MEDIA-ISLAM.COM


 

İmamət

Sünnülərlə şiələr arasında Peyğəmbər (səlləllahu əleyhi və alih) üçün xəlifənin olmasında heç bir ixtilaf yoxdur; ixtilaf yalnız bundadır ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in xəlifəsi seçki yolu ilə olmalıdır, yoxsa tə`yin edilmə ilə.

Sünnülər deyirlər: Allahın Peyğəmbər (səlləllahu əleyhi və alih)-in tərəfindən tə`yin edilməyə heç bir ehtiyac, lüzum yoxdur xəlifə ümmətin seçkisi ilə müəyyən olunur. Şiələr isə deyirlər ki, xəlifə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in tə`yin etməsindən başqa yolla mümkün deyildir ki, bu da məhz Allah tərəfindən tə`yin olunmadır.

Bu iki nəzəriyyənin arasındakı ixtilafda hakim əql, Allahın Kitabı Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnəsidir.

A) Əqlin hakimiyyəti (hökmü)

Burada üç dəlil ilə kifayətlənmək olar:

1-Əgər bir nəfər hər hansı bir zavod tə`sis etsə onun məhsulları ən dəyərli, ən bahalı gövhər olsa, onu ixtira etməkdən məqsəd o məhsulun istehsalının davam etməsi, yə`ni, ixtira edənin həm həyatında, həm ölümündən sonra; həm hazır olduğu, həm qaib olduğu vaxt məhsul verməsidirsə, onda həmin zavodun işdən dayanmamağı, o məhsulun əldə edilməsi üçün o zavodun istehsal vasitələrinin hazırlanmasında, onların necə işləməsində çox dəqiq zərif məsələlər nəzərdə tutulmuşdur ki, onların barəsində mə`lumat əldə etmək həmin ixtiraçının yol göstərməsi olmadan müyəssər ola bilməz. Görəsən, inanmaq olarmı ki, o ixtiraçı həmin zavodun istehsal vasitələrinin sirlərini bilən, o vasitələri işlətmə qüdrətinə malik olan bir şəxsi tə`yin etməmiş olsun?! Habelə, o zavodun mühəndisini zavodun əmək istehsal vasitələrindən onların işləmə prinsiplərindən heç bir şey bilməyən camaatın seçkisinə həvalə etsin?!

İlahi qanunlar, sünnələr maarifdəki dəqiqlik zərafət insanın həyatının hər bir sahələrindəki Allah dininin karxanasının «istehsal vasitələridir» onun məhsulları da vücud aləminin ən dəyərli gövhərləridir. Bu da insanın ilahi mə`rifətə nail olmaq, Allaha ibadət etmək, insanın şəhvətinin iffətə, qəzəbinin şücaətə, fikrinin hikmətə çevrilməsi ilə əlaqədar insani kamal, ideal fəzilət, haqq-ədalət əsasında olan ictimaiyyətin icad olunmasından ibarətdir. Görəsən, bunlar yuxarıda qeyd olunan ixtiraçının ixtirasındakı dəqiqliklərdən azdırmı?!

Elə bir kitab ki, Allah-Taala onun tə`rifində buyurur:

وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِّكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً وَبُشْرَى لِلْمُسْلِمِيَن

“Biz bu kitabı sənə nazil etdik, halbuki, hər bir şeyi bəyan edəndir, hidayət rəhmətdir.”[1]

كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ

“Bu, sənə doğru nazil etdiyimiz bir kitabdır ki, (onun vasitəsilə) insanları zülmətlərdən nura doğru çıxarasan.[2]

وَمَا أَنزَلْنَا عَلَيْكَ الْكِتَابَ إِلاَّ لِتُبَيِّنَ لَهُمُ الَّذِي اخْتَلَفُواْ فِيهِ

“Biz bu kitabı sənə, yalnız buna görə göndərmişik ki, onların ixtilaflı olduqları şeyi onlara bəyan edəsən.”[3]

