bir şəxsi özünə rəhbər və fərman verən hesab etməz, yalnız Ona itaət etməyi lazım və vacib, sair məxluqatın hamısını isə itaət olunmağı baxımından eyni səviyyədə bilər, bütün məxluqatın aciz və zəif olduğunu, özlərindən heç nəyə malik olmadıqlarını dərk edər.

وَلَا يَمْلِكُونَ لِأَنفُسِهِمْ ضَرًّا وَلَا نَفْعًا وَلَا يَمْلِكُونَ مَوْتًا وَلَا حَيَاةً

«Onlar (məxluqlar özləri üçün heç bir zərərə və ya mənfəətə, ölümə və ya həyata layiq deyillər.»[22]

Belə bir bəndəyə, eləcə də məxluqata ne`mət verən yalnız Allah olduğundan həm onun, həm də sair məxluqatın rəhbər və ağasının məhz Allah olduğunu bilər. Ondan başqa heç bir şəxsin, hakimiyyətini qəbul etməz, vilayət, hakimiyyət və rəhbərliyin yalnız Allaha məxsus olduğunu bilər.

Amma Allah bir şəxsi seçərək ona vilayət versə və camaata rəhbərlik etməyi ona həvalə etsə, onda həmin şəxs Allah tərəfindən tə`yin olunduğundan ona da itaət etmək vacib və lazımdır.

ILAHI RƏHBƏRLƏR

Ilahi vilayət məqamına saHib olan rəhbərlər dedikdə, yalnız peyğəmbərlər, mə`sum imamlar, Həzrəti imam Zaman əleyhissəlam qeybdə olduğu dövrdə isə birinci mərhələdəki xüsusi naibləri, daha sonra ümumi naibləri nəzərdə tutulur. Qur`ani-məcid bu barədə buyurur:

مَّنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللّهَ

«Hər kəs Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) itaət etsə, şübhəsiz Allaha itaət etmiş olur.»[23]

Başqa yerdə buyurulur:

وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا

«Allahın Rəsulunun sizə gətirdiyi hər bir şeyi əxz edin, sizi çəkindirdiyi hər bir şeydən çəkinin.»[24]

Başqa yerdə belə buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ

«Ey iman gətirənlər, Allaha, Onun Rəsuluna və əmr sahiblərinə itaət edin!»[25]

VƏLIYYI ƏMR KIMDIR?

Əmr sahibləri dedikdə məqsədin kim olması barəsində sünnü alimləri arasında ixtilaf vardır. O, cümlədən onlar deyirlər ki, məqsəd ümumi şəkildə nəzərdə tutulan hakimlərdir. Lakin onların bu sözü elmsiz bir nəzər, dəlil və sübutsuz bir iddiadır. Çünki bu nəzəriyyənin çoxlu fitnə-fəsadlar törətməsindən, eləcə də bəhsimizdən kənar olmasından əlavə, bir-birinə zidd olan iki nəzərin bir yerə yığışması lazım gəlir

 

 

 

 

5-IBADƏT MƏQAMINDA ŞIRK VƏ TOVHID

Pərvərdigari-aləm Öz mərhəmətinin əzəmətini izhar etmək üçün bəndələri Özünün geniş rəhmətə, bərəkətli və böyük əsərlərə malik olan ne`mət süfrəsinə də`vət etmişdir ki, bəndələr bunlardan bəhrələnərək heç bir gözün görmədiyi, qulağın eşitmədiyi və heç bir şəxsin zehnindən keçmədiyi yüksək dərəcələrə nail olsunlar:

فَلا تَعْلَمُ نَفْسٌ مَا اَخْقى لَهُمْ مِنْ قُرَّاةِ اَعْيُنِ

Torpaqdan yaranan bəşər hara, Rəbbil-aləminin dərgahına yaxınlaşmaq hara![26]

«Ma lit-turabi və Rəbbil-aləmin» cümləsinin məzmununa əsasən, bəndələr vasitə, ruhi-mə`nəvi nazırlıq və iste`dadları olmadan Pərvərdigarın dərgahına yaxınlaşa bilməzlər. Ona görə də Allah-taala Özünün yetərli hikməti ilə peyğəmbərləri və mə`sum imamları vasitə seçmiş, onların vasitəsi ilə ibadətləri qanun halına salmışdır.

