MEDIA-ISLAM.COM


 

TOVHİD VƏ TƏSLİM

Tovhid yolu gedən şəxs, bütün ilahi müqəddəratların qarşısında qeydsiz-şərtsiz təslim olmalıdır. Onun  izzət-zillət, səhhət-xəstəlik, varlılıq-yoxsulluq, ölüm-həyat, eləcə də vacib və haram işlərdə Allaha e`tiraz edib nəyisə inkar etməyə haqqı yoxdur – istər dildə olsun, istərsə də qəlb ilə.

Çünki əgər Allahın işlərinə e`tiraz edib, öz xüsusi nəzərini irəli sürsə, «bu, məsləhətə daha uyğundur», yaxud «Allah nə üçün belə etdi?» yaxud «nə üçün belə oldu?» desə, özünü Allahın rübubiyyət işlərinə şərik qoşur, (nəuzu billah) özünü Allahdan ağıllı hesab edir. Misal üçün, «nə üçün yağış yağmadı?», «nə üçün hava istidir?» Nə üçün Allah mənə çoxlu mal-dövlət və övlad verməmişdir?», «nə üçün filankəs cavan yaşında öldü, filan kəs isə qocalıq halında qalmışdır?» kimi suallar-təkvini işlərə dəxalət etməyə misaldır.

Yaxud «Allah nə üçün filan əməli vacib etmiş, filan işi isə haram saymışdır?» kimi suallar təklifi əməllərlə əlaqədardır.

Ceməli, iman əhli bəla və müsibət baş verəndə Allahın qəzavü-qədərinə dildə və qəldə e`tiraz etməkdən çəkinməlidir. Öz yaxın dostlarının, qohum-əqrəbaların dünyadan gedərkən ah-nalə edib ağlamaları isə, onların ayrılığına görə olduqda bəyənilən işdir. Lakin Allahın işinə e`tiraz edərək «nə üçün onu dünyadan apardı?!» demək haramdır.

TOVHİD VƏ MƏHƏBBƏT

Tovhiçi şəxs onun özünə və sair məxluqlara ne`mət əta edənin yalnız Allah olduğunu bilir, hər bir şəxsdən və ya varlıqdan ona çatan şeylərin məhz Allah tərəfindən olduğunu dərk edir və bütün səbəblərin Allahın ixtiyarında olduğunu yəqin edir, bundan sonra, yalnız Allaha qəlbən məhəbbət bəsləyir. Allahdan başqalarına məhəbbəti də həmin varlıqların Allahın sevdiyi üçündür. Allahın sevdiyini sevmək elə Allahın özünü sevmək deməkdir. Onunla dostluq etmək, məhz Allahın əmrini yerinə yetirmək olduğuna görə olmalıdır. O cümlədən, mələklərə, peyğəmbərlərə, imamlara, mö`minlərə, axirət aləminə, behiştə və s.ə məhəbbət bəsləmək də elə onların Allah yaratdığı və əta etdiyi ne`mətlər olduğuna görədir və onların şükrünü yerinə yetirməklə Allahın razılığını qazanıb, Onun dərgahına yaxınlaşmaq olar. İnsanın həyat yoldaşı, övladları, mal-dövləti, bir sözlə dünyadakı həyatı buna misal ola bilər: insan onların vasitəsi ilə Allah barəsində layiqincə mə`rifət, bəndəçilik kəsb edər. İnsan həmin şəxsləri yalnız bu məqsədlə sevməlidir. Hər vaxt müəyyən bir varlığa, Allahın sevdiyi cəhətdən deyil, başqa bir səbəbə görə və müstəqil nəzər yetirsə, onda ŞİRKİN müəyyən bir dərəcəsinə düçar olmuşdur. Ayə və rəvayətlərdən aydın olur ki, hər hansı bir şeyi Allahdan çox sevmək şirk və haramdır. Belə ki, Allah ilə başqasının məhəbbəti qarşılaşarkən, Allahdan başqasına məhəbbəti daha üstün hesab etmək haramdır və ilahi cəzaya səbəb olur. Misal üçün, bir şəxs öz mal-dövlətini Allahdan artıq sevərsə və onları Allahın vacib etdiyi yerlərdə xərcləməyə razı olmazsa, bu, ŞİRK sayılacaqdır.