Bu kitab elə bir bəyanedici istəyir ki, bu kitabın bəyan etdiyi şeyləri ondan çıxara, insanların fikri, əxlaqi əməli zülmətlərini tanıya, onu nur aləminə doğru hidayət edə insanların ixtilaflı olduqları bütün şeylərdə haqq batili açıqlaya bilsin. O ixtilafların sərhədləri məbdə məad barəsində mövcud olan ən dərin ixtilaflardan tutmuş (ən güclü, fitri iste`dada malik olan insanların fikri belə onu həll etməyə məşğuldur), misal üçün, iki qadının südəmər bir körpə ilə əlaqədar hər ikisinin ana olduğunu iddia etdiyi məsələlərə qədər olan ixtilaflara qədər davam edir.

Bunu qəbul etmək olarmı ki, bu kitabın insanların tə`lim tərbiyəsində, problemlərin həll olunmasında, ixtilafların aradan qaldırılmasındakı ümumi hidayət tə`limləri Peyğəmbər (səlləllahu əleyhi və alih)-in rehləti ilə sona çatmış olsun?!

Görəsən, Allah Onun Peyğəmbəri bu qanunu tə`lim-tərbiyəni müfəssir, müəllim mürəbbi olmadan özbaşına buraxmış, müfəssir, müəllim mürəbbinin tə`yin olunmasını bu kitabın elm, maarif, qanun hökmlərindən xəbərsiz olan avam insanların seçkisinə həvalə etmişdirmi?!

2-İmamət insana rəhbərlik–əslində insan əqlinə rəhbərlik deməkdir. Çünki imamət mövzusunun bəhsi elə bir şəxsdir ki, insanın imamı olsun, insanın insaniyyəti onun əqli fikri ilədir: “Duamətul-insani əl-əqlu” دُعَامَةُ اْلاِنْسَانِ اَلْعَقْلُ insanın sütunu onun əqlidir. [4]

İnsanın xilqət sistemində bədən qüvvələri üzvləri hiss orqanlarının yol göstərməsinə, hərəkət əsəbləri (sinirləri) hiss əsəblərinə tabeçiliyə, xəta (yanlış) düzgün olmaqda hiss orqanlarının yol göstərəni isə insanın əqlidir ki, o da həvayi-nəfs tərəfindən xətaya düçar olmaqla məhdud idraka malik olmaqla kamil bir əqlin rəhbərliyinə ehtiyac duyur ki, insanın dərd dərmanına, nöqsan kamal amillərinə əhatəli (tam agah) olsun, həvayi-nəfsdən xətalardan amanda olsun ki, insan əqlinin onun imamətilə hidayət olunması gerçəkləşsin. Belə kamil bir əqlin barəsində mə`rifət kəsb etməyin yeganə yolu onun Allah tərəfindən təqdim olunmasıdır.

Buna görə imamətin həqiqətinin təsəvvür olunması onun mütəal Allah tərəfindən tə`yin olunmasını təsdiq etməkdən ayrılmaz.

3-İmamət məqamı Allah qanunlarının qorunub-saxlanması, təfsir icra edilməsindən ibarət olduğuna görə, ilahi qanunların təbliğatçısının ismətində deyilən dəlillər, eynilə qanunların qoruqçusu, keşikçisi, müfəssiri icraçısının isməti üçün lazım zəruridir. Mübəlliğdə həvayi-nəfsə itaət etmək xətaya yol vermək be`sətin hidayətdən ibarət olan əsas məqsədini batil etdiyi kimi, qanunların icraçısının həvayi-nəfsə tabe olması, qanunların icrasında təqsir xətaya yol verməsi insanların zəlalətə düşməsinə səbəb olar. Mə`sumun tanınması da mütəal Allah tərəfindən yol göstərmə olmadan müyəssər deyildir.

b) Qur`anın hökmü

İxtisara riayət olunsun deyə, üç ayəni qeyd etməklə kifayətlənirik.