Kimya, misi qızıla çevirməkdə son dərəcə tə`sirli olduğu kimi, bu ibadətlər də insanların günahdan qaralmış nəfslərinin saflaşdırılmasında, qara qəlblərinin nuraniləşdirilməsində çox tə`sirlidir. Belə ki, bəndələr nəfslərini bütün mərhələlərdə saflaşdırıb, paklığa və nuraniyyətə doğru gedir, ibadətlərin bərəkəti ilə Pərvərdigarın geniş rəhmət süfrəsindən bəhrələnirlər.

NIYYƏTDƏ XALISLIK

Allah-taala ibadətlər üçün müəyyən şərtlər qoymuşdur. Onların ən mühümü və əzəmətlisi niyyətdə sadiqlik və ixlaslı olmaqdır. Allah-taala ixlası ibadətlərin əsas sütunu hesab etmişdir və ixlassız əməlin insana heç bir faydası yoxdur. Belə əməl bəndəni Allah dərgahına yaxınlaşdırmaq əvəzinə, onun AllaH-taalanın rəhmət dərgahından daha da uzaqlaşmasına səbəb olur. Bu məsələ ilə əlaqədar Qur`an ayələri olduqca çoxdur. Nümunə üçün iki ayəni qeyd edirik:

وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاء

«Onlara yalnız bu əmr olunmuşdu ki, Allaha Onun üçün dinlərini xalis etdikləri halda ibadət etsinlər.»[27]

Yenə buyurur:

قُل} اِنِّى اٌمِرْتُ اَنْ اَعْبُدَ اللهَ مُخْلٍصًا لَهُ الدِّينَ

«De: Mənə əmr olunub ki, Allaha, dinimi Onun üçün xalis etdiyim halda ibadət edirəm.»

وَادْعُوهُ مُخْلِصِينَ لَهُ الدِّينَ

«Onu, dini xalis etdiyiniz halda çağırın.»

قُلِ اللهَ اَعْبُدُ مُخْلِصًا لَهُ دِينِى

«De Allaha, dinimi xalis etdiyim halda ibadət edirəm.»

فَمَن كَانَ يَرْجُو لِقَاء رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا

«Hər kəsin Allahla görüşəcəyinə ümidi varsa, gərək saleh əməllər görsün və Rəbbinə ibadətdə heç kəsi şərik qoşmasın.»[28]

RIYAKAR MÜŞRIKDIR

Rəvayətlərdən belə mə`lum olur ki, riyakar şəxs müşrik, münafiq, eləcə də Pərvərdigari-aləmin qəzəbinə düçar olmuş cəhənnəm əhlidir. Istər onun riya etməsi vacib əməllərdə olsun, istərsə də müstəhəb əməllərdə; istər ayrıca şəkildə olsun, istərsə də müştərək. (Bunların arasında mahiyyət baxımından heç bir fərq yoadur.) Yə`ni yerinə yetirmək istədiyi ibadətdə məqsədi təkcə camaatın arasında böyük məqama çatmaq, abır-heysiyyət qazanmaq olsa, yaxud məqsədi həm Allahın əmrini yerinə yetirərək Onun razılığını cəlb etmək, həm də məxluqatın yanında abırlı olmaq olsa yenə də riya sayılır. Əlavə mə`lumat üçün bu məsələ ilə əlaqədar olan bə`zi ayələr qeyd olunacaqdır. Belə ki, «Nisa» surəsində buyurulur:

إِنَّ الْمُنَافِقِينَ يُخَادِعُونَ اللّهَ وَهُوَ خَادِعُهُمْ وَإِذَا قَامُواْ إِلَى الصَّلاَةِ قَامُواْ كُسَالَى يُرَآؤُونَ النَّاسَ وَلاَ يَذْكُرُونَ اللّهَ إِلاَّ قَلِيلاً مُّذَبْذَبِينَ بَيْنَ ذَلِكَ لاَ إِلَى هَـؤُلاء وَلاَ إِلَى هَـؤُلاء

«Həqiqətən münafiqlər Allaha qarşı məkr və hiylə işlətdilər, Allah da onların hiylə və məkrlərinə cəza verəcəkdir. Onlar namaza qalxanda yalnız halsız və ikrah üzündən qalxır, özlərini camaata göstərir və riyakarlıq edirlər. Allahı da çox az yad edirlər. Onlar küfrlə iman arasında tərəddüddədirlər. Nə mö`minlərlə birlikdədirlər, (çünki batinləri küfr ilə doludur) nə də kafirlərlə (çünki zahirdə islamı qəbul etmişlər və mö`minlərə oxşayırlar).»[29]