سَأَلْتُهُ عَنْ قَوْلِ اللهِ عَزَّ وَ جَلَّ «اِلاَّمَنْ اَتَى اللهَ بِقَلْبٍ سَلِيمٍ، قَالَ (ع) اَلْقَلْبُ 1- السَّلِيمُ الْذِى يَلْقَى رَبَّهُ وَلَيْسَ فِيهِ اَحَدٌ سَواهُ، قَال َ(ع) وَكُلُّ قَلْبٍ فِيهِ شِرْكٌ اَوْ شَكٌّ فَهُوَ سَاقِطُ

]mam Sadiq əleyhissəlamdan «Qiyamət günü insanın mal-dövləti və övladları ona heç bir fayda verməz. Yalnız o şəxslərə fayda verər kl, Allahın hüzurunda sağlam qəlb ilə gəlsinlər» ayəsi barəsində soruşulduqda, imam (ə) buyurdu:

«Sağlam qəlb o qəlbdir ki, Allahın hüzuruna gələn zaman onda Allah məhəbbətindən başqa bir şey olmasın. (Sonra buyurdu:) Hər qəlbdə şirk, yaxud şəkk olsa, o süquta uğrayıb, həlak olacaqdır.»[1]

2-İmam Sadiq əleyhissəlam buyurur: «Bir şəxs Allahı özündən, ata-anasından, övladından, həyat yoldaşından, mal-dövlətindən və bütün insanlardan daha artıq sevməyincə, onun Allaha olan imanı xalis olmaz.»[2]

4-İTAƏTDƏ TOVHİD VƏ ŞİRK

Mö`min bir şəxs onun və sair məxluqatın xəlq edəni, ruzi verəni, tədbir edəni və tərbiyəçisinin yeganə Allah olduğunu bildikdən, ilahilik mərtəbələrində və rübubiyyət işlərinin heç birində Allahın şəriki olmadığını yəqin etdikdən sonra, əql və imanın hökmü ilə Allaha itaət edib, onun əmr və fərmanlarını yerinə yetirmək məqamında belə, Ondan başqa heç bir şəxsi özünə rəhbər və fərman verən hesab etməz, yalnız Ona itaət etməyi lazım və vacib, sair məxluqatın hamısını isə itaət olunmağı baxımından eyni səviyyədə bilər, bütün məxluqatın aciz və zəif olduğunu, özlərindən heç nəyə malik olmadıqlarını dərk edər.

وَلَا يَمْلِكُونَ لِأَنفُسِهِمْ ضَرًّا وَلَا نَفْعًا وَلَا يَمْلِكُونَ مَوْتًا وَلَا حَيَاةً

«Onlar (məxluqlar) özləri üçün heç bir zərərə və ya mənfəətə, ölümə və ya həyata layiq deyillər.»[3]

Belə bir bəndəyə və sair məxluqata ne`mət verən yalnız Allah olduğundan həm onun, həm də sair məxluqatın rəhbər və ağasının məhz Allah olduğunu bilər. Ondan başqa heç bir şəxsin, hakimiyyətini qəbul etməz, vilayət, hakimiyyət və rəhbərliyin yalnız Allaha məxsus olduğunu bilər.

Amma Allah bir şəxsi seçərək ona vilayət versə və camaata rəhbərlik etməyi ona həvalə etsə, onda həmin şəxs Allah tərəfindən tə`yin olunduğundan ona da itaət etmək vacib və lazımdır.

İLAHİ RƏHBƏRLƏR

“İlahi vilayət məqamına sahib olan rəhbərlər” dedikdə, yalnız peyğəmbərlər, mə`sum imamlar, Həzrəti imam Zaman əleyhissəlam qeybdə olduğu dövrdə isə birinci mərhələdəki xüsusi naibləri, daha sonra ümumi naibləri nəzərdə tutulur. Qur`ani-məcid bu barədə buyurur:

مَّنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللّهَ

«Hər kəs Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə itaət etsə, şübhəsiz Allaha itaət etmiş olur.»[4]

وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا

«Allahın Rəsulunun sizə gətirdiyi hər bir şeyi əxz edin, sizi çəkindirdiyi hər bir şeydən çəkinin.»[5]

Başqa yerdə belə buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ

«Ey iman gətirənlər, Allaha, Onun Rəsuluna və əmr sahiblərinə itaət edin!»[6]

VƏLİYYİ ƏMR KİMDİR?

