بِسمِ الله الرحمن الرَحِيمِ
اَلْحَمْدُللَِّهِ رَبِّ الْعَالَمِيَن وَصَلَّى اللّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينَ وَلاَ سِيَّمَا بَقِيَةِ اللَّهِ فىِ اْلاَرَضِيَن
Bismillahir-rəhmanir-rəhim
Bütün həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı ağamız və seyyidimiz Həzrət Muhəmməd və onun pak Əhli-beytinə, xüsusilə Allahın yer üzündə saxladığı şəxsə (həzrət Məhdiyə) olsun!
Biz Allahı hər bir cəhətdən yeganə bilirk. Çünki, “Tovhid” - “vəhdət” kökündən olub təkləndirmək, yeganə bilmək mə`nasınadır.
Onu Zatında yeganə bildiyimiz, Zatında vahid, vücudu isə vacibül-vücud olmasına (y`ə`ni vücud varlığı başqasından deyil, Özündən olan, heç nəyə ehtiyacı olmadığına) e`tiqad bəslədiyimiz kimi, Allahın sifətlərində də yeganəliyinə inanmalıyıq.
Həmçinin Allahın sifətləri Zatının eynidir Bizim e`tiqadımıza görə, Onun Zati sifətlərində heç bir misli, tayı-bərabəri yoxdur. Ayə: “Leysə kəmislihi şəy`un.” Heç bir şey Onun (Allahin) misli, oxşarı deyildir.
Allah, elm və qüdrətdə misilsiz, xəlq etmək və ruzi verməkdə şəriksizdir, kamal sifətlərində heç bir tayı-bərabəri yoxdur.
Hər kəs ibadətdə Allahdan qeyrisini şərik qoşsa, müşrik sayılır. Məsələn, ibadətdə Allahdan qeyrisinə yaxınlaşmaq istəyən şəxs kimi. Bu şəxsin hökmü bütə pərəstiş edənlərin hökmüdür, aralarında heç bir fərq yoxdur.
***
Biz şiələr inanırıq ki, elm, qüdrət, qəni – ehtiyacsız olmaq, iradə (istək), həyat və s. Allahdakı həqiqi sifətlərdur və kamal və cəmal sifətləri adlandırılır.
Bütün bu sifətlər Allahın Zatının eynidir və Zatına artırılan olan sifətlər deyil. Bu sifətlərin vücudu Zatının vücudundan başqa bir şey deyildir. Deməli, misal üçün, Onun qüdrəti vücud baxımından elə həyatıdır və həyatı da elə qüdrətidir.
Yə`ni Allah diri (Həyy) olduğu ilə eyni zamanda qadirdir və qadir olduğu halda həyydir. Onun sifətləri və sifətlərinin vücudunda ikilik məsələsi ayrı-ayrı iki şey olmaq əsla yoxdur. Sair kamal sifətləri də eynilə belədir, lakin o sifətlər insan zehnindəki mə`na və məfhumlarda bir-birindən fərqlənir, həqiqət, gerçəklik və vücudlarında isə bir-birindən heç də fərqlənmir.
Çünki, əgər o sifətlər vücudlarında bir-birindən fərqli olsalar bu halda sifətlərin sayına uyğun olaraq vacibül-vücudun çoxluğu lazım gələr və Allahın Zatının həqiqi vəhdətinə xələl yetişər. Bu da tovhid əqidəsinə ziddir.
Sübuti izafi (nisbi) sifətlərə gəldikdə isə, (xaliqiyyət, raziqiyyət, bütün varlıqların səbəbi, ilkinlik və s. kimi) bu sifətlər də özünün həqiqi mə`nasında vahid və həqiqi bir sifətə qayıdır, o da Allahın bütün varlıqlara nisbətən qəyyum olmasıdır
Qəyyum - Hər bir şeyin qaimi, hafizi, hər bir şeyin varlığına səbəb olan şeyi varlığa əta edən). Bu qəyyumluq da vahid bir sifətdir ki, ondan əsər-əlamət, nəzərlər müxtəlifliyini şərt etməklə bir neçə sifət çıxır.
Cəlal sifətləri adlanan səlbi sifətlərə gəldikdə isə, hamısı vahid bir mövzunun inkar edilməsinə qayıdır: o da imkanın Ondan səlb (inıar) edilməsidir.