«Maun» surəsində buyurulur:

فَوَيْلٌ لِّلْمُصَلِّينَ الَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ الَّذِينَ هُمْ يُرَاؤُونَ

«Riyakar namaz qılanlar üçün ağır əzablar vardır. O, şəxslər üçün ki, öz namazlarından qafil və xəbərsizdirlər; onlar özlərini riyakarlığa vururlar ki, camaat onları tə `rifləsin.»[30]

RIYA KIÇIK ŞIRKDIR

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

قَالَ (ص) اِنَّ اَخْوَفَ مَا اَخَافُ عَلَيْكُمْ الشَّرْكُ الْاًصْغَرُ قَالُوا وَ مَا الشِّرْكُ الْاًصْغَرُ قَالَ (ص) الرِّياءُ يَقُولُ اللهُ تَعَالِى يَوْمَ الْقِيَامَةِ اِذا جَازَى الْعِبَادَ بِاَعْمَالِهِمْ اِذْهَبُوا اِلَى الْذِينَ كُنْتُمْ ثُرَاءُونَ فِى الدُّنْيَا فَنْظُرُوا هَلْ تَجِدُونَ عَنْدَهُمْ الْجَزَاءَ

«Snzin üçün qorxduğum ən böyük və qorxulu şey kiçik şirkdir.»

Soruşdular ki, kiçik şirk nə deməkdir?

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: «Riya. Qiyamət günü Allah bəndələrin əməllərinin əvəzini verərkən, riyakarlara buyurar: Kimin üçün əməl etmişsinizsə onlara da müraciət edin, savabınızı onlardan alın.»[31]

RIYAKAR ÖZÜNÜ ALDADIR

Rəsuli-əkrəmdən (səlləllahu əleyhi və alihi və səlləm) qiyamət günü nicat tapanların kim olması barəsində soruşulduqda buyurdu:

سُئِلَ رَسُولُ اللهِ (ص) فِيمَا النَّجَاةُ غَدًا فَقَالَ (ص) اِنَّمَا النَّجَاةُ فِِى اَنْ لاَ تُخَادِغُوا اللهَ فَاِنَّمَا مَنْ يُخَادِعِ اللهَ يَخْدَعْهُ وَيَخْلَعْ مِنَ الْاِيمَانِ وَيَخْدَعْ نَفْسَهُ لَوْ يَشْعُرُ فَقِيْلَ لَهُ وَكَيْفَ يُخَادِعُ اللهَ قَالَ فَيَعْمَلْ بِمَا اَمَرَ اللهُ بِهِ ثُمَّ يُرِيدُ بِهِ غَيْرَهُ فَاتَقُوا اللهَ وَاجْتَنِبُوا الرِّيَاهُ فَاِنَّهُ شِرْكٌ بِاللهِ اِنَّ الْمُرَائِىَ يَدْعِى يَوْمَ الْقِيَامَةِ بِاَرْبَعَةِ اَسْمَاءٍ يَا كَافِرُ يَا فَاجِرُ يَا غَادِرُ يَا خَاسِرُ، حَبِطَ عَمَلِكَ وَ بَطَلَ اَجْرُكَ وَلاخَلاقَ لَكَ الْيَوْمَ فَالْتَمِسْ اَجْرَكَ مِمَّنْ كُنْتَ تَعْمَلُ لَهُ

«Nicat bundadır ki, Allaha qarşı hiylə işlətməyəsiniz. Hər kəs Allaha qarşı məkr və hiylə işlətsə, Allah da ona məkr işlədər, yə`ni onun hiylə və məkrinin əvəzini ona çatdırar, imanını ondan alar. Əgər Allahı deyil, özünü aldatmasını başa düşsə, gərək riyadan uzaq olsun. Həqiqətən riya Allaha şərik qoşmaqdır. Qiyamət günü riyakar şəxs dörd adla çağırılacaq: Ey kafir, ey facir (günahkar), ey ğadir (məkrbaz), ey xasir (ziyankar)! Sənin əməlin batil və savabların zay olmuşdur, kimin üçün əməl edirdinsə, öz savablarını da ondai istə.»[32]2

CƏHƏNNƏM RIYAKARLARIN ATƏŞINDƏN NALƏ EDƏR

Imam Baqir və imam Sadiq əleyhiməssəlamdan belə nəql olunur:

