MEDIA-ISLAM.COM


 

 

Ümumi xilafət və imamət məsələsində əql, Allahın kitabı və Peyğəmbər (s) sünnəsi xüsusi imaməti aydınlaşdırmaqda hakim olsa da və imam üçün lazım olan xüsusiyyətlərdə mə`sum imamlardan başqa bir misdaq (nümunə) tapa bilməsə də, höccətin tamam olunmasını nəzərə almaqla – «Səqəleyn» hədisinin bəyanından əlavə – Seyyidül-vəsiyyin Əmirəl-mö`minin Əli (ə)-ın barəsində səhihliyi əhli hədisin yanında aşkar olmaqla nəql etdikləri bir nüçə digər hədisi də nəql edirik:

 

عَنْ أَبِى ذَرٍّ L قٰالَ: قٰالَ رَسُولُ اللَّهِ  9 : مَنْ اَطـٰاعَنِى فَقَدْ اَطـٰاعَ اللَّهَ وَمَنْ عَصٰانِى فَقَدْ عَصَى اللَّهَ وَمَنْ اَطـٰاعَ عَلِيًّا فَقَدْ اَطـٰاعَنِى وَمَنْ عَصَىٰ عَلِيًّا فَقَدْ عَصٰانِى

1-ci hədis Əbuzər deyir ki, Peyğəmbər (s) mənə buyurdu: «Hər kəs mənə itaət etsə, şübhəsiz, Allaha itaət etmişdir, hər kəs mənə qarşı üsyankarlıq etsə (asi olsa) şübhəsiz, Allaha qarşı üsyankarlıq etmişdir. Hər kəs Əliyə itaət etsə, şübhəsiz, mənə itaət etmiş, hər kəs Əliyə üsyankarlıq (asilik) etsə, şübhəsiz, mənə qarşı üsyankarlıq etmişdir.[1]

Səhihliyi sünnülərin böyük alimləri tərəfindən təsdiq olunan bu hədisdə Peyğəmbəri Əkrəm (s) -in bəyanının hökmü ilə (belə ki, Allah Qur`anda onun sözlərinin xətadan uzaq olmasını bəyan etmiş və bu barədə əqli dəlil də gətirilmişdir) Əli (ə)-a qarşı itaət və üsyankarlıq Peyğəmbər (s) -ə itaət və üsyankarlıq, Peyğəmbər (s)-ə qarşı itaət və üsyankarlıq isə Allaha itaət və üsyankarlıq hesab olunmuşdur.

İtaət və üsyankarlığın əmr və nəhy barəsində olmasına diqqət yetirməklə, eləcə də əmr və nəhyin mənşəyinin iradə (istəmək) və kərahət (ikrahlı olmaq) olduğuna nəzər yetirməklə, Əli (ə)-a itaət və üsyankarlığın Allaha itaət və üsyankarlıqdan ayrı olması mümkün deyildir. Bu da yalnız o zaman mümkün ola bilər ki, Əli (ə)-ın iradə və kərahəti Allahın iradə və kərahətinin cilvəgahı, məzhəri olmuş olsun.

İradə və kərahətinin Allahın iradə və kərahəti olduğu şəxs elə bir ismət məqamına çatmış olmalıdır ki, onun razılığı və qəzəbi məhz Allah-Taalanın razılığı və qəzəbi olsun. Bu hədisdəki ümumi kəlmələrdən olan «mən» (hər kim) kəlməsinin tələbinə əsasən, hər kəs Allahın və Peyğəmbər (s) -in itaəti dairəsində olsa, Əli (ə)-ın əmr və fərmanlarına sözsüz itaət etməlidir, əks halda, Allaha və Peyğəmbər (s)-ə qarşı itaətsizlik etmiş, asi olmuş olur və:

وَمَن يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالًا مُّبِينًا

“Hər kəs Allaha və Onun Rəsuluna itaətsizlik (üsyankarlıq) etsə, şübhəsiz, aşkar zəlalətə düşmüş olacaqdır.” [2]

