MEDIA-ISLAM.COM


 

v) Sünnənin hökmü

[Əmirəl-mö`minin Əli (əleyhissalam)-ın imamətini isbat etmək üçün, sünnülərin vasitəsilə nəql olunan rəvayətlərə istinad etmək, sadəcə olaraq, höccəti tamamlamaq və gözəl yolla olan «cidal» (mübahisə) məqsədi daşıyır; əks halda, o müqəddəs şəxsiyyətin Allahın kitabı və Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnəsində imamət üçün zikr olunan şərtlərin hamısına malik olmasına dəlalət edən mütəvatir hədis və rəvayətlərin varlığı ilə belə, onlara istinad etməyə əsla yer qalmır. Sünnü təriqi ilə nəql olunan və «səhih» adlandırılan rəvayətlər onların nəzərində səhih sayılan me`yarlar əsasındadır, şiələr tərəfindən nəql olunan rəvayətlərə də «səhihlik» adı aid edilməsi o rəvayətin e`tibar cəhətindəndir–istər şiələrin istilahında da səhih olsun, istərsə də onların rical me`yarları əsasında müvəssəq sayılmış olsun.]

Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih)-in sünnəsinə tabe olmaq əqli idrakın tələbi əsasındadır ki, bu da mə`sum şəxsiyyətə itaət etməyin lazım olduğunu çatdırır. Həm də Allahın Kitabının hökmünün tələbi ilədir:

وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا

“Peyğəmbərin sizə gətirdiyi hər bir şeyi əxz edin, onun çəkindirdiyi şeylərdən çəkinin![1]»

Sünnədən bir hədisi qeyd etməklə kifayətlənirik ki, onun səhihliyi inkaredilməz və Allahın fərmanı əsasında onu qəbul etmək vacibdir. Həmin hədisi sünnü və şiələr Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-dən nəql etmiş, onun Peyğəmbər (səlləllahu əleyhi və alih) tərəfindən sadir olmasına e`tiraf etmişlər. Onun çoxlu yollarla nəql olunmasına baxmayaraq, səhihliyi sübut olunan bir təriqlə nəql etməklə kifayətlənirik. O da Zeyd ibni Ərqəmin aşağıda qeyd etdiyimiz rəvayətidir:

قٰالَ: لَمّٰا رَجَعَ رَسُولُ اللَّهِ صلي الله عليه و آله سلم مِنْ حَجَّةِ الْوِدٰاعِ وَنَزَلَ غَدِيرَخُمٍّ اَمَرَ بِدَوْحٰاتٍ فَقَممنَ، فَقٰالَ: كَاَنِّى قَدْ دُعِيْتُ فَاَجَبْتُ، اِنِّى قَدْ تَرَكْتُ فِيكُمُ الثَّقَلَيْنِ اَحَدُهُمٰا اَكْبَرُ مِنَ اْلآخَرِ كِتٰابَ اللَّهِ وَعِتْرَتِى فَانْظُرُوا كَيْفَ تَخْلُفُونِّى فِيهِمٰا، فَاِنَّهُمٰا لَنْ يَتَفَرَّقٰا حَتّىٰ يَرِدٰا عَلَىَّ الْحَوْضَ، ثُمَّ قٰالَ اِنَّ اللَّهَ عَزَّ وَجََلَّ مَوْلاٰىَ وَاَنَا مَوْلىٰ كُلِّ مُؤْمِنٍ، ثُمَّ اَخَذَ بِيَدِ عَلِىٍّ رَضِىَ اللَّهُ عَنْهُ فَقٰالَ: مَنْ كُنْتُ مَوْلاٰهُ فَهٰذٰا وَلِيُّهُ اَللَّهُمَّ وٰالِ مَنْ وٰالاٰهُ وَعٰادِ مَنْ عٰادٰاهُ، وَذَكَرَ الْحَدِيثَ بِطُولِهِ