İzah: varlığı zəruri olan varlığa “vacibül-vücud” deyilir. Bə`zi varlıqların isə yoxluğu, olmaması zəruridir, bunlara da “mümtəniül-vücud” deyilir. Bə`zilərinin isə nə varlığı zəruridir, nə də yoxluğu.. Bunlara “mümkünül-vücud” deyilir
Allah mümkünül-vücud deyildirç bunun mə`nası, mümkünül-vücuda xas olan cismiyyətin, surət, hərəkət və sukunət, ağırlıq və yüngüllük və s. kimi sifətlərin, ümumiyyətlə hər bir nöqsanın, çatışmamazlığın səlb inkar olunmasıdır.
Allah həmişə eşidən (səmi`), görən (bəsir), bilən (əlim), qadir (qüdrətli), həkim (hikmət sahibi), əziz (məğlub olmayan, yenilməz), Həyy (diri), Qəyyum, Vahid, Qədimdur (əzəli). Bunlar Onun Zatının sifətləridir.
Digər tərəfdən, Allahın mümkünül-vücud olmaması həqiqətdə elə vacibül-vücud olmasıdır. Onun vacibül-vücud olması isə kamal sifətlərindəndir. İmkanın inkarı da əsl həqiqətdə vücudun vacibliyinə qayıdır və vücudun vacibliyi də kamal sübuti sifətlərdəndir. Deməli, cəlal (səlb) sifətləri də nəticə etibarı ilə axırda kəmaliyyə (sübuti) sifətlərinə qayıdır və Allah-Taala bütün çəhətlərdən vahiddir, Müqəddəs Zatında çoxluğa yol yoxdur. Həmçinin, Onun Səməd və Vahid həqiqətində heç bir mürəkkəblik (tərkib) yoxdur.
Həmçinin, Allahın sübuti sifətlərinin Zatına artırıldığına, əlavə olduğuna inananların da sözləri təəccüb doğurur. Bu təriqət ardıcılları əzəli varlığın çoxluğuna, vacibül-vücud üçün şəriklərin varlığına e`tiqad bəsləyirlər, yaxud onun mürəkkəb olduğunu söyləyirlər, halbuki Allah-Taala bu kimi işlərdən uzaqdır.
***
Bizim e`tiqadımız budur ki, Allah-Taala Vahid (sifətdə yeganə) və Əhəddir (Zatda yeganədir). Onun oxşarı və misli, tayı-bərabəri yoxdur. Qədimdir (əzəlidir, kimsə Ondan öncə mövcud olmamışdır) və heç zaman məhv olmamış, məhv olmayacaqdır.
O, Əvvəl və Axırdır. Alim (elmli), Həkim (hikmət sahibi, əbəs iş görməyən), Adil (ədalətli), Həyy (diri), Qadir (qüdrət sahibi), Qəniyy (ehtiyacsız), Səmi` (eşidən) və Bəsir (görən)-dir. Məxluqatın sifətləri ilə vəsf olunmaz. O nə cisimdir, nə də surət.
Surət–hər şeyin gerçəkləşməsi, vücuda gəlməsi üçün zəruri olan hissə, onun təşkiledicisidir ki, onsuz həmin şeyin vücuda gəlməsi heç bir vəchlə mümkün deyildir. Məsələn, insan iki yöndən təşkil olunmuşdur: biri maddə (cismiyyət), biri isə surət (ruh, təfəkkür və iradə qüvvəsi). Onun maddəsinin, yə`ni cismiyyətinin vücudunun davamlı, qalarlı olması və nəticədə insan hesab olunması əsas e`tibarı ilə surətindən, yə`ni təfəkkür qüvvəsindən asılıdır. Allah-Taalanın isə Müqəddəs Zatında insandakı və sair varlıqlardakı kimi mürəkkəblik (bir neçə şeyin–surətlə maddənin birləşib bir şey vücuda gətirməsi) mövcud olmadığından, Onda nə cism var, nə də surət.
Nə cövhərdir (substansiya), nə ərəz (aksidensiya). Onun ağırlığı, yüngüllüyü, hərəkəti, sükunu, zamanı, məkanı yoxdur. Ona heç bir şeylə işarə olunmaz.