وَمَن يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَإِنَّ لَهُ نَارَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا أَبَدًا

                                                  

“Hər kəs Allaha və Onun Rəsuluna itaətsizlik edərsə, şübhəsiz, cəhənnəm odu onun üçündür və onlar orada əbədi qalacaqlar.”[3]

Hər kəs Əli (ə)-a itaət etsə, Allaha və Onun Peyğəmbər (s)-inə itaət etmişdir:

وَمَن يُطِعِ اللّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ

“Hər kəs Allaha və Onun Rəsuluna itaət etsə, Allah onu, ağaclarının altından çaylar axan cənnətə daxil edər.”[4]

وَمَن يُطِعْ اللَّهَ وَرَسُولَهُ فَقَدْ فَازَ فَوْزًا عَظِيمًا

“Hər kəs Allaha və Onun Rəsuluna itaət edərsə, şübhəsiz, böyük bir qurtuluşa nail olar.”[5]

وَمَن يُطِعِ اللّهَ وَالرَّسُولَ فَأُوْلَـئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللّهُ عَلَيْهِم

“Hər kəs Allaha və Rəsuluna itaət edərsə, həqiqətən o, Allahın ne`mət verdiyi şəxslərlə bir yerdə olar.”[6]

 

اِنَّ رَسُولَ اللَّهِ خَرَجَ اِلَىٰ تَبُوكَ وَاسْتَخْلَفَ عَلِيًّا فَقٰالَ: اَتخْلِفُنِى فِى الصِّبْيٰانِ وَالنِّسٰاءِ قٰالَ اَلاٰ تَرْضَىٰ اَنْ تَكُونَ مِنِّى بِمَنْـزِلَةِ هٰارُونَ مِنْ مُوسٰى اِلاَّ اَنَّهُ لَيْسَ نَبِىٌّ بَعْدِى

2-ci hədis: Peyğəmbər (s) Təbuk müharibəsinə yola düşən zaman Əli (ə)-ı Mədinədə öz yerinə qoydu və buyurdu ki, əhl-əyalım, uşaqlarım arasında mənim xəlifəm ol. Sonra buyurdu: ”Razı olmazsanmı ki, səninlə mənim münasibətim Harunla Musanın münasibəti kimi olsun?! Bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur.”[7]

Bu rəvayət sünnülərin mö`təbər «sihah» və «müsnəd» kitablarında nəql olunmuşdur. Sünnülərin böyük şəxsiyyətlərindən bir çoxu bu hədisin səhih olması barəsində müttəfiq fikirdədirlər. Onların sözlərinin nümunəsi belədir:

هذا حديث متفق على صحّته رواه الإمّة الحفاظ، كأبى عبداللّه البخارى في صحيحه، و مسلم ابن الحجاج في صحيحه، و أبى داود في سننه، و أبى عيسى الترمذى في جامعه، و أبى عبدالرحمان النسائي في سننه، و ابن ماجة القزويني في سننه، واتفق الجميع على صحّته حتى صار ذلك اجماعا منهم، قال الحاكم النيسابورى هذا حديث دخل فى حدّ التواتر

Bu hədisin səhihliyinə ittifaq olunmuş, onu hədis hafizlərinin imamları nəql etmişlər. O cümlədən, Əbu Əbdillah Buxari «Səhih» kitabında, Müslim ibni Həccac «Səhih» kitabında, Əbu Davud «Sünən» kitabında, Əbu İsa Termizi «Came`» kitabında, Əbu Əbdir-Rəhman Nisai «Sünən» kitabında, İbni Macə Qəzvini «Sünən» kitabında nəql etmiş və hamısı bu hədisin səhihliyinə ittifaq etmişlər. Bu ittifaq onların icmasına çatmışdır. Hakim Nişapuri deyir: «Bu hədis təvatür həddinə daxil olan hədislərdəndir.»[8]

Bu rəvayət ümumun tələbi ilə Harunun Musa ilə əlaqədar malik olduqları məqam və mənzilətin hamısını Peyğəmbər (s) ilə münasibətdə Əli (ə) üçün isbat edir, yalnız nübüvvət məqamının istisna olunması bu mənzilətin ümumiliyini tə`kid edir.