Zeyd ibni Ərqəm deyir ki, Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih) Həccətül-vidadan qayıdan zaman Qədir-Xumda düşərgə saldı və əmr etdi ki, kölgəlik düzəltsinlər. Sonra buyurdu: «Sanki mən (Allah tərəfindən) də`vət olunmuşam və onu (də`vəti) qəbul etmişəm. Həqiqətən, mən sizin aranızda iki ağır (dəyərli, nəfis) əmanət qoyub gedirəm ki, onlardan biri digərindən böyükdür: Allahın kitabı və itrətim. Baxın görün, məndən sonra bu ikisi ilə necə rəftar edəcəksiniz! Həqiqətən bu ikisi Kövsər hovuzu yanında mənə gəlib çatana qədər bir-birindən ayrılmazlar. (Sonra buyurdu:) Həqiqətən, Allah-Taala mənim mövlamdır, mən də hər bir mö`minin mövlasıyam. (Sonra həzrət Əlinin əlindən tutub dedi:) Mən hər kəsin mövlasıyamsa, bu da onun vəlisidir. (Sonra dua edərək dedi:) «Pərvərdigara! Onu sevənləri sev, onunla düşmən olanlarla düşmən ol.»[2] (Sonra bu uzun hədisi axıra kimi rəvayət edir.)

Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih)-in nəzərində ümmətə imamətin əhəmiyyəti o qədər yüksək səviyyədə idi ki, təkcə Həccətül-vidadan qayıdanda deyil, əksinə, müxtəlif münasibətlərlə əlaqədar, hətta özünün vəfatı ilə nəticələnən xəstəliyində, səhabələr onun hücrəsində bir yerə toplaşdığı zaman Allahın kitabı və öz itrətini vəsiyyət etmişdi. Bə`zi rəvayətlərdə «inni qəd tərəktu fikumus-səqəleyn»[3], bə`zi rəvayətlərdə «inni tarikun fikum xəlifətəyn»[4], digər rəvayətlərdə «inni tarikun fikumus-səqələyn»[5]; habelə, bə`zilərində «lən yəftəriqa»[6], bə`zi digər rəvayətlərdə «lən yətəfərrəqa»,[7] bə`zi nüsxələrdə isə «la tuqəddimuhuma fətəhliku və la tuəllimuhuma fə innəhuma ə`ləmu minkum»[8], bə`zilərində isə «inni tarikun fikum əmreyni lən təzillu inittəbə`tumuhuma[9] Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alih)-in kəlamında qeyd olunan incəliklərin hamısını bəyan etmək müyəssər olmasa da, onlardan bə`zilərini qeyd edirik:

1-«İnni qəd tərəktu» cümləsi bunu bəyan edir ki, Allahın kitabı və Peyğəmbər (səlləllahu əleyhi və alih)-in itrəti o həzrətdən ümmət üçün miras qalan bir əmanətdir. Çünki Peyğəmbər (səlləllahu əleyhi və alih)-in ümmətə olan münasibəti atanın övlada olan münasibəti kimidir. İnsanın cismi və ruhu vardır: ruhun bədənə olan münasibəti mə`nanın sözə, məğzin (ləpənin) qabığa olan münasibəti kimidir. Cismani qüvvə və əzalar, cismani ata vasitəsilə insana izafə olunur (keçir), mə`nəvi və ruhani qüvvə və əzalar da, yə`ni haqq əqidələr, fəzilətli əxlaqlar və saleh əməllər insanın ruhani atası olan Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vasitəsilə insana verilir.

Ruhani sirət (davranış) və əqlani surətin ifazə vasitəsi maddi surətin və cismani hey`ətin ifazə vasitəsilə müqayisəolunmaz dərəcədədir – ləpə qabıq (quruluş forma) ilə, mə`na kəlmə ilə, mirvarid sədəflə müqayisə olunmadığı kimi.

Belə bir mə`nəvi və ruhani ata «kəənni qəd duiytu fə əcəbtu» cümləsi ilə öz vəfatından xəbər verir, öz övladları üçün mirasını (tərəkəsini) müəyyən edir və buyurur ki, mənim vücudumun hasili və yadigarı ümmət üçün iki şeydir: «Allahın kitabı və itrətim.»

Kitab–Allahın ümmətlə rabitəsi, itrət isə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in ümmət ilə rabitəsidir. Kitabla əlaqəni kəsmək Allahla əlaqəni kəsməkdir, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in itrətindən əlaqəni kəsmək isə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in özü ilə əlaqəni kəsməkdir. Allahın Peyğəmbəri ilə əlaqəni kəsmək də Allahın Özü ilə əlaqəni kəsməkdir.

