MEDIA-ISLAM.COM


 

***********************************

Qur`ani-kərim müxtəlif mövzular barədə: ilahiyyat, tarix, qanunçuluq, əxlaq, təbiət və s. kimi məsələlər barədə söz açmışdır. Eyni zamanda onun məcmuəsi əvvəldən axıra kimi, möhtəva və məzmun baxımından yüksək uyğunluğa və mütənasibliyə malikdir. Qur`ani-kərim e`cazkarlığın bir yönünü xatırladaraq buyurur:

 “Onlar Qur`an barəsində düşünməzlərmi? Əgər o, Allahdan qeyrisinin tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.”[1]

3-Qur`ani-kərim insanın dəyişməz və pak olan fitrətini qanunvericilikdə əsas mehvər qərar verib, fitrətin sabit və davamlı olmasını nəzərə alaraq, öz qanunlarına əbədiyyət bəxş etmişdir.

İslamın ümumi qayda-qanunlarının xüsusiyyətlərindən biri də budur ki, onlar hər bir şəraitdə və müxtəlif mühitlərdə icra oluna bilir. Müsəlmanlar dünyanın bir çox hissəsini fəth edərkən, cəmiyyəti qüdrətlə, həmin qanunlar çərçivəsində, həm də əsrlər boyu ilə idarə etdilər. Imam Baqir (ə) buyurur: “Həqiqətən, Allah, insanların ehtiyac duyduqları hər bir şeyi Öz kitabında söyləmiş və Peyğəmbəri üçün onun hökmünü bəyan etmişdir. Həmçinin hər bir şey üçün müəyyən hədd, hər bir hədd üçün də dəlil qərar vermişdir.”

***

4-Qur`ani-kərim müxtəlif ayələrdə ilahi qanunları bəyan etməklə yanaşı, kainatın sirlərini də kəşf etmişdir. Hansı ki, insanların həmin dövrdə bu elmi mə`lumatlardan xəbərdar olması, vəhydən başqa yolla mümkün deyildir. Cazibə qanununun kəşf olunması böyük nailiyyətlərdən sayılır. Müasir dövrdə də kainatın heç bir dayaq olmadan sabit qalmasını məhz bu qanuna əsas izah edirlər. Qur`ani-kərim qısa bir cümlədə bu qanunu bəyan edərək buyurur: “Göyləri, gördüyünüz kimi, dayaqsız olaraq yüksəldən məhz Allahdır.”[2]

Varlıqlar arasında ümumi bağlılıq və hər şeyin cüt olması qanununu kəşf etmək elmin başqa xidmətlərindən birdir.

Halbuki, Qur`ani-kərim bu haqda, insanların azacıq belə xəbəri olmayan bir dövrdə xəbər verərək buyurur: “Biz hər şeydən cüt-cüt yaratdıq. Bəlkə, düşünüb ibrət alasınız!”

5-Qur`ani-kərim qarşıda olan və hələ gerçəkləş-məmiş bir sıra hadisələrin baş verəcəyindən xəbər vermişdir. Həmin hadisələrin sonradan baş verməsi, İslam Peyğəmbərinin (s) qeyb aləmi ilə rabitədə olmasını təsdiq etdi. Bu mətləbə çoxlu misal göstərmək olar, lakin biz onların birini qeyd etməklə kifayətlənirik. Romanın Allaha pərəstiş edən məsihiləri, oda sitayiş edən sasanilərə (iranlılara) məğlub olarkən bir qrup ərəb müşrikləri bu hadisəni xeyrə yozaraq “biz də Allahpərəst müsəlmanlara qalib gələcəyik” - dedilər. Lakin Qur`ani-kərim o zaman qəti surətdə belə xəbər verdi:

 “Rumlular (Ərəbistana) ən yaxın bir yerdə məğlub oldular. Lakin onlar bu məğlubiyyətlərindən sonra qalib gələcəklər - bir neçə ilin içində. Əvvəldə, də sonra da hökm Allahındır.”[3]

 Bir neçə ildən sonra bu hadisə gerçəkləşdi. Allaha pərəstiş edən hər iki qrup (romulu məsihilər və Ərəbistan müsəlmanları) öz düşmənlərinə (sasanilərə və Qüreyş müşriklərinə) qalib gəldilər. Buna görə də həmin ayənin davamında mö`minlərin şadlıq və sevincindən söhbət açaraq buyurur:

 “Bir gün gələcək ki, mö`minlər sevinəcəklər.”