Qur`ani-Məciddə Harunun Musa ilə əlaqədar mənzilət və məqamı barəsində belə deyilir:

وَاجْعَل لِّي وَزِيرًا مِّنْ أَهْلِي * هَارُونَ أَخِي * اشْدُدْ بِهِ أَزْرِي * وَأَشْرِكْهُ فِي أَمْرِي

“(Pərvərdigara!) Mənim üçün öz əhlimdən olan bir vəzir qərar ver–qardaşım Harunu. Onun vasitəsilə mənim arxamı möhkəmlət və mənim işimdə onu şərik et!”[9]

وَقَالَ مُوسَى لأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي وَأَصْلِحْ وَلاَ تَتَّبِعْ سَبِيلَ الْمُفْسِدِينَ

“Musa, qardaşı Haruna dedi: “Qövmüm arasında mənim canişinim ol, onları islah et və fasiqlərin yoluna tabe olma!”[10]

Harunun malik olduğu mənzilət 5 məsələdə xülasələnir:

1-Vəzirlik:

Vəzir o kəsə deyilir ki, əmirin malik olduğu ağır məs`uliyyət yükünü öz öhdəsinə götürür, onun yerinə yetirilməsinə öhdəçilik edir. Bu məqam təkcə «mənzilət» hədisində deyil, əksinə digər rəvayətlərdə də, sünnülərin təfsir və hədis kitablarında da o həzrət üçün qeyd olunmuşdur.[11]

2-Qardaşlıq:

Musa ilə Harunun arasında nəsəbi qohumluq olduğuna görə, bu mənziləti Allahın Peyğəmbəri (s)-dən Əli (ə)-a qardaşlıq əqdi vasitəsilə gerçəkləşmişdir. Bu mövzu ilə əlaqədar sünnü və şiə rəvayətləri olduqca çoxdur, biz onlardan birini qeyd etməklə kifayətlənirik:

Ömərin oğlu Əbdüllah deyir: «Peyğəmbər (s) Mədinəyə daxil olan zaman səhabələr arasında qardaşlıq bərqərar etdi. Bu zaman Əli ağlar halda gəlib dedi: «Ya Rəsuləllah! Səhabələri bir-biri ilə qardaş etdin, amma məni bir kəslə qardaş etmədin?!» Həzrət buyurdu:

يٰا عَلِىُّ اَنْتَ اَخِى فِى الدُّنْيٰا وَاْلآخِرَةِ

«Ya Əli! Sən mənim dünyada və axirətdə qardaşımsan.»[12]

Bu qardaşlıq aşkar şəkildə göstərir ki, “innəməl-mu`minunə ixfətun” ayəsi Əli (ə)-ın məqamı nazil olan zaman[13] hər bir mö`mindən yüksəkdə, ucada olmuşdur. Çünki sünnü və şiələrin mənbələrinə istinadən, Peyğəmbəri Əkrəm (s) öz səhabələri arasında, onların məqamlarına mütənasib olaraq qardaşlıq bərqərar etmişdir: Əbu Bəkrlə Ömər, Osmanla Əbdür-Rəhman, Əbu Übeydə ilə Sə`d ibni Məaz və s.[14] O həzrət, Əli (ə)-ı isə özü üçün qardaşlığa seçmişdi. Buna əsasən, necə mümkün ola bilər ki, o, Bəni-Adəm arasında ən yüksək məqama çatmasın, halbuki, Peyğəmbəri Əkrəm (s) onunla dünya və axirətdə qardaşı olmasını aşkar şəkildə bəyan etmişdir?!