İzafətin xasiyyəti budur ki, muzaf, muzafun–iləyhdən heysiyyət kəsb edir, «Kitab»-ın Allaha və itrətin Peyğəmbərə–aləmin ilk şəxsiyyətinə izafə olunması Kitabın və itrətin yüksək məqam və mənzilətini aydınlaşdırır. Lakin mətləbin əhəmiyyətini nəzərə almaqla, həzrət bu ikisini «səqəleyn» ünvanı ilə vəsf edir, bu da Peyğəmbər (səlləllahu əleyhi və alih)-in tərəkəsi olan bu iki yadigarın dəyər və qiymətini bəyan edir.

Qur`anın mə`nəvi dəyərinin ağırlığı (nəfisliyi), əqlin dərk edəcəyindən son dərəcə yüksəkdir, Qur`an, Xaliqin məxluq üçün təcəllisidir, buna görə də onun əzəmətini dərk etmək üçün aşağıdakı bir neçə ayəyə diqqət yetirmək kifayətdir:

يس وَالْقُرْآنِ الْحَكِيمِ

"Yasin. And olsun hikmətli Qur`ana!"[10]

ق وَالْقُرْآنِ الْمَجِيدِ

"Qaf. And olsun məcid (əzəmətli) Qur`ana!"[11]

إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ * فِي كِتَابٍ مَّكْنُونٍ * لَّا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ

"Həqiqətən, bu, kərim (kəramətli) olan Qur`andır, bükülmüş bir kitabda. Ona paklardan başqası məsh edə bilməz."[12]

لَوْ أَنزَلْنَا هَذَا الْقُرْآنَ عَلَى جَبَلٍ لَّرَأَيْتَهُ خَاشِعًا مُّتَصَدِّعًا مِّنْ خَشْيَةِ اللَّهِ وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ

“Əgər Biz bu Qur`anı dağa nazil etsəydik, hökmən onun Allah qorxusundan xaşe` olub (qorxub) və pərakəndə vəziyyətə düşdüyünü görərdin. Və bunları insanlar üçün misal vururuq ki, bəlkə təfəkkür edələr.”[13]

İtrətin də eynilə Qur`anın vəsf olunduğu xüsusiyyətlərlə vəsf edilməsi göstərir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in kalamında itrət Qur`anın bərabəri və vəhyin şəriki kimi qeyd olunmuşdur.

Peyğəmbər (səlləllahu əleyhi və alih)-in kəlamında – onun kəlamı haqqın, həqiqətin me`yarı, mizanıdır – öz itrətini Qur`anla eyni səviyyədə qərar verməsi yalnız o halda mümkün ola bilər ki, o itrət "hər bir şeyin bəyanedicisidir" – ayəsində Qur`an elminin şəriki[14] və “ona batil nə öndən, nə də arxadan yol tapa bilməz”[15] ayəsində Qur`anın ismətilə şərik olsunlar.

2-“Fə innəhuma lən yətəfərrəqa” cümləsi Qur`anla itrətin hər zaman bir-biri ilə yanaşı olub və heç vaxt bir-birindən ayrılmamağına dəlalət edir. Çünki Qur`an elə bir kitabdır ki, müxtəlif tutumlar və qabiliyyətlərlə yanaşı olan bütün bəşər övladları üçün nazil olmuşdur, onun zahiri (kəlmədə olan) ifadələri avam xalq kütlələri üçün, işarələri alimlər üçün, lətif və incəlikləri övliyaullah (Allah övliyaları) üçün, həqiqətləri isə peyğəmbərlər üçündür. İnsan növləri arasında ən alçaq fitrətli olanlardan, yə`ni bütün həmləri-qəmləri, fikri-zikri yalnız maddi ehtiyaclarını tə`min etmə olanlardan ən yüksək səviyyəli insanlara qədər – yə`ni ruhi iztirabları, nigarançılıqları Allahın zikrindən başqa bir şeylə aradan qalxmayan, itirdiyi şeylər yalnız Allahın gözəl adları, gözəl məsəlləri, ismi-ə`zəmə malik olanlara qədər hamı – onun hidayətindən bəhrələnməlidir.

Bu kitab sanki bir günəşə bənzəyir ki, soyuq dəymiş insan onun qızmar hərarəti ilə aramlıq tapır, əkinçi əkin sahəsinin becərilməsini ondan istəyir, təbii elmlər üzrə alimlər onun şüasını analiz etməklə onun xasiyyətlərini, şüalarının mineral maddələrdə və bitki aləmində tə`sirini arayır, ilahi alimlər günəşin yer üzündəki tə`sir və onun bütün törəmələrində təfəkkür edir, günəşin çıxıb qüruba enməsi, (yerə) yaxında və ya uzaqda olması ilə əlaqədar qanunlardan istifadə edərək öz itiklərini – günəşin Xaliqi və tədbiredicisini dərk edirlər.