Birinci ayə:

وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ

“Biz onlardan elə imamlar qərar verdik ki, Bizim əmrimizlə hidayət edərlər. Çünki onlar səbir edib Bizim ayələrimizə yəqin edirdilər.” [5]

Hər bir ağacı, onun əsli kökü, budaqları meyvələri ilə tanımaq olar. Qur`ani-məciddə imamətin pak-pakizə şəcərəsinin əsli budaqları yuxarıdakı ayədə bəyan olunmuşdur. Yə`ni imamətin əsası kökü Allahın ayələrinə yəqin səbirdir. Bu iki kəlmə insan kamalının ən yüksək mərhələsini bəyan edir. Belə ki, imam əqli kamal cəhətindən mütəal Allahın ayələrinə yəqin mə`rifət baxımından əqli kamal məqamına çatmalıdır. Bu ayələr Müqəddəs Zata izafət şəklində olan cəmdir. İradə cəhətindən səbir məqamına nəfsin Allahın bəyənmədiyi şeylərdən qoruyub-saxlanması, Onun sevdiyi şeylərə sövq olunmasıdır çatmış olsun. Bu iki cümlə imamın elm ismətini bəyan edir.

İmamətin fər` budaqları yalnız Allahın əmri ilə hidayət etməkdir. Allahın əmri ilə hidayət imamın əmr aləmi ilə xəlq aləmi arasında vasitəçiliyi isbat edir. O əslin zühurundan (gerçəkləşməsindən) ibarət olan bu fər`in vücudu da imamın elm ismətinin cilvələnməsidir.

O pak-pakizə şəcərə ki, o əsldir, bu isə onun budaqlarıdır, Allahın qüdrət əllərindən başqa bir şeylə tərbiyə oluna bilməz. Buna görə Allah buyurur:

“Biz onlardan elə imamlar qərar verdik ki, Bizim əmrimizlə hidayət edərlər. Çünki onlar səbir edib Bizim ayələrimizə yəqin edirdilər.”

İkinci ayə:

وَإِذِ ابْتَلَى إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا قَالَ وَمِن ذُرِّيَّتِي قَالَ لاَ يَنَالُ عَهْدِي الظَّالِمِينَ

“O zamanı (yada sal) ki, İbrahimin Rəbbi onu kəlmələrlə imtahana çəkdi o, kəlmələri (tamamlayıb) yerinə yetirdikdən sonra (Allah) dedi: “Həqiqətən Mən səni camaat üçün imam qərar verirəm.” İbrahim dedi: “Mənim zürriyyəmdən (nəslimdən) (imam qərar verirsənmi)?!” Allah buyurdu: “Mənim əhdim zalımlara çatmaz!”[6]

İmamət elə yüksək bir məqamdır ki, həzrət İbarahim (əleyhissalam) üzücü imtahanlardan sonra əhl-əyalını övladlarını tək-tənha, su, ot-ələf abadlığı olmayan bir səhrada qoyması, İsmailin qurbanlıq edilməsi üçün hazırlaşması, Nəmrudun odunda yandırılması s. kimi nübüvvət, risalət xillət məqamını qət etdikdən sonra bu məqama çatmışdır. Allah-Taala “Həqiqətən Mən səni insanlar üçün imam qərar verirəm”-deyə buyurduqda, o məqamın əzəməti həzrət İbrahimin nəzərində o qədər yüksək cilvələnmişdir ki, onu öz övladları üçün istəmiş, Allah-Taala da «Mənim əhdim zalımlara çatmaz» deyə buyurmuşdur.

Bu cümlədə imamət «ilahi bir əhd-peyman» kimi tə`bir olunmuşdur ki, ismətli olmadan bu məqama nail olmaq mümkün deyildir.