Bu qardaşlıq göstərir ki, həzrət Əli (ə) ilə aləm əhlinin ən fəzilətli şəxsiyyəti olan həzrət Peyğəmbəri Əkrəm (s) arasında ruhi, elmi, əməli və əxlaqi oxşarlıqda o həzrətin səviyyəsinə çatmışdır və “likullin dərəcatun mimma əmilu.” – hər kəs üçün, yerinə yetirdiyi əməllərlə əlaqədar dərəcələr vardır»[15] - dünya və axirət dərəcələri də insanın sə`yi, çalışması, kəsb və əldə etməsi ilə əlaqədardır:

وَنَضَعُ الْمَوَازِينَ الْقِسْطَ لِيوْمِ الْقِيَامَةِِ فَلاَ تُظْلمُ نَفْسٌ شَيْئًا

“Qiyamət günündə ədalət tərəzisini qoyarıq və heç kəsə zülm olunmaz.”[16]

Və mütəal Allah Əliyyibni Əbitalib (ə)-ın Allah yolunda apardığı cihadların hamısına alimdir; o qədər cihad etdi ki, axırda «darul-qərar» məqamına çatdı və Allah-Taala onun şə`nində buyurdu:

عَسَى أَن يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَّحْمُودًا

“Bəlkə Rəbbin səni məqami-Məhmuda çatdıra!”[17]

Bu məqam və dərəcəni heç bir şeylə tə`bir etmək olmaz; yalnız Allahın Peyğəmbərinin tə`bir etdiyi yolla olar: “Əntə əxi fiddunya vəl axirəh – sən mənim dünya və axirətdəki qardaşımsan.” O həzrət bəndəçilikdən sonra bu qardaşlıq məqamı ilə şərəfləndi, necə ki, özü buyururdu:

اَنَا عَبْدُاللَّهِ وَاَخِى رَسُولِهِ

“Mən Allahın bəndəsi və Onun Rəsulunun qardaşıyam.”[18]

Ömərin təşkil etdiyi Şura günündə isə buyurmuşdu: “Sizin aranızda məndən başqa elə bir kəs varmı ki, Allahın Rəsulu onunla özü arasında qardaşlıq bərqərar etmiş olsun?!”[19]

2-Arxasının möhkəmləndirilməsi

Nəql olunan digər hədislərdə Peyğəmbəri Əkrəm (s) Allahdan istəyir ki, onun arxasını Əliyyibni Əbi-Talibin vasitəsilə möhkəmləndirsin, Allah-Taala da onun duasını qəbul edir.[20] Şübhəsiz, xatəmiyyət risalətinin ağır vəzifələri elə böyük məs`uliyyətdən ibarətdir ki, mütəal Allah onu insanlara bir təklif (vəzifə) olaraq qərar vermişdir. Bütün peyğəmbərlərin, mürsəllərin arxası olan Rəsuli Əkrəm (s)-dən başqa belə bir ağır məs`uliyyəti qəbul edəcək şəxs yoxdur.

Buna görə də Peyğəmbəri Əkrəm (s) bu ağır məs`uliyyəti Allah tərəfindən qəbul etdiyi zaman Allahdan istəyir ki, onun arxasını və qollarını, qüdrət və qüvvəsini Əliyyibni Əbitalibin vasitəsilə möhkəmləndirsin, Allah-Taala da onun duasını qəbul edir; necə ki, Musa (ə) Allahdan bu istəyi etmiş və Allah da onu qəbul etmişdi:

سَنَشُدُّ عَضُدَكَ بِأَخِيكَ

“Tezliklə sənin qollarını qardaşının vasitəsilə gücləndirəcəyik.”[21]

Peyğəmbəri Əkrəm (s)-in bu duası və onun Allah tərəfindən qəbul olunması göstərir ki, risalət işinin əncam verilməsi Əliyyibni Əbitalibin güclü əlləri və gözəl bəyanı olmadan yerinə yetməz: halbuki, onun gücü Allah gücündən nəş`ət tapır, nitqi ilahi hikmətdən qaynaqlanır. Görəsən, ağlasığan bir işdirmi ki, Peyğəmbəri Əkrəm  (s)-dən sonra, onun sağlığında özü üçün arxa olan bir şəxsdən başqası bu ümmət üçün arxa olmuş olsun?! Mümkün ola bilərmi ki, ümmət Peyğəmbər (s)-in qolları və arxası olan bir şəxsdən başqasını özünə arxa seçmiş olsun?!