Bütün bəşəriyyət aləmi üçün nazil edilən, insaniyyətin dünya, bərzəx və axirətdəki bütün ehtiyaclarını tə`min edən belə bir kitabın elə bir müəllimi olmalıdır ki, onların (ehtiyacların) hamısını dəqiq şəkildə bilsin; çünki mahir təbib olmadan tibbin, müəllim olmadan elmin, insanın dünya və axirət həyatının tənzim olunması üçün nəzərdə tutulan ilahi qanunlar da, ona mütənasib olan müfəssir olmadan naqis sayılır və "Əl-yovmə əkməltu ləkum dinəkum"[16] – bu gün sizin dininizi, sizin üçün kamil etdim» ayəsi ilə uyğun deyildir; əks halda bu kitabın nazil olmasındakı məqsədin əksi lazım gələr ki, bu da "və nəzzəlna ələykəl-kitabə tibyanən li kulli şəy`in"[17] ayəsi ilə uyğun gəlmir. Mütləq şəkildə kamil, həkim olan bir Allah tərəfindən naqis dinin şəriət halına salınması qəbahətlidir və məqsədin əksinə hərəkət etmək qeyri-mümkündür, buna görə də Peyğəmbər (səlləllahu əleyhi və alih) «lən yətəfərrəqa» -  deyə buyurmuşdur.

3-Digər bir rəvayətdə buyurulur:

يٰا أَيُّهَا النّٰاسُ اِنِّى تٰارِكٌ فِيكُمْ أَمْرَيْنِ لَنْ تَضِلُّوا اِنِ اتَّبَعْتُمُوهُمٰا

“Ey insanlar! Həqiqətən mən sizin aranızda iki şey qoyuram ki, əgər onlara tabe olsanız yolunuzu azmazsınız.”

Əvvəlki bəhslərdə işarə edildiyi kimi insanın xilqət xüsusiyyətləri cəhətindən hidayət olunması onun əbədi səadətinə, yoldan azması isə əbədi bədbəxtçiliyinə səbəb olur. Çünki insan kainat varlıqlarının üsarəsi, gövhəridir, dünya, bərzəx, axirət, mülk, mələkut yönlü bir varlıqdır, xəlq və əmr aləminə bağlıdır, fəna üçün deyil, əbədiyyət üçün yaradılmışdır. Belə bir hidayət də yalnız ilahi vəhy tərbiyəsi və tə`limi ilə mümkündür ki, bu müqəddəs ilahi vəhy də zülmətlərdə parlayan müqəddəs nurdur:

قدْ جآكُم مِّن اللّهِ نُورٌ و كِتـبٌ مُّبِينٌ

“Şübhəsiz, Allah tərəfindən sizin üçün bir nur və (haqqı, batili) bəyan edən bir kitab nazil olmuşdur”.[18] Uyğunluq və tənasüb qanununa əsasən, onun müəllimi də hər növ xətadan, həvayi-nəfsdən pak-pakizə, mə`sum olmalıdır. Bu hidayətə və mə`sum yol göstərənə sarılmaq ilə bəşəriyyətə əxlaqi, fikri və əməli zəlalətlərdən tə`minat verildiyi üçün buyurur: «Lən təzilluin inittəbə`tumuhuma.»

4- “Və la tuəllimuhuma fə innəhuma ə`ləmu minkum”– cümləsi barəsində sünnülərin ən təəssübkeş alimlərinin birinin sözünü qeyd etməklə kifayətlənirik:[19]

وَتَمَيَّزُوا بِذلِكَ عَنْ بَقِيَّةِ الْعُلَمَاءِ، لِاَنَّ اللَّهَ أَذْهَبَ عَنْهُمُ الرِّجْسَ وَطَهَّرَهُمْ تَطْهِيرًا (اِلَي اَنْ قَالَ) ثُمَّ اَحَقُّ مَنْ يُتَمَسَّكُ بِهِ مِنْهُمْ اِمٰامُهُمْ وَعٰالِمُهُمْ عَلِىُّ بْنُ اَبِى طـٰالِبٍ كَرَّمَ اللَّهُ وَجْهَهُ لِمٰا قَدَّمْنٰاهُ مِنْ مَزِيدِ عِلْمِهِ وَدَقٰائِقِ مُسْتَنِبْطـٰاتِهِ وَمِنْ ثَمَّ قٰالَ اَبُوبَكْرٍ عَلِىٌّ عِتْرَةُ رَسُولِ اللَّهِ اَىْ اَلَّذِينَ حَثَّّ عَلَى التَّمَسُّكِ بِهِمْ، فَخَصَّهُ لِمٰا قُلْنٰا، وَكَذٰلِكَ خَصَّهُ بِمٰا مَرَّ يَوْمَ غَدِيرِخُمٍّ