Imam Əli (əleyhissalam)-dan Zə`ləbin cavabında belə nəql olunmuşdur: “Görmədiyim Rəbbə ibadət edənlərdən olmadım”
Zə`ləb elə güman etdi ki, Həzrət gözlə görməyi deyir, buna görə də dedi: Onu necə görürsən?
Həzrət buyurdu: “Gözlər Onu müşahidə etməklə görməzlər, lakin qəlblər imanın həqiqəti (nuru) ilə (Allahın vəhdaniyyət, rübubiyyət və sair sifətlərini təsdiq etməklə) görər. Hər şeyə yaxındır (hər şeyə əhatəsi var), amma onlara yapışmamışdır; onlardan da uzaqdır, amma onlardan ayrı deyildir (çünki, yaxınlıq yapışmaqla, uzaqlıq ayrı olmaqla cismin xüsusiyyətlərindəndir); danışandır (sözü yaradan, icad edəndir), amma düşünüb təfəkkür etmədən (çünki, təfəkkür edib düşünmək bilməməzlik nəticəsindədir və Allah belə şeylərdən pak və münəzzəhdir!);
iradə edəndir, amma qərara gəlmədən və hazırlaşmadan (çünki, qərara gəlmək hansısa bir işin görülməsinin müqəddiməsi olan iradədir və bu da cismin xüsusiyyətlərindəndir ki, bir işi görüb-görməməkdə tərəddüd edir. Amma Allah taala tərəddüd ;.......
Dərk edir amma cismilə yox, Danışandır, amma sözlə yox, Əşyalarda vardır amma onlarla qarışmadan, onlardan da xaricdədir amma ayrılıqla yox, Hər şeyin fövqündədir amma “Onun fövqündə bir şey var” deyilməz. Hər şeyin yanındadır amma “Onun yanı var” deyilməz. Hər bir əşyada var amma bir şeyin başqa bir şeyə daxil olması kimi yox. Onlardan da xaricdədir, amma bir şeyin başqa bir şeyin xaricində olduğu kimi yox.
***
Həmçinin Onun şəriki, oxşarı, ziddi, həyat yoldaşı, övladı yoxdur (ola da bilməz). Gözlər Onu görə bilməz, lakin O, gözləri görür.
Hər kəs Onu məxluqata oxşatsa (məsələn, Onun üçün üz, əl, göz və s. təsəvvür etsə), yaxud Onun dünya aləminin asimanına nazil olmasına, yaxud cənnət əhli üçün ay kimi zahir olmasına və s. e`tiqad bəsləsə, şəksiz ki, kafir hökmündədir
Kiramiyyə firqəsi deyir ki, O, yuxarı səmtdədir! Bax: “Əl-fərqu beynəl-firəq”, səh.131; “Əl-miləlü vən-nihəl”, 1-ci cild, səh.99; Həmçinin, “Əşairə” firqəsi (“Əl-isabətü fi üsulid-diyanəti”, səh.36-55) və “Vəhhabiyyət” firqəsi (Ibni Teymiyyənin “Əl-əqidətül-həməviyy” kitabı, 1-ci cild, səh.429, “Əl-hədiyyətüs-sinniyyə” səh.96, Məhəmməd ibni Əbdül-vəhhabın 5-ci risaləsində) bu əqidədədir.
Həmçinin, bə`zi firqələrin batil nəzərinə görə (sufilərin iddia etdiyi kimi) Allah ariflərin bədənləri ilə müttəhid olur! Özünü arif hesab edən Bilzərai “Səbhətül-mərcan” kitabında deyir: Məxluqat Bari-Taalanın (Allahın) məzhəridir (təzahür yeridir). O, məxluqun hər bir cüz`ündə seyr edir
Bu kimi şəxslər hər bir eyb və nöqsandan pak-pakizə olan Xaliqin həqiqətini anlamırlar. Hətta zehnlərimizdə Ona aid etdiyimiz ən dəqiq mə`nalar belə, bizim özümüz kimi məxluq (xəlq olunmuş) olub bizə qayıdır (İmam Baqir (əleyhis-salam)-ın tə`biri ilə).
Həmçinin, “O (Allah) Qiyamət günü məxluq üçün zahir olacaq və bəndələr Onu görəcək” deyənlər də, hətta cismiyyəti Ondan inkar etsələr də belə kafirlər dəstəsindən sayılır.