3. İşlərin islah olunması

وَقَالَ مُوسَى لأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي وَأَصْلِحْ

“Musa öz qardaşı Haruna dedi: Mənim qövmümdə mənim canişinim ol və onların işlərini islah et!”[22]

Harun Musanın qövmünün islahatçısı və ümmətin islah olunmasında Musanın canişini olduğu kimi, bu məqam və mənzilət Peyğəmbər (s) ümmətində Əli (ə)-a məxsusdur. Mütləq mə`nada olan islahat aparmaq o şəxsə layiqdir ki, özü mütləq və kamil şəkildə islah ilə vəsflənmiş olsun; nəinki hər mərtəbədə olan mütləq islahla; belə ki, Qur`ani-Məcid həzrət Yəhyanın vəsfində buyurur:

وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِّنَ الصَّالِحِيَن

“O ağa (alicənab), zahid və salehlərdən olan nəbi idi.”[23]

İsa peyğəmbərin vəsfində isə belə buyurur:

وَيُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلاً وَمِنَ الصَّالِحِيَن

“Uşaqlıq çağında da, qocalanda da insanlarla danışırdı; və o, salehlərdən idi.”[24]


 

[1] «Əl-müstədrəku ələs-Səhiheyn», mə`rifətus-səhabə kitabı, səh.121; «Biharul-ənvar», 38-ci cild, səh129

[2] «Əhzab» surəsi, ayə:36

[3] «Cinn» surəsi, ayə:23

[4] «Nisa» surəsi, ayə:13

[5] «Əhzab» surəsi, ayə:71

[6] «Nisa» surəsi, ayə:69

[7] «Səhihi Buxari» (Təbuk döyüşü), 5-ci cild, səh.129, ikinci hədis. Bu hədis – «Mənzilət» hədisi azacıq fərqlərlə sair sünnü və şiə mənbələrində mövcuddur, o cümlədən: «Səhihi Buxari», 4-cü cild, səh.208; «Səhihi Müslim», 7-ci cild, səh.120-121; «Əl-camius-Səhih» – «Sünəni Tirmizi», 5-ci cild, səh.302; «Sünəni İbni Macə», 1-ci cild, səh.45; «Xəsaisi Nisai», səh.48 və 50 və bu kitabın başqa yerləri; habelə, «Əl-müstədrəku ələs-Səhiheyn», 3-cü cild, səh.108; «Müsnədi Əhməd», 1-ci cild, səh.170, 173, 3-cü cild, səh.32, 338, 6-cı cild, səh.369 və başqa çoxlu sünnü mənbələri.

«Məhasin», Bərqi, 1-ci cild, səh.159; «Əl-Kafi», 8-ci cild, səh.107; «Dəaimul-islam», 1-ci cild, səh.16; «İləluş-şəraye», 1-ci cild, səh.66; «Uyunu əxbari Riza ´», 2-ci cild, səh.122, 35-ci bab və başqa çoxlu şiə mənbələri.

[8] «Kifayətut-talib», səh.283

Bu hədis barəsində böyük sünnü alimlərindən digərlərinin sözlərinə də işarə olunur:

a) İbni Əbdul-birr «İstiy`ab» kitabında səh. 1097 və 1098-də yazır:

و روي قوله صلي الله عليه و سلمانت منى بمنـزلة هارون من موسى جماعة من الصحابة وهومن اثبت الاثار واصحّها وطرق حديث سعد فيه كثيرت جدّا.

b) Cəzəri «Ənsnəl-mətalib» kitabının 59-cu səhifəsində yazır:

متفق على صحته بمعناه من حديث سعد بن ابى وقاص، قال الحافظ ابوالقاسم ابن عساكر: وقد روى هذا الحديث عن رسول اللّه صلي الله عليه و سلم جماعة من الصحابة، منهم:عمر، وعلى، وابن عباس، وعبداللّه بن جعفر، ومعاذ، وعاوية، وجابر بن عبداللّه، وجابر بن سمرة، وابوسعيد،وبرأ بن عازب، وزيد بن ارقم، وزيد بن ابى اوفى، ونبيط بن شريط، وحبشى بن جنادة، وماهر بن الحويرث،وانس بن مالك، وابى الطفيل، وام سلمة، واسماء بنت عميس، وفاطمة بنت حمزة

Cəzəri «Ənsnəl-mətalib» kitabının 59-cu səhifəsində yazır:«Bu hədisin səhihliyinə, onun mə`na baxımından Sə`d ibni Əbi Vəqqasın hədisindənmüttəfiq olunmuşdur.» Hafiz Əbül-Qasim ibni Əsakir deyir: «Bu hədisi səhabələrdən bir qrupu Peyğəmbəri Əkrəm œ-dən nəql etmişlər, o cümlədən Ömər, Əli ´, ibni Abbas, Əbdüllah ibni Cə`fər, Məaz, Müaviyə, Cabir ibni Əbdüllah, Cabir ibni Sümrət, Əbu Səid, Bəra ibni Azib, Zeyd ibni Ərqəm, Zeyd ibni Əbi Ovfa, Nəbit ibni Şərit, Həbşa ibni Cünadə, Mahir ibni Hüveyris, Ənəs ibni Malik, Əbu Tüfeyl, Ümmü Sələmə, Əsma binti Ümeys, Fatimə binti Həmzə.

v) «Şərhüs-Sünnə», Bəğəvi, 14-cü cild səh. 113:

هذا حديث متفق على صحّته

«Bu, səhihliyinə müttəfiq olunan hədisdir.»

q) «Şəvahidut-tənzil», Hakim Həskani, 1-ci cild, səh.195:

هذا هوحديث المنـزلة الذى كان شيخنا ابوحازم الحافظ يقول خرّجته بخمسة الاف اسناد.

«Bu həmin «mənzilət» hədisidir ki, şeyximiz Əbu Hazim Hafiz onu beş min sənədlə nəql etmişdir.»

[9] «Taha» surəsi, ayə:29-32

[10] «Ə`raf» surəsi, ayə:142

[11] «Təfsirul-kəbir», Fəxr Razi, 12-ci cild, səh.26; «Təbəqatu İbni Sə`d», 3-cü cild, səh.23.

[12] «Əl-müstədrəku ələs-Səhiheyn», 3-cü cild, səh.14; «Sünəni Tirmizi», 5-ci cild, səh.300. 3804-cü hədis; «Usdul-ğabə», 4-cü cild, səh.29; «Əl-bidayətu vən-nihayə», 7-ci cild, səh.371; «Məcməuz-zəvaid», 9-cu cild, səh.112; «Fəthul-Bari», 7-ci cild, səh.211; «Töhfətul-əhvəzi», 10-cu cild, səh.152; «Tarixi Bağdad», 12-ci cild, səh.263; «Nəzmu dürəris-səmteyn», səh.95; «Kənzül-ummal», 13-cü cild, səh.140; «Tarixu mədinəti Dəməşq», 42-ci cild., səh.18, 53, 61; «Ənsabul-əşraf», səh.145; «Yənabiul-məvəddət», 2-ci cild, səh.392 və başqa sünnü mənbələri.

«Mənaqibu Ali Əbi Talib», 2-ci cild, səh.185; buna yaxın məzmun: «Xisal», səh.429; «Mənaqibu Əmiril-mö`minin ´», 1-ci cild, səh.306, 319, 325, 343, 357; «Şərhul-əxbar», 2-ci cild, səh.178, 477, 539; «Əl-Ümdə», səh.167, 172 və başqa şiə mənbələri.

[13] «Hucurat» surəsi, ayə:10

[14] «Əl-müstədrəku ələs-Səhiheyn», 3-cü cild, səh.14, 303; «Dürrül-mənsur», 3-cü cild, səh.205 və başqa sünnü mənbələri.