“Allahın kitabına və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in sünnəsinə alim olanlar – o həzrətin itrəti sair alimlərdən seçilmişlər səbəbi də budur ki, Allah ricsi (zahiri və batini çirkinliyi) onlardan aparmış, onları pak-pakizə edərək xüsusi şəkildə paklaşdırmışdır... (Sonra deyir:) O itrətdən, sarılmağa ən layiqli şəxs də, onların imamı və alimi olan Əliyyibni Əbi Talibdir. Çünki əvvəldə qeyd etdiyimiz kimi, onun elmi çox və istinbatları dəqiq idi. Buna görə də Əbu Bəkr dedi: «Əli Allahın Peyğəmbərinin itrətidiz – yə`ni o kəslərdəndir ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onlara sarılmağı tə`kid etmişdir. Bu deyilənlər görə də Əlini xüsusi, şəkildə qeyd edir, həmçinin onu Qədir-Xum günündə qeyd olunan fəzilətlərə ixtisas vermişdir.»

Bu məsələyə diqqət yetirmək lazımdır ki, Əlinin başqa alimlərdən olan imtiyazı «Təthir» ayəsinə görədir: bu ayənin hökmünə əsasən, o, mütləq şəkildə rics və çirkinliklərdən pak olunmuşdur. Bunu da iqrar və e`tiraf etməliyik ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əlini bütün ümmətin alimi və hamıdan bilikli hesab etmişdir, Allah isə buyurur:

قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ إِنَّمَا يَتَذَكَّرُ أُوْلُوا الْأَلْبَابِ

“De bilənlərlə bilməyənlər eynidirmi?! Yalnız əql sahibləri ibrət alar!”[20]

أَفَمَن يَهْدِي إِلَى الْحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لاَّ يَهِدِّيَ إِلاَّ أَن يُهْدَى فَمَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ

“Haqqa hidayət edən şəxs tabe olunmağa daha layiqlidir, yoxsa hidayət olunmayan və yalnız hidayət etdikləri halda hidayət olunan şəxs?! Sizə nə olub, necə hökm edirsiniz?!”[21]

«İnni tarikun...» hədisinin səhihliyini e`tiraf etməklə, bütün üm­mə­tə əmr olunmuşdur ki, zəlalətdən nicat tapmaq üçün Əli (əleyhissalam)-ın tabe olsunlar. Buna görə də Əli (əleyhissalam)-ın tabe olunmaqda və istisnasız olaraq bütün ümmətin ona tabeçiliyində höccət tamam olunmuşdur:

قُلْ فَلِلّهِ الْحُجَّةُ الْبَالِغَةُ

“De: yetərli höccət yalnız Allaha məxsusdur.”[22]

5-Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) Əli (əleyhissalam)-ın əlindən tutub yuxarı qaldıraraq onu camaata təqdim etməklə bəyani-kubradan sonra, onun kim olduğunu da bəyan etsin ki, heç kəs üçün anlaşılmaz müəmmalı, şübhəli bir şey qalmasın. Bu Qur`andan ayrılmayan həmin «siql»-dir və onun isməti ümmətin hidayətinə zəmanət verir. Peyğəmbər (səlləllahu əleyhi və alih) bütün mö`minlərin mövlası olduğuna görə mövla olmaq məqamı Əli (əleyhissalam) üçün də sübuta yetir:

إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ

“(Budur və bundan qeyri ola bilməz:) Sizin mövlanız yalnız Allah, Onun Rəsulu və iman gətirib namaz qılan və rüku halında zəkat verənlərdir.”[23]


 

[1] «Həşr» surəsi ayə: 7

[2] «Əl-müstədrəku ələs-Səhiheyn», 3-cü cild, səh.26;

Həmçinin, şiə mənbəlrərindən: «Kəmalud-din və təmamun-ne`mət», səh.234 və 238; və sair kitablar.