“Əşairə” məzhəbinin e`tiqadına görə, “Qiyamət günü Allah-Taala məxluqat üçün görünəcəkdir.” Bax: Əbil-həsən Əş`əri, “Əl-ibanətü fi-üsülad-diyanət”, səh.5-6; “Əl-miləlü vən-nihəl”, 1-ci cild, səh.85-94 Təftazaninin “Şərhül-əqaid”inə Kəstəlinin haşiyəsi, səh.70; “Əl-ləvamiül-ilahiyyə”, səh.82-98
“Sünnü alimlərinin hamısı bu fikirdədir ki, axirətdə Allah-Taala mö`minlər üçün görünəcək. Onların e`tiqadlarına görə, hər bir halda, hər bir diri üçün əql yolu ilə Onu görmək mümkündür, yalnız mö`minlər üçünsə, axirətdə görünməsi vacibdir.” “Əl-fərqü beynəl-firəq”, səh.335-336.
Mücəssəmə firqəsi (nəuzu billah, Allahı cisim hesab edənlər) istisna olmaqa, sair sünnülər belə güman edirlər ki, məhşər əhlinin hamısı qiyamətdə Allahı görəcəklər (Allah belə işlərdən pak və münəzzəhdir!) gözlərinin şüaları onun cisminə (nəuzu billah!) müttəsil olacaq (dikiləcək), Ona nəzər edəcək, Onun barəsində mübahisə etməyəcəklər, necə ki, buludsuz havada ay və günəş barəsində mübahisə etmirlər. Amma münaqişəli məsələ budur ki, görəsən cismiyyətdən uzaq olduğu halda, Onu görmək mümkündürmü? Yoxsa bu qeyri-mümkün bir işdir?! “Əşairə” firqəsi birinci nəzəriyyəni (mümkünlüyü), biz isə Mə`sum Imamlarımıza tabe olaraq ikinci nəzəriyyəni (Allahı görməyin heç bir vəchlə mümkün olmamasını) qəbul edirik.
Bunlardan əlavə, sünnülər bə`zi qondarma hədislərə əsasən, nəuzu billah, deyirlər ki: “Allah Adəmi Öz surətində yaratdı”; “Onun bədən üzvlərin var (barmaq, bilək, ayaq). Ayağında olan əlamətlərlə tanınır”; “Qiyamət günü cəhənnəmin nə`rəsinin qabağını almaq üçün ayağını cəhənnəmə qoyacaq, cəhənnəmə deyəcək: Bəsdir! Bəsdir!”; Həmçinin deyirlər ki, (nəuzu billah!) “Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) Allahı görüb səcdəyə düşdü”; “Allah qiyamət günü yuxarıdan enib bəndələrin içinə gələcək ki, onları mühakiməyə çəksin”; “Müsəlmanlar qiyamət günü öz rəblərini, ayı gördükləri kimi görəcək, bu görüşdən heç də yorulmayacaqlar” və s. bu kimi yüzlərlə xurafat!
Bax: “Səhihi-Buxari”, 8-ci cild, səh.62; 9-cu cild, səh.156; “Səhihi-Müslüm”, 4-cü cild, səh.2183; “Sünəni ibni Macə”, 1-ci cild, səh.64; “Müsnədi-Əhməd”, 2-ci cild, səh.264; “Əl-müvəttə”, 1-ci cild, səh.214, 30-cu hədis; “Əslüş-şiə və üsulüha”, 24-cü səhifədə haşiyə.
Bu kimi puç iddialar edənlər Qur`ani Kərimin ayələri və hədislərin zahiri mə`nalarına əsaslanıb onları dərk etməyə qadir deyildirlər və əqli qanunları inkar edirlər. Nəticədə məhz bu yanlış təsəvvürlər səbəb olur ki, Qur`anda işlədilən dəqiq və incə məcazi mə`naları, istiarə və kinayə qanunlarının tələbinə uyğun olaraq, ayə və hədislərin zahirində təsərrüf etməyə qadir olmasınlar.