Şübhəsiz, həzrət İbrahim (əleyhissalam) imaməti özünün (istisnasız olaraq) bütün övladları üçün istəməmişdir; çünki Allahın xəlilinin insaniyyət imamətini adil bir Allahdan adil olmayan kəslər üçün istəməsi mümkün deyildir. Özünün ədalətli övladları üçün istədiyinə bu istəyi keçmişdə zülm işləri törətmiş adil övladları üçün ümumi olduğuna görə, Allah-Taalanın ona verdiyi cavabda məqsəd budur ki, bu dua ömründə bir dəfə belə, zülm etmiş bir şəxs barəsində qəbul olunmaz. Əksinə, mütləq imamət əql şəriətin hökmünə əsasən mütləq paklıq ismətlə şərtlənir.

Üçüncü ayə:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ

“Ey iman gətirənlər! Allaha, Rəsula özünüzdən olan əmr sahiblərinə itaət edin!”[7]

Bu şərif ayədə «ulil-əmr» kəlməsi «ər-rəsul» kəlməsinə bağlanmışdır, bağlayıcılıq, «ətiu» kəlməsinin təkrar olunması sayılmağına baxmayaraq, hər iki kəlmədə (ər-rəsul ulil-əmr) bir dəfə «ətiu» deyilməsi bunu göstərir ki, ulil-əmrə itaət etməyin vacib olması Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-ə itaət etməyin vacib olması ilə eyni qəbildən, bir həqiqətdən ibarətdir Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə itaət etmək kimi, vacibliyin qeydsiz-şərtsiz olması vaciblikdə heç bir hədd-hüdudun olmamağı lazımdır. Belə bir vaciblik, vəliyyi-əmr mə`sum olmadan mümkün deyildir. Çünki hər bir kəsə itaət olunması onun Allahın əmr fərmanları ilə müxalifət etməməyi ilə şərtlənir; mə`sumun–fərmanı ismətin tələbinə görə–Allahın fərmanı ilə müxalif olmadığına görə ona itaət etməyin vacibliyi heç bir qeydlə şərtlənmir.

Bunu e`tiraf etmək lazımdır ki, imamət Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dininin bərqərar edilməsi, ümmət sərhədlərinin qorunması kimi işlərdə xilafət xəlifəliyindən ibarətdir, belə ki, ona tabe olmaq bütün ümmətə vacibdir.[8] Əgər, “Həqiqətən Allah sizi ədalətə ehsana əmr edir”,[9] «Allah sizi yaxşı işlərə də`vət edir pis işlərdən çəkindirir»[10] ayələrinin tələbinə görə, vəliyyi-əmr mə`sum olmasa, ona mütləq (qeydsiz-şərtsiz) şəkildə itaət edilməsi Allahın zülm pis işlərə əmr etməsini, ədalət yaxşı işlərdən çəkindirməsini lazım tutur. Bundan əlavə, əgər vəliyyi-əmr mə`sum olmasa, mümkündür ki, onun fərmanı Allahın Rəsulunun fərmanının əksinə olsun. Bu halda Allaha Peyğəmbərə itaətə əmr etməklə vəliyyi əmrə itaət etmək əmri əslində iki zidd olan şeyə əmr etməkdir ki, bu da qeyri-mümkündür.

Nəticə alırıq ki, vəliyyi-əmrə qeydsiz-şərtsiz olaraq itaət etməyə əmr etmək onların Allahın Peyğəmbərinin əmrindən çıxmamağına dair dəlildir. Bunun özü vəliyyi-əmrin ismət məqamında olmağına şahiddir. Mə`sumun tə`yin olunması aşkarda gizlində olanlara alim olan bir Allahın tərəfindən olmayınca, müyəssər deyildir.

 


 

[1] «Nəhl» surəsi, ayə:89

[2] «İbrahim» surəsi, ayə:1

[3] «Nəhl» surəsi, ayə:64

[4] «Biharul-ənvar», 1-ci cild, səh. 90

[5] «Səcdə» surəsi, ayə:24

[6] «Bəqərə» surəsi, ayə:124

[7] «Nisa» surəsi, ayə:59

[8] «Şərhul-məvaqif», 8-ci cild, səh.345

[9] «Nəhl» surəsi, ayə:90

[10] «Ə`raf» surəsi, ayə:157

 


al-shia, Media-islam.Com 2008.