6-Qur`ani-kərim müxtəlif surələrdə əvvəlki peyğəmbərlərin və onların ümmətlərinin həyatını müxtəlif ifadələrlə bəyan etmişdir. Onların əhvalatları, Tovrat və Incildə də gəlmişdir. Lakin bunları müqayisə edərkən mə`lum olur ki, Qur`ani-kərim tamamilə ilahi vəhydən ibarədir. Tovrat və Incildə gələnlər isə təhrif olunmuşdur. Qur`ani-kərimdə peyğəmbərlərin başına gələn əhvalatlarda, azca olsun belə, əql və fitrət baxımından peyğəmbərlərin yüksək məqamı ilə heç bir uyğunsuzluq gözə çarpmır. Halbuki, Tovrat və Incildə bu cür uyğunsuzluqlar olduqca çoxdur. Misal üçün, Qur`an, Tovrat və Incildə Həzrət Adəmin (ə) sərgüzəşti barədə olan mətləbləri müqayisə etmək kifayətdir.

***

HƏZRƏT MÜHƏMMƏDIN (S) NÜBÜVVƏTI HAQQINDA DƏLILLƏR VƏ ŞAHIDLƏR

 

Yuxarıda qeyd etdiyimiz kimi, mövcud dəlil və şahidlərin məcmusu peyğəmbərlərin iddiasının doğru olmasını isbat edir. Burada qısa şəkildə Islam Peyğəmbəri Həzrəti Mühəmmədin (s) peyğəmbərlik iddiasının doğruluğunu isbat edən dəlilləri qeyd edəcəyik.

Bu dəlillər aşağıdakılardan ibarətdir: 1-Həzrət Mühəmmədin (s) risalətdən qabaqkı parlaq həyatı:

Qüreyş tayfası Islam Peyğəmbərini, peyğəmbərliyə seçilməmişdən öncə, onu “Mühəmmədi Əmin” (yə`ni əmanətdar) deyə səsləyir, qiymətli əşyalarını onun yanında əmanət qoyurdular. Kə`bəni tə`mir edərkən Həcərul-əsvədi kim tərəfindən öz yerinə qoyulmaq barədə dörd tayfa arasında ixtilaf düşdü. Hamı qəbul etdi ki, bu işi Qüreyş tayfasının əzizi, yə`ni Həzrət Mühəmməd (s) görməlidir. Çünki, o, əmanətdar və hörmətli bir şəxsdir.[4]

2-Mühitin aludəliklərindən və müxtəlif əxlaqi fəsadlardan uzaqda olması: Islam Peyğəmbəri (s) elə bir mühitdə böyümüşdü ki, o zaman cəmiyyətə yalnız bütpərəstlik, qumarbazlıq, qızları diri-diri torpağa basdırmaq, qan içmək və ölü heyvan əti yemək, zülmkarlıq və s. kimi işlər hakim idi. Bununla belə, o Həzrət belə bir mühitdə yüksək məqama malik idi, hörmətli bir şəxs idi və heç vaxt əqidə və əxlaq baxımından belə çirkin işlərə aludə olmamışdı.

3-Də`vətinin məzmunu

 Həzrət Peyğəmbərin (s) də`vətinin möhtəvasına baxdıqda görürük ki, o, xalqı mühitə hakim olan işlərin və üzdəniraq dəyərlərin əksinə də`vət edirdi. Onlar bütpərəst idilər, Peyğəmbər isə tovhidə də`vət edirdi. Onlar məadı inkar edirdilər, Peyğəmbər isə isə məada inanmağı Islam dininin zəruri şərtlərindən qərar verdi. Onlar günahsız qızları diri-diri torpağa basdırır və qadına heç bir qiymət qoymurdular, Peyğəmbər isə insanın kəramətli olmasını müəyyən qədər qadınla əlaqələndirirdi. Onlar sələməçilik edir və eyş-işrət içində qərq olmuşdular, Peyğəmbər isə sələməçiliyi haram etdi. Onlar çoxlu şərab içir, qumar oynayırdılar. Peyğəmbər isə şərabı və qumarı şeytan əməli adlandıraraq, onlardan çəkinməyi vacib etdi...