Şeyx Tusi «Əmali», səh.587; «Mənaqibu Ali Əbi Talib», 2-ci cild, səh.185; «Ümdə», səh.166 və başqa şiə mənbələri.

[15] «Ən`am» surəsi, ayə:132

[16] «Ənbiya» surəsi, ayə:47

[17] «İsra» surəsi, ayə:79

[18] «Sünəni İbni Macə», 1-ci cild, səh.44, «Əl-müstədrəku ələs-Səhiheyn», 3-cü cild, səh.112; «Zəxairul-uqba», səh.60; «Müsənnəf», İbni Əbi Şeybə, 7-ci cild, səh.497-498; «Əl-ahadu vəl-məsani», 1-ci cild, səh.148; «Kitabus-sünnə», səh.584; «Əssünənul-kubra», (Nisai), 5-ci cild, səh.107; «Xəsaisu Əmiril-mö`minin ´», səh.87; «Müsnəd», Əbu Hənifə, səh.211; «Nəhcül-bəlağənin şərhi», İbni Əbil-hədid, 2-ci cild, səh.287, 13-cü cild, səh.200 və 228; «Nəzmu dürəris-səmteyn», səh.95 və sair; «Kənzül-ummal», 11-ci cild, səh.608, 13-cü cild, səh.122 və 129; «Ət-Təbəqatul-kubra», 2-ci cild, səh.23; «Tarixu mədinəti Dəməşq», 42-ci cild, səh.59-61; «Mizanul-e`tidal», 1-ci cild, səh.432; «Təhzibut-Təhzib», 7-ci cild, səh.296; «Tarixi Təbəri», 2-ci cild, səh.56; «Əl-bidayətu vən-nihayə», 3-cü cild, səh.36, 7-ci cild, səh.371; «Yənabiul-məvəddət», 1-ci cild, səh.193 və başqa sünnü mənbələri.

«Uyunu əxbari Riza ´», 2-ci cild; səh.63, 31-ci bab, hədis 262; «Mənaqibu Əmiril-mö`minin ´», 1-ci cild, səh.305 və sair; «Əl-Müstərşid», səh.263... və 378; «Şərhul-əxbar», 1-ci cild, səh.192; «Əmali» (Şeyx Mufid), səh.6; «Əmali», Şeyx Tusi, səh.626, 726; «Məcməul-bəyan», 5-ci cild, səh.113; «E`lamul-vəra», 1-ci cild, səh.298; «Kəşful-ğummə», 1-ci cild, səh.89 və 412; «Əl-Ümdə», səh.64, 220; «Xisal», səh.402 və başqa şiə mənbələri.

[19] «Lisanul-mizan», 2-ci cild, səh.157; «Əl-ehticac», (Təbərsi), 1-ci cild, səh.197 və sair mənbələr.

[20] «Əd-Dürrül-mənsur», 4-cü cild, səh.295 – həmin ayənin təfsirində; «Ət-Təfsirul-kəbir», 12-ci cild, səh.26, «innəma vəliyyukumullah…» ayəsinin təfsirində; «Şəvahidut-tənzil», 1-ci cild, səh.230 və 482; «Əl-me`yar vəl-müvazənə», səh.71 və 322; «Nəzmu dürəris-siməteyn», səh.87; «Yənabiul-məvəddət», 1-ci cild, səh.258 və 2-ci cild, səh.153 və başqa sünnü mənbələri.

«Mənaqibu Əmiril-mö`minin ´», 1-ci cild, səh.348; «Furat əl-Kufi» təfsiri, səh.95, 248, 255,256; «Şərhul-əxbar», 1-ci cild, səh.192; «Kənzül-fəvaid», səh.136; «Məcməul-bəyan», 3-cü cild, səh.361; və başqa şiə mənbələri.

[21] «Qəsəs» surəsi, ayə:35

[22] «Ə`raf» surəsi, ayə:142

[23] «Ali-İmran» surəsi, ayə:39

[24] «Ali-İmran» surəsi, ayə:46

 


al-shia, Media-islam.Com 2008.