“Əmr sahibləri” dedikdə məqsədin kim olması barəsində sünnü alimləri arasında ixtilaf vardır. O, cümlədən onlar deyirlər ki, məqsəd ümumi şəkildə nəzərdə tutulan hakimlərdir. Lakin onların bu sözü elmsiz bir nəzər, dəlil və sübutsuz bir iddiadır. Çünki bu nəzəriyyənin çoxlu fitnə-fəsadlar törətməsindən, , bir-birinə zidd olan iki nəzərin bir yerə yığışması lazım gəlir

5-İBADƏT MƏQAMINDA ŞİRK VƏ TOVHİD

Pərvərdigari-aləm Öz mərhəmətinin əzəmətini aşkar etmək üçün bəndələri Özünün geniş rəhmətə, bərəkətli və böyük əsərlərə malik olan ne`mət süfrəsinə də`vət etmişdir ki, bəndələr bunlardan bəhrələnsinlər, heç bir gözün görmədiyi, qulağın eşitmədiyi və heç bir şəxsin zehnindən keçmədiyi yüksək dərəcələrə nail olsunlar:

Allah-taala Özünün yetərli hikməti ilə peyğəmbərləri və mə`sum imamları vasitə seçmiş, onların vasitəsi ilə ibadətləri qanun halına salmışdır.

Bu ibadətlər insanların günahdan qaralmış nəfslərinin, ruhlarini saflaşdırılmasında, qara qəlblərinin nuraniləşdirilməsində çox tə`sirlidir. Bəndələr nəfslərini bütün mərhələlərdə saflaşdırıb, paklığa və nuraniyyətə doğru gedir, ibadətlərin bərəkəti ilə Pərvərdigarın geniş rəhmət süfrəsindən bəhrələnirlər.

NİYYƏTDƏ XALİSLİK

Allah-taala ibadətlər üçün müəyyən şərtlər qoymuşdur. Onların ən mühümü və əzəmətlisi niyyətdə sadiqlik və ixlaslı olmaqdır. Allah-taala ixlası –xalis niyyəti ibadətlərin əsas sütunu hesab etmişdir. İxlassız əməlin insana heç bir faydası yoxdur. Belə əməl bəndəni Allah dərgahına yaxınlaşdırmaq əvəzinə, onun Allah-taalanın rəhmət dərgahından daha da uzaqlaşmasına səbəb olur. Bu məsələ ilə əlaqədar nümunə üçün iki ayəni qeyd edirik:

وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاء

«Onlara yalnız bu əmr olunmuşdu ki, Allaha Onun üçün dinlərini xalis etdikləri halda ibadət etsinlər.»[7]

Yenə buyurur:

قُل  اِنِّى امِرْتُ اَنْ اَعْبُدَ اللهَ مُخْلٍصًا لَهُ الدِّينَ

«De: Mənə əmr olunub ki, Allaha, dinimi Onun üçün xalis etdiyim halda ibadət edirəm.»

وَادْعُوهُ مُخْلِصِينَ لَهُ الدِّينَ

«Onu (Allahı), dini xalis etdiyiniz halda çağırın.»

قُلِ اللهَ اَعْبُدُ مُخْلِصًا لَهُ دِينِى

«De Allaha, dinimi xalis etdiyim halda ibadət edirəm.»

فَمَن كَانَ يَرْجُو لِقَاء رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا

«Hər kəsin Allahla ümidi varsa, gərək saleh əməllər görsün və Rəbbinə ibadətdə heç kəsi şərik qoşmasın.»[8]

RİYAKAR MÜŞRİKDİR

Rəvayətlərdən belə mə`lum olur ki, riyakar şəxs müşrik, münafiq, eləcə də Pərvərdigari-aləmin qəzəbinə düçar olmuş cəhənnəm əhlidir. İstər onun riya etməsi vacib əməllərdə olsun, istərsə də müstəhəb əməllərdə; istər ayrıca şəkildə olsun, istərsə də müştərək. Bunların arasında mahiyyət baxımından heç bir fərq yoadur.Yə`ni yerinə yetirmək istədiyi ibadətdə məqsədi təkcə camaatın arasında böyük məqama çatmaq, şan-şöhrət qazanmaq olsa, yaxud məqsədi həm Allahın əmrini yerinə yetirərək Onun razılığını cəlb etmək, həm də məxluqatın yanında şöhrətli olmaq olsa yenə də riya sayılır.