Allahı inkar edənlərdən biri İmam Riza (əleyhissalam)ın hüzuruna gəldi. İmam (əleyhissalam) ona buyurdu: – Əgər sizin dediyiniz düz olsa – halbuki belə deyildir – biz namaz, oruc, zəkat və (digər haqq) iqrarlarımızdan heç bir zərər görmərik (çünki iman gətirib saleh əməl görməyə, xoşagəlməz və bəyənilməz işləri tərk etməyə səbəb olan şeylər – dini vəzifələrimiz həm özümüzün, həm də cəmiyyətin ruhi asayişinə səbəb olur; əgər (qeyrimümkün fərzə görə) bu əməllər əbəs və bihudə olsalar da, bu əməllərin yerinə yetirilməsinə dözmək Allah və məad barəsində verilən ehtimallar müqabilində çox kiçik zərər və əziyyətdir ki, bu iş ehtimal verilən şərin dəf edilməsi və çoxlu xeyirlərin əldə edilməsi üçün lazım və zəruridir.)
O kişi dedi: – Belə vəsf etdiyiniz O Allah necədir və haradadır?
İmam (əleyhissalam) buyurdu: – O məkana «məkanlıq» bağışlamış, keyfiyyətə «keyfiyyət» vermişdir (O, məkanları xəlq edən, keyfiyyətləri yaradandır, məxluq Xaliqin xüsusiyyətləri ilə vəsf edilə bilməz. Allahın, Özünün xəlq etdiyi şeylərin xüsusiyyətləri ilə vəsf edilməsinin nəticəsi, Xaliqin o məxluqa ehtiyaclı olmasıdır, buna görə də mütəal Allah məhdud olan keyfiyyət və məkanla, hiss olunan hisslərlə müqayisə olunmaz.)
O kişi dedi: – Əgər O, hiss orqanlarının biri ilə duyulmursa, deməli, yoxdur!
İmam (əleyhissalam) buyurdu: – Sənin hislərin Onu idrak etməkdən acizdir. Aciz olduğuna görə Onu inkar etmişsən, (halbuki) biz hislərimizin Onu dərk etməkdən aciz olduğunu gördüyümüz zaman, yəqin etmişik ki, O, bizim pərvərdigarımızdır. (Varlıqları yalnız hiss olunanlarda həsr edənlər bundan qafildirlər ki, hiss mövcuddur, lakin (onun özü) hiss olunmur; görmək və eşitmək mövcuddur, lakin görməli və eşidilməli deyildir. İnsan sonsuzluğun məhdud olmadığını başa düşür, halbuki hiss olunan hər bir şey məhdud və sonludur. Nə çox zehni və xarici varlıqlar var ki, hissin fövqündədir, lakin o şəxs varlıqların yalnız hiss olunanlarda həsr olunması təsəvvürü ilə hissin və hiss olunanların Xaliqini inkar etdi. İmam (əleyhissalam) da onu bu həqiqətə doğru hidayət edərək buyurdu: – Hiss və hiss olunanın (məhsusun) vəhm və vəhm olunanın (məvhumun) əql və əql olunanın (mə`qulun) Xaliqi hissə, vəhmə və əqlin hüdudlarına sığmaz, çünki idrak qüvvəsi yalnız idrak etdiyi şeylərə əhatəlidir və o qüvvə Allahın məxluqudur. Xaliq də Öz məxluquna əhatəlidir, deməli hissin, vəhmin və əqlin onlara əhatəli olan Xaliqinin onların idrakı hüdudlarında qərar tutması, onlara əhatəli olan bir varlığın onlar tərəfindən əhatələnməsi qeyrimümkündür; əgər mütəal Allah hiss olunsaydı, yaxud vəhmə sığsaydı və yaxud əql ilə dərk edilsəydi, onda bu qüvvələrin dərk etdiyi şeylərə oxşayar və onlarla şərik olardı. Onların şəriklik cəhəti də (şərik olduğu yöndən əlavə) ixtisas cəhətini (şərikində olmayan və yalnız özündə olanları) lazım tutur (nəticədə bu ikisindən tərkib tapır), tərkib isə məxluqun xasiyyətidir. Deməli, əgər mütəal Allah hiss, vəhm və əqlə sığsaydı, xaliq deyil, məxluq olardı.)
O kişi soruşdu: – Allah nə vaxtdan olmuşdur?
İmam (əleyhissalam) buyurdu: – Sən de görüm nə vaxtdan olmamışdır?! (Zaman və zamana aid olanların qəyyumu olan, mücərrəd və maddi şeyləri vücuda gətirən mütəal Allah barəsində yoxluq, zaman, məkan kimi şeylər mə`nasıdır.)