[3] «Müsnədi Əhməd», 3-cü cild, səh.26;  «Əssünənul-kubra», (Nisai), 5-ci cild, səh.45, 130;; «Əssirə», İbni Kəsir, 4-cü cild, səh.416 və digər sünnü kitabları.

«Bəsairud-dərəcat», səh.434, 8-ci hissə, 17-ci bab, 4-cü hədis; «Kəmalud-din və təmamun-ne`mət», səh.236, 238; «Əl-ümdə», səh.71 və sair şiə kitabları.

[4] «Müsnədi Əhməd », 5-cü cild, səh.181 və 189; «Fəzailus-səhabə» (Əhməd ibni Hənbəl), 2-ci cild, səh. 63, 1032-cü hədis; «Əl-Müsənnəf» İbni Əbi Şeybə, 7-ci cild, səh.418, 11725-ci hədis; «Əl-Camius-səğir», 1-ci cild, səh.402 və digər sünnü kitabları.

«Kəmalud-din və təmamun-ne`mət», səh.240; «Əl-ümdə», səh.69;«Sə`dus-suud», səh.228 və digər şiə kitabları.

[5] «Fəzailus-səhabə» (Əhməd ibni Hənbəl),, 1-ci cild,səh.572, 968-ci hədus; «Müsnədi Əhməd», 3-cü cild, səh.371; «Əl-müstədrəku ələs-Səhiheyn», 3-cü cild, səh.148; «Əl-mu`cəmul-kəbir», 5-ci cild, səh166, və digər sünnü kitabları.

«Bəsairud-dərəcat», səh.432, 8-ci hissə, 17-ci bab, 3, 5 və 6-cı hədis; «Kəmalud-din və təmamun-ne`mət», səh.234, 238; «Kifayətul-əsər», səh.78, 137, 163 və sair şiə kitabları.

[6] «Əl-bidayətu vən-nəhayə», 5-ci cild, səh.228 və 7-ci cild, səh.386; «Ət-Təbəqatul-kubra», 2-ci cild, səh.194; «Müsnədi Əbu Yə`li », 2-ci cild, səh.297, 48-ci hədis; «Cəvahirul-əqdeyn», səh.231-233; «Müsnədi İbni Cu`d», səh.397, 2711-ci hədis; «Xəsaisu Əmiril-mö`minin ®», səh.93; «Müsnədi Əhməd», 3-cü cild, səh.14 və başqa sünnü mənbələri.

[7] «Müsnədi Əhməd», 5-ci cild, səh.182; «Əssünənul-kubra», 5-cü cild, səh.45...; «Kitabus-sünnə», İbni Əbi Asim, səh.629, 1539-cü hədisvə səh.630, 1553-cü hədis; «Əl-müstədrəku ələs-Səhiheyn», 3-cü cild, səh.109; və başqa mənbələr.

[8] Qeyd olunan ibarə və onun məzmununa yaxın: «Məcməuz-zəvaid», 9-cu cild, səh.164; «Əs-səvaiqul-muhriqə», səh.150, 228; «Cəvahirul-əqdeyn», səh.233 və 237; «Əd-durrul-mənsur», 2-ci cild, səh.60 və başqa mənbələr.

[9] «Əl-müstədrəku ələs-Səhiheyn», 3-cü cild, səh.110; «Camiul-əhadis», 3-cü cild, səh.430, h.9591; «Yənabiul-məvəddət», 1-ci cild, səh.166; «Tarixu mədinəti Dəməşq», cild.42, səh.216; və başqa mənbələr.

[10] «Yasin» surəsi, ayə:1-2

[11] «Qaf» surəsi, ayə:1

[12] «Vaqiə» surəsi, ayə:77-79

[13] «Həşr» surəsi, ayə:21

[14] «Nəhl» surəsi, ayə:89

[15] «Fussilat» surəsi, ayə:42

[16] «Maidə» surəsi, ayə:3

[17] «Nəhl» surəsi, ayə:89

[18] «Maidə» surəsi, ayə:15

[19] «Əs-səvaiqul-muhriqə», səh.151

[20] «Zümər» surəsi, ayə:9

[21] «Yunüs» surəsi, ayə:35

[22] «Ən`am» surəsi, ayə:149

[23] «Maidə» surəsi, ayə:55


al-shia, Media-islam.Com 2008.