«Nisa» surəsində buyurulur:

إِنَّ الْمُنَافِقِينَ يُخَادِعُونَ اللّهَ وَهُوَ خَادِعُهُمْ وَإِذَا قَامُواْ إِلَى الصَّلاَةِ قَامُواْ كُسَالَى يُرَآؤُونَ النَّاسَ وَلاَ يَذْكُرُونَ اللّهَ إِلاَّ قَلِيلاً مُّذَبْذَبِينَ بَيْنَ ذَلِكَ لاَ إِلَى هَـؤُلاء وَلاَ إِلَى هَـؤُلاء

«Həqiqətən münafiqlər Allaha qarşı məkr və hiylə işlətdilər, Allah da onların hiylə və məkrlərinə cəza verəcəkdir. Onlar namaza qalxanda yalnız halsız və ikrah üzündən qalxır, özlərini camaata göstərir və riyakarlıq edirlər. Allahı da çox az yad edirlər. Onlar küfrlə iman arasında tərəddüddədirlər. Nə mö`minlərlə birlikdədirlər, (çünki batinləri küfr ilə doludur) nə də kafirlərlə (çünki zahirdə islamı qəbul etmişlər və mö`minlərə oxşayırlar).»[9]

«Maun» surəsində buyurulur:

فَوَيْلٌ لِّلْمُصَلِّينَ الَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ الَّذِينَ هُمْ يُرَاؤُونَ

«Riyakar halda namaz qılanlar üçün ağır əzablar vardır. O, şəxslər üçün ki, öz namazlarından qafil və xəbərsizdirlər; onlar özlərini riyakarlığa vururlar ki, camaat onları tə `rifləsin.»[10]

RİYA KİÇİK ŞİRKDİR

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

قَالَ (ص) اِنَّ اَخْوَفَ مَا اَخَافُ عَلَيْكُمْ الشَّرْكُ الْاًصْغَرُ قَالُوا وَ مَا الشِّرْكُ الْاًصْغَرُ قَالَ (ص) الرِّياءُ يَقُولُ اللهُ تَعَالِى يَوْمَ الْقِيَامَةِ اِذا جَازَى الْعِبَادَ بِاَعْمَالِهِمْ اِذْهَبُوا اِلَى الْذِينَ كُنْتُمْ ثُرَاءُونَ فِى الدُّنْيَا فَنْظُرُوا هَلْ تَجِدُونَ عَنْدَهُمْ الْجَزَاءَ

«Snzin üçün qorxduğum ən böyük və qorxulu şey kiçik şirkdir.»

Soruşdular ki, kiçik şirk nə deməkdir?

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: «Riya. Qiyamət günü Allah bəndələrin əməllərinin əvəzini verərkən, riyakarlara buyurar: Kimin üçün əməl etmişsinizsə onlara da müraciət edin, savabınızı onlardan alın.»[11]

RİYAKAR ÖZÜNÜ ALDADIR

Rəsuli-əkrəmdən (səlləllahu əleyhi və alihi və səlləm) qiyamət günü nicat tapanların kim olması barəsində soruşulduqda buyurdu:

سُئِلَ رَسُولُ اللهِ (ص) فِيمَا النَّجَاةُ غَدًا فَقَالَ (ص) اِنَّمَا النَّجَاةُ فِِى اَنْ لاَ تُخَادِغُوا اللهَ فَاِنَّمَا مَنْ يُخَادِعِ اللهَ يَخْدَعْهُ وَيَخْلَعْ مِنَ الْاِيمَانِ وَيَخْدَعْ نَفْسَهُ لَوْ يَشْعُرُ فَقِيْلَ لَهُ وَكَيْفَ يُخَادِعُ اللهَ قَالَ فَيَعْمَلْ بِمَا اَمَرَ اللهُ بِهِ ثُمَّ يُرِيدُ بِهِ غَيْرَهُ فَاتَقُوا اللهَ وَاجْتَنِبُوا الرِّيَاهُ فَاِنَّهُ شِرْكٌ بِاللهِ اِنَّ الْمُرَائِىَ يَدْعِى يَوْمَ الْقِيَامَةِ بِاَرْبَعَةِ اَسْمَاءٍ يَا كَافِرُ يَا فَاجِرُ يَا غَادِرُ يَا خَاسِرُ، حَبِطَ عَمَلِكَ وَ بَطَلَ اَجْرُكَ وَلاخَلاقَ لَكَ الْيَوْمَ فَالْتَمِسْ اَجْرَكَ مِمَّنْ كُنْتَ تَعْمَلُ لَهُ