İmam (əleyhissalam)dan soruşdu: – Onun dəlili nədir?
O həzrət onu, Allahtaalanın insanın özündə və kainatda qoyduğu ayələrə, nişanələrə doğru hidayət etdi, bədən quruluşunda dərindən diqqət yetirməyi tövsiyə etdi ki, bu möhkəm quruluşun, onda işlədilən dəqiq, incə və zərafətli, hikmətli işlərdən bu binanın banisinin hikmət və elminin varlığını dərk etsin; eləcə də onu külək, bulud, günəş, ay və ulduzların hərəkəti barəsində dərindən təfəkkür edib diqqət yetirməyə təşviq etdi ki, göy cisimlərində hikmət, qəribəlik, qüdrət və s.də təfəkkür edərək əziz (yenilməz) və əlim (hər bir şeyi bilən) Allahın təqdirini dərk etsin, yuxarı aləmlərdə olan mütəhərriklərin (göy cisimlərinin) hərəkətindən heç vaxt dəyişikliyə uğramayan, bu işlərdə pak və münəzzəh olan hərəkətvericiyə iman gətirsin.[1]
v) Maddi aləmin, təbiətin dəyişkənliyi maddə və təbiətdən daha yüksəkdə olan bir varlığın qüdrətini göstərir. Çünki maddənin və maddi şeylərin tə`sir qoyması onun müəyyən bir vəziyyətdə və istiqamətdə yerləşməsinə ehtiyaclıdır. Məsələn, cismin qızmasına tə`sir göstərən od cisim ilə, yaxud şüası fəzanı işıqlandıran çıraq o fəza ilə müəyyən nisbətdə (vəziyyətdə) olmayınca, o cismə hərarət verməsi, yaxud o fəzanı işıqlandırması mümkün deyildir. Olmayan bir şey barəsində vəziyyət və nisbət qeyrimümkün olduğundan maddə və təbiətin də mövcud olmayan, sonradan vücuda gələn və vücuda gəlməkdə olan müxtəlif varlıqlarda tə`sir qoyması mümkün deyildir. Yerdə və göydə əvvəlcə olmayan və sonradan yaranan bir şey ilə əlaqədar vəziyyət və nisbət qeyrimümkün olduğundan, maddə və təbiətdə olmayan, sonradan vücuda gələn və gəlməkdə olan müxtəlif varlıqlara tə`sir qoyması mümkün deyildir. Yerdə və göydə (əvvəlcə olmayan və) sonradan yaranan hər bir varlıq elə bir qüdrətin varlığına dəlalət edir ki, onun tə`siri xüsusi duruma və mühazi (müqabil) olmağa ehtiyacı yoxdur və o cisim və cismani (maddi) şeylərin fövqündədir:
“(Budur və bundan qeyri ola bilməz:) Onun əmri budur ki, hər vaxt bir şeyin vücuda gəlməsini istəsə «ol!» deyər, o da dərhal (fasiləsiz olaraq) vücuda gələr.”[2]
Bir nəfər İmam Sadiq (əleyhissalam)ın hüzuruna gəlib dedi:
– Ey Peyğəmbər övladı, Allahı mənə tanıtdır, de görüm o nədir? Mənim yanımda çox adamlar var ki, mənimlə mübahisə edərək məni heyrətə salırlar.
Həzrət buyurdu: – Ey Allahın bəndəsi! Heç gəmiyə minmişsənmi?
Dedi: – Bəli.
Həzrət buyurdu: – Gəmi xarab olubmu və bu zaman nə sənə nicat verə biləcək gəminin, nə də sənə fayda verəcək bir üzməyin olmadığı bir vəziyyətlə qarşılaşmışsanmı?
Dedi: – Bəli.
Həzrət buyurdu: – Həmin halda qəlbin və ruhun qadir və qüdrət sahibi olan bir varlığa bağlanıbdırmı ki, səni o vəziyyətdən xilas edəcəyinə ümidin olsun?
Dedi: – Bəli.
Həzrət buyurdu: – Sənin nəzərdə tutduğun (o varlıq) həmin Allahdır ki, nicat verməyə qadirdir. Nicat verən bir şəxsin və köməkçinin olmadığı bir yerdə nəzərdə tutduğun şəxs Allah-taaladır
al-shia, Media-islam.Com 2008.