وَ اِنَّ عَبْداً عَمِلِ عَمَلاَ يَطْلُبُ بِهِ وَجْهَ اللهِ وَالدَّارَ الْآخِرَةَ ثُمَّ اَدْخَلَ فِيهِ رِضَا اَحَدٍ مِنَ النَّاسِ كَانَ مُشْرِكَا

«Əgər bəndə müəyyən bir əməli yerinə yetirsə və məqsədi də Allahın razılığını və axirət savabını qazanmaq olsa, amma öz niyyətində məxluqun razılığını da nəzərdə tutsa, müşrik olacaqdır.»[33]

Peyğəmbəri-əkrəmdən (səlləllahu əleyhi və alihi və səlləm) belə nəql olunur:

عَنْ النَّبِىَّ (ص) اِنَّ النَّارَ وَاَهْلَهَا يَعُجُّون مِنْ اَهْلِ الرِّيَا فَقِيلَ يَارَسُولَ اللهِ كَيْفَ يَعِجُّ النَّارُ قَالَ مِنْ حَرِّ النَّارِ الَّتِى يُعَذَّبُونَ بِهَا

«Cəhənnəm odu və onun əhli riyakarların əlnndən nalə edər.»

Soruşuldu ki, atəş necə nalə edə bilər?

Buyurdu: «Riyakarlara əzab verilən atəşin istilik və şiddətindən.»[34]

Əmirəl-mö`minin Əli əleyhissəlam buyurur:

اِنَّ اللهَ بَعَثَ مَحَمَّداً (ص) لِيُخْرِجَ عِبَادَهُ مِنْ عِبَادَةِ عِبَادِهِ اِلَى عِبَادَتِهِ

«Allah-taala Həzrəti Məhəmmədi (səlləllahu əleyhi və alihi və səlləm) ona görə peyğəmbərliyə seçmişdir ki, Onun bəndələrini, bəndələrə ibadət etməkdən saxlayıb, Allaha ibadət etməyə yönəltsin.»[35]

 

 

 

 

 

 

 

 


 

[1] 4-cü surə, 36-cı ayə.

[2] 4-cü surə, 48-ci ayə.

[3] 5-ci surə, 72-ci ayə.

[4] 31-ci surə, 13-cü ayə.

[5] 4-cü surə, 48-ci ayə.

[6] 5-ci surə, 78-ci ayə.

[7] 12-ci surə, 39-cu ayə.

[8] 76-cı surə, 2-ci ayə.

[9] 35-ci surə, 15-ci ayə.

[10] 16-cı surə, 12-ci ayə.

[11] «Üsuli-kafi», 1-ci cild, səh.87, «Hüdusül-əsma» bölməsi.

[12] «Kəhf» surəsi, 109-cu ayə.

[13] Sübhi Salehin «Nəhcül-bəlağə»si, 250-ci hikmət, səh.551.

[14] «Üsuli-kafi», 2-ci cild, səh.47, «Fəzlül-yəqin» babı, 1-ci hədis.

[15] «Biharul-ənvar», 15-ci cild.

[16] «Nəhcül-bəlağə», 82-ci hikmət, səh.482.

[17] 10-cu surə, 107-ci ayə.

[18] 16-cı surə, 53-cü ayə.

[19] «Üsuli-kafi», iхlas babı, 5-ci hədis, səh.14.

[20] «Səfinətül-bihar», 1-ci cild, səh.201.

[21] «Səfinətül-bihar», 2-ci cild, səh.200.

[22] «Furqan» surəsi, 3-cü ayə.

[23] 4-cü surə, 80-cı ayə.

[24] 59-cu surə, 7-ci ayə.

[25] 4-cü surə, 59-cu ayə.

[26] 32-ci surə, 37-ci ayə.

[27] 98-ci surə, 4-cü ayə.

[28] «Kəhf» surəsi, 110-cu ayə

[29] «Nisa» surəsi, 141, 142-ci ayələr.

[30] 107-ci surə, 4 və 7-ci ayələr.

[31] «Məhəccətül-beyza», 6-cı cild, səh.140, riya babı.

[32] «Məhəccətül-beyza», 6-cı cild, səh.141.

[33] «Biharul-ənvar».

[34] «Səfinətul-bihar», 1-ci cild, səh.500.

[35] «Səfinətul-binar», 1-ci cild, səh.500.

 


al-shia, Media-islam.Com 2008.