«Nicat bundadır ki, Allaha qarşı hiylə işlətməyəsiniz. Hər kəs Allaha qarşı məkr və hiylə işlətsə, Allah da ona məkr işlədər, yə`ni onun hiylə və məkrinin əvəzini ona çatdırar, imanını ondan alar. Əgər Allahı deyil, özünü aldatmasını başa düşsə, gərək riyadan uzaq olsun. Həqiqətən riya Allaha şərik qoşmaqdır. Qiyamət günü riyakar şəxs dörd adla çağırılacaq: Ey kafir, ey facir (günahkar), ey ğadir (məkrbaz), ey xasir (ziyankar)! Sənin əməlin batil və savabların zay olmuşdur, kimin üçün əməl edirdinsə, öz savablarını da ondai istə.»[12]2

CƏHƏNNƏM RIYAKARLARIN ATƏŞINDƏN NALƏ EDƏR

Imam Baqir və imam Sadiq əleyhiməssəlamdan belə nəql olunur:

وَ اِنَّ عَبْداً عَمِلِ عَمَلاَ يَطْلُبُ بِهِ وَجْهَ اللهِ وَالدَّارَ الْآخِرَةَ ثُمَّ اَدْخَلَ فِيهِ رِضَا اَحَدٍ مِنَ النَّاسِ كَانَ مُشْرِكَا

«Əgər bəndə müəyyən bir əməli yerinə yetirsə və məqsədi də Allahın razılığını və axirət savabını qazanmaq olsa, amma öz niyyətində məxluqun razılığını da nəzərdə tutsa, müşrik olacaqdır.»[13]

Peyğəmbəri-əkrəmdən (səlləllahu əleyhi və alihi və səlləm) belə nəql olunur:

عَنْ النَّبِىَّ (ص) اِنَّ النَّارَ وَاَهْلَهَا يَعُجُّون مِنْ اَهْلِ الرِّيَا فَقِيلَ يَارَسُولَ اللهِ كَيْفَ يَعِجُّ النَّارُ قَالَ مِنْ حَرِّ النَّارِ الَّتِى يُعَذَّبُونَ بِهَا

«Cəhənnəm odu və onun əhli riyakarların əlnndən nalə edər.»

Soruşuldu ki, atəş necə nalə edə bilər?

Buyurdu: «Riyakarlara əzab verilən atəşin istilik və şiddətindən.»[14]

Əmirəl-mö`minin Əli əleyhissəlam buyurur:

اِنَّ اللهَ بَعَثَ مَحَمَّداً (ص) لِيُخْرِجَ عِبَادَهُ مِنْ عِبَادَةِ عِبَادِهِ اِلَى عِبَادَتِهِ

«Allah-taala Həzrəti Məhəmmədi (səlləllahu əleyhi və alihi və səlləm) ona görə peyğəmbərliyə seçmişdir ki, Onun bəndələrini, bəndələrə ibadət etməkdən saxlayıb, Allaha ibadət etməyə yönəltsin.»[15]

 

 

 

 

 

 

 


 

[1] «Üsuli-kafi», iхlas babı, 5-ci hədis, səh.14.

[2] «Səfinətül-bihar», 1-ci cild, səh.201.

[3] «Furqan» surəsi, 3-cü ayə.

[4] 4-cü surə, 80-cı ayə.

[5] 59-cu surə, 7-ci ayə.

[6] 4-cü surə, 59-cu ayə.

[7] 98-ci surə, 4-cü ayə.

[8] «Kəhf» surəsi, 110-cu ayə

[9] «Nisa» surəsi, 141, 142-ci ayələr.

[10] 107-ci surə, 4 və 7-ci ayələr.

[11] «Məhəccətül-beyza», 6-cı cild, səh.140, riya babı.

[12] «Məhəccətül-beyza», 6-cı cild, səh.141.

[13] «Biharul-ənvar».

[14] «Səfinətul-bihar», 1-ci cild, səh.500.

[15] «Səfinətul-binar», 1-ci cild, səh.500.

 


al-shia, Media-islam.Com 2008.