4-Də`vətinin vasitələri:

Həzrət Mühəmməd (s) öz də`vətini genişləndirmək üçün tamamilə əxlaqi və insani yönünə malik olan vasitələrdən istifadə edirdi. O Həzrət heç vaxt su yolunu düşmənin üzünə bağlamaq, ağacları kəsmək və insanlığın əksinə olan sair işləri hədəfə çatmaq üçün vasitə etmədi. O, daima tövsiyə edirdi ki, qadınlara, uşaqlara və qocalara hörmət və tərəhhüm etsinlər, ağacları kəsməsinlər, düşmənə höccəti tamamlamamış müharibəyə başlamasınlar. O Həzrət heç kəsə əzab-əziyyət verməzdi. Onun həyat tarixində düşmənlər ilə olduqca mülayim rəftar etməsi ilə çox rastlaşmaq olur.

5-Mö`minlərin xüsusiyyəti və şəxsiyyəti:

Həzrət Peyğəmbərə (s) iman gətirən şəxslərin ruhiyyəsi, düşüncə tərzi və rəftarı o Həzrətin iddiasının doğru olmasını bəyan edir. Mə`lum olduğu kimi, hər vaxt bir şəxsin də`vəti cəmiyyətdə hörmətli və nüfuz sahibi olan insanlarda tə`sir qoysa, bu iş həmin şəxsin də`vətinin haqq və doğru olmasını göstərir. Yox, əgər onun ətrafına dünyapərəst adamlar toplaşsa, deməli onun iddiası yalandır. Peyğəmbərin ətrafına toplaşan şəxslərin hamısı yüksək mə`nəvi məqama malik idilər. O cümlədən, Həzrət Əli (ə), Cə`fər ibni Əbi Talib, Salman, Əbuzər, Bilal, Ibni Məs`ud, Miqdad, Əmmar və s. kimi şəxslər zahid, təqvalı və yüksək insani xüsusiyyətə malik olan şəxslər idi.

6-Mühitdə müsbət tə`sir göstərmək, misilsiz bir mədəniyyət qütbünün yaranması:

Islam Peyğəmbəri (s) 23 il ərzində Ərəbistan yarımadasını yüksək mədəniyyətli bir ölkəyə çevirdi. O Həzrət zülmkar və bütpərəst şəxsləri elə tərbiyələndirdi ki, nəinki öz məntəqəsində yüksək səviyyəli bir mədəniyyət yaratdı, həm də, Islamın misilsiz mədəniyyətini digər məntəqələrə yaydı. Islamı ilk qəbul edən müsəlmanlardan biri-Cə`fər ibni Əbi Talib bu məsələyə tə`kid edərək, Həbəşistan padşahının verdiyi suala belə çavab verdi:

 “Ey padşah! Allah bizim içərimizdən bir peyğəmbər seçdi. O bizə bütpərəstliyi və qumar oynamağı qadağan edərək, bizi namaz qılmağa, zəkat verməyə, yaxşılıq etməyə, ədalət əsasında hökm etməyə, qohum-əqrəbaya kömək etməyə və s gimi xeyir işlərə də`vət, edərək pis işlərdən çəkindirdi.”

Bu da digər dəlillər kimi, Islam Peyğəmbərinin (s) nübüvvət iddiasının haqq və doğru olmasını göstərir. Şübhəsiz ki, bu kimi xüsusiyyətlərə malik olan şəxs, nübüvvət və qeyb aləmi ilə rabitədə olmasını iddia etməkdə doğruçudur.

 


 

[1] “Nisa” surəsi, ayə 82.

[2] “Rə`d” surəsi, ayə 2.

[3] “Rum” surəsi, ayə 2-3-4.

[4] “Sireyi Ibni Hişam, 1-ci cild, səh. 209.

 


al-shia, Media-islam.